164
Müctəba Sadət
bir lider, nə də əzəmətli bir peyğəmbərin önə keçə bilmədiyi
(və reallaşdırmağa qüdrəti çatmadığı) dünyanı saracaq hədəf
olarsa necə?! Peyğəmbər və rəsulların xətti, onların göstərdiyi
bütün fədakarlıqlar bu böyük hədə in və meta izik hadisələ-
rin müqəddiməsi olmuşdur... Odur ki, bu uca və ali hədə lərin
yerinə yetirilməsində iştirak edən kəs xüsusi əhəmiyyət əldə
etməlidir. Həmçinin ondan xüsusi şərtlər tələb olunur.
Şərt qo-
yulan şeylərdən ən əhəmiyyətlisi isə bu idarəçilərdə
(əshab)
aşağıdakı xüsusiyyətlərin təşəkkül tapmasıdır:
1 – İdrak
(şüurlu və diqqətli olmaq)... kəlmədə olan hər bir
məna ilə əlaqədar.
Əlavə olaraq, əhəmiyyətlə bağlı
həqiqi şüur,
lider Məhdinin
(əleyhissəlam) səy göstərdiyi hədəfə ədalətli ol-
maq
(və dürüst davranmaq), tətbiq edilməsi üçün çalışdığı
(İs-
lama aid) ideologiyaya qarşı dərin iman bəsləmək.
2 – Hədəf uğrunda fədakarlıq istedadı, hətta iziki qurban-
lıq əmri tələb olunduğu yerdə olsa belə.
Bu idarəçilərin
(əshabın) sayına gəlincə, rəvayətlər az qala
mütəvatir həddə çatacaq şəkildə bu barədə söz açmışdır ki,
onların sayı Peyğəmbərin
(sallallahu əleyhi və alih) Bədr dö-
yüşündəki qoşununun sayı qədərdir
(üç yüz on üç nəfər). Onlar
o kəslərdir ki, İmam Əmirəlmöminin, İmam Sadiq
(əleyhiməs-
səlam) onlar haqqında söz açmışdır: “Onlar bayraq əshabıdır
(bayraqdardır)”.
248
Habelə Cabir Cu idən nəql olunan xəbərdə deyilir: “Əbu
Cəfər
(əleyhissəlam) buyurmuşdur: “Qaimlə rükn və məqam
arasında üç yüzdən çox kəs beyət edər ki, sayları Bədr əhlinin
sayı qədərdir. Onların arasında Misir əhlindən nəciblər, Şam
əhlindən
qəhrəmanlar, İraq əhlindən xeyirlilər vardır”.
249
Bu 313 nəfər idarəçi əshabın üstün tutulduğu ən əhəmiy-
yətli faktorlar aşağıdakılardır:
248
Kamalud-din və təmamun-nemət, s.673; Yəumul-xilas, s.256; əl-Məhdi
minəl-məhd
iləz-zuhur, s.395.
249
Ğeybətut-Tusi, s.284;
Muntəxəbul-əsər, s.468.