146
Müctəba Sadət
onun
(Ali-Muhəmməddən olan həmin adamın) yanına toplaşar.
Sonra əmiri Ğətəfandan olan qoşunun içində Məkkəyə sarı qa-
yıdar. Yolun ortasında ağ çöllüyə yetişdikdə
(yer) onu udar. Belə
ki, yalnız iki nəfər xilas olar. Allah onların simalarını ənsələrinə
çevirər ki, arxalarındakılara nişanə
(və ibrət) olsunlar”.
231
Həmin an bu ayənin təvili
(həqiqi yozumu) olar:
“Sən onları
vəhşət içərisində olduqları zaman bir görəsən! Artıq onlar
qaçıb can qurtara bilməzlər və yaxın bir məkandan yaxala-
narlar. Onlar deyərlər: “Biz ona iman gətirdik”. Amma uzaq
bir yerdən əlləri necə çata bilər?! Halbuki, onlar həqiqətən,
bundan öncə onu inkar etdilər. Güman üzündən və görmə-
dən, uzaq bir məkandan (onlara) töhmət oxu atdılar. Və (aqi-
bətdə) onların və meylləri və iştahları çəkən şeylər (dünya
ləzzətləri) arasında (ölümün vasitəsilə) ayrılıq salındı, necə
ki, bundan öncə onların bənzərləri barəsində edilmişdir.
Çünki onlar (axirət aləmi barəsində) tərəddüdlü və qaranlıq
bir şəkk-şübhə içərisində idilər”.
232
Həmçinin Allah buyurmuşdur:
“Ey (səmavi) kitab veril-
miş kəslər, bəzi üzləri məhv edərək arxalarına çevirməmiş-
dən,
yaxud Əshabus-səbti (şənbə günü balıq tutan balıqçıları)
lənətlədiyimiz (və eybəcər hala saldığımız) kimi onlara da
lənət edərək (rəhmətimizdən) uzaqlaşdırmamışdan qabaq
yanınızda olan (din və kitab)ın təsdiqi olan nazil etdiyimizə
iman gətirin.
Allahın əmri həmişə yerinə yetəndir”.
233
İmam Sadiq
(əleyhissəlam) buyurmuşdur: “... Süfyani Mə-
dinəyə qoşun göndərər. Onlar oranı xarabalığa çevirərlər. Şərif
qəbri dağıdarlar, onların minikləri Allah Rəsulunun
(sallallahu
əleyhi və alih) məscidini batırıb bulayar”.
234
231
Biharul-ənvar, c.52, s.273; İlzamun-nasib, c.2, s.119; Bəşarətul-İslam,
s.58;
Yəumul-xilas, s.677.
232
Səba, 51–54.
233
Nisa, 47.
234
İlzamun-nasib, c.2, s.166; Yəumul-xilas, s.701.
147
Müqəddəs sübh
Hüzeyfə ibn Yəman Peyğəmbərin
(sallallahu əleyhi və alih)
belə buyurduğunu nəql etmişdir: “...İkinci qoşun Mədinəyə
daxil olar. Onlar üç gün gecəsi ilə birlikdə oranı viran günə qo-
yarlar. Sonra çıxıb Məkkəyə sarı yönələrlər. Nəhayət Beydaya
çatarlar. Allah Cəbraili göndərərək deyər: “Ey Cəbrail, get və
onları məhv et”. O da ayağıyla bir zərbə vurar və Allah onla-
rı yerə batırar. Yalnız onlardan iki nəfər xilas olar ki, hər iki-
si Cüheynə qəbiləsindəndir. Ona görə deyiblər ki, yəqin xəbər
Cüheynənin yanındadır. Buna görə Allah buyurmuşdur: “Sən
onları vəhşət içərisində olduqları zaman bir görəsən!”.
235
Cabir ibn Yezid Cu i İmam Baqirdən
(əleyhissəlam) belə
nəql etmişdir: “... Süfyani Mədinəyə bir qoşun göndərəcək.
Məhdi
(bunu bilib) Mədinədən Məkkəyə qaçacaq. Süfyaninin
ordusunun rəhbərinə xəbər çatacaq ki, Məhdi Məkkəyə tərəf
yollanıb. Beləliklə onun ardınca bir qoşun göndərəcək, lakin
onu tuta bilməyəcək. O isə Musa ibn İmran
(əleyhissəlam) kimi
qorxan və gözdə-qulaqda olan bir halda Məkkəyə daxil olacaq”.
Sonra dedi: “Süfyani ordusunun başçısı
Beyda çölünə gələ-
cək. Bu zaman bir carçı nida edib deyəcək: “Ey Beyda, məhv et
bu qövmü”. O da onları udacaq”.
236
İmam Baqir
(əleyhissəlam) buyurmuşdur: “... Süfyani Əbu
Süfyan ibn Hərbin nəslindəndir. Onlara sarı bir qoşun göndərər.
Onlar aylı bir gecədə Beydada enərlər. Bir çoban onlara baxıb
deyər: “Nə gəldiyinə görə vay Məkkə əhlinə
(biçarə Məkkə əhli,
bunlar onların başlarına nə oyun açacaqlar?!)”
Sözün deyib ge-
dər, sonra qayıdar, ancaq onları görməz. Deyər ki, Sübhanal-
lah, onlar bir saatda yola düşdülər”. Onların mənzil saldığı yerə
çatar, bir paltar görər ki, bir hissəsi yerə batmış, digər hissəsi
235
Biharul-ənvar, c.52, s.187; Muntəxəbul-əsər, s.456; Bəşarətul-İslam, s.21;
Yəumul-xilas, s.673.
236
Ğeybətun-Numani, s. 188; Bəşarətul-İslam, s.102; Tarixul-ğeybətil-kub-
ra, s.521.