134
Müctəba Sadət
Onun ibranicə olan adı ilə çağıracaq. Bundan sonra üç yüz on
üç nəfər səhabəsi onun üçün payız buludları kimi hazır edilə-
cəklər. Onlar bayraqlar sahibidirlər. Onların içərisində elələri
olacaq ki, gecə ikən yataqlarında yoxa çıxıb səhəri Məkkədə
açacaqlar. Elələri də olacaq ki, gündüz vaxtı buludlarda yol get-
dikləri görüləcək. Onlar adları, atalarının adları, xüsusiyyətləri
və nəsəbləri ilə tanınacaqlar”.
Dedim: “Sənə fəda olum, onlardan hansı birisi imanca ən
yüksəkdir?”
Buyurdu: “Gündüz vaxtı buludda yol gedənlər. Onlar itən-
lərdirlər. Bu ayə onlar barədə nazil olub: “Harada olursanız
olun, Allah hamınızı (bir araya) gətirəcək”
207
.
208
Əbu Bəsir İmam Sadiqin (əleyhissəlam) belə buyurduğu-
nu nəql etmişdir: “... Bunlar üç yüz on üçün nəfərdir. Onların
sayı Bədr əhlinin sayı qədərdir. Allah onları bir gecədə Mək-
kədə cəm edəcəkdir. O cümə gecəsidir. Sübh hamılıqla Məsci-
dul-haramda onun yanına gələrlər. Onlardan bir nəfər olsun
belə, geridə qalmaz. Onlar Məkkə küçələrində yola düşərlər
ki, qalmaqları üçün bir mənzil tapsınlar. Məkkə əhalisi tanın-
mayan bu kəslərin varid olmasından təəccüb edər. Çünki həcc
və ümrə, yaxud ticarət karvanının gəlməsindən heç bir xəbər
olmaz. Odur ki, onlardan bəzisi bir-birinə deyər: “Bu gün bir
dəstə adam gördük ki, indiyədək onu görməmişdik. Onlar bir
şəhər və çöldən (hansısa bir nəsildən, soydan, qəbilədən) deyil-
lər, dəvələri də yoxdur. Heç başqa vəsaitləri də. Onlar bu söh-
bətlərə məşğul ikən, öz qapılarına yaxınlaşarlar. Bəni Məxzum
qəbiləsindən bir nəfər daxil olar, camaatın yanından keçib on-
ların başçısının yanına gedib, deyər: “Bu gecə qəribə bir yuxu
görmüşəm. Bu yuxudan qorxuya düşmüşəm və qəlbim pərişan
olubdur”.
207
Bəqərə, 148.
208
Ğeybətun-Numani, s.213; Bəşarətul-İslam, s.203; Yəumul-xilas, s.256.
135
Müqəddəs sübh
Başçı ona deyər: “Yuxunu danış”.
O deyər: “Oddan bir kürə gördüm ki, səmanın dərinliklə-
rindən peyda oldu. O aşağıya enə-enə, gəlib Kəbəyə yetişdi.
Onun ətrafında dövrə vurmağa başladı. İçində örtük kimi ya-
şıl qanadlı çəyirtkələr vardı. O qədər idi ki, sayını Allah bilər.
Kəbənin ətrafına dövrə vurdular. Sonra şərq və qərbə uçdular.
Hər hansı bir şəhərə çatan kimi oranı dərhal yandırırdılar. Elə
bir yaşıllıq yanından keçmədilər ki, oranı xarabalığa çevirmə-
sinlər. Yuxudan diksinib ayıldım və əsməyə başladım. İndi də
pərişan və qorxan haldayam”.
Adam (ona) deyər: “Bunlar da onu görmüşdür. Gəl ilankəs
səqə i adamın yanına gedək ki, yuxunu yozsun”.
Yuxunu ona danışar, o da deyər: “Qəribə (yuxu) görmüsən.
Bu gün Allah ordularından bir qoşun sizin şəhərinizə daxil ol-
muşdur ki, sizin onların qarşısında müqavimət etməyə qüdrə-
tiniz çatmaz”.
Onlar deyər: “Qəribədir. Onları bu gün görmüşük”.
Sonra görmüş olduqlarını ona bildirərlər. Onun yanından
çıxıb, qərara gələrlər ki, onlar üzərinə hücum çəksinlər. O hal-
da olarlar ki, Allah onların qəlblərini onların qorxu və hürkü-
sündən doldurar. Bəziləri qalanlarına tapşırıq verər ki, onlara
görə tələsməyin. Onlar indiyədək heç bir pisliyə mürtəkib ol-
mamışlar. Onların zidd hərəkəti görülməmişdir. Ola bilər on-
lardan bəzisi sizin qəbilənizdən olsun. Əgər onlardan bir şey
görmüş olsanız, sonra özünüz bilərsiniz. Bu gördüyümüz toplu
ibadət əhlidir. Onların yaxşı (və nurani) çöhrəsi vardır. Həm də
onlar ilahi amanlıq hərəmindədirlər. Kimsə orada zidd bir şey
etməmiş olduğu halda amandadır. Onlar elə bir iş görməyib ki,
onlarla döyüşmək üçün bəhanə olsun”.
Qövmün rəisi və rəhbəri olan Məxzumi deyər: “Axı biz arxa-
yın deyilik ki, onların arxasında gərəkli nəsnələr (yəni kömək-
çi, azuqə) yoxdur. Əgər (belə bir azuqə və ləvazimatları olsa və
bu dəstə) onlara yetişmiş olsa, qüvvələrinin həqiqi varlığı və
136
Müctəba Sadət
böyüklüyü seçilmiş olar. (Dostlarımızın yuxusu yozulub və biz
onlara qələbə çala bilmərik. Belə olduğu halda) onlar qüvvə və
imkan baxımından aşağı səviyyədə olduqları halda, həmçinin
(hələ) yardım qüvvələri onlara qoşulmamışdan onlara həmlə
edin. Onlar Məkkəyə yanınıza gəlməyiblər və tezliklə onların
şəni olacaq (ağalığa çatacaqlar). Mən yoldaşınızın yuxusunu
yalnız həqiqət sayıram. Odur ki, onlara şəhərinizi zinətləndi-
rin. Əyləşin, mövcud nəzarət və şəraəti qiymətləndirin”.
Onlardan biri deyər: “Əgər elə özləri kimi (həmin sayda
olan bir dəstə) onların yanına gəlsə, onlardan heç bir qorxu
yoxdur. Çünki dəstənin nə silahı vardır, nə ətrafı vardır, nə qa-
lası (səngəri) vardır ki, ona pənah aparsınlar. Həm də burada
qəribdirlər, imkansızdırlar. Əgər onlar üçün qoşun gəlsə, bun-
lara birinci hücum çəkərsiz. Onlar susuz adamın su içməsi ki-
midir (onları aradan aparmaq su içmək kimi rahatdır)”. Onlar
elə bu söhbət, danışıqda olar ki, gecə camaatın arasını örtər.
Sonra Allah onların qulaqlarını, gözlərini yuxu ilə vurar. Saba-
hı gün cəm olmamışdan öncə Qaim qiyam edər. Onların (İma-
mın köməkçiləri) bəzisi digəri ilə elə qarşılaşar ki, sanki bir
atanın-ananın oğlanları kimidirlər. Yaxınlaşdıqda gecə ayrılıb,
gündüz görüşərlər”.
209
Bu baş verdikdə Məkkədə İmamın (əleyhissəlam) əshabı,
həvariləri və vəzirləri ilə görüşməsi tamamlanacaqdır. Bu isə
ən seçkinləri və fəzilətliləri (on iki nəfər əshab) ilə görüşdən
sonra olacaqdır.
3 – Birinci bəyanı (xütbə)
Qaimin (əleyhissəlam) Aşura günü şənbənin sübhü xüruc
etmə vaxtı yetişdikdə Məscidul-harama daxil olar. Qibləyə sarı
durar, arxası məqama tərəf olar. Sonra iki rəkət namaz qılar...
Sonra İmam Məhdi (əleyhissəlam) müqəddəs zühurunun əvvə-
209
Bəşarətul-İslam, s.210; Yəumul-xilas, s.271; Tarixu ma bə`dəz-zuhur, s. 288.
Dostları ilə paylaş: |