Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə36/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   32   33   34   35   36   37   38   39   ...   52

122
Müctəba Sadət
geri qaytarar. Ondan sonra xalq Məhdini (əleyhissəlam) arzula-
yar və onun axtarışına çıxarlar. 
Kufə və Nəcəfdə baş verəcək hadisələrin əlamətlərini açıq 
şəkildə izah edən şərafətli rəvayətlər mövcuddur:
Əsbəğ  ibn  Nübatə  deyib:  “Əmirəlmömininin  (əleyhissə-
lam) belə buyurduğunu eşitdim: “...Kufəyə yüz otuz min nəfər 
göndərər  ki,  Rəvha  və  Faruqda  enərlər.  Onlardan  altmış  min 
nəfəri yola düşər və Kufədə Hudun (əleyhissəlam) məzarı yer-
ləşən Nüxeyləyə yetişərlər. Bayram günü oraya hücum çəkər-
lər.  Xalqın əmiri inadkar tiran olar. Ona sehrbaz kahin (əs-Sa-
hirul-kahin) deyilər...” Hədisin başqa bir hissəsində buyurur: “... 
(Həmin vaxta qədər) fatası və libası götürülməmiş (çıxarılma-
mış) yetmiş min bakirə qız əsir götürülər və onları nəqliyyat va-
sitəsilə Süveyləyə apararlar. O Ğuradır. Sonra yüz min müna iq 
və müşrik Kufədən çıxar və qüdrətli bir qüvvə onların hərəkə-
tinə mane olmadan Dəməşqə daxil olarlar. Yerdən tanınmayan 
bayraqlar ucalar ki, pambıq, kətan və ipək materialından deyil. 
Nizənin başında (bayraqda) “əs-Seyyidul-Əkbər” (böyük seyid) 
– deyə həkk olunmuşdur. (Bu qoşuna) Ali-Muhəmməddən olan 
məşriqdən üzə çıxan bir nəfər başçılıq edər. Onun ətri eynən 
xoşqoxulu  müşkün  iyi  kimi  məşriqdə  duyular.  Ondan  bir  ay 
öncə (qərblilər arasında) qorxu hakim olar. Belə ki, atalarının 
qanını  tələb  edərək  Kufəyə  varid  olarlar.  Bu  zaman  onlar  bu 
işlə  məşğul  olarkən,  Yəmani  və  Xorasaninin  qoşunları  (onla-
ra tərəf) üz tutar. Onlar saçları qarışıq, səfərin tozu bədəninə 
oturmuş yarışan at kimi, qılıncını qınından siyirmiş, düzqamət, 
polad iradəli, kaman oxu kimi olarlar. Onlardan biri bir nəfərin 
batininə  baxdıqda  “Bundan  sonra  məclisimizdə  heç  bir  xeyir 
yoxdur. İlahi, həqiqətən də, biz tövbə edənlərik” – deyər.  Onlar 
həmin “əbdal”-dırlar ki, Allah onları izzətli kitabında belə vəsf 
etmişdir: “Həqiqətən, Allah çox və tez tövbə edənləri, həm-


123
Müqəddəs sübh
çinin pak olmağa çalışanları sevir”
175
.  Onların  bənzərləri 
Ali-Muhəmməddəndir”.
 176
Cabir ibn Yezid Cu i İmam Baqirin (əleyhissəlam) uzun bir 
hədisin  gedişatında  belə  buyurduğunu  nəql  etmişdir:  “Son-
ra  Süfyani  yetmiş  minlik  bir  qoşunu  Kufəyə  göndərəcək.  On-
lar Kufə camaatını öldürəcək, asacaq və əsir edəcəklər. Onlar 
bu vəziyyətdə ikən Xorasan tərəfdən bayraqlar gələcək. Onlar 
mənzilləri çox sürətlə qət edəcəklər. Onlarla birgə Qaimin əs-
habından olan bir neçə nəfər də olacaq. Sonra Kufə camaatının 
himayədarlarından (böyük şəxslərindən) olan bir kəs (Süfyani 
ordusunun zülmünə qarşı) zəif bir dəstə ilə qiyam edəcək. Lakin 
Süfyaninin qoşununun başçısı onu Kufə ilə Hirə arasında qətlə 
yetirəcək”.
177
İmam Sadiqin uzun bir xəbərin gedişatında belə buyurdu-
ğu nəql olunmuşdur: “Qadın həmli kimi doqquz ay hökmdarlıq 
edəcək Əbu Süfyan ailəsindən bir nəfər çıxmayanadək bu, baş 
verməyəcəkdir. “Şeyx”in nəslindən biri çıxıb, Nəcə in daxilin-
də qətlə yetirilənədək hərəkət etməyincə olmayacaqdır. Allaha 
and  olsun,  sanki  mən  onların  nizələrini,  qılınclarını  və  təda-
rüklərini görürəm ki, bazar ertəsi Nəcəf divarlarından birinə 
qoymuş və çərşənbə şəhid olmuşlar”.
178
Əsbəğ  ibn  Nübatə  deyib:  “Əmirəlmöminin  (əleyhissəlam) 
belə  buyurduğunu  eşitdim:  “(Uzun bir hədisin gedişatında)... 
Nəzarətçilərin vasitəsilə Kufə ətrafına hasar çəkilməsi, xəndək 
qazılması,  Kufə  küçələrində  (yaxud dalanlarında)  guşələrin 
(yaxud kiçik məscidlərin) sökülməsi, məscidlərin qırx gecə tətil 
etməsi, heykəlin üzə çıxması, qatil və qətlə yetirilənin oda atı-
lacağı ən böyük məscidin ətrafında üç bayrağın dalğalanması, 
175
 Bəqərə, 222.
176
  Biharul-ənvar,  c.52,  s.274;  Bəşarətul-İslam,  s.58  və  69;  İlzamun-nasib, 
c.2, s.120.
177
 Ğeybətun-Numani, s.187; Bəşarətul-İslam, s.102; Yəumul-xilas, s.637.
178
 Bəşarətul-İslam, s.155.


124
Müctəba Sadət
sürətli qətl və gözlənilməz ölüm, Kufə arxasında yetmiş nəfərin 
arasında Nəfsi-Zəkiyyənin öldürülməsi...”
179
Əmirəlmömininin  (əleyhissəlam)  belə  buyurduğu  nəql 
olunmuşdur: “Yetmiş min salehin (din alimlərinin) qətlə yeti-
rilməsi olacaqdır. Onların başında dəyəri böyük olan bir adam 
olacaq.  O  (yəni Süfyani),  onu  yandıracaq,  Cəlula  və  Xaniqin 
arasında külünü havaya sovuracaqdır. Bu isə Kufədə dörd min 
nəfər qətlə yetiriləndən sonra olacaqdır”.
180
Ömər ibn İban Kəlbi İmam Sadiqin (əleyhissəlam) belə bu-
yurduğunu nəql etmişdir: “Sanki Süfyanini görürəm ki, onun 
yükü Kufədə meydanlarınıza atılmışdır. Onun carçısı nida çə-
kir: “Kim Əli şiələrindən olan bir şiənin başını gətirsə, beş min 
dirhəm  (mükafat)  alacaqdır”.  Sonra  bir  qonşu  öz  qonşusuna 
hücum çəkib deyər ki, bu onlardandır. Onun boynunu vurub, 
min  dirhəm  (mükafat)  götürər.  Sizim  başçınız  həmin  dövrdə 
haramzadələrdir.  Sanki  həmin  rubənd  sahibi  olan  adamı  gö-
rürəm”. 
Soruşdum: “O kimdir?” 
Buyurdu:  “Bir  adamdır  ki,  sizlərdən  biri  və  həməqidə-
niz kimi (yəni ərəb və müsəlman olaraq) rubənd taxar (üzünü 
örtər). O sizi yaxşı tanıyır, ancaq siz onu tanımırsınız. Sonra sizi 
mühasirəyə alacaq və bir-bir yoxlayacaqdır (yaxud yaxalayıb, 
yox edəcəkdir). O, zinazadədən başqa birisi deyil”.
181
Əmirəlmöminin (əleyhissəlam) buyurmuşdur: “Süfyaninin 
qoşunu Kufəyə sarı hərəkət etdikdə, Xorasan əhlinin axtarışı-
na yollanar. Xorasan əhli isə Məhdinin sorağına çıxar. O (yəni 
Süfyani), qara bayraqlarla olan və önündə Şüeyb ibn Saleh olan 
Haşimi (Seyid Xorasani) üz-üzə gələr. O və Süfyani İstəxr qapı-
sında qarşılaşar. Onlar arasında böyük döyüş baş verər. Qara 
179
 Biharul-ənvar, c.52, s.273; Bəşarətul-İslam, s.67; Yəumul-xilas, s.635.
180
 Biharul-ənvar, c.52, s.220; Yəumul-xilas, s.635
181
 Ğeybətut-Tusi, s.273; Bəşarətul-İslam, s.124; Yəumul-xilas, s.703; Bəya-
nul-Əimmə, c.2, s.612.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə