Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə33/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   29   30   31   32   33   34   35   36   ...   52

111
Müqəddəs sübh
tərəfdən dindən çıxmış bir dəstə xüruc edəcək. Bunun ardın-
ca Rumluların hərc-mərcliyi baş verəcək. Türk qardaşları gəlib 
Cəzirəyə yerləşəcəklər. Rumlulardan olan dindən çıxmışlar da 
gəlib Rəmləyə yerləşəcəklər. O il, ey Cabir, Məğribin hər bir ye-
rində çoxlu ixtila lar baş verəcək. İlk dağılan yer Şam olacaq. 
Onun üstündə üç bayraq ixtilaf edəcək: Əshəbin bayrağı, Əbqə-
nin bayrağı və Süfyaninin bayrağı. Süfyani Əbqə ilə qarşılaşa-
caq və onlar döyüşəcəklər. Süfyani onu və onun adamlarını öl-
dürəcək. Sonra Əshəbi öldürəcək. Bundan sonra onun yeganə 
istəyi İraqa tərəf irəliləmək olacaq. Ordusunu Qirqisiyaya gön-
dərəcək. Onlar Qirqisiyada döyüşəcəklər. Orada yüz min zalım 
öldürüləcək.  Sonra  Süfyani  yetmiş  minlik  bir  qoşunu  Kufəyə 
göndərəcək”.
158
Abdullah ibn Əbu Yəfur İmam Baqirin (əleyhissəlam) belə 
buyurduğunu  nəql  etmişdir:  “Abbas  övladları  və  Mərvanilər 
üçün Qirqisiyada elə bir hadisə olacaq ki, cavan və qüvvətli oğ-
lan burada qocalacaq. Allah onlardan qələbəni əsirgəyəcək və 
göyün quşlarına və yerin vəhşi heyvanlarına belə vəhy edəcək: 
“Doyun zülmkarların əti ilə!” Bundan sonra Süfyani çıxacaq”.
159
Hüzeyfə ibn Mənsur İmam Sadiqin (əleyhissəlam) belə bu-
yurduğunu nəql etmişdir: “Həqiqətən də, Allahın Qirqisiyada 
bir süfrəsi (başqa bir hədisdə: ziyafəti) vardır. Səmada bir nəfər 
aşkar olub deyəcək: “Ey səmanın quşları, ey yerin vəhşi hey-
vanları, gəlin zalımların ətləri ilə doymağa!”
160
Muhəmməd ibn Müslim İmam Baqirin (əleyhissəlam) belə 
buyurduğunu nəql edib: “(Uzun bir hədisin gedişatında)... Mə-
gər  görmürsünüz  ki,  düşmənləriniz  Allaha  məsiyət  yolunda 
158
 Ğeybətun-Numani, s.187; Bəşarətul-İslam, s.102; əs-Süfyani, s.108; Yəu-
mul-xilas, s.698; əl-Muməhhidun lil-Mehdi, s.112.
159
 Ğeybətun-Numani, s.205; Biharul-ənvar, c.52, s.251; Yəumul-xilas, s.690; 
əs-Süfyani, s.127.
160
 Ğeybətun-Numani, s.186; Yəumul-xilas, s.699; əl-Muməhhidun lil-Meh-
di, s.113; əs-Süfyani, s.127.


112
Müctəba Sadət
bir-birləri ilə vuruşurlar? Sizi qoyub dünya üstündə bir-birlə-
rini  öldürürlər  və  bunun  (müqabilində)  sizlər  onlardan  uzaq 
olub öz evlərinizdə asudə şəkildə oturursunuz? Düşmənləriniz 
içərisində sizə bəla olaraq Süfyani kifayət edəcək. O sizin üçün 
baş verəcək əlamətlərdən biridir. Baxmayaraq ki, o fasiqin xü-
ruc etməsindən bir və ya iki ay sonraya qədər sizə heç bir şey 
olmayacaq. O (bu müddət ərzində) sizdən deyil, başqalarından 
çoxlu sayda insan öldürəcək”.
161
Hər  bir  halda,  Qirqisiya  mərəkəsindən  sonra  məntəqədə 
hər bir siyasi və hərbi qüvvələrə vandalizm, qüvvədən salma 
və bir-birini öldürmək tamamlanacaqdır. O kəslər ki, zühur za-
manı Məhdinin (əleyhissəlam) qarşısında cəbhə qurmaları eh-
timal olunurdu. Bircə qalib Süfyani qalacaq ki, kibirlik göstərə-
cəkdir.
161
 Ğeybətun-Numani, s.203.


113
Müqəddəs sübh
ALTINCI HİSSƏ:
ZÜLQƏDƏ AYININ HADİSƏLƏRİ
Qirqisiya mərəkəsinin nəticələri irimiqyaslı məhvə gətirib 
çıxaracaqdır. Belə ki, əkinçilik və nəsildə (iş və yaşayışa kinayə-
dir) baş verəcəkdir. Bir tərəfdən, kişilərin qətlə yetirilməsi ən 
azı  yüz  min  civarında  olacaqdır.  Başqa  bir  tərəfdən  isə,  qida 
(heyvanat və bitki)  sahəsi  fəsada  uğrayacaqdır.  Bütün  bunlar 
mərəkə və döyüşdə istifadə olan ölümcül silahlara – zəhərlə-
yici qazlar, nüvə silahları və atom bombaları – görə olacaqdır. 
Odur  ki,  qida  sahəsində  qəhətlik  və  qıtlıq  olacaqdır.  Bu  ayda 
qəbilələr yaxın fərdləri üçün qida axtarışına çıxacaqlar (xüsu-
silə xurma axtarışına). Həmçinin buna görə bir-birləri ilə dö-
yüşəcəklər.
Allah Rəsulu (sallallahu əleyhi və alih) buyurmuşdur: “Ra-
mazan ayında çığırtı baş verdikdə(n sonra) Şəvval ayında dö-
yüş baş verəcəkdir (Qirqisiya döyüşü). Zülqədə ayında isə qə-
bilələr  (ailələrinin ehtiyacını qarşılamaq üçün)  çırpınacaq  və 
bir-birlərilə vuruşacaqlar. Zülhiccədə isə hacılar qarət olunar 
və qanlar axıdılar”.
162
1 – Qəbilələrin yemək axtarışında çarpışması
Qəbilələrin çarpışması: yəni bir şəhərdən onlara yemək da-
şıdıqda, həmin daşınan yeməyə “mirəh” deyilər. Yəni qəbilələr 
bir məntəqədən başqa bir məntəqəyə azuqə tədarükü görərlər. 
Məna budur ki, qəbilələr başqa ölkələrə gedər ki, ailələri üçün 
azuqə alsınlar. Onlar  bir illik azuqə tədarükü görərlər. Həmçi-
162
  Bəşarətul-İslam,  s.34;  Muntəxəbul-əsər,  s.451;  Bəyanul-Əimmə,  c.1, 
s.431; c.2, s.354; Yəumul-xilas, s.280. 


114
Müctəba Sadət
nin döyüşlər, qətillər, dağıdıcı silahlar səbəbi ilə yaranan qıtlıq, 
qəhətlik, bahalıq və qida pozuntusu (kirlənməsi) qorxusundan 
onu yaxşı qorumağa çalışarlar.
Muhəmməd  ibn  Müslim  İmam  Sadiqdən  (əleyhissəlam) 
belə eşitdiyini nəql etmişdir: “Qaimdən (onun gəlişindən) öncə 
Allah tərə indən möminlərə (onları sınağa çəkmək naminə) ni-
şanələrə olacaqdır”. 
Dedim ki, Allah məni sənə fəda etsin, həmin əlamətlər nə-
dir? Buyurdu: “Allahın sözüdür: “Sizi (yəni Qaimin çıxmasından 
öncə möminləri) mütləq bir az qorxu və aclıqla, eləcə də mal
can və məhsulların azlığı ilə imtahan edəcəyik. Səbr edən-
lərə müjdə ver”
163
.
164
Qəbilələlərin  azuqə  üçün  çapalaması  və  yemək  üstündə 
vuruşması Zülqədə ayında baş verəcəkdir... Bu cərəyan sonrakı 
aylara qədər davam edəcəkdir. Belə ki, hədisdə bu vurğulanır: 
“Hacılar Zülhiccə ayında qarət olunacaqlar”. (Yəni onların mal-
larını oğurlayacaq və qənimət götürəcəklər)
Firuz Deyləmi Allah Rəsulundan (sallallahu əleyhi və alih) 
nəql  etmişdir  ki,  uzun  bir  hədisin  gedişatında  buyurub:  “Səs 
Ramazan  ayındadır,  gurultu  Şəvval,  qəbilələrin  azuqə  topla-
mağa  çalışmaları  Zülqədə,  hacıların  qarət  olunması  Zülhiccə 
və Məhərrəm ayındadır. Nədir Məhərrəm? Əvvəli ümmətimə 
bəladır, axırı isə ümmətim üçün fərəcdir. Möminin dəvə yükü 
üzərində  nicat  tapması  ona  yüz  min  qazancı  olan  xəzinədən 
üstündür”.
165
 
“Dəskərəh”  yemək  və  bahalı  şeylərin  qoyularaq  saxlanıl-
dığı yerdir (anbar, xəzinə). Mənası budur ki, Allahın saxladığı 
(Bəqiyyətullah)  İmamla  (əleyhissəlam)  cihad  etməyə  getmək, 
köçmək yüz min nəfərə bəs edəcək qida toplamaqdan üstün-
dür. Belə ki, bu yemək toplamağın kiməsə faydası və xeyri yox-
163
 Bəqərə, 155.
164
 İlamul-vəra, s.427.
165
 Bəyanul-Əimmə, c.1, s.432.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə