137
Müqəddəs sübh
lində Kəbəyə tərəf yaxın durar, rükn və məqam arasında arxa-
sını çevirmiş halda kütləyə yönəlib onlara birinci sözünü söy-
ləyər və tarixi xütbəsinə başlayar.
Allaha həmd-sənadan, Muhəmməd və pak ailəsinə salavat
dedikdən sonra .... nida çəkər: “Ey insanlar, biz Allahdan kömək
diləyirik. Sizlərdən kim bizə səs verəcək? Biz sizin peyğəmbə-
riniz Muhəmmədin (sallallahu əleyhi və alih) Əhli-Beytiyik. Biz
insanlar içərisində Allaha və Muhəmmədə (sallallahu əleyhi və
alih) ən yaxın olanlarıq. Kim Adəm barəsində mənimlə müba-
hisə edərsə, (bilsin ki,) insanlar içərisində Adəmə ən yaxın olan
mənəm. Kim Nuh barəsində mənimlə mübahisə edərsə, (bilsin
ki,) insanlar içərisində Nuha ən yaxın olan şəxs mənəm. Kim
İbrahim barəsində mənimlə mübahisə edərsə, bilsin ki, insan-
lar içərisində İbrahimə ən yaxın olan mənəm. Kim Muhəmməd
(sallallahu əleyhi və alih) barəsində mənimlə mübahisə edərsə,
bilsin ki, insanlar içərisində Muhəmmədə (sallallahu əleyhi və
alih) ən yaxın olan mənəm. Kim peyğəmbərlər barəsində mə-
nimlə mübahisə edərsə, bilsin ki, insanlar içərisində peyğəm-
bərlərə ən yaxın olan şəxs mənəm. Məgər Allah öz kitabının
möhkəm kitabında demir ki, “Həqiqətən Allah Adəmi, Nuhu,
İbrahimin ailəsini və İmranın ailəsini (öz zamanlarındakı)
bütün aləmdəkilərdən üstün etdi. Bəzisi digər bəzisinin nəs-
lindən olan övladlardırlar. Allah eşidən və biləndir”
210
? Elə
isə, mən Adəmdən bəqiyyə (qalan), Nuhdan zəxirəyəm, İbra-
him (in nəslin)dən olan seçilmiş, Muhəmməddən olan arınmış
şəxsəm – sallallahu əleyhim əcməin.
Bilin, kim Allahın kitabı barədə mənimlə mübahisə edər-
sə, (bilsin ki,) insanlar içərisində Allahın kitabına ən yaxın (ən
agah) olan şəxs mənəm. Bilin, kim Allah Rəsulunun sünnəsi
barədə mənimlə mübahisə edərsə, bilsin ki, insanlar içərisin-
də Allah Rəsulunun sünnəsinə ən yaxın olan şəxs mənəm. Bu
210
Ali-İmran, 33 və 34.
138
Müctəba Sadət
gün mənim sözümü eşidən kəsləri Allaha and verib istəyirəm
ki, onlardan burada olanlar sözümü olmayanlara çatdırsın. Mə-
nim sizin üzərinizdə Allah Rəsulunun yaxını (ailə üzvü) olmaq
sarıdan bir haqqım vardır. Allahın, Onun peyğəmbərinin və
özümün haqqına and verib sizdən istəyirəm ki, bizi çətin vəziy-
yətdə qoymayın və bizə zülm edənləri (cəzalandırmaqda) bizə
mane olmayın. Bizi qorxutdular, zülm etdilər, öz diyarımızdan
və övladlarımızdan ayrı salıb qovdular, bizə qarşı həddi aşdılar,
bizi haqqımızdan uzaqlaşdırdılar və batilə uyanlar bizə iftira
atdılar. Allah, Allah bizə qarşı diqqətli olun! Bizi köməksiz qoy-
mayın, bizə yardım edin ki, Allah da sizə yardım etsin”.
211
Sonra İmam əlini səmaya qaldırar, dua edər, (Allaha) yal-
varıb yaxarar və deyər: “ (O şəriklərmi yaxşıdır) yoxsa darda
qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab
verən, onun zərər və çətinliyini aradan qaldıran, sizi yer
(üzünün) canişinləri edən kəs?”
212
4 – Beyət və yardım etmə
İmam – ruhum ona fəda – kəlamını bitirnən kimi hərəm
polisi onu tutmağa, yaxud öldürməyə çalışacaqdır. Necə ki,
on beş gün öncə Nəfsi-Zəkiyyəni həmin məkanda qətlə yetir-
mişdir. İmamın (əleyhissəlam) əshabı irəli çıxıb, onu müda iə
edəcək, onu dövrəyə alacaqlar. Cəbrail (əleyhissəlam) Kəbənin
arxasına enərək birinci beyət edənlərdən olar. Sonra əshabı
üç yüz on üç nəfər, həmçinin orada iştirak edən yardımçıları
onunla beyət edər.
Müfəzzəl ibn Ömər İmam Sadiqdən (əleyhissəlam) belə
nəql etmişdir: “Ey Müfəzzəl, Qaim arxasını hərəmə çevirib, əli-
ni uzadar, (əli) eyibsiz ağ görsənər. O deyər: “Bu, Allahın əlidir,
211
Ğeybətun-Numani, s.121; Biharul-ənvar, c.52, s.223; Bəşarətul-İslam,
s.102; Muntəxəbul-əsər, s.422; əl-Məhdi minəl-məhd iləz-zuhur, s.412; Ta-
rixu ma bə`dəz-zuhur, s.228; Yəumul-xilas, s.303.
212
Nəml, 65.
139
Müqəddəs sübh
Allahdandır, Allahın əmri ilədir”. Sonra bu ayəni tilavət edər:
“Həqiqətən, sənə beyət edənlər əslində Allaha beyət edirlər.
(Sənin) onların əlinin üstündə olan (əlin) Allahın əlidir. Buna
görə də kim əhdi pozsa, yalnız öz ziyanına pozur”
213
Onun əli-
ni birinci öpən kəs Cəbrail olacaq. Sonra onunla beyət edəcək,
ardınca mələklər, sonra cinlərin nəcibləri, sonra isə nəqiblər
bu cür edəcəkdir. Məkkədə sübhü açan camaat deyəcək ki, Kə-
bənin yanındakı adam kimdir? Onun yanındakı məxluq kim-
dir və gecə görmüş olduğumuz və bənzərini görmədiyimiz bu
əlamət nədir?”
214
Bu isə günəş çıxmamışdan öncə baş verəcəkdir.
Əli ibn Məhziyar İmam Baqirin (əleyhissəlam) belə buyurdu-
ğunu nəql etmişdir: ”Sanki Aşura günü, şənbə günü Qaimi rükn
və məqam arasında duran görürəm ki, Cəbrail onun qarşısında
Allah üçün beyət etməyə nida edir. O, yer üzünü zülm və haqsız-
lıqla dolmuş olduğu kimi haqq-ədalətlə dolduracaqdır”.
215
Muhəmməd ibn Müslim İmam Baqirin (əleyhissəlam) belə
buyurduğunu nəql etmişdir: “Cəbrail (əleyhissəlam) (Kəbənin)
navalçası üzərində ağ rəngli bir quş şəklində duracaq. Allahın
yaratdıqları içərisində ona beyət edən ilk varlıq o – yəni, Cəb-
rail – olacaq. Bundan sonra üç yüz on üç nəfər adam ona beyət
edəcək. (Həmin vaxt) kim yolda olmuş olsa, o anda çatacaq, yol-
da olmayanlar isə yataqlarından itəcəklər (və bir anda Kəbədə
olacaqlar). Bu həmin sözdür ki, Əmirəlmöminin (əleyhissəlam)
demişdir: “Onlar yataqlarından itəcəklər”. Bu həmin sözdür ki,
izzət və cəlal sahibi olan Allah buyurur: “Xeyir işlərdə bir-biri-
nizlə yarışın. Harada olursanız olun Allah hamılıqla sizi (bir
yerə) toplayacaq”.
216
213
Fəth, 10.
214
Bəşarətul-İslam, s.268; İlzamun-nasib, c.2, s.257; Yəumul-xilas, s.320.
215
Bəşarətul-İslam, s.97; əl-Məhdi minəl-məhd iləz-zuhur, s.426; Tarixu ma
bə`dəz-zuhur, s.243.
216
Bəqərə, 148.
Dostları ilə paylaş: |