Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə39/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   35   36   37   38   39   40   41   42   ...   52

131
Müqəddəs sübh
Birinci: Müqəddəs sübh (İlahi vəddir)
Hədislər qeyd edir ki, İslam dünyası ölkələrindən yollanan-
lar Hicaza gələcək və gizli şəkildə Məhdini (əleyhissəlam) axta-
racaqlar ki, ona beyət etsinlər (onlar yeddi nəfər din alimi və on-
ların köməkçiləri olacaq).
200
 Bu əsnada Məhdi Mədinədən çıx-
mış, Məkkəyə sarı üz tutmuş halda olacaq. O, Musa ibn İmran 
(əleyhissəlam)  kimi  qorxub,  gözdə-qulaqda  olacaqdır.  Həmin 
zaman onun vəzirləri və əshabı (313 nəfər) Məkkəyə gəlməyə 
başlayacaqlar. Onlar müxtəlif üfüqlərdən və öncədən vədələş-
məmiş halda bir gecədə bir yerə yığılacaqlar. 
Altıncı gün (Aşura günü – Məhərrəmin onu) sübh çağı (Günəş 
doğmamışdan öncə), Məkkədə İbrahim (əlehissəlam) məqamı-
nın arxasında iki rəkət namaz qıldıqdan sonra rükn və məqam 
arasında durar, birinci xitabını elan edər ki, xalq onu tanısın. 
O, xalqı beyət etməyə dəvət edər. Ona birinci beyət edən (Kəbə 
mizabının (navalçasının) üzərində duran ağ quş) Cəbrail (əley-
hissəlam), sonra hörmətli əshabı (313), sonra isə möminlər və 
salehlər olar. O kəslər ki, ona kömək etmək üçün gəlmiş, onun-
la birlikdə cihad etmək naminə durmuşlar. O, Məkkədə yanın-
da on min yardımçı toplanana qədər qalar.
Yunis ibn Zəbyan İmam Sadiqin (əleyhissəlam) belə buyur-
duğunu nəql etmişdir: “Cümə gecəsi olunca Rəbb-taala dünya 
səmasına bir mələk göndərər. Fəcr açıldığı zaman o mələk Bey-
tül-Məmurun üzərində ərşdə əyləşər və Muhəmməd, Əli, Həsən 
və Hüseyn (əleyhimussəlam) üçün nurdan minbərlər hazırlayar. 
Onlar bu minbərlərin üzərinə çıxarlar, mələklər, peyğəmbərlər 
və möminlər isə onların ətrafına toplaşarlar. Səmanın qapıları 
açılar. Günəş zəval etdiyi zaman Allah Rəsulu (sallallahu əleyhi 
və alih) deyər: “Ey Rəbbim, öz kitabında mənə vəd etdiyin vəd(i 
həyata keçir). O vəd həmin bu ayədir: “Allah sizdən iman gə-
tirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq 
200
 Əl-Muməhhidun lil-Mehdi, s.60.


132
Müctəba Sadət
özlərindən qabaq olmuşları canişin etdiyi kimi yer üzündə 
canişin və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam 
dinini) onlar üçün bərqərar edərək möhkəmləndirəcək və 
onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-a-
manlıq və xatircəmliklə əvəz edəcəkdir”.
201
 Sonra mələklər və 
peyğəmbərlər də belə deyərlər. Sonra Muhəmməd, Əli, Həsən 
və Hüseyn (əleyhimussəlam) səcdəyə qapanar və deyərlər: “Ya 
Rəbb, qəzəb et. Çünki sənin haram etdiyin şey tapdanıb, seç-
diyin  insanlar  qətlə  yetirilib,  saleh  bəndələrin  zəlil  vəziyyətə 
düşüblər”.
Beləliklə, Allah istədiyini edər. Bu, məlum olan bir gündə 
baş verəcək
 
“.
202
1 – Xüruc günü
Şənbə günü (Aşura) Məhərrəm ayının onu
Əbu Bəsir İmam Sadiqin (əleyhissəlam) belə buyurduğunu 
nəql edib: “.... (Qaim) Aşura günü qiyam edər. O gün Hüseyn ibn 
Əlinin (əleyhissəlam) qətlə yetirildiyi gündür. Sanki mən şənbə 
günü,  Məhərrəmin  onu  onunla  birlikdə  rükn  və  məqam  ara-
sında durmuşam. Cəbrail onun qarşısındadır. Ona beyət etmək 
üçün nida çəkir. Onun şiələri yer üzünün ətraf məntəqələrin-
dən gəlir, yolu sürətlə qət edirlər ki, ona beyət etsinlər. Beləlik-
lə, Allah onun vasitəsi ilə yer üzünü zülm və haqsızlıqla dolmuş 
olduğu kimi haqq-ədalətlə dolduracaqdır”.
203
Əli ibn Məhziyar İmam Baqirin (əleyhissəlam) belə buyur-
duğunu  nəql  etmişdir:  “Sanki  mən  Qaimi  görürəm  ki,  Aşura 
günü, şənbə rüknla məqam arasında durmuşdur”.
204
201
 Nur, 55.
202
 Ğeybətun-Numani, s.184; Biharul-ənvar, c.52, s.297.
203
  Əl-İrşadu  lil-Mu id,  c.2,  s.379;  Ğeybətun-Numani,  s.189;  İlamul-vəra, 
s.430; Muntəxəbul-əsər, s.448; Yəumul-xilas, s.317.
204
 Ğeybətut-Tusi, s.274; Tarixu ma bə`dəz-zuhur, s.222.


133
Müqəddəs sübh
2 – Xüruc etməmişdən bir neçə saat öncə (Ənsarının bir 
yerə cəm olması)
Müfəzzəl ibn Ömər İmam Sadiqin (əleyhissəlam) belə bu-
yurduğunu  nəql  etmişdir:  “O,  təkbaşına  zühur  edər,  təkbaşı-
na Kəbəyə daxil olar, gecəni təkbaşına keçirər. Gözlər yatdığı 
zaman  və  gecə  qaranlığa  büründükdə  Cəbrail,  Mikail  və  sair 
mələklər  cərgə-cərgə  ona  nazil  olar.  Cəbrail  ona  deyər:  “Ey 
ağam, sənin sözün məqbul, əmrin caizdir”. Əlini onun üzünə çə-
kib deyər: “Həmd bizim barəmizdəki vədini gerçəkləşdirən 
və cənnət yerini irsi olaraq bizə verən Allaha məxsusdur ki
cənnətin istədiyimiz yerində məskən seçirik. Əməl edənlə-
rin mükafatı gözəldir!”
205
 O, rükn ilə məqam arasında durar, 
hayqırtı çəkərək deyər: “Ey mənim seçkinlərim, xüsusi kəslə-
rim, ey o kəslər ki, Allah onları yer üzündə zühur etməmişdən 
öncə  mənə  kömək  etmək  üçün  saxlamışdır,  tələsərək  tez  bir 
zamanda  yanıma  gəlin”.  Onun  fəryadı  onlara  yetişər.  Halbuki 
onlar  mehrablarında,  yer  üzərinin  şərq  və  qərbində  fərşləri 
üzərində olarlar. Hər bir kəs qulağı ilə bir səsləntidə onu eşi-
dər. Onlar ona tərəf gələrlər və onlar üçün heç bir göz qırpımı 
keçməz. Nəhayət, hamısı rükn və məqam arasında onun qarşı-
sında olarlar. Allah nura əmr edər, yer üzərinə səmadan bir sü-
tun gələr. Yer üzündəki hər bir mömin onunla işıqlanar, evinin 
içərisindən nur onun yanına girər, möminlərin canları bu nurla 
fərəhlənər. Halbuki onlar (hələ) biz Əhli-beytin Qaiminin zühu-
runu(n baş verdiyini) bilməzlər. Sonra sübhü onun qarşısında 
duran halda açarlar. Onlar üç yüz on üç nəfər olar və Bədr günü 
Allah Rəsulunun (sallallahu əleyhi və alih) əshabının sayı qədər 
olarlar”.
206
Müfəzzəl ibn Ömər İmam Sadiqin (əleyhissəlam) belə bu-
yurduğunu nəql etmişdir: “İmama izin verildiyi zaman Allahı 
205
 Zumər, 74.
206
 İlzamun-nasib, c.2, s.256; Bəşarətul-İslam, s.268; Yəumul-xilas, s.318.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə