156
Müctəba Sadət
BİRİNCİ HİSSƏ:
ZÜHURUN ŞƏRTLƏRİ
Tələb və təklif qanunu zəruri edir ki, tələb təklif ilə mütə-
nasib olsun. Çünki bundan başqa surətdə həyat və bərabərlik
nizamı pozular, toplumun nizamına xaos, qarışıqlıq və fəsad
hakim olar.
Bildiyimiz kimi, Allah-taalanın insanları hidayət etmək
üçün tarix boyu bəşəriyyətə göndərmiş olduğu bütün peyğəm-
bərlər – müqəddəs əməllərini icra etmək əsnasında – şiddət və
müxalifətçilik reaksiyası ilə qarşılaşmışlar. Bu davranışlar in-
karçı camaat tərə indən olmuşdur. Bundan əlavə, uca amal və
peyğəmbərlərə aid insani risalətə diqqət ediblər...
Cahil şəxslər əngəl olmağa çalışmış, peyğəmbərlərə, böyük
səmavi başçılara əziyyət etmişlər. Dərəcə baxımından onların
ən böyüyü Muhəmməd peyğəmbər
(sallallahu əleyhi və alih)
olmuşdur. O buyurur: “Heç bir peyğəmbərin qövmü ona mənə
əziyyət olunduğu kimi əziyyət etməmişdir”.
Həmçinin Allah-taala buyurur:
“Vay bu bəndələrin halı-
na! Onlara elə bir peyğəmbər gəlmədi ki, ona daim istehza
etməsinlər”.
241
Bu çarpışma zindan, sürgün kimi şiddətli nəti-
cələrə gətirib çıxartmış və peyğəmbərlərə
(əleyhimussəlam)
əziyyət vermişdir.
Onların əksəriyyəti bu yolda həyatlarını itirmişlər. Hər
şeyə rəğmən, Allah şəfqətli, rəhmlidir. O, öz höccətini tamam-
lamaq üçün bəndələrinə onların varlıq neməti əsirgəməmişdir.
Əksinə, ətanı davamlı etmişdir. O, on bir nəfər tayı bərabəri ol-
mayan kəs ortaya çıxartmışdır ki, onların heç bir bənzəri yox-
241
Yasin, 30.
157
Müqəddəs sübh
dur
(Əmirəlmöminindən (əleyhissəlam) başlayaraq İmam Həsən
Əksəriyə (əleyhissəlam) qədər). Onlar Allah Rəsulunun
(sallal-
lahu əleyhi və alih) ən üstün xələ idir. Onlar ən bariz insani
xüsusiyyətlərə, islami üstünlüklərə malik olmuşlar. Onlar öz
dövrlərində İslam ümmətinin fərdlərinin ən fəzilətlisi olmuş-
lar. Onlar cəmiyyət idarəçiliyində fəzilət və ilahi ədaləti əsas
hədəf götürürdülər. Bununla yanaşı, tarix də şahiddir ki, onlar
Peyğəmbərlərin sonuncusu
(sallallahu əleyhi və alih) dünyası-
nı dəyişdikdən sonra iki əsr yarım müddətində islami siyasəti
sahəsindən ya uzaq olmuşlar, ya da uzaqlaşdırılmışlar. O dərə-
cədə ki, onlar qa il insanları doğru yola yönəltməyə imkan tapa
bilməmişlər. Çünki əziyyətə, həbsə və qətlə düçar olurdular...
Buradan belə nəticə alırıq ki, bu
(peyğəmbər və imamları gön-
dərmək şəklini almış) səmavi
istək insani tələb (bəşər övladının
səmavi risaləti inkar etmək şəklini almış) ilə birlikdə mütənasib
olmamışdır.
Həqiqətən, bəşərin üsyan və inadkarlıqla nəticələnən həd-
di aşan pis davranış və kobud reaksiyasını insan görsün deyə,
bu səbəbdən ilahi hikmət əzəmətli başçıların sonuncu şəxsini
(
İmam Məhdini (əleyhissəlam) uzun bir müddət ərzində gözlər-
dən qeybə çəkməyi, insanlarda belə bir ali dəyərli şəxsiyyətə
ehtiyac hissini üzə çıxartmağı zəruri bilmişdir. Yer üzü hazır
vəziyyətdə olduğu zamanda isə Allah-taala onu ortaya çıxara-
caq və ona ehtiyac duyan kəslərin arasında qərar verəcəkdir...
Hər bir iş üçün münasib vaxt gəldikdə, buna şərait yaradacaq
vəziyyət formalaşdıqda, əksər insanların qəlbində ümidsizlik
özünə yer etdikdə, qəlblərinin dərinliklərində İzzətli və Hik-
mətli Allah tərə indən başçı və xilaskar arzulayacaqdır. Allah
da nizamından çıxmış, pozğunluğa düşmüş durumları köklü
islah etmək, xalqı zülm və haqsızlıqdan qurtarmaq, haqq və
ədaləti yaymaq naminə aləmin xilaskarını ortaya çıxaracaqdır.
Lakin... bu vəd olunmuş günün – hansı ki, intizarı çəkilən
müqəddəs sübhdür, əlamət və şərtlərinin olması gərəkdir.. O
158
Müctəba Sadət
əlamətlər ki, ona dəlalət edir və müvəffəqiyyətinin gerçək-
ləşmə şərtləri vardır. Hansısa bir inqilabın qalibiyyəti, yaxud
arzulanan hədəfin həyata keçməsi üçün münasib vəziyyətin
mövcud olmasına söykənir. Odur ki, nə zaman ortam və mü-
vəffəqiyyət ünsürləri hazır vəziyyətdə oldu, hədəf gerçək-
ləşir...
İmam Məhdinin
(əleyhissəlam) inqilabı kimi hərəkat və
renesans hər bir peyğəmbər, rəsul və imamların
(əleyhimus-
səlam) çalışqanlıqlarının ümumi və müxtəsər formasıdır, ilahi
ədalətin gerçəkləşməsini və bütün bəşəriyyətin Allahın əbədi
şəriətinə sarı hidayətini hədəfə alır. Məhdi
(əleyhissəlam) hərə-
katı müqəddəs zühuru zamanı başlayacaqdır. O, dərin, əhatəli,
köklü, daimi və insani bir hərəkatdır. Bu hərəkat dil, rəng, irq,
soy sərhədlərini aşıb keçir. Həmçinin insan azadlığını reallaş-
dırır, zaman keçdikcə hədərə getmiş etibar və hörmətini geri
qaytarır, fəsad, inhiraf və zülmün hər bir şəkli, rəngi və forması
ilə birlikdə kökünü qazıb çıxartmağa çalışır.
Belə bir əhatəli və dərin hərəkatın bir şeyə malik olmadan
baş verməsi mümkün deyil. Əksinə, ondan öncə xariquladə
halların baş verməsi, müvəffəq olması üçün münasib dünyavi
hazırlığın olması gərəkdir. Həmçinin qurtuluşun təməl faktor-
ları və şərtlərinin yayğın olması labüddür. Ola bilər ki, bu şərt-
lərin ən əhəmiyyətli olanı aşağıdakılardır:
Birinci: Kamil və hər bir imkan, zamanda xilas etmə qa-
biliyyətinə malik, həmçinin bəşəriyyəti
sevərək xidmət etməyi
ehtiva edən düşüncə ideologiyası.
Bu ideologiyanın cəmiyyət içərisində idarəedici qanun ol-
ması, həmçinin hər bir bəşəri problemləri üstünə alması, ha-
belə bütün haqsızlıqları yox etməsi gərəkdir... Həmçinin bili-
rik ki, İslam dini sonuncu səmavi şəriətdir. Bəşəri ağıl aləmdə
kamil ədalət yaratmaqda acizdir. Allah-taala Quranda yer üzə-
rində kamil ədalətinin, həmçinin xalis ibadətin tətbiqini vəd