115
Müqəddəs sübh
dur. İmamla (əleyhissəlam) birlikdə cihad etmək müvəffəqiy-
yətinə yetişmək ona dünya və axirətdə fayda verəcəkdir. Onda
dünya və axirət faydası vardır”.
Bundan öncə, Əhli-beyt imamlarının (əleyhimussəlam)
şiələrinə, onları sevənlərə və ardıcıllarına öyrətmiş olduğu
təlimlərdə görürük ki, Ramazan ayında çığırtını eşitdikdən
sonra yemək azuqəsi toplamağı çoxaltmalıdırlar... Yəni hadisə
(Qirqisiya mərəkəsi), döyüşlər və itnələr baş verməmişdən
öncə bunu etməlidirlər. Həmin vaxt Ali-Beyt (əlehyimussəlam)
şiələri yemək tədarükü görmək üçün ayıq olacaqlar. Onların əl-
lərinə başqalarından ən azı iki ay öncə, həmçinin qida korlan-
madan qabaq fürsət düşəcəkdir. Bu da imamların (əleyhimus-
səlam) təlimlərinin fəziləti və bərəkəti sayəsində olacaqdır. Bu,
kitablarda gizli tutulmuş və qeybi sirlərdir ki, seyidlərimiz və
başçılarımız bizə lütf etmişlər. Onlara ən üstün salavat və sa-
lam olsun.
2 –İraq qətliamı
Bağdad soyqırımı
Qirqisiya mərəkəsindən sonra Süfyani İraqdakı siyasi zəif-
lik durumdan istifadə edəcəkdir. O, hərbi həmlə icra edəcək,
onun qüvvələri İraqa daxil olacaq, Bağdadda müsibət doğuran
qətliam törədəcəkdir. (Zülqədə ayının 21, yaxud 22-si başlaya-
caqdır). Həmçinin Kufədə soyqırım baş verəcəkdir (Zülhiccə
ayında mübarək qurban bayramı, bayram günü). Habelə başqa
şəhərlərdə də baş verəcəkdir. O həddə çatacaq ki, Xorasaninin
qüvvələri (iranlılar) daxil olacaq.
Uzun bir hədisin gedişatında İmam Sadiq (əleyhissəlam)
buyurmuşdur: “İraqı şiddətli qorxu bürüyəcək və sabitlik ol-
mayacaqdır. Onun qoşunu bağdada daxil olduqdan sonra
sürətli ölüm düşəcəkdir. Belə ki, üç gün oranı mübah edəcək-
dir. Əhalisinin altmış minini qətlə yetirəcəkdir (yetmiş min də
deyilmişdir). Evləri xarabaxanalığa çevirəcəkdir. Sonra orada
116
Müctəba Sadət
on səkkiz gecə qalacaq və mallarını bölüşdürəcəkdir. Orada ən
salamat yer Kərx olacaqdır”.
166
İbn Vəhb deyib: “Əbu Abdullah (əleyhissəlam) İbn Əbu Əqi-
bin şerindən beyti misal gətirdi: (məzmunu)
Onlardan səksən min nəfərin heyvan kimi Bağdadda başı
kəsilmiş olar
Nəhayət bu yerinə çatdı: (məzmunu)
Zəvrada (Bağdadın epitetlərindən biri) səksən min adam
qətlə yetirilər. Onların səksən nəfəri ilankəsin övladlarından
olarlar. Hamısı xilafət üçün layiqli olar”.
167
Əmirəlmöminin (əleyhissəlam) uzun bir hədisin gedişatın-
da buyurmuşdur: “Zəvra (Bağdad) şəhəhərindən onların valisi,
əmir beş min cəllad arasında çıxar. Körpüsü üzərində yetmiş
min nəfər öldürərlər. O həddə qədər ki, camaat üç gün cəsədlə-
rin üfunətli qanı ucbatından Fəratdan uzaq durar”.
168
İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “Bəni-Abbas
tərəfdarlarından dəyəri böyük olan bir nəfərin Kərxdən Bağdad
şəhərinə gələn körpünün yanında yandırılması baş verər”.
169
İmam Hüseyn (əleyhissəlam) uzun bir hədisin gedişatında
belə buyurmuşdur: “Yüz otuz min nəfərlik qoşununu Zəvra-
ya (Bağdada) göndərər. Onlar üç gün ərzində oranın körpüsü
üzərində yetmiş min nəfər adamı qətlə yetirərlər. On iki min
bakirə qızı zorlayarlar. Sən Dəclə çayının suyunu qan və cəsəd-
lərin üfunətindən qırmızıya bürünmüş görərsən”.
170
Zəvra Bağdaddır. Oranı Mənsur Dəvaniqi tikdirmişdir. Kör-
pünün adı rəvayətlərdə dəfələrlə təkrar çəkilmişdir. Bu körpü
Bağdadda “Cuəyfər” məhəlləsindən Kərx tərə ində bağlanmış-
dır. Dəclə çayının başqa bir tərə ində yerləşən “Mədinətut-tib-
166
Yəumul-xilas, s.703; İlamul-vəra, s.429.
167
Bəşarətul-İslam, s.153; Yəumul-xilas, s.657.
168
İlzamun-nasib, c.2, s.119; Bəşarətul-İslam, s.57.
169
İlzamun-nasib, c.2, s.149; Yəumul-xilas, s.657.
170
Yəumul-xilas, s.657; Bəyanul-Əimmə, c.2, s.365.
117
Müqəddəs sübh
b”-in qarşısındadır. Bu körpünün adının dəfələrlə hallanmasın-
da görünən budur ki, bu körpü Süfyani qoşunu ilə iraqlıların
qoşunu arasında baş verən vaqiənin yeridir. Belə ki, körpünün
üzərində yetmiş min əskər öldürüləcəkdir. Onların qanı Dəclə
çayına axacaqdır. O həddə qədər ki, çayın suyu qandan qırmızı
rəngə boyanacaqdır. Həmçinin su qan və cəsədlərin çürümə-
sindən üfunət iyi verəcəkdir. O həddə çatacaq ki, camaat üç gün
çayın suyunu içməkdən uzaq duracaqdır.
İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “Sarı bayraqla-
rın, məğrib bayraqlarının və Süfyani bayrağının əlindən vay
olsun Zəvranın halına!”
171
Müfəzzəl ibn Ömər İmam Sadiqdən (əleyhissəlam) belə
nəql etmişdir ki, həzrətə buyurdu: “Ey ağam, Bağdadda olan
Zəvranın halı həmin zaman necə olacaq?”
Buyurdu: “Allah əzabının, qəzəbinin yeri olacaqdır. Sarı
bayraqların, hər bir yaxın və uzaqlıqdan ona sarı hərəkət edən
bayraqların əlindən vay onun halına. Allaha and olsun ki, ru-
zigarın əvvəlindən sonuna qədər sair üsyankar ümmətlərə
nazil olan növbənöv əzablar, habelə o əzablar ki, nə göz gör-
müşdür, nə də qulaq eşitmir – mütləq nazil olacaqdır. Sellərlə
birlikdə tufan oraya gələcəkdir. Vay olsun oranı məskən seçə-
nin halına. Allaha and olsun ki, Bağdad bəzi vaxtlarda elə abad
edilər ki, hətta onu görən kəs “dünya elə budur, başqası deyil”
– deyər. Zənn edər ki, qızları hurul-eyn, övladları isə Cənnət
övladlarıdır. Güman edər ki, Allah yalnız oraya ruzi bəxş edir.
Allahı yalanlama üzə çıxar. Haqsız yerə hökm verilər, yalandan
şahidlik edilər, məstedici şərab, zina, haram mal yemək, (na-
haq) qan axıtmaq üzə çıxar. Bundan sonra Allah onu sınaq-
lar və hərbi qüvvələrin əli ilə çıxaracaqdır. O həddə qədər ki,
oradan keçən kəs (xaraba günə qalmış) divardan başqa heç nə
görməz. Əksinə, deyər ki, bu yer Bağdaddır. Sonra gözəl üzlü
171
Bəşarətul-İslam, s.143; Yəumul-xilas, s.701.
Dostları ilə paylaş: |