Müqəddİmə Bir neçə zəruri xatırlatma


Fitrə zəkatının müxtəlif məsələləri



Yüklə 9,34 Mb.
səhifə50/88
tarix26.09.2017
ölçüsü9,34 Mb.
#2194
1   ...   46   47   48   49   50   51   52   53   ...   88

Fitrə zəkatının müxtəlif məsələləri


Məsələ 1718: Malın zəkatında olduğu kimi, fitrənin zəkatında da qürbət qəsdi lazımdır. Yəni, Allahın əmrinə itaət etmək məqsədi ilə fitrə zəkatı verilməlidir və fitrə niyyəti də şərtdir.

Məsələ 1719: Fitrə zəkatını ramazan ayından qabaq vermək olmaz. Verdiyi halda isə, Fitr bayramı günü yenidən verməlidir. Vacib ehtiyata əsasən, mübarək ramazan ayında da verməsin. Lakin, əgər ramazan ayından əvvəl, yaxud ramazan ayında fəqirə borc versə, ona fitrə vacib olandan sonra öz borcunu fitrə yerinə hesab etməsinin maneəsi yoxdur.

Məsələ 1720: Fitrə zəkatında insanın şəxsən yediyi yemək me’yar götürülür. (Həmin) şəhər və yaxud məntəqənin adi yeməkləri meyar sayılır. Belə olan halda, həmişə düyü yeyən şəxs fitrə zəkatını buğdadan verə bilər.

Məsələ 1721: Fitrə zəkatında ərzağın yerinə pul vermək olar. Məsələn, bir “mən” buğdanın qiymətini hesablayıb onun pulunu o ünvanla fəqirə verə bilər. Lakin, gərək diqqət edilsin ki, qiymətin me’yarı rəsmi və topdan satış qiymət yox, azad bazarda müxtəlif şeylər satılandır. Başqa ifadə ilə desək, fəqir ona verilən pula həmin malı bazardan ala bilməlidir.

Məsələ 1722: Fitrə üçün verilən buğda və s. torpaq və ayrı şeylərlə qarışıq olmamalıdır. Çox az miqdarda olub, saya gəlmədikdə, istisnadır.

Məsələ 1723: Fitrə zəkatını eyibli maldan vermək olmaz. Lakin, camaatın çox istifadə etdiyi yemək növündən olarsa, eybi yoxdur.

Məsələ 1724: Bir neçə nəfərin fitrə zəkatını verən şəxsin hamısını bir növ maldan verməsi vacib deyil. (Məsələn) bə’ziləri üçün buğda, bəziləri üçün də arpa verə bilər.

Məsələ 1725: Fitrə zəkatının verilmə vaxtı Fitr bayramı günü, namaz qılmazdan əvvəldir. Bu baxımdan, fitr bayramı namazını qılan şəxs gərək fitrəni namaz qılmazdan əvvəl versin. Lakin, əgər bayram namazı qılmırsa, bayram gününün zöhrünə qədər gecikdirə bilər.

Məsələ 1726: Əgər fəqirə əli çatmırsa, öz malından bir miqdar fitrə niyyəti ilə ayırıb, nəzərdə tutduğu və yaxud hər bir müstəhəqq üçün kənara qoya bilər. Onu verdiyi hər bir vaxtda fitrə niyyəti etməsi vacibdir.

Məsələ 1727: Əgər fitrə zəkatının verilməsi vacib olan vaxtda fitrə verməyə və yaxud kənara qoymasa, ehtiyata əsasən, sonradan “ma fiz-zimmə”- əda və qəza qəsdi etmədən fitrəni verməlidir.

Məsələ 1728: Fitrə üçün kənara qoyduğu malı başqa bir malla əvəz edə bilməz. Gərək onun özünü fitrə üçün versin.

Məsələ 1729: Əgər fitrə üçün kənara qoyduğu malı səhlənkarlıq edib fəqirə vermədiyindən aradan getsə, onun əvəzini verməlidir. Lakin (fəqirə) verə bilmədiyi və (onun) qorunmasında səhlənkarlıq etmədiyi halda, ona bir şey vacib olmaz.

Məsələ 1730: Əgər insan, qiyməti fitrədən çox olan malının bir miqdarını fitrə verəcəyini niyyət etsə, eybi yoxdur.

Məsələ 1731: Vacib ehtiyata əsasən, fitrə zəkatı həmin məntəqədə istifadə edilməlidir. Məsələn, ayrı şəhərdə olan qohumları üçün göndərə bilməz. Əgər o məntəqədə müstəhəq olmadıqda isə istisnadır. O məntəqədə müstəhəqq olduğu halda fitrəni başqa bir şəhərə apardıqda tələf olsa, zamindir. Lakin, şəriət hakimi ehtiyaclıların məsləhəti üçün onu ayrı şəhərə aparmalarını icazə verə bilər.

Məsələ 1732: Əvvəllər qeyd edildiyi kimi, vacib ehtiyata əsasən, fitrə zəkatını fəqir və miskinlərdən başqa yerlərdə istifadə etmək olmaz. Habelə, onunla iş yerləri açıb mənfəətini ehtiyaclıların xidmətində qoymaq olmaz. Lakin, onunla ehtiyaclı şəxslər üçün, məişətlərini təmin etmək qədər sərmayə hazırlamaq caizdir.

HƏCC

Həcc və onun şərtləri


Məsələ 1733: Allahın evini ziyarət etməyə və həcc mənasikləri adlanan əməlləri yerinə yetirməyə “Həcc” deyilir və Həcc aşağıda qeyd edilən şərtlərə malik olan şəxslərə ömürndə bir dəfə vacibdir:

1-Həddi-büluğa çatmaq; 2-Aqil olmaq; 3- Həcci yerinə yetirməklə həccdən mühüm olan vacib bir əməl tərk olmasın; Şəriətdə (tərk olunmasının) əhəmiyyəti həccdən daha artıq olan haram bir işə qurşanmasın; 4-İstitaət. Bu , bir neçə şeylə hasil olur: 1) Yol azuqəsi, səfərdə ehtiyaclı olduğu şeylər, ehtiyac duyduğu minik və yaxud bunları hazırlaya biləcək mal; 2) Yolda maneçiliyin olmaması, canına, malına, namusuna yetişəcək təhlükə qorxusunun olmaması. Əgər yol bağlıdırsa və yaxud bir təhlükə qorxusu varsa, həcc ona vacib deyil. Lakin, uzaq olmasından aslı olmayaraq, əgər ayrı bir yol varsa, o yolla həccə getməlidir; 3)Həcc əməllərini yerinə yetirmək üçün canı sağlam olmalı; 4) Məkkəyə və həcc əməllərini yerinə yetirmək üçün kifayət qədər vaxtın olması; 5) Şəriət baxımdan və ya camaatın nəzərində xərcləri ona vacib olan şəxslərin xərclərinə malik olmaq; 6) Qayıdandan sonra məişətini təmin etmək üçün mala, ticarətə və yaxud işə malik olmaq.


İstitaətin hökmləri


Məsələ 1734: Ehtiyacları şəxsi evi olmadan tə’min olunmayan bir kəsə evin puluna malik olduğu halda həcc vacib olur. Lakin, əgər icarə, vəqf edilmiş və buna oxşar evlərdə yaşaya bilirsə, istitaətli (həccə imkanlı) hesab olunur.

Məsələ 1735: Əgər bir qadının həccə getmək üçün malı varsa, lakin, qayıtdıqdan sonra nə əri və nə də özü məişətini təmin edə bilməyəcəksə, həcc ona vacib deyil.

Məsələ 1736: Əgər bir nəfərin həccə getməyə xərci olmasa, lakin ayrısı həccə getmək üçün ona müəyyən mal bağışlayır və yaxud ixtiyarında qoyur və bu müddətdə arvad-uşağının da xərclərini ödəyirsə, belə bir şəxsə həcc vacibdir. Borclu olduğu və qayıtdıqdan sonra da məişətini təmin etmək üçün kifayət qədər vəsaiti olmadığı halda belə, ona bu hədiyyəni qəbul etmək vacibdir. Əgər onda (bağışlanılan və yaxud ixtiyarında qoyulan malda) minnət, zərər, dözülməz çətinlik olsa, istisnadır. Bu həcc onun vacib həccinə kifayət edir.

Məsələ 1737: Həcc xərclərinə malik olan borclu şəxs, öz borcunu qaytardığı halda həccə getmək imkanı əldən verərsə, belə bir şəxs istitaətli deyil. Əgər borc aldığı şəxs tələsməsə və sonradan onun borcunu verməyə qadir olacağına əmin olsa, istisnadır.

Məsələ 1738: Əgər bir şəxsi və yaxud karvanda qulluq etmək üçün bir nəfəri əcir etsələr və bu minvalla öz həccini yerinə yetirsə, bu, onun vacib həcci hesablanır. Lakin, belə bir həcci qəbul etmək vacib deyil.

Məsələ 1739: Borc almaqla istitaətli ola bilən bir şəxsə həcc vacib deyil. Lakin, bir neçə nəfər bir şəxsin həcc və ailəsinin xərclərini verdiyi halda, ona həcc vacibdir.

Məsələ 1740: Həcc məsələlərini bilən şəxs, əvvəllər həcc yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, başqaları tərəfindən həcc əməllərini yerinə yetirmək üçün əcir ola bilər. Lakin, özü yerinə yetirə bilmədiyi halda onu (həccə məsələlərini yerinə yetirməyi ) özgəsinə tapşıra bilməz. Əgər pul sahibinin icazəsi ilə olsa, istisnadır.

Məsələ 1741: Meyyit tərəfindən həcc üçün bir şəxsi əcir etməklə bu əməl onun üzərindən götürülmür. Əgər xatircəm olsa ki o, həcci yerinə yetirmişdir, əda olar.

Məsələ 1742: Zəkat malı və yaxud imam payı alıb həcc (əməllərini) yerinə yetirmək caizdir. Bu həcc, vacib həcc hesab olunur.

Məsələ 1743: İzdivac etməyə ehtiyaclı olan şəxsin, (izdivac) xərcindən artıq həccə getmək üçün pulu yoxdursa, istitaətli hesab olunmur.

Məsələ 1744: Əgər bir nəfərə həcc vacib olduqdan sonra onu yerinə yetirməzsə və istitaəti əldən gedərsə, hər vasitiə ilə olursa olsun, həcci yerinə yetirməlidir. Hətta borc almaq, əcir olmaqla olsa belə.

Məsələ 1745: İstitaətli olan şəxs həcc yerinə yetirməsə və sonra fiziki sağlamlığını əldən verərsə, belə ki, şəxsən həcc əməllərini yerinə yetirə biləcəyindən ümidsiz olsa, gərək öz tərəfindən başqa birisini həccə göndərsin. Bir nəfərin maddi imkanı yaxşı olsa, lakin, qocalıq və yaxud xəstəlik üzündən gücü olmasa, ona həcc vacib deyil. Lakin, müstəhəb ehtiyata əsasən, əcir tutsun.

Məsələ 1746: Bir dəfə vacib həcc yerinə yetirən şəxsin ikinci dəfə həcc yerinə yetirməsi müstəhəbdir. Əgər hacıların həddindən artıq izdihamı ilk dəfə həccə gedən hacılar üçün sıxıntı yaradacaqsa, müstəhəb həcci müvəqqəti olaraq təxirə salmaları yaxşıdır. Həmçinin, növbə tutulan vaxt öz növbələrini ilk dəfə vacib həcc yerinə yetirələnlərə vermələri yaxşıdır.

Əgər Allah evinin bir il zəvvarsız qalması fərz edilsə, şəriət hakiminə bir dəstəni, hətta vacib həclərini yerinə yetirmiş olsalar belə, həcc (əməllərini) yerinə yetirmək üçün göndərməsi vacibdir.




Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə