Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə53/88
tarix26.09.2017
ölçüsü9,34 Mb.
#2194
1   ...   49   50   51   52   53   54   55   56   ...   88

Müamilə siğəsi


Məsələ 1789: Müamilə edən tərəflər bildikləri hər dildə siğə oxuya bilərlər. Məsələn, əgər satıcı türkcə “Mən bu malı filan qiymətə satdım” və alıcı “qəbul etdim” və yaxud bu mə’nanı verən başqa bir ifadə ilə desələr, müamilə düzgündür. Lakin, siğə oxumadan satıcı satmaq məqsədi ilə malını birinə versə və o da almaq qəsdi ilə (müamilə şərtlərinin onda cəm olması şərti ilə) alsa kifayat edər.

Məsələ 1790: Bütün müamilələrdə sənədlərin yazılıb imzalanması, istər rəsmi ofislərdə, istərsə də qeyrisində, dil ilə oxunan siğənin canişini ola bilər. Lakin, izdivac və təlaq siğələrində, vacib ehtiyata əsasən, siğə dil ilə oxunmalıdır.

Məsələ 1791: Müamilə siğəsi oxunan zaman hər iki tərəf inşa qəsdi etməlidirlər. Yəni, bu iki cümlələri deməkdə məqsədləri alqı-satqı olmalıdır. Həmçinin, əməli olan alver dil ilə oxunan siğənin əvəzi olduqda da inşa qəsdi olmalıdır. Həmçinin, həqiqi və hüquqi şəxslərin hər ikisi malik müamilə tərəfləri ola bilərlər. Bu baxımdan, təsis olunan hər bir xeyriyyə və pullu müəssisələr hüquqi şəxsiyyətə malik olsalar, bu baxımdan həqiqi şəxsiyyətlərlə fərqləri yoxdur.

Ağacda olan meyvələrin alqı-satqısı


Məsələ 1792: Sarı və yaxud qırmızı olan xurma, yaxud çiçəyi tökülən, dənəsi bağlanan meyvə zərərdən sovuşduğu halda, alqı-satqısı düzgündür. Həmçinin qoranın (yetişməmiş üzüm) ağaca satılmasının eybi yoxdur. Lakin, onların miqdarı mütəxəssislərin təxmini vasitəsi ilə mə’lum olmalıdır.

Məsələ 1793: Ağacda olan meyvəni çiçəyi tökülməmişdən qabaq satmaq istəsələr, ehtiyata əsasən, yerdə cücərən şeylərdən, məsələn, mövcud göyərtilər kimi, onunla satsınlar.

Məsələ 1794: Xiyar, badımcan və müxtəlif göyərtilər (tərəvəzlər), məsələn, ildə bir neçə dəfə dərilənlər kimi, zahir və aşkar olduğu halda alqı-satqılarının eybi yoxdur. Lakin, müştərinin onu ildə neçə dəfə dərməsini müəyyən etməlidirlər.

Məsələ 1795: Dənə bağlayandan sonra buğda və arpa sünbülünün satılmasının eybi yoxdur. Lakin onu buğda və arpaya satmaq iradlıdır. Həmçinin, yetişməsinə qədər qalmasını şərt etməsi və yaxud yalnız otundan istifadə etmək istəyindən asılı olmayaraq, tarlanın özünü sünbüllər zahir olmazdan qabaq almaq olar.

Nəqd və nisyənin müamiləsi


Məsələ 1796: Əgər bir mal nəqd satılarsa, satıcı və yaxud alıcı müamilə bitəndən sonra malını və yaxud pulunu tələb edə, onu təhvil ala bilərlər. Ev, torpaq və buna oxşar şeylərin təhvil verilmə qaydası, onu istifadə edə biləcək halda alan şəxsin ixtiyarında qoymaqdır. Daşınan əşyaların, məsələn, xalça, paltar və s. kimi təhvil verilmə qaydası, onu başqa yerə aparmaq istədikdə heç bir maneə olmayacaq halda alıcının ixtiyarında qoymaqdır.

Məsələ 1797: Nisyə müamilədə müddət tam şəkildə müəyyən edilməlidir. Onun üçün bir tarix müəyyən edilməsə, müamilə batildir.

Məsələ 1798: Bir mal nisyə satıldıqda, müddət vaxtı sona çatmazdan qabaq onun əvəzini tələb edə bilməz. Lakin, müştəri dünyadan köçəndən sonra, hətta, vaxt sona çatmazdan öncə, satıcı borcunu meyyitin malından tələb edə bilər.

Məsələ 1799: Əgər müddətin vaxtı bitəndən sonra müştəri pulu ödəyə bilməsə, ona möhlət verilməlidir.

Məsələ 1800: Əgər nəqd olaraq bir malı bir qiymətə, nisyə olaraq ondan baha müamilə etsələr, məsələn, bu malı nəqd olaraq filan qiymətə, nisyə isə on faiz baha verirəm, desələr və müştəri qəbul etsə, maneəsi yoxdur və sələm hesab olunmur.

Məsələ 1801: Əgər bir nəfər malı nisyə satsa, lakin sonradan öz alacağından bir miqdar azaldıb, qalan hissəni nəqd alsa, eybi yoxdur.

Sələf müamiləsi və onun şərtləri


Məsələ 1802: Müştərinin bir müddətdən sonra alacağı malın pulunu qabaqcadan ödəməsinə sələf müamiləsi (öncədən ödəmə) deyilir. (Müştərinin ) “bu pulu verirəm, məsələn, altı aydan sonra filan miqdarda olan malı səndən təhvil alaram” və satıcının “qəbul etdim” demələri kifayət edir. Hətta siğə oxumasalar da alıcı bu məqsədlə pulu versə və satıcı alsa, düzgündür.

Məsələ 1803: Əgər sələf pulun özünü satıb, əvəzinə pul alsa, müamilə batildir. Lakin, sələf bir malı satsa və əvəzinə pul və yaxud başqa mal alsa, düzgündür. Baxmayaraq ki, müstəhəb ehtiyata əsasən, həmişə malın əvəzinə başqa mal yox, pul almaqdır.

Məsələ 1804: Sələf müamiləsinin altı şərti var:

1-Gərək malın qiymətdə təsir qoyan xüsusiyyət və keyfiyyətləri müəyyən edilsin. Lakin, çox diqqət (etmək) lazım deyil. “Onun keyfiyyətləri mə’lum olub”, deyilməsi kifayət edir. Bu baxımdan da xüsusiyyətlərinin vəs olunması mümkün olmayan malların (bə’zi dəri, ət və xalçalar kimi) sələf müamiləsi batildir; 2-Alıcı və satıcı bir-birlərindən ayrılmazdan qabaq qiymətin hamısı ödənilməlidir. Əgər qiymətin müəyyən hissəsini ödəsə, müamilə həmin miqdarda düzgündür. Lakin, satıcı müamiləni poza bilər; 3-Müddəti tamamilə müəyyən etməlidir, məsələn, malı xırmanın ilk vaxtı təhvil verərəm, desə (və xırmanın ilk vaxtı müəyyən olmasa,) müamilə batildir; 4-Malı təhvil vermək üçün elə vaxt təyin etməlidirlər ki, adətən həmin vaxtda o mal olur; 5-Vacib ehtiyata əsasən, hansı şəhərdə, məntəqədə malın təhvil verilməsi məkanı tə’yin edilsin. Əgər onların sözlərindən məkan mə’lum olsa, istisnadır; 6-Gərək onun çəki və peymanəsini tə’yin etsinlər. Amma, adətən görməklə müamilə olunan mal olsa (müxtəlif növlü əksər xalçalar kimi), xüsusiyyətləri sadalamaqla sələfə satsa, işkalı yoxdur. Lakin, onların hər birinin fərqləri camaatın əhəmiyyət vermədiyi miqdarda az olmalıdır.



Sələf müamiləsinin hökmləri


Məsələ 1805: Sələfin aldığı malı müddətindən öncə başqasına sata bilməzlər. Lakin, vaxtı çatdıqdan sonra onu təhvil almasa, başqasına satması maneəsizdir.

Məsələ 1806: Əgər sələf müamiləsində satıcı daha yaxşı mal təhvil versə, (yə’ni müqavilə zamanı tə’yin edilmiş xüsusiyyətlərdən əlavə, başqa yaxşı keyfiyyətlərə də malik olan) müştəri qəbul etməlidir. Lakin o xüsusiyyətlərdən bəzilərinə malik olmasa, müştəri qəbul etməyə bilər.

Məsələ 1807: Əgər satıcı müqavilədəki malın yerinə başqa mal və yaxud həmin malı aşağı keyfiyyətlərlə təhvil versə, müştəri razı olduğu halda, eybi yoxdur.

Məsələ 1808: Əgər sələfə satılan mal təhvil zamanı tapılmaz olduğundan, onu hazırlaya bilməsə, müştəri səbr edə bilər və həm də müamiləni ləğv edib, verdiyi qiyməti geri almağa hüququ var.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə