Müqəddİmə Bir neçə zəruri xatırlatma


Qızıl və gümüşün alqı-satqısı



Yüklə 9,34 Mb.
səhifə54/88
tarix26.09.2017
ölçüsü9,34 Mb.
#2194
1   ...   50   51   52   53   54   55   56   57   ...   88

Qızıl və gümüşün alqı-satqısı


Məsələ 1809: Əgər qızılı qızıla və yaxud gümüşü gümüşə satsalar (sikkə olub, olmamasından asılı olmayaraq), onların birinin çəkisi artıq olduğu halda, müamilə haram və batildir. Baxmayaraq ki, bir qızıl düzəldilib, digəri isə düzəldilməyib və yaxud düzəldilmə formaları keyfiyyət baxımından fərqli və yaxud əyarları müxtəlif olub, məsələn, 18 əyarlı bir qram yarım qızılı, 14 əyarlı bir qram yarım qızıla versə, bütün bunlar haram və batildir. Lakin, çəkilərinin bərabər olub-olmamasından asılı olmayaraq, qızılın gümüşə satılmasının eybi yoxdur.

Məsələ 1810: Qızılın qızıla, gümüşün gümüşə müamiləsində satıcı və alıcı ayrılmazdan öncə malı və onun əvəzini bir-birlərinə təhvil versinlər. Əgər təhvil verməsələr müamilə batildir. Əgər yalnız bir miqdarını təhvil versələr, müamilə yalnız o miqdara əsasən düzgündür və qarşı tərəf müamiləni poza bilər.

Müamiləni pozmağın mümkün olduğu yerlər


Məsələ 1811: Müamiləni pozmaq hüququna “Fəsx (müamiləni pozma) ixtiyarı” deyilir. Satıcı və alıcı 11 halda müamiləni poza bilərlər:

1-“Məclis ixtiyarı”: Müamilə məclisindən dağılmazdan öncə;

2-“Ğəbn ixtiyarı”: İki tərəfdən biri məğbun (aldadıldığı halda) olduğu halda;

3-“Şərt ixtiyarı”: Müəyyən müddətə qədər hər ikisinin, yaxud birinin (müamiləni) poza bilmə hüququna malik olmasını şərt etmək;

4-“Tədlis ixtiyarı”: Satıcı, yaxud alıcı saxtakarlıq edib, öz malını (həqiqətdə) olduğundan daha yaxşı tanıtdırsın;

5-“Şərtdən təxəllüf ixtiyarı”: Satıcı və yaxud alıcı tərəf müqabili üçün müəyyən bir iş görməyi, yaxud malın xüsusi tərzli olmasını şərt edib, sonra şərtə əməl etməməsi; Bu halda qarşı tərəf müamiləni poza bilər.

6-“Eyb ixtiyarı”: Əvvəlcədən xəbərsiz olduqları və malların birində və yaxud hər ikisində eyib olduğu halda;

7-“Təbəuuzu səfqə və yaxud şirkət ixtiyarı”: Satılan malın müəyyən miqdarı başqasının olduğu mə’lum olsa və əgər onun sahibi müamiləyə razı olmasa alıcı müamiləni poza, yaxud satıcının malı olan miqdarda müamiləni qəbul edib qalanının pulunu geri ala bilər;

8-“Rö’yət ixtiyarı”: Satıcı müştərinin görmədiyi müəyyən malın bəzi xüsusiyyətlərini bəyan etməklə satsa və sonra (malın) dediyi kimi olmadığı mə’lum olsa, bu halda müştəri müamiləni poza bilər; Bu hökm əvəz etmək haqqında da qüvvədədir.

9-“Tə’xir ixtiyarı”: Müştəri nəqd aldığı malın pulunu üç günə kimi ödəməsə və satıcı da malı təhvil verməyibsə, satıcı müamiləni poza bilər; (Əgər müştəri müəyyən vaxta qədər (malın) pulunu verməsini yubadacağını şərt etsə, istisnadır). Əgər satılan mal bə’zi meyvə və göyərtilər kimi bir gün üstündən ötdükdə xarab olursa, bu halda gecəyə qədər onun pulunu ödəməsə, satıcı müamiləni poza bilər.

10-“Heyvan ixtiyarı”: Heyvan alan alıcı üç gün ərzində müamiləni poza bilər;

11-“Təəzzürü təslim ixtiyarı”: Satıcı satdığı malı təhvil verə bilmədiyi halda, müştəri müamiləni poza bilər.


Müamiləni poza bilmə hüquqlarının hökmləri


Məsələ 1812: Əgər alıcı malın qiymətini bilməsə, yaxud səhvən (qafil olub) malı adi qiymətindən baha alsa, belə ki, çox baha aldıqda camaat onu məğbun (zərər çəkən) hesab etsə, müamiləni poza bilər. Bu hökm satıcı qiyməti bilməyib, məğbun olduğu halda da caridir.

Məsələ 1813: “Şərt-bey” müamiləsində, məsələn, 100, 000 tümənlik evi agah halda 50,000 tümənə satırlar və şərt edirlər ki, əgər satıcı müəyyən edilmiş vaxtda pulu verərsə, müamiləni poza bilər və həqiqətən, qarşı tərəflərin alqı-satqı məqsədləri olsa, müamilənin eybi yoxdur. Əgər təyin edilmiş vaxtda pulu verməsə, mal alıcının olacaq.

Məsələ 1814: Əgər saxtakarlıq edib ə’la növ çayı pis çayla qarışdırıb “ə’la növ çay” adı ilə satsa, müştəri müamiləni poza bilər.

Məsələ 1815: Əgər alıcı aldığı malın eyibli olduğunu bilsə, məsələn, aldığı parça və yaxud xalçanın sökük və yaxud çürük olduğunu bilsə, əgər eyib müamilədən qabaq həmin malda olub, o, bilməyibsə, müamiləni poza və yaxud da eyibsiz malla eyibli malın qiymətini müəyyən edib satıcıya verdiyi pula mütənasib olaraq pulu geri ala bilər. Məsələn, 100 tümənə aldığı malın eyibli olduğunu başa düşsə və bazarda onun sağlam və eyiblisinin fərqi dörddə biri qədərdisə, dördə birinin pulunu yəni, 25 tüməni satıcıdan ala bilər. Vacib ehtiyata əsasən, bu iş qarşı tərəfin razılığı ilə icra edilməldiir. Bu hökm, əvəzdə eyb olduğu halda da caridir.

Məsələ 1816: Əgər müamilədən sonra və mal təhvil alınmazdan öncə onda bir eyib tapılsa, müştəri müamiləni poza bilər. Həmçinin, o malın əvəzində, müamilədən sonra lakin, mal təhvil alınmazdan öncə malda bir eyib tapılsa, satıcı müamiləni poza bilər.

Məsələ 1817: Əgər müamilədən sonra malın eyibli olduğunu bilib, tez müamiləni pozmasa, ehtiyata əsasən, onun (müamiləni pozma) hüququ qüvvədən düşür. Lakin, fikirləşmək qədər təxirin olmasının maneəsi yoxdur və müamiləni pozan zaman satıcının hazır olması şərt sayılmır.

Məsələ 1818: Bir neçə halda (mal) eyibli olsa müamiləni poza və yaxud qiymətin fərqini ala bilməz:

1-Alan zaman malın eyibli olmasını bilsə; 2-Sonradan razı olduğu halda; 3- Satıcı malı bütün eyibləri ilə yanaşı satıram desə. Lakin eyibi müəyyənləşdirib, bu eyiblə satıram, desə və sonradan başqa eyiblərin də olması məlum olsa, alıcı müamiləni poza bilər; 4- Alıcı malı alan zaman, “malın eyibi olsa, müamiləni pozmaz və qiymət fərqini almaram”, desə.



Məsələ 1819: Bir neçə halda alıcı malın eyibli olmasını bilsə müamiləni poza bilməz, lakin qiymət fərqini ala bilər:

1-Müamilədən sonra malda bəzi dəyişikliklər apardığı üçün camaat, “alınan mal olduğu kimi qalmayıb” desə; 2-Müamilədən sonra malın eyibli olduğunu bilsə, lakin müamilə hüququnu qüvvədən salmış olsa; 3-Malı təhvil alandan sonra başqa bir eyib onda tapılsa. Lakin, eyibli heyvan alıb, üç gün ötməzdən öncə başqa bir eyib tapsa, yenə də onu geri qaytara bilər. Həmçinin, əgər alıcı üçün yalnız müəyyən müddət daxilində müamiləni poza bilmə hüququ təyin edilsə və o müddətdə başqa bir eyib tapsa, onu təhvil almasına baxmayaraq, bu halda da müamiləni poza bilər.



Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə