Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə62/88
tarix26.09.2017
ölçüsü9,34 Mb.
#2194
1   ...   58   59   60   61   62   63   64   65   ...   88

ZƏMANƏT


Məsələ 1976: Əgər insan bir şəxsin borcunu ödəmək üçün zamin olmaq istəsə, siğəni fars, ərəb və yaxud hər hansı bir dildə şifahi olaraq oxuya bilər. Məsələn, “mən filan kəsin borcunu ödəməyə zaminəm” desin və borc sahibi də “qəbul etdim” deməklə qəbul etsin. Həmçinin, zəmanət müqaviləsini zəmanətnamə imzalamaq və yaxud da hər hansı bir vasitə ilə bu işi borc sahibinə başa salmaqla və o da əməli olaraq qəbul etdiyi halda, yerinə yetirmək olar.

Məsələ 1977: Zamin olduqdan sonra borclu şəxsin borcu zəmanətçinin öhdəsinə düşür və borclu şəxsin öhdəliyi götürülür. Əgər zəmanət borclu şəxsin xahişi ilə baş tutubsa, zəmanətçi borcu verdiyi zaman onu sabiq borclu şəxsdən ala bilər. Zamin olmağın başqa bir növü də var, belə ki, bir şəxs bu məsqsədlə başqasının zamini olur ki, əgər borclu şəxs borcunu verməkdə səhlənkarlıq etsə, onu ödəyə bilməsə, borc sahibi borcunu zamindan alsın. Bu növ zəmanət də düzgündür və əksər hallarda banklarda, yaxud kreditlər müqabilində olunan zəmanətlər bu formadadır.

Zəmanətin şərt və hökmləri


Məsələ 1978: Zəmanətçi və borc sahibi həddi-büluğa çatmış, aqil olmalı və kimsə onları məcbur etməməli, səfih olmamalıdır. Müflis olduğuna görə şəriət hakimi tərəfindən malından istifadəsi qadağan olunan borc sahibi zamin tuta bilməz (yəni borcunu başqasının öhdəsinə qoya bilməz).

Məsələ 1979: Borcuna zamin durulan şəxs borclu olmalıdır. Bu baxımdan, başqasından borc alan şəxs, onu almayana qədər, heç kəs onun zamini ola bilməz. Lakin, məsələn, “filankəsi işə götür, bir nasazlıq və yaxud xəyanət qarşıya çıxartsa mən zaminəm” desə, eybi yoxdur və bu zəmanət də e’tibarlıdır.

Məsələ 1980: Zəmanətdə “borc sahibi”, “borclu şəxs” və “borc alınmış mal” müəyyən olmalıdır. Bu baxımdan, əgər iki nəfərin bir nəfərdə borcu varsa və insan “mən onların biri qarşısında zaminəm” desə, faydasızdır. Həmçinin, əgər iki nəfər bir adama borclu olsa və bir şəxs “mən o iki nəfərdən birinin borcunu verməyə zaminəm” desə, (onlardan heç birini) müəyyən etmədiyi üçün, batildir. Habelə, əgər bir şəxs başqasına 100 kq. buğda və 100 tümən pul borc veribsə və bir şəxs “mən iki borcdan birinə zaminəm” deyib, (hansı birini verəcəyini dəqiqliklə) müəyyən etməsə düzgün deyil.

Məsələ 1981: Əgər borc sahibi borcunu zəmanətçiyə bağışlasa, zəmanətçi borclu şəxsdən heç nə ala bilməz. Əgər onun bir miqdarını bağışlasa, o miqdarı tələb edə bilməz.

Məsələ 1982: Zəmanətçi zəmanəti borc sahibinin razılığı olmadan poza bilməz. Lakin, zəmanətçi və yaxud borc sahibi müqavilədə istədikləri vaxt müqaviləni poza bilmələrini şərt etsələr, maneəsi yoxdur.

Məsələ 1983: Zəmanətçi zamin olduğu vaxt borcu ödəməyə imkanı olsa, borc sahibi onun zəmanətini pozub, öz borcunu birinci borc verdiyi şəxsdən tələb edə bilməz. Həmçinin, əgər zəmanətçi o vaxtda fəqir olsa, lakin borc sahibi bunu bilib, onun zamin olmasına razılıq versə, müqaviləni pozmaq hüququ yoxdur. Lakin, zamin elə həmin vaxtdan fəqir olsa və borc sahibi də (bunu) bilməyib, sonradan xəbər tutsa, onun zəmanətçiliyini poza bilər.

Məsələ 1984: Əgər bir şəxs borclu şəxsin icazəsi olmadan onun borcunu ödəmək üçün zamin olsa, ondan bir şey alamağa hüququ yoxdur. Lakin, onun icazəsi ilə olsa, borc sahibinin borcunu ödədikdən sonra, borclu şəxsdən ala bilər.

KƏFALƏT


Məsələ 1985: Əgər birinin başqasına haqqı olsa (məsələn, borc, qisas, diyə və s. kimi), yaxud hansısa bir haqqın iddiasını etsə və onun iddiası isbat olunsa və bu halda bir insan, müttəhimi haqq və yaxud iddia sahibindən azad etdirib, istədiyi vaxt onu ona təhvil verəcəyinə zamin olsa, bu müqaviləyə “kəfalət” və bu işə zamin olan şəxsə “kəfil” deyilir.

Məsələ 1986: Kəfaləti şifahi siğə oxumaqla yerinə yetirmək olar. Məsələn, kəfil borc sahibinə “borclu şəxsi istədiyin vaxt sənə təhvil verməyə hazıram” desə və borc sahibi də qəbul etsə və yaxud şifahi oxunan siğənin mənasını verən, hansısa sənədi imzalamaq və s. kimi bir iş görsələr, kəfalət düzgündür.


Kəfalət və kəfilin şərtləri


Məsələ 1987: Kəfalətdə haqq onun öhdəsində olan şəxsin razılığı lazım deyil. Bu baxımdan borclu şəxsin razılığı şərt sayılmır.

Məsələ 1988: Kəfil həddi-büluğa çatmış, aqil olmalı, onu kəfalətdə məcbur etməməlidirlər və kəfili olduğu şəxsi zamanında hazır etmək gücünə malik olmalıdır.

Məsələ 1989: Bir neçə şey kəfaləti pozur:

1-Borc sahibinin borcunu vermək; 2- Borc sahibinin borcunu bağışlaması; 3-Borclu ölsə; 4- Borclu və yaxud müttəhim şəxsi borc sahibinə təhvil vermək; 5- Borc sahibinin öz haqqını kəfildən alması; 6- Kəfilin ölməsi; 7-Haqq sahibi borcunu həvalə və yaxud başqa vasitə ilə başqa bir şəxsə tapşırması.



Məsələ 1990: Əgər bir nəfər zorla borclu şəxsi borc sahibinin əlindən qaçırtsa, borc sahibinin onu ələ keçirməyə gücü çatmasa, onu borc sahibinə təhvil vermək vacibdir və yaxud onun borcunu ödəməlidir. Əgər bir və yaxud neçə nəfər qatili qan sahiblərinin əlindən alıb qaçırtsalar, şəriət hakimi həmin şəxsi və yaxud neçə nəfəri, onların qohumları qatili təhvil verənə qədər zindana sala bilər. Əgər qatili təhvil vermək mümkün olmasa, qətlə yetirilmiş şəxsin diyəsini ödəməlidirlər.

Məsələ 1991: Əgər kəfalət borclu şəxsin icazəsi ilə olsa və kəfil çarəsizlik üzündən borc sahibinin borcunu versə, borclu şəxsdən onu almağa haqqı var. Əgər onun icazəsi ilə olmayıbsa haqqı yoxdur.

VƏDİƏ (ƏMANƏT)


Məsələ 1992: İnsanın öz malını əmanət ünvanı ilə başqasına qoruyub, saxlamaq qəsdi ilə verməsinə “vədi’ə” deyilir. Bu mətləbi şifahi siğə ilə oxumasından və yaxud siğə oxumadan əmanətdar şəxsə malı əmanət saxlamaq üçün ona verdiyini başa salsa və o da həmin məqsədlə qəbul etsə, sonradan qeyd ediləcək vədi’ə və əmanət hökmlərinə əməl etməlidir.

Məsələ 1993: Əmanətə xəyanət etmək haram və böyük günahlardan biri sayılır. Əmanəti qəbul edən şəxs onun qorunmasında səhlənkarlıq etməməli, əmanət sahibi əmanəti ondan istədikdə, əmanət sahibinin müsəlman olub-olmamasından asılı olmayaraq, qaytarmalıdır.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə