Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə60/88
tarix26.09.2017
ölçüsü9,34 Mb.
#2194
1   ...   56   57   58   59   60   61   62   63   ...   88

CÜALƏ


Məsələ 1928: İnsanın onun üçün icra edilən bir işin müqabilində müəyyən malı verəcəyini şərt etməsinə cüalə deyilir. Məsələn, “hər kəs mənim itirdiyi şeyi tapsa ona min tumən verərəm” deməsi kimi. Bu şərti qoyan şəxsə cael və işi icra edənə isə amil deyilir. Cüalə ilə bir nəfəri bir işi görmək üçün əcir etməyin fərqi bundadır ki, icarədə əcir siğəsi oxunduqdan sonra işi yerinə yetirməlidir və onu əcir edən şəxs də ona zəhmət haqqı borclu olur. Cüalədə isə amil işə başlamaya və yaxud iş əsnasında ondan imtina edə bilər. Həmçinin, amil işini icra etməyənə qədər cail ona borclu deyil.

Məsələ 1929: Cüalənin müəyyən edilməyən və yaxud müəyyən edilən şəxslə baş tutması mümkündür. Məsələn, əgər “bir həkim uşağımın xəstəliyini müalicə etsə, filan miqdar ona verəcəyəm” və yaxud bir dalğıca “əgər mənim itirdiyimi dənizdən çıxartsan, sənə min tümən verərəm” deyə bilər və hər iki halda düzgündür.

Cüalənin şərtləri


Məsələ 1930: Cail ağıllı, həddi-büluğa çatmış olmalı, vöz iradə və ixtiyarı ilə müqavilə bağlamalı və şəriət hökmlərinə əsasən, öz malından istifadə etmə hüququna malik olmalıdır. Bu baxımdan, malını əbəs yerə xərcləyən səhef adamın cüaləsi düzgün deyil.

Məsələ 1931: Müqaviləsi bağlanan iş haram olmamalı və onun əqli bir nəticəsi olmalıdır. Bu baxımdan, əgər “bir nəfər şərab içsə və yaxud gecə qaranlıq bir yerə getsə, filan məbləği ona verərəm” desə, cüalə düzgün deyil.

Cüalənin hökmləri


Məsələ 1932: Əgər bir malı müəyyən edib, məsələn, “hər kəs mənim atımı tapsa bu buğdanı ona verərəm”, desə, ehtiyata əsasən, onun qiymətində tə’sirli olan miqdar və xüsusiyyətlərini müəyyən etməlidir. Əgər malı müəyyən etməsə, məsələn, “mənim atımı tapan şəxsə 100 kq. buğda verərəm” desə, buğdanın qiymətində tə’sirli olan xüsusiyyətləri müəyyən etməlidir. Lakin, əgər cail bu iş üçün müəyyən muzd tə’yin etməyib, “hər kəs mənim itirdiyimi tapsa ona pul verərəm və yaxud (məndən) bir hədiyyə qazanacaq” desə, cüalə batildir. Əgər bir nəfər bu işi görsə, onun muzdunu, yerinə yetirdiyi işin camaatın nəzərində dəyəri olduğu qədər ödəməlidir. Əgər, cailin nəzərində tutduğu məbləğ ondan az olsa, istisnadır. Bu halda nəzərində tutduğunu verməlidir.

Məsələ 1933: Əgər iş görən müqavilədən qabaq o işi icra etsə, həmçinin, müqavilədən sonra işi muzd almamaq qəsdi ilə görsə, muzd almağa heç bir haqqı yoxdur.

Məsələ 1934: Əgər bir nəfər “hər kəs mənim itirdiyim şeyi tapsa onun yarısını ona verərəm” desə və iş görən o şeyin qiymət və xüsusiyyətlərindən xəbərsiz olsa, cüalənin iradı var.

Məsələ 1935: Cail və amil işə başlamazdan öncə cüaləni poza bilər. İşə başlayandan sonra da cüaləni poza bilər, lakin, cail (cüaləni) pozmasa, gərək gördüyü işin muzdunu ona versinlər.

Məsələ 1936: Qeyd etdiyimiz kimi, amil işi natamam saxlaya bilər, lakin, (işi) natamam qoymaq cailin zərər və ziyanına səbəb olsa, onu başa çatdırmalıdır, əks təqdirdə isə zamindir. Məsələn, əgər xəstəyə “gözümdə əməliyyat aparsan filan məbləğdə sənə verərəm” desə və o da əməliyyata başlasa və bu işi natamam saxlamaq gözün naqis olmasına səbəb olsa, heç bir haqqı yoxdur və ona vurduğu zərər və ziyana da zamindir.

Məsələ 1937: Əgər amil, natamam qaldıqda faydasız olan bir işi yarıda saxlasa, məsələn, itən əşyanı bir az axtarıb, sonra bu işi davam etdirməsə, heç bir hüququ yoxdur. Həmçinin, işin bir miqdarını görmək faydalı olsa (məsələn, paltarın bir hissəsini tiksə), əgər muzdü tamam iş üçün şərt edibsə, yenə də heç bir hüququ yoxdur. Lakin, məqsədi hər nə qədər iş görsə, o qədər muzd almaq olsa, görülən işin muzdu dərziyə verilməlidir.

BORC


Məsələ 1938: Borc vermək çox böyük müstəhəb işlərdəndir. Qur’an ayələrində və məsumların (s) hədislərində ona çox tə’kid edilmişdir. İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql edilib: Müsəlman qardaşına borc verən şəxsin malı artar və mələklər ona rəhmət göndərərlər. Əgər ona borclu olan şəxslə anlaşsa, hesabsız və sürətlə Sirat körpüsündən keçəcək. Əgər bir şəxs müsəlman qardaşından borc istəyəndə verməsə, cənnət ona haram olar.” Həmçinin başqa rəvayatdə qeyd edilib: Sədəqənin savabı on (10), borcun savabı isə on səkkiz qatdır”.

Borcun şərtləri


Məsələ 1939: Borc müqaviləsini həm şifahi siğə oxumaqla və həm də əməllə bağlamaq olar. Belə ki, bir şeyi borc məqsədi ilə başqasına versin və o da həmin niyyətlə qəbul etsin. Hər iki halda düzgündür.

Məsələ 1940: Borcda “miqdar” və “mal” müəyyən edilməli, borc verən və borc alan həddi-büluğa çatmış və ağıllı olmalı, habelə səfeh və öz malında istifadə etmək hüququndan məhrum olmamalı, bu işi məcburi, könülsüz və yaxud zarafatyana yox, (öz) iradəsi və məqsədli şəkildə həyata keçirməlidir.

Borcun hökmləri


Məsələ 1941: Əgər borc müamiləsində onun (borcun) ödənilməsi üçün bir zaman tə’yin ediblərsə, borc verən şəxs həmin zaman sona yetməyənə qədər borcunu tələb edə bilməz. Əgər zaman tə’yin edilməyibsə, istədiyi vaxtda borcunu tələb edə bilər.

Məsələ 1942: Borc üçün zaman tə’yin edildiyi halda borc alan şəxs zaman sona yetməzdən öncə borcunu qaytarmaq istəsə, borc verən şəxs onu qəbul etməyə məcbur deyil. Əgər zamanın tə’yin edilməsi yalnız borc alan şəxslə yola getmək olsa, borcunu vaxtından tez verdikdə, borc verən şəxs qəbul etməlidir.

Məsələ 1943: Əgər borc verən şəxs borcunu haqqı çatdığı zamanda tələb etsə, borclu şəxs tez onun borcunu qaytarmalıdır və onu yubatmaq günah sayılır. Lakin, borclu şəxsin oturduğu ev, ehtiyac duyduğu mənzil avadanlıqları və s. əşyalardan başqa bir şeyi olmasa, borc verən şəxs səbr etməli və onu ehtiyac duyduğu əşyalarını satmasına məcbur etməməlidir. Amma, borclu şəxs borcunu ödəmək üçün çalışmalı, ticarət, iş və yaxud şəriət hökmlərinə zidd olmayan hər hansı bir vasitə ilə qazanc ələ gətirərək, borcunu ödəməlidir.

Məsələ 1944: Borc aldığı insanı görə bilməyən və onu tapmağa ümidi olmayan şəxs, vacib ehtiyata əsasən, şəriət hakiminin icazəsi ilə, seyyid olub-olmamasından asılı olmayaraq, ondan aldığı borc qədər fəqirə verməlidir.

Məsələ 1945: Əgər meyitin malı vacib xərclərindən, yə’ni kəfən, dəfn və onun borcundan artıq olmasa, malını həmin yolda istifadə etməlidirlər və varislərə heç nə çatmır.

Məsələ 1946: Əgər bir şəxs işlək olan pul, qızıl, gümüş və yaxud bunlardan başqa bir şey borc alsa və sonradan onun dəyəri azalsa, yaxud neçə dəfə artsa, qiymətinin azalıb-çoxalmasından asılı olmayaraq, aldığı həmin miqdarı qaytarmalıdır.

Məsələ 1947: Əgər zaman yetişsə, borc aldığı şey eyni ilə qalsa və borc verən şəxs həmin şeyi istəsə, o malı ona vermək vacib deyil. Amma müstəhəb ehtiyata əsasən, həmin malı ona qaytarsa yaxşıdır.

Məsələ 1948: Borc verən şəxsin verdiyi miqdardan artıq alacağını şərt etməsi, malın çəki və yaxud ədədlə satılıb-satılmamasından asılı olmayaraq, sələm və haramdır. Habelə, borclu şəxsin onun üçün bir iş görməsini, başqa bir mal əlavə etməsini, məsələn, borc aldığı puldan başqa bir miqdar buğda da ona əlavə etməsini, yaxud, bir miqdar düzəldilməmiş qızıl ona borc verib, həmin miqdarı düzəldilmiş şəkildə geri almasını şərt etsə, bütün bunlar sələm və haramdır. Lakin, borc alan şəxsin şərtsiz olaraq, bir miqdar artıq qaytarmasının eybi yoxdur, əksinə, bu iş müstəhəbdir.

Məsələ 1949: Sələm almaq sələm vermək kimi haramdır. Sələm borcu alan şəxs onun (alınan şeyin) maliki sayılmır və ondan istifadə etmək caiz deyil. Lakin, sələm şərti olmadığı halda belə, pul sahibi borc alanın puldan istifadə etməsinə razı olardısa, belə bir halda borc alan şəxs ondan istifadə edə bilər.

Məsələ 1950: Əgər buğda və yaxud başqa bir toxumu sələm borcu ilə alıb, onunla əkinçilik etsə, ondan ələ gələn məhsul borc alanın yox, borc verənin malı sayılır.

Məsələ 1951: Əgər bir paltar alıb onun pulunu paltar sahibinə sələm borcdan və yaxud sələmə qarışıq olan halal puldan qaytarsa və aldığı zamanda məqsədi belə bir pul ilə onu ödəmək olsa, o paltarı geyinməyin və yaxud onunla namaz qılmağın eybi var. Əgər aldığı zaman məqsədi belə olmayıb, sonradan bu qənaətə gəlibsə eybi yoxdur. Lakin onun boynundakı (zimmə) haram pulla əda olunmur.

Məsələ 1952: İnsan başqa bir şəhərdə onun adamından az (pul) almaları üçün başqa bir şəxsə bir qədər pul verə bilər. Buna “bəraət sərfi” deyilir. Bu iş öz borcunun bir hissəsindən imtina etməyə bənzəyir. Lakin, bir müddətdən sonra başqa bir şəhərdə çox almağından ötrü bir qədər pul versə , məsələn, 1000 tümən verib, başqa şəhərdə 1100 tümən alsın, sələm və haramdır.

Məsələ 1953: Borclu şəxs dünyadan köçən zaman onun bütün borcları (vaxtı çatmasa belə) ödənilməlidir. Borc verən şəxslər borclarını tələb edə bilərlər.


Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə