Müqəddİmə Bir neçə zəruri xatırlatma



Yüklə 9,34 Mb.
səhifə59/88
tarix26.09.2017
ölçüsü9,34 Mb.
#2194
1   ...   55   56   57   58   59   60   61   62   ...   88

Musaqatın şərtləri


Məsələ 1900: Musaqatın bir neçə şərti var:

1-Malik və bağ qulluqçusu həddi-büluğa çatmış, aqil olmalıdır; 2-Heç kəs onları bu işə məcbur etməməlidir; 3-Öz malından istifadə etmək hüququndan məhrum olmamalıdırlar; 4-Musaqatın müddəti məlum olmalıdır. Əgər onun başlanğıcını müəyyən etməyib, axırını o ildə məhsulun yetişdiyi vaxtı təyin etsələr, düzgündür; 5-Hər birinin payı yarısı, üçdə biri və yaxud bunlara oxşar olmalıdır. Bu baxımdan, məsələn, bir ton meyvə bağ sahibinin, qalanı isə bağda işləyənin olmasını şərt etsələr, müamilə batildir; 6- Müamilənin şərtləri meyvələr cücərməzdən öncə tə’yin edilməlidir. Əgər meyvələr cücərəndən sonra, lakin yetişməzdən öncə təyin etsələr və belə ki, meyvənin inkişafı üçün lazım olan suvarmaq, dərman səpmək kimi işlər qalmış olsa, musaqat düzgündür, əks təqdirdə iradı var. Əgər yalnız meyvələri dərmək, onları qorumaq kimi işlərə ehtiyac duyulsa, onların müqaviləsi düzgündür, lakin musaqat deyil.


Musaqatın hökmləri


Məsələ 1901: Əgər yemiş, xiyar və s. bitkilər üçün aydın şəkildə müqavilə bağlayıb, dərilənlərin sayını və hər birinin payını müəyyən etsələr, musaqat olmamasına baxmayaraq, (müamilə) düzgündür.

Məsələ 1902: Yağış suyu və yaxud yerin rütubətindən qidalanan ağacların suvarmağa ehtiyacı olmasa və lakin başqa işlərə-bellənməyə, peyinlənməyə, meyvələrin çoxalması və keyfiyyətli olması üçün dərmanlanmağa ehtiyacı olsa, bu halda musaqat müamiləsi düzgündür.

Məsələ 1903: Müamilənin qarşı tərəfləri bir-birlərinin razılığı ilə musaqat müamiləsini poza bilərlər. Habelə, əgər müqavilə əsnasında onların hər ikisi və yaxud biri üçün müqaviləni pozmaq hüququ nəzərdə tutulubsa, müamiləni poza bilərlər. Əgər musaqat müqaviləsində müəyyən edilən şərtə əməl olunmasa və (bu) şərt xeyrinə olan şəxs qarşı tərəfi onun icrasına məcbur edə bilməsə, müamiləni poza bilər.

Məsələ 1904: Bağ sahibinin ölümü ilə musaqat müamiləsi pozulmur və varisləri onların canişinləri hesab olurlar. Lakin, ağaclara qulluq etmə işləri tapşırılan şəxs ölsə və şəxsən onun özünün bağbanlıq etməsini şərt ediblərsə, müamilə pozulur. Belə şərt etmədikləri halda, varisləri onun canişinləri olurlar.

Məsələ 1905: Hər iki tərəfin öhdəsində olan- yeraltı su kanallarının, su nasosunun tə’miri, peyin və dərman səmpək üçün cihaz hazırlamaq və s. işləri qabaqcadan müəyyən etməlidirlər. Əgər (bunları müəyyən edən) bir qanun həmin məntəqədə camaat arasında adət olsa, kafidir.

Məsələ 1906: Əgər musaqat müamiləsinin batil olması mə’lum olsabağın meyvələri bağ sahibinindir. Lakin, suvarma və s. işlərin pulunu, adətə uyğun olaraq, ağaclara qulluq edən şəxsə verilməlidir.

Məsələ 1907: Ağac əkmək üçün torpağı bir şəxsə verib, məhsulun hər iki tərəfin olmasını şərt etsələr, bütün cəhətləri aydınlaşdırdıqları halda, musaqat olmamasından asılı olmayaraq, müamilə düzgündür.

Məsələ 1908: Musaqat müqaviləsində qarşı tərəflər çox ola bilərlər. Yəni, bağ sahibi onu bir neçə nəfərin öhdəsinə verərək onlarla müqavilə bağlaya bilər.


MƏHCURLAR


Öz mallarından istifadə edə bilməyən şəxslərə “məhcurin” deyilir.

Məsələ 1909: Həddi-büluğa çatmayan uşaq öz malından istifadə edə bilməz. Həddi-büluğa çatmağın əlamətləri üç şeydən biri ola bilər:

Birincisi, qəməri təqvimi ilə kişilərdə 15, qadınlarda isə 9 yaşın tamam olması.

İkincisi, spermanın xaric olması;

Üçüncüsü, cinsiyyət üzvünün ətrafında qalın tüklərin bitməsi;

Məsələ 1910: Səsin qalınlaşması, üzdə, bığ yerində və s. qalın tüklərin bitməsi, və s. həddi-büluğa çatmağın əlaməti sayılmır. Əgər bunların vasitəsilə həddi-büluğa çatmaq yəqin olunsa, istisnadır.

Məsələ 1911: Dəli və səfeh, yə’ni öz malını əbəs yerlərə sərf edən və onları, müamiləni qorumağı bacarmayan şəxs öz malından istifadə etmək hüququ yoxdur; bu kimi işlər onların qəyyumlarının nəzarəti altında olmalıdır.

Məsələ 1912: Müflis, yənu borcu mövcud sərmayəsindən çox olan şəxsə borc verənlər şəriət hakimindən onu malından istifadə etməkdən məhrum etmələrini tələb etsələr, hakimin hökmündən sonra onun öz malından istifadə etmək hüququ yoxdur.

Məsələ 1913: Bəzi vaxtlarda ağıllı, bəzən isə dəli olan bir şəxsin, dəli olduğu vaxtlarda öz malından istifadə etməsi düzgün deyil.

Məsələ 1914: İnsan ölümündən qabaq, xəstə və sağlam olmasından asılı olmayaraq, malından istədiyi qədər kiməsə bağışlaya, malı qiymətindən ucuz sata və yaxud özünün, ailəsinin, qonaqlarının istifadəsinə verə bilər. Lakin, ehtiyata əsasən, həmin xəstəliklə dünyadan getdikdə (ölüm astanasında) malının üçdə birindən çox hissəsində belə istifadə etməsin. Əgər varislərinin icazəsi ilə olsa, istisnadır.

VƏKALƏT


Məsələ 1915: İnsanın şəriət əsasında dəxalət və təsərrüf edə biləcəyi bir işi onun tərəfindən yerinə yetirməsi üçün başqasına tapşırmasına vəkalət deyilir. Məsələn, onun evini satmaq, yaxud bir qadını onun nikahına gətirmək üçün bir şəxsi vəkil etməsi, bütün şərtlər olduğu halda, düzgündür.

Məsələ 1916: Vəkil və müvəkkil (vəkil edən) ağıllı, həddi-büluğa çatmış və rəşid (malını əbəs yerə xərcləməyən) olmalı, məqsədli və öz ixtiyarları ilə vəkaləti yerinə yetirməlidirlər.

Məsələ 1917: Vəkalət müqaviləsini hər dildə - farsca, ərəbcə, türkcə və s.- oxunan siğə ilə yerinə yetirmək olar. Həmçinin, əməli olaraq birini başa salsa ki, onu vəkil seçib və o da əməli olaraq başa salsa ki, qəbul etmişdir, (məsələn, malını satmaq üçün onun öhdəsində qoysun və o da qəbul etsin) bu da düzgündür.

Məsələ 1918: Əgər insan başqa şəhərdə yaşayan bir şəxsi vəkil seçib, ona vəkalətnamə göndərsə və o da qəbul etsə, vəkalət düzgündür. Vəkalətnamə bir müddət keçdikdən sonra onun əlinə çatsa da, vəkalətnamə çatandan və onu qəbul edəndən sonra vəkilin işləri düzgün olacaq.

Məsələ 1919: Haram, əqli və yaxud şər’i baxımdan vəkilin icra edə bilmədiyi işlərdə vəkalət batildir. Məsələn, ehram halında olan şəxsin izdivac nikahının siğəsini oxumaq ixtiyarı olmadığı üçün, başqası tərəfindən siğə oxumağa vəkil ola bilməz.

Məsələ 1920: İnsan bir şəxsi tamam və yaxud bə’zi işləri (məsələn, malına aid olan hissə) üçün vəkil etsə, caizdir. Lakin müəyyən etmədiyi işlərdən biri üçün vəkil etsə, düzgün deyil.

Məsələ 1921: Əgər bir şəxs vəkilini ixrac etsə, bu xəbər ona çatdıqdan sonra vəzifəsindən azad olur. Lakin, bu xəbər ona çatmazdan öncə bəzi işləri yerinə yetiribsə, düzgündür. Amma, vəkil istədiyi vaxtda, hətta onu vəkil edən şəxs olmadığı halda belə, vəkalətdən imtina edə bilər.

Məsələ 1922: Vəkil ona tapşırılan işin icrası üçün ayrısını vəkil edə bilməz. Əgər onu vəkil edən şəxs özünün və yaxud onun tərəfindən vəkil tutmağa icazə veribsə, istisnadır. Belə olan halda, ona icazə verilən şəkildə əməl edə bilər.

Məsələ 1923: Əgər insan, öz müvəkkilinin (onu vəkil edənin) icazəsi ilə onun tərəfindən bir şəxsi vəkil tutsa, o vəkili işindən uzaqlaşdıra bilməz. Əgər birinci vəkil ölsə, yaxud vəkalətdən imtina etsə, ikincinin vəkaləti batil olmur. Lakin, əgər müvəkkilin icazəsi ilə bir şəxsi özü tərəfindən (vəkil tərəfindən) vəkil tə’yin etsə, həm müvəkkil və həm də birinci vəkil onu vəzifəsindən uzaqlaşdıra bilər. Əgər birinci vəkil ölsə, yaxud vəzifəsindən uzaqlaşdırılsa, ikincinin vəkaləti də aradan gedir.

Məsələ 1924: Əgər bir neçə şəxsi hansısa işi görmək üçün vəkil edib, onlara, hər biriniz mənim vəkilimsiniz, desə və belə olan halda onlardan hər biri işi icra etsə, düzgündür və əgər onlardan biri ölsə, başqalarının vəkaləti batil olmaz. Əgər (onlara), siz birlikdə mənim vəkilimsiniz və təklikdə heç bir iş görə bilməzsiniz, desə və onlardan biri ölsə, başqalarının vəkaləti də batil olur.

Məsələ 1925: Əgər vəkil və yaxud müvəkkil dünyadan köçsə, dəli olsa və dəlinin sonradan ağıllı olmasına baxmayaraq, vəkalət batil olur. Ehtiyata əsasən, müvəqqəti dəlilik vəkalətin batil olmasına səbəb olur. Lakin, müvəqqəti huşsuzluq vəkalətin batil olmasına səbəb olmur.

Məsələ 1926: Əgər bir şəxsi hansısa bir işi görmək üçün vəkil təyin edib, onun üçün zəhmət haqqı nəzərdə tutsalar, işdən sonra onu ödəməlidirlər.

Məsələ 1927: Əgər vəkil ixtiyarında olan malın qorunmasında səhlənkarlıq etsə və yaxud icazəli işlərdən başqa bir iş gördükdən sonra o mal aradan getsə və yaxud naqis olsa, zamindir. Lakin o işlərdən sonra mal qalsa və onda icazəli işləri görsə etsə, o işlər düzgündür.


Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə