Müqəddİmə Bir neçə zəruri xatırlatma


Əmanətin şərt və hökmləri



Yüklə 9,34 Mb.
səhifə63/88
tarix26.09.2017
ölçüsü9,34 Mb.
#2194
1   ...   59   60   61   62   63   64   65   66   ...   88

Əmanətin şərt və hökmləri


Məsələ 1994: Əmanətdar və malı əmanət qoyan şəxslərin hər ikisi həddi-büluğa çatmış, aqil olmalıdır. Bu baxımdan, həddi-büluğa çatmamış və yaxud dəli şəxsin bir malı başqasının yanında əmanət qoyması düzgün deyil. Həmçinin, həddi-büluğa çatmamış, dəli şəxsin yanında əmanət qoymaq olmaz. Lakin, müməyyiz (yaxşı-pisi ayıra bilən) və qəyyumu icazə verən şəxs əmanəti qəbul edə bilər.

Məsələ 1995: Əgər uşaq və yaxud dəlidən bir şeyi əmanət kimi alsalar, o şey uşağın və dəlinin şəxsi malı olsa, onu qəyyumuna qaytarmalıdırlar və onun özünə qaytara bilməzlər. Əgər mal başqasınındırsa, onun sahibinə qaytarmalıdırlar; hər bir halda, əgər o mal tələf olsa, onun əvəzini verməlidirlər. Lakin, bir nəfər uşağın və yaxud dəlinin əlində bir şey görsə və onu tələf edəcəyini ehtimal verib, (əlindən) alsa və onun qorunmasında səhlənkarlıq etməsə, zamin deyil.

Məsələ 1996: Əmanəti qorumağa gücü olmayan şəxs əmanəti qəbul edə bilməz. Lakin, malın sahibi onu qorumaqda daha aciz olsa və yaxşı qoruya biləcək bir şəxs də olmasa, onu qəbul etməyin maneəsi yoxdur.

Məsələ 1997: Əgər insan mal sahibinə onun malını qorumağa hazır olmadığını başa salsa, lakin o, malı qoyub getsə və bu şəxs malı götürmədiyindən o mal tələf olsa, əmanəti qəbul etməyən şəxs zamin deyil. Lakin, imkan daxilində malı qoruması yaxşıdır.

Məsələ 1998: Bir şeyi əmanət qoyan şəxs istədiyi vaxt onu geri ala bilər və əmanətdar şəxs də istədiyi vaxt onu sahibinə qaytara bilər.

Məsələ 1999: Əgər insan əmanəti qorumaqdan imtina edib, vədi’əni fəsx etsə, tez bir zamanda malı onun sahibinə, vəkilinə, qəyyumuna çatdırmalı və yaxud onlara mallarını aparmalarını xəbər verməlidir. Əgər üzürsüz olaraq malı onlara çatdırmasa və yaxud xəbər verməsə, mal tələf olduqda onun əvəzini verməlidir.

Məsələ 2000: Əmanəti qəbul edən şəxsin əmanəti qorumağa münasib yeri olmasa, (yeri) hazırlamalı və onu elə qorumalıdır ki, camaat “onu qorumaqda səhlənkarlıq etməmişdir” desin. Əks təqdirdə, mal tələf olsa zamindir.

Məsələ 2001: Əmanəti qəbul edən şəxs onu qorumaqda səhlənkarlıq edib, ifrata varmasa və təsadüfən o mal tələf olsa, zamin deyil. Lakin, öz ixtiyarı ilə, zalımın bildiyini və onu aparacağını ehtimal etdiyi yerdə qoysa, tələf olduğu halda, zamindir. Əgər ondan yaxşı yer olmasa və malı sahibinə və yaxud daha yaxşı qoruya biləcək bir şəxsə verə bilməzsə, istisnadır.

Məsələ 2002: Əgər mal sahibi öz malını qormaq üçün bir yer tə’yin etsə və əmanətdar şəxsə “onu burada qoruyub başqa yerə aparmamalısan” desə, əmanətdar şəxsin onu başqa yerə aparmaq hüququ yoxdur. Əgər onun orada tələf olacağını ehtimal versə və oranı mal sahibinin nəzərində malı qorumaq üçün yaxşı olduğunu və buna görə də “başqa yerə aparma” deməsini bilsə, istisnadır. Lakin, bu sözün hansı səbəbə görə deməsini bilməsə, başqa yerə aparmamalıdır. Əgər aparsa və (mal) tələf olsa, vacib ehtiyata əsasən, onun əvəzini verməlidir.

Məsələ 2003: Əgər mal sahibi malın qorunması üçün bir yer müəyyən etsə lakin, əmanətdar şəxsə “onu başqa yerə aparma” deməsə və əgər əmanətdar şəxs (əmanətin) orda tələf olacağını ehtimal versə, onu qorumaq üçün daha yaxşı olan yerə aparmalıdır. Əgər mal əvvəlki yerində qalıb xarab olsa, zamindir.

Məsələ 2004: Mal sahibi dəli olduğu halda əmanətdar əmanəti tez onun başçısına çatdırmalı və ayxud malı aparmağı ona xəbər verməlidir. Əgər şəriət baxımından bir üzrü olmadığı halda bu işi görməsə və mal tələf olsa, zamindir. Əgər onun başçısı (vəlisi) əmanətin öz yerində qalmasına icazə versə, istisnadır.

Məsələ 2005: Əgər malın sahibi ölsə, əmanətdar şəxs malı onun varisinə çatdırmalı və yaxud ona malı aparmağı xəbər verməlidir. Əgər bu işdə səhlənkarlıq etsə, zamindir. Lakin, varisi tanımaq və yaxud ölən şəxsin başqa bir varisi də olub-olmamasını öyrənmək məqsədi ilə malı verməsə və mal tələf olsa, zamin deyil.

Məsələ 2006: Əgər ölən mal sahibinin bir neçə varisi olsa, əmanətdar malı bütün varislərə və yaxud onların hamısının vəkilinə çatdırmalıdır. Bu baxımdan, başqalarının icazəsi olmadan bütün malı yalnız bir varisə versə, başqalarının payına zamindir.

Məsələ 2007: Əgər əmanətdar ölsə və yaxud dəli olsa, onun vəlisi tez bir zamanda mal sahibinə xəbər verməli və yaxud əmanəti ona çatdırmalıdır.

Məsələ 2008: Əgər əmanətdar şəxs ölüm əlamətlərini özündə görsə, imkan daxilində əmanəti sahibinə və yaxud vəkilinə çatdırmalıdır. Mümkün olmadığı halda, ehtiyata əsasən, şəriət hakiminə verməlidir. (Şəriət hakiminə) əli çatmadıqda vəsiyyət etməli, şahid tutmalı və vəsiyyət etdiyi şəxslə şahidə mal sahibinin adını, malı, onun xüsusiyyətlərini və onun yerini deməlidir.

ARİYƏ


Məsələ 2009: İnsanın öz malını başqasının ixtiyarında istifadə etməsi üçün qoyub, ondan heç nə almamasına “ariyə” deyilir.

Məsələ 2010: Ariyəni iki formada yerinə yetirmək olar:

Birincisi budur ki, onun üçün hər hansı bir dildə siğə oxusun. Məsələn “mən bu malı sənə ariyə verirəm” desin və o da qəbul etsin. İkincisi isə budur ki, siğə oxumadan nəzərdə tutduğu malı ariyə qəsdi ilə başqasının ixtiyarında qoysun və o da o məqsədlə təhvil alsın.


Ariyənin hökmləri


Məsələ 2011: Qəsb edilmiş və yaxud insanın şəxsi malı olan lakin, mənfəəti başqasının öhdəsində qoyulmuş şeyi ariyə vermək düzgün deyil. Əgər haqq sahibi razı olub icazə versə, istisnadır.

Məsələ 2012: Mənfəəti insanın olan, məsələn, icarə edilmiş şeyi ariyə vermək olar, bu şərtlə ki, başqasının öhdəsinə vermək hüququ olsun.

Məsələ 2013: Dəli, həddi-büluğa çatmayan uşaq öz malını ariyə verə bilməz. Lakin, qəyyumu icazə versə və bu iş onların xeyrinə olsa, maneəsi yoxdur.

Məsələ 2014: Ariyə götürdüyü şey tələf olsa, zamin deyil. Əgər onu qorumaqda səhlənkarlıq edibsə, istisnadır. Habelə, ariyə verən şəxs zaminliyi şərt edibsə və yaxud ariyə verdiyi şey qızıl, gümüş və ya onlardan düzəldilmiş bəzək əşyaları olsa, bu iki halda da tələf olsa, onun əvəzini verməlidir.

Məsələ 2015: Ariyə verən şəxs ölsə, ariyə edilən şeyi onun varislərinə verməlidirlər və ariyə verən dəli olsa, onu qəyyumuna vermək lazımdır.

Məsələ 2016: Bir şeyi ariyə verən şəxs istədiyi vaxt onu geri ala bilər. Ariyə alan da onu geri qaytara bilər.

Məsələ 2017: Həm halal və həm də haram kimi iki cür istifadə edilən şeyi haram məqsəd üçün ariyə vermək caiz deyil.

Məsələ 2018: Qoyunu süd və yunundan və başqa heyvanları şəriət hökmlərinə uyğun istifadə etmək üçün ariyə vermək düzgündür.

Məsələ 2019:Əgər murdar bir qabı yemək-içmək, habelə murdar paltarı namaz qılmaq üçün ariyə versə, vacib ehtiyata əsasən, onun murdar olmasını ariyə verdiyi şəxsə deməlidir.

Məsələ 2020: Əgər ariyə etdiyi şeyi onun sahibinin icazəsi ilə başqasına ariyə versə, əgər birinci ariyə edən ölsə və yaxud dəli ölsə və onun əsil sahibi sağ olsa, ikinci ariyə batil olmur.

Məsələ 2021: Əgər sonradan ariyə etdiyi şeyin qəsbi olması məlum olsa, onu sahibinə çatdırmalıdır. Əgər sahibini tanımırsa, məchulul-malik göstərişinə uyğun olaraq əməl etməlidir. Hər bir halda, onu ariyə verən şəxsə qaytara bilməz.

Məsələ 2022: Əgər qəsb edilmiş malın qəsbi olduğunu bilərək ariyə etdikdən sonra onun əlində tələf olsa, malik malın əvəzini ondan ala bilər və əgər ona əli çatmasa, malı qəsb edəndən tələb edə bilər. Həmçinin, ariyə edən istifadə etdiklərinin əvəzini də verməlidir. O malın qəsbi olduğunu bilmədiyi halda, əgər malik malın zərərini və yaxud mənfəətini alsa, o, malikə verdiyini qasib (malı qəsb edən şəxs) ariyə verəndən almalıdır. Əlbəttə, bu, bir halda baş verə bilər ki, ariyə verən zaminliyi şərt etməyib və ariyə verilən şey qızıl və gümüş cinsindən deyil.


Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə