Müqəddİmə Bir neçə zəruri xatırlatma


Məhrəmliyə səbəb olan südvermənin şərtləri



Yüklə 9,34 Mb.
səhifə68/88
tarix26.09.2017
ölçüsü9,34 Mb.
#2194
1   ...   64   65   66   67   68   69   70   71   ...   88

Məhrəmliyə səbəb olan südvermənin şərtləri


Məsələ 2116: Əgər bir qadın bir uşağa süd versə, doqquz şərtlə məhrəmliyə səbəb olacaq:

1- Süd doğumdan olsun; Deməli uşaq doğulmamışdan qadının döşündən süd gəlsə və bir uşaq o südü əmsə, məhrəmliyə səbəb olmur.

2- Uşaq diri qadının döşündən süd əmsin; Deməli ölmüş qadının döşündən süd əmsə, faydası yoxdur (məhrəmlik yaratmır).

3- O qadının südü haramdan olmasın; Deməli zinadan dünyaya gələn uşağın südünü başqa uşağa versələr uşaq o süd vasitəsilə heç kəsə məhrəm olmur.

4-Südü döşdən əmməlidir. Lakin, vacib ehtiyata əsasən, əgər südü uşağın boğazına töksələr, o qadın və onun məhrəmləri ilə evlənməsinlər.

5-Südü başqa şeylə qarışdırmasınlar.

6-Süd bir ərə məxsus olmalıdır. Bu baxımdan, südü olan qadın təlaq verib başqa birisinə ərə getsə və ondan hamilə olsa və doğuş vaxtı birinci ərinə aid olan süd qalsa, məsələn, bir uşağı səkkiz dəfə birinci ərinə aid olan südlə və yeddi dəfə ikinci ərinə aid olan südlə əmizdirsə, o uşaq heç kəsə məhrəm olmur. Həmçinin, bir qadın birinci ərinə aid olan südlə bir uşağa kamil süd versə və sonra ikinci ərinə aid olan südlə başqa bir uşağa süd versə, o iki nəfər bir-birlərinə məhrəm olmurlar.

7-Uşaq xəstəlik səbəbilə əmdiyi südü qaytarmasın. Əgər qaytararsa ehtiyat vacibə görə gərək süd əmmək vasitəsilə o uşağa məhrəm olacaq şəxslər onunla evlənməsinlər və ona məhrəm baxışlarla baxmasınlar.

8-Uşaq 15 dəfə və yaxud bir gecə-gündüz, sonrakı məsələdə qeyd ediləcək halda kamil süd yesə və yaxud ona, camaatın “o südlə sümüyü bərkimiş, bədəni ətə gəlmişdir” dediyi qədər süd versələr və müstəhəb ehtiyata əsasən, əgər 10 dəfə süd yesə, süd yemək vasitəsi ilə ona məhrəm olanlar, onunla evlənməsinlər və ona məhrəm baxışlarla baxmasınlar.

9-Uşaq iki yaşa çatmamış olsun. Bu baxımdan, iki yaş tamam olandan sonra ona süd versələr, kiməsə məhrəm olmur. Hətta iki yaşı tamam olmazdan öncə 14 dəfə və sonra bir dəfə süd yesə, bir kəslə məhrəm olmur. Lakin, arvadın doğuş tarixindən iki ildən çox ötmüş olsa və həmin südlə bir uşağı yedirtsə, vacib ehtiyata əsasən, süd yeməklə ona məhrəm olan qadınlarla evlənməsin və məhrəm baxışlarla onlara baxmasın.

Məsələ 2117: Öndə qeyd edilən məsələdə deyildiyi kimi, bir uşaq bir gecə-gündüz bir qadının südünü yesə, məhrəmliyə səbəb olar. Lakin, bir gecə-gündüz arasında başqa arvadın yemək və yaxud südünü yeməməlidir; amma yemək çox az olduğundan hesaba gəlməsə, istisnadır. Həmçinin, 15 dəfə süd yemək arasında başqa bir arvadın südünü yeməməli və hər dəfədə doyunca süd yeməlidir. Ehtiyata əsasən, 2 dəfə naqis halda (qidalanmaq) nə iki dəfə hesab olunur, nə də bir dəfə.

Məsələ 2118: Əgər bir qadın bir ərə məxsus olan süddən bir neçə uşağa süd versə, onların hamısı bir-birlərinə, ərə və onlara süd verən arvada məhrəm olurlar. Habelə, bir nəfərin bir neçə arvadı varsa və onlardan hər biri bir uşağa kamil süd versələr, o uşaqlar bir-birlərinə, o kişiyə və o qadınların hamısına məhrəm olurlar.

Məsələ 2119: Əgər bir qadın ərinə məxsus olan süddən bir oğlan və bir qıza kamil süd versə onlar bir-birinə məhrəm olurlar. Lakin, onların bacı-qardaşları bir-birlərinə məhrəm olmurlar.

Məsələ 2120: Kişi arvadının icazəsi olmadan arvadın süd bacısı və yaxud qardaşı uşaqları ilə evlənə bilməz. Habelə, vacib ehtiyata əsasən, bir oğlanla (Allaha pənah aparırıq) ləvat edibsə, o oğlanın süd qızı və süd anasının bacısı ilə evlənməsin.

Məsələ 2121: Bir kəsin qardaşına süd verən qadın həmin şəxsə məhrəm olmur. Amma ehtiyat müstəhəb budur ki, onunla evlənməsin.

Məsələ 2122: İnsan iki bacı ilə – hətta süd bacısı olsalar belə, evlənə bilməz. Əgər iki qadını nikah edib sonradan bacı olduqlarını başa düşsə, birinci nikah düzgün, ikincisi isə batildir. Əgər nikah eyni zamanda olubsa, hər ikisi batildir.

Məsələ 2123: Əgər qadın ərinə məxsus olan süddən aşağıdakı şəxslərə süd versə əri ona haram olmur lakin, bu işi etməməsi daha yaxşıdır:

1-Öz bacı və qardaşına;

2-Öz əmisi, bibisi, dayısı və xalasına;

3-Əmisi və dayısı övladlarına;

4-Öz qardaşı övladlarına;

5-Ərinin qardaşını, yaxud ərinin bacısına;

6-Öz bacısı uşaqları və yaxud ərinin bacısı uşaqlarına;

7-Ərinin əmisi, bibisi, dayısı və xalasına;

8-Ərinin başqa arvaddan olan nəvəsinə;

Məsələ 2124: Əgər bir kəs insanın bibisinin və ya xalasının qızına süd versə, həmin şəxsə məhrəm olmur. Amma ehtiyat müstəhəb budur ki, onunla evlənməsin.

Məsələ 2125: Bir kişinin iki arvadı olsa və onlardan biri o biri qadının əmisi uşağına süd versə, onun əmi övladlarına süd verən qadın öz ərinə haram olmur.

Südvermənin qaydaları


Məsələ 2126: Heç kəs uşağa süd vermək üçün anadan üstün deyil və yaxşı olar ki, uşağına verdiyi südün müqabilində ərindən muzd almasın; baxmayaraq ki, bu işə görə muzd alamağa hüququ var. Əgər ana dayədən artıq muzd almaq istəsə, ər uşağı ondan alıb, dayəyə verə bilər.

Məsələ 2127: Rəvayətlərdə qeyd edilibdir ki, uşaq üçün seçilən dayə ağıllı, imanlı, iffətli və gözəl üzlü olmalı və dəli, möminə olmayan, eybəcər, pis əxlaqlı və yaxud zinazadə dayə seçməməlidirlər. Həmçinin, uşağı zinadan dünyaya gələn, südü zinadan olan dayəni seçməkdən pəhriz edilməlidir.


Südvermənin müxtəlif məsələləri


Məsələ 2128: Qadınlar hər uşağa süd verməsələr yaxşıdır. Çünki, hansı şəxslərə süd vermələrini unutmaları ehtimalı var və sonra iki nəfər məhrəm bir-birləri ilə evlənə bilər. Xüsusi ilə müasir dövrdə quru süd və s.-dən istifadə etmək mümkün olduğu üçün başqalarının uşaqlarına süd vermək zərurəti çox azdır.

Məsələ 2129: Süd vermək vasitəsi ilə qohum olan şəxslərin bir-birlərinə ehtiram göstərmələri müstəhəbdir, lakin qohumluq hüquqları yoxdur və bir-birlərindən irs aparmırlar.

Məsələ 2130: İmkan daxilində uşağa düz iki il süd vermək müstəhəbdir.

Məsələ 2131: Qadın ərinin hüququ pozulmamaq şərti ilə, ondan icazəsiz olaraq başqasının uşağına süd verə bilər. Lakin, bir uşağa süd vermək vasitəsi ilə öz ərinə haram olacağı təqdirdə, o uşağa süd verməsi caiz deyil.

Məsələ 2132: Əgər bir kişi qardaşı arvadının ona məhrəm olmasını istəsə, bir südəmər qızı onun vəlisinin icazəsi ilə özünə əqd etməli və bu halda qardaşı arvadı o qıza kamil süd verməlidir. Vacib ehtiyata əsasən, əqdin müddəti qızın cinsi faydalanma həddinə çatması qədər olmalı və həmçinin, belə bir əqd qızın məsləhətinə uyğun olmalıdır.

Məsələ 2133: Məhrəmliyə səbəb olan süd vermə iki yolla sübut olunur:

Birincisi, insanın yəqin tapdığı bir dəstənin xəbər verməsi ilə;

İkincisi, İki adil kişi və yaxud dörd adil qadının şəhadət verməsi ilə. Hətta, vacib ehtiyata əsasən, bir kişi və yaxud qadının şəhadəti ilə də kifayətlənsinlər. Lakin, şahidlər süd vermənin şərtlərini də deməlidirlər. Məsələn, onlar “filan uşaq 15 dəfə filan arvadın döşündən (2116-cı məsələdə qeyd edildiyi kimi) kamil süd yemişdir” deməlidirlər. Əgər onların bütün şərtləri bilmələrini və onda eyni nəzərə malik olmalarını bilsək, onu şərh vermək lazım deyil.

Məsələ 2134: Əgər uşağın məhrəmliyə səbəb olacaq qədər süd yeyib-yemədiyini bilməsələr, məhrəm olmaq sabit olmur, gərək yəqinə çatsınlar.


Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə