Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

 
81
bütün Azərbaycanın dinc əhalisinə qarşı misli görünməmiş 
dəhşətli cinayət törədilir. Helsinki və Vyana müqavilələrinin 
sənədlərini imzalayan… hüquqi dövlət yaratmaq iddiasında olan 
sovet dövləti qanunları tapdalayaraq... SSRİ Ali Sovetinin 
sanksiyası  və respublikanın ali hakimiyyət orqanlarının razılığı 
olmadan  yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana qarşı 
təcavüz etmişdir… müxtəlif silah növlərindən (tanklardan, 
zirehli transportyorlardan, avtomat silahlardan, hərbi aviasiya və 
donanmadan) istifadə edərək elan olunmadan Bakı 
şəhərinə,…respublikanın digər rayonlarına hücum edib dinc 
əhalini, Bakıda fövqəladə vəziyyətin elan olunmasına və şəhərə 
qoşun hissələrinin girməsinə etiraz edənləri amansızcasına 
qırmışlar. Yüzlərlə ölən, minlərlə yaralanan və itkin düşənlər 
var… 
Azərbaycan SSR Ali Soveti ölkə və dünya ictimaiyyətinə 
müraciət edərək onları Azərbaycan torpağında törədilmiş bu 
milli qırğın aktını pisləməyə çağırır». 
1990-cı ilin mayından respublikada prezident idarəçiliyinə 
keçildi, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti və onun 
sədri vəzifəsi ləğv olundu. E.Qafarova deputatlar tərəfindən 
yekdilliklə Azərbaycan SSR Ali Sovetinin sədri seçildi. O, 
1990-1992-ci illərdə Azərbaycan Ali Sovetinə  sədrlik etmişdir. 
E.Qafarova yaranmış  ağır  şəraitə baxmayaraq, Ali Sovetin 
sessiyalarını müntəzəm çağırır, qoyulan məsələlərin həllinə  və 
respublikanın tam müstəqil olmasına, beynəlxalq aləmdə 
tanınmasına və nüfuzunun artmasına çalışırdı. E.Qafarova Ali 
Sovetin sədri olduğu dövrdə Azərbaycan xalqı üçün tarixi 
əhəmiyyətli qərarlar qəbul olunmuş və hadisələr baş vermişdir. 
Məsələn, 1991-ci il oktyabrın 18-də Azərbaycan 
Respublikasının dövlət müstəqilliyinin elan edilməsi; oktyabrın 
29-da onun müstəqilliyinin tanınması haqqında «Dünya 
birliyinin üzvü olan dövlətlərin parlament və hökumətlərinə Ali 
Sovetin müraciəti»; 1992-ci il martın 2-də Azərbaycan 
Respublikasının BMT-də qəbul edilməsi və s.  


 
82
E.Qafarova dəfələrlə Azərbaycan SSR Ali Sovetinin 
deputatı, Azərbaycan KP MK və Bakı Komitəsinin üzvlüyünə  
namizəd və üzvü, ÜİLKGİ MK və ALKGİ MK üzvü olmuşdur. 
Azərbaycan Ali Sovetinin sessiyalarında, Azərbaycan KP və 
Bakı Komitəsinin, ÜİLKGİ və ALKGİ-nin plenum, konfrans və 
qurultaylarında iştirak etmişdir. 
O, bir ictimai və dövlət xadimi kimi iki dəfə  Qırmızı 
Əmək bayrağı  və  Şərəf nişanı ordenləri ilə mükafatlandırılmış-
dır. 
E.Qafarova 1993-cü il avqustun 1-də Bakı şəhərində vəfat 
etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur. 
 
*** 
 
 

 
Azərbaycan SSR Ali Sovetinin deputatları. On birinci 
çağırış. Bakı, 1985. 

 
Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin 
məlumatı, № 24, Bakı, 1987; №1-2, №5, Bakı, 1990;  

 
«525-ci qəzet», 2001, 20 dekabr. 

 
«Kommunist» qəzeti, 1968, 22 fevral, №44;  1970, 27 
fevral, №48; 1984, 10 oktyabr, №234; 25 oktyabr, №246. 

 
Qafarova E. Amerika görüşləri. Bakı, 1986. 

 
Qasımov M.Bəşəriyyətin sağ qalması naminə. Bakı, 1991. 

 
Qasımov M. Azərbaycan Respublikası dünya 
meridianlarında (mədəni əməkdaşlıq). Bakı, 1992. 

 
Qasımov O. Bizim və sizin Balaxanı. Bakı, 2002. 
 
 
 
 
 


 
 
83
Hüseynağa Musa oğlu Sadıqov 
27 yanvar 1988 - may 1992 
 
Azərbaycanın görkəmli diplo-
matlarından biri  Hüseynağa Sadıqov-
dur. 
1940-cı il martın 14-də Bakı 
şəhərində anadan olmuşdur. 1958-ci 
ildə Bakı  şəhər 132№-li orta məktəbi 
bitirmişdir. 1958-1963-cü illərdə 
M.F.Axundov adına Azərbaycan Dövlət Xarici Dillər 
İnstitutunun alman dili şöbəsində  təhsil almışdır. 1962-ci ildən  
«İnturist»də işlər idarəsinin müavini, 1970-ci ildən Azərbaycan 
KP MK xarici əlaqələr  şöbəsində  təlimatçı, 1974-cü ildən 
Almaniya Demokratik Respublikasının Leypsiq şəhərində SSRİ 
konsulluğunda vitse-konsul, 1980-ci ildən ADR-in Rostok 
şəhərində SSRİ konsulluğunda konsul olmuşdur.  
1988-ci il yanvarın 27-dən 1992-ci ilin may ayınadək 
Azərbaycan Respublikasının xarici işlər naziri vəzifələrində 
işləmişdir. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən 
sonrakı ilk yeddi ayda xarici işlər naziri olmuş, onun tanınması, 
ikitərəfli və çoxtərəfli  əlaqələrinin qurulmasından ötrü böyük 
səylər göstərmişdir. 
1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət 
müstəqilliyi bərpa edildikdən sonra Xarici İşlər Nazirliyi 
yenidən qurulmağa başladı, yeni idarə  və  şöbələr yaradıldı. 
Azərbaycanın müstəqilliyini de-fakto olaraq bir çox dövlətlər 
tanımağa başladı. Bir sıra dövlətlər Azərbaycanda, o cümlədən 
Azərbaycan Respublikası  bir sıra dövlətlərdə  səfirlik və 
konsulluqlarını açdı. Azərbaycan beynəlxalq və regional 
təşkilatlara üzv olmağa başladı. Azərbaycan Respublikası İslam 
Konfransı Təşkilatına, BMT-yə və b. üzv oldu. İran, Türkiyə və 
b. ölkələrlə bir sıra ikitərəfli müqavilələr imzalandı. H.Sadıqov 
1992-ci ilin iyununda Azərbaycan Respublikasının AFR, 


 
84
İsveçrə, Hollandiya və Lüksemburqda Fövqəladə və Səlahiyyətli 
səfiri təyin edilmişdir. O, Azərbaycanın Avropa ölkələrində ilk 
səfiri olmuşdur. Azərbaycanla AFR arasında siyasi, iqtisadi və 
mədəni  əlaqələrin və münasibətlərin təşkili və inkişafı üçün 
xeyli səy göstərmişdir. Bir səfir kimi H.Sadıqov Ermənistanın 
Azərbaycan torpaqlarının işğalına son qoyması  məsələlərində, 
Dağlıq Qarabağ probleminin həllində ölkəmizin  ədalətli 
mövqeyinin Almaniya tərəfindən müdafiə edilməsində səmərəli 
fəaliyyət aparmışdır. Azərbaycan Respublikasının prezidenti 
H.Əliyevin AFR-ə  səfərinin təşkilində, Almaniya rəhbərliyi və 
rəsmi dairələri, işgüzar adamları ilə görüşlərinin keçirilməsində
ikitərəfli münasibətlərə dair çoxlu sənədlərin hazırlanması  və 
imzalanmasında yaxından iştirak etmişdir. 
Almaniyadan Azərbaycana müxtəlif səviyyəli nümayəndə 
heyətləri səfər etmişdir.  İki ölkə arasında işgüzar  əlaqələr 
qurulmuş və inkişaf etdirilmişdir. 
H.Sadıqov Almaniya, İsveç, Hollandiya və Lüksemburqda 
Azərbaycan diasporasının formalaşmasına səylər etmişdir. 
 
*** 

 
Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1991-
1992. 

 
Azərbaycanda kim kimdir? Sorğu-məlumat kitabı. Bakı, 
Azərbaycan Ensiklopediyası NPB, 1999. 

 
Azərbaycan: Kim-kimdir?  2001. Bakı, Biznes aress 
nəşriyyatı, 2001.  

 
«Azərbaycan» qəzeti, 1992-2002-ci illər. 

 
Həsənov  Ə. Azərbaycanın ABŞ  və Avropa dövlətləri ilə 
münasibətləri (1991-1996). Bakı, 2000. 

 
Qasımov M. Xarici siyasət: yenidənqurma, problemlər, 
mülahizələr. – «Azərbaycan gəncləri» qəzeti, 1988, 
 
13 sentyabr. 

 
Orucov R., Qasımov M. Beynəlxalq həyat və Sovet 
Azərbaycanı. – «Kommunist» qəzeti, 1989, 15 noyabr. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə