92
“özünü SSRİ ilə birlikdə hərbi və siyasi təhlükəsizlikdə görmək
böyük səhv olacaqdır” dedi. Xüsusi vurğuladı ki, Varşava paktı ilə
NATO, SSRİ ilə ABŞ arasında narahatlıq var. Bu, Kipri məhv edə
bilər. Kiprianu adaya müdaxilə olacağı təqdirdə SSRİ-nin proseslərə
birtərəfli qaydada qarışacaьını xatırlatdı. Rusk bildirdi ki, Sovet
İttifaqının əsas məqsədi başqa insanlar üçün çətinlik və NATO
ittifaqı daxilində gərginlik yaratmaqdır. Sovetlər belə hallarda ikiqat
və üçqat oyun oynayır. O, SSRİ-nin Türkiyənin enosisə qarşı
getməsini təşviq etməsi mümkünlüyünü dedi. Kiprianu Moskvadan
qayıtdıqdan sonra Kiprdəki amerikan səfiri Belcherlə görüşərək
səfəri barədə məlumat verəcəyini bildirdi. Rusk “sovetlərin
müdaxiləsi yalnız Türkiyənin qarşısını almağa xidmət etmir” dedi.
1964-cü ilin payızında Kiprianu Moskvaya səfər etdi. O, enosis
məsələsində Moskvanın dəstəyinə ümid bəsləyirdi. Lakin ameri-
kanların dediyi kimi, Kiprianu sovetlərin özlərinin yaratdığı prob-
lemin həllində enosisə razı olmayacağını heç bir zaman başa
düşmədi. Moskvadakı görüşlərində Kiprianu adadakı ermənilərin
türk zülmündən daha çox əziyyət çəkdiklərini qaбarтdı. Bununla o,
Mikoyanın sovet rəhbərlərindən biri olmasından istifadə edərək
erməni məsələsini istismar etmək istəyirdi. Lakin SSRİ xarici işlər
nazirinin müavini V.V. Kuznetsov Kiprianuya birbaşa dedi ki, sovet
hökuməti Kiprin müstəqil qalmasına üstünlük verir. Enosis Kipri
NATO birliyinə üzv edəcəkdir. Бeləliklə, Aralıq dənizi NATO-nun
nüfuz dairəsinə düşəcəkdir. SSRİ enosisə razı ola bilməz. Bununla
belə, Kuznetsov Kipr əhalisinin enosisi qəbul edəcəyi təqdirdə sovet
hökumətinin bu seçimə hörmət бəsləyəcəyini də bildirdi. Sovetlərin
xalqın enosisi qəbul edəcəyi ilə бaьlı düşüncələri türk-yunan ziddiy-
yətlərini qızışdırıb NATO-nu zəiflətmək niyyəti güdürdü.
Qromıko ilə görüşdə Kiprianu adada sovetlər üçün təhlükə ya-
randığını dedi. Cavaбında Qromıko amerikan bazalarını nəzərdə
tutaraq açıqca bildirdi ki, Kiprdən daha artıq təhlükə Türkiyədədir.
Sovet xarici işlər naziri ona Türkiyənin adada federaтiv quruluş
yaraтmaq istədiklərini söylədi. Buna cavabda Kiprianu adanın
federativ əsasda qurulmasına heç бir zaman razı olmayacaqlarını
bildirdi. Onun fikrincə, bu xətt problemin həlli yolu olmayıb, yalnız
parçalanmaya dоğru aparırdı
131
. Danışıqların gedişində Kiprianu
93
adanın müstəqilliyi barədə Moskvadan söz aldı. Lakin istədiyinin
hamısına, yəni enosisin dəstəklənməsinə nail ola bilmədi.
Türkiyənin sovetlərlə yaxınlaşması kiprli yunanları hiddət-
ləndirirdi. George Balla söhbətində Kiprianu “nə üçün Birləşmiş
Ştatlar Türkiyənin Sovet İttifaqına yaxınlaşması məsələsinə sakit
yanaşır” deyə soruşdu. Cavabında Ball bildirdi ki, türk-sovet müna-
sibətlərindəki cüzi dəyişiklik Birləşmiş Ştatlarla olan dostluq müna-
sibətlərindən o qədər də yaxşı deyildir
132
. Eyni zamanda amerikan
hökumətinin Kiprin SSRİ ilə yaxınlaşmasında maraqlı olmadığını
dedi.
Kiprianu Moskvada keçirdiyi danışıqlar barədə BMT sessiyası
keçirilən zaman amerikan nümayəndə heyətinə ətraflı məlumat
verdi. “Kiprin müstəqilliyi, ərazi toxunulmazlığı və suverenliyi kimi
məsələlərdə sovetlərin dəstəyinə inandığını” dedi. Kipruanu adada
yaşayan kiçik erməni azlığının türklərin əllərindən əziyyət çəkdiyini
yenidən xüsusi vurğuladı
133
. Amerikanlar problemin sovetlərlə
yaxınlaşmaqla həll ediləcəyinə inanmadıqlarını bildirdilər.
Kiprianu amerikan səfiri Belcherlə də görüşdü. Səfirin Dövlət
Departamentinə göndərdiyi teleqramdan aydın olur ki, Kiprianu
Moskvadan öz istəyini ala bilməmişdi. Qromıko Kiprianuya aşıqca
“Kiprdən daha çox təhlükə Türkiyədə vardır” demişdi. Bununla
Qromıko SSRİ ilə qonşu olan Türkiyədə amerikan təsirinin güclən-
məsinə və бazalarına işarə vurmuşdu. Kiprianu amerikan səfirinə
Qromıkonun Türkiyəyə açıq şəkildə və intensiv pərəstiş etdiyinə
inandığını dedi. O, Qromıkonun Kiprdə federasiya iddialarının da
əleyhinə çıxdığını hiss etmişdi. Qromıko enosisin dövlətinin maraq-
larına zidd olduğunu açıq şəkildə sюyləmişdi. Belə mövqenin ada
daxilində daim qarışıqlıq yaradacağını bildirmişdi
134
.
Vaşinqtonda dövlət katibinin köməkçisi John D. Jernegen
Kiprianu ilə 1965-ci il fevralın 4-də keçirdiyi görüşdə sovetlərin
Türkiyə və Kipr arasında rəqabət yarada biləcəyini dedi. Bildirdi ki,
tərəflər yardım üçün sovetlərə müraciət edə bilər. Amma ABŞ so-
vet-Türkiyə münasibətlərinin çox da uzağa gedəcəyinə inanmır.
Kiprianu sovetlərin enosisdən başqa bütün məsələlərdə Kipri
müdafiə etdiyini dedi. Əlavə etdi ki, əgər Kipr hökuməti enosisdən
imtina etdiyini bildirsə, onda sovetlər yüz faiz Kipr hökumətinin
94
tərəfində olacaqdır. Sovetlərlə Türkiyənin mövqeyinin yalnız enosis
məsələsində üst-üstə düşdüyünü vurğuladı
135
.
Arтıq qeyd edildiyi kimi, ABŞ prezidenti Conson Yunanıstanın
бaş naziri George Papandreounu və İnönünü görüşmək üçün ölkə-
sinə səfərə dəvət eтmişdi. Lakin Papandreou bu təklifi qəbul etmə-
yərək Moskvaya getdi. ABŞ-ın Afinadakı səfiri Labouisse 1965-ci
il martın 16-da yazırdı ki, George Papandreou prezident Consonun
İnönü ilə görüşmək təklifini qəbul etməyib Moskvaya səfər etdi. O,
sovetlərin enosisə yardım göstərəcəyinə ümid бəsləyirdi. Lakin
Sovet İttifaqı heç vaxt enosisi qəbul etməyəcəyini bildirdi
136
.
Bu zaman Türkiyə–NATO münasiбəтləri geniş müzakirə edilir-
di. Bəziləri Türkiyənin NATO blokundan ayrılmasının acı nəticə-
lərə gətirəcəyini söyləyirdilər. TBMM-də çıxış edən Ədalət Partiya-
sından deputat Gökhan Evlioğlu “Türkiyənin NATO-dan çıxma-
sının ardınca ölkəyə kommunizm gələcəkdir” dedi. İnönü isə “Qərb
bloku Türkiyəyə lazım olduğu qədər Türkiyə də Qərb blokuna
lazımdır” söylədi. Бununla бelə, diplomatik dairələr Türkiyənin
Qərb blokundan ayrılacağını düşünmürdülər.
Yaranmış aьır şəraitdə türk hökuməti aşağıdakı istiqamətlərdə
müzakirələr açmağı təklif etdi: Birincisi, Kipr problemi Türkiyənin
milli problemidir. Onun həlli zamanı Türkiyənin və kiprli türklərin
əleyhinə qərar qəbul edilə bilməz. İkincisi, Yunanıstan hökumətinin
mövqeyi sovet-türk dostluğunu tamamilə dağıtmışdır. Ona görə də
Türkiyə Yunanıstana qarşı sərt siyasət yeritməlidir. Üçüncüsü,
Türkiyənin haqlı olduğu Kipr məsələsində Qərbdəki müttəfiqləri, o
cümlədən ABŞ və Бюyük Бriтaniya Türkiyəni müdafiə etmədilər.
Bu isə Qərbə olan inamı azaldır. Xarici siyasətə yenidən baxmağı
zəruri edir. Lakin bu, Qərb blokundan ayrılmaq demək deyildir.
Türkiyə Qərb bloku daxilində daha müstəqil siyasət yeritməlidir
137
.
Kipr problemi türk iqtisadiyyatına mənfi təsir edirdi. Höku-
mətin diqqəti quruculuq işlərindən yayınırdı. Тürk cəmiyyəтində
gərginlik yaranırdı. Türk milləтi Kipr məsələsində siyasi sistemin
müxtəlifliyindən asılı olmayaraq onu müdafiə edən istənilən ölkəyə
rəğbətlə yanaşırdı.
Bütün səylərinə baxmayaraq, ABŞ və Qərб юlkələri 1964-cü
ildə Türkiyəyə Kiprə müdaxilə etməyə imkan vermədi
138
. Əslində
müdaxilə üçün бu dюvrdə münasiб şəraiт yeтişməmişdi.
Dostları ilə paylaş: |