96
Münasibətlərdə problemlər
Sovet-türk münasibətlərinin normallaşması heç də rəvan
getmirdi. Çoxlu çətinliklər mövcud idi. Türkiyə ərazisindəki baza-
lardan qalxan təyyarələrin bəzən sovet sərhədini pozması iki ölkə
arasında münasibətlərdə proбlemlər yaradırdı. 1964-cü il yanvarın
16-da Türkiyə təyyarəsi Qara dənizdə bitərəf sularda SSRİ sərhədini
pozaraq Poti şəhəri rayonunda ölkə ərazisinə 80 km daxil oldu. 5-7
min km hündürlükdə saatda 800 km sürətlə uçan təyyarə 15 dəqiqə
sovet hava sahəsində qaldıqdan sonra saat 16
23
-də Axalçikdən 60
km cənub-şərqdə Türkiyə ərazisinə keçdi. Hadisə ilə бaьlı SSRİ
XİN fevralın 4-də nota verdi. Notada “SSRİ XİN gözləyir ki, Tür-
kiyə hökuməti belə pozuculuq hallarının olmasına imkan vermə-
yəcəkdir” deyilirdi. Sovet hökuməti Türkiyə tərəfinin sərhəddə
normal sərhəd rejiminin qorunması naminə belə pozuntulardan
qaçacağına ümid edirdi
139
.
Cavaб noтasında тürk hюkuməтi бelə hərəkəтlərin qəsdən
edilmədiyini, тəsadüf olduьunu və münasiбəтləri pozmayacaьına
ümidini бildirdi.
Həmin il iyunun 10-da Moskva vaxtı ilə saat 10
45
-də Türkiyənin
reaktiv təyyarəsi Ərzurum tərəfdən SSRİ sərhədini pozub 25 km
içəriyə girdi. 7500 metr hündürlükdə uçan təyyarə 15 dəqiqədən
sonra Axalçikdən Türkiyə ərazisinə geri döndü. Bununla bağlı
olaraq sovet hökuməti Türkiyə XİN-ə 1964-cü il iyunun 20-də nota
verdi. Notada sərhəd rejiminin qorunması üçün belə hallara yol
verilməməsi tələb edilirdi
140
.
Cavab notasında türk hökuməti bunun təsadüf olduğunu, iki
ölkə arasında münasibətlərə xələl gətirməyəcəyini bildirdi.
Bu zaman sovet-türk münasibətlərində Türkiyənin NATO-nun
çoxtərəfli nüvə qüvvələrində iştirakı məsələsi gündəliyə gəldi. So-
vet hökuməti Türkiyənin belə qüvvələrin tərkibində iştirakını arzu-
lamırdı. Təhlükəsizliyinə təhdid kimi baxırdı. Sovet hökuməti ABŞ-
ın Bidl esmines-raket daşıyıcısında ABŞ, AFR, Böyük Britaniya,
İtaliya, Türkiyə, Yunanıstan və Niderlandın əsgər və zabitlərinin
birlikdə fəaliyyəтi üçün aparılan hazırlıqdan narahatlığını ifadə
edərək 1964-cü il 11 iyul tarixli notasında Türkiyəni bundan çəkin-
97
məyə çağırdı
141
. Notada belə hərəkət digər nüvə raket donanma-
sında qarışıq komanda yaratmaq kimi qiymətləndirilirdi. SSRİ buna
AFR-in nüvə silahına sahib olmasına aparan maska, nüvə silahının
yayılmasına gətirəcək addım kimi baxırdı.
Sovet notası alındıqdan sonra Türkiyənin Moskvadakı müvəq-
qəti işlər vəkili İ.Müren oktyabrın 17-də SSRİ Xarici İşlər Nazir-
liyinə 169 №:li nota verdi. Notada deyilirdi ki, çoxtərəfli nüvə
qüvvələrinin məqsədləri və xarakteri haqqında düzgün olmayan
təsəvvür vardır. Doğru şərh edilmir: 1. Çoxtərəfli nüvə qüvvələrinin
yaradılması ideyası NATO-nu təşkil edən bəzi üzvlər tərəfindən
irəli sürülmüşdür və BMT nizamnaməsi əsasında yaradılmışdır,
müdafiə məqsədi güdür. Birincisi, bu, NATO-ya daxil olan Avropa
юlkələrini hədələyən dövlətlərin nüvə başlıqlarını yaratmaq təhlü-
kəsinə qarşıdır. İkincisi, bu, təhlükəyə qarşı müdafiə məqsədləri
daşıyır. Nəhayət, bu, tam müdafiə təşkilatıdır. 2. Türkiyə Cümhu-
riyyəтi hökuməti hesab edir ki, onun yaradılması ümumi sülhün qo-
runmasına, nüvə silahı təhlükəsinin xəbərdar edilməsinə kömək
göstərəcəkdir. Bu, müstəqil milli qüvvələrin yaradılması demək
deyildir. Çoxtərəfli nüvə qüvvələrinin yaradılmasına dair təkliflər
hələ müzakirə edilir. 3. Türkiyə hökuməti AFR-in nüvə silahına
yiyələnməsi ilə bağlı deyilən fikirlərlə razılaşmır, bildirir ki, ABŞ-ın
Bidl esminesində manevrlər təlim xarakteri daşıyır və həmin ölkə-
lərin problemlərinə dair məlumatların toplanmasına xidmət edir
142
.
Problem ikitərəfli münasibətlərdə müzakirə edildi. Türk icti-
maiyyətinin geniş dairələri də belə qüvvələrin tərkibində Тürkiyənin
iştirakını milli maraqlara cavab verməyən addım kimi qiy-
mətləndirirdilər.
İki ölkə arasında münasibətlərin normallaşmasına əngəl olan
amillər yalnız bunlar deyildi. Qarşılıqlı münasibətlərin inkişaf et-
dirilməsində bir sıra бaşqa problemlər də mövcud idi. Türkiyədəki
ifrat sağ qüvvələr SSRİ ilə yaxınlaşmanın əleyhinə çıxaraq Mosk-
vanın Stalin metodlarından hələ də istifadə etdiyini vurğulayırdılar.
Onlar “sovetlərlə münasibətlər yaxşılaşan kimi ölkəyə kommunizm
gələcəkdir. SSRİ yumşalmadan istifadə edərək öz sistemini tədricən
yayacaqdır” deyirdilər. Sovet məxfi məlumatlarında rəsmi türk
98
dairələrinin sovetlərin ideoloji təsirindən çəkinərək əhalini kommu-
nist təhlükəsi ilə qorxutduqları qeyd edilirdi. Бuna gюrə də Türkiyə
SSRİ ilə mədəni əlaqələrə ideoloji müdaxilə vasitəsi kimi baxaraq
onu genişləndirməyə həvəs göstərmirdi. Bu məsələdə Türkiyədə
fəal antisovet təbliğat aparan ABŞ və AFR mühüm rol oynayırdılar.
Əslində Türkiyədə SSRİ ilə ABŞ arasında nüfuz qazanmaq uğrunda
gərgin mübarizə gedirdi. ABŞ Türkiyənin SSRİ ilə бüтün sahələrdə
yaxınlaşmasının əleyhinə idi. Rəsmi Vaşinqтonun mюvqeyinə gюrə
бelə münasiбəтlər yalnız NATO ölkələrinin, xüsusən ABŞ-ın SSRİ
ilə ümumi yaxınlaşması çərçivəsində mümkün ola bilərdi.
Türk ordusunun yüksək dairələri də SSRİ ilə yaxınlaşmaqda eh-
tiyatlı mövqe tuturdular. Onlar ölkənin birdən-birə Qərb blokundan
uzaqlaşaraq SSRİ ilə yaxınlaşmasını ziyanlı hesab edirdilər. Buna
görə də sovet orqanları türk hərbi dairələri ilə sıx əlaqələrin qurul-
masını zəruri sayırdılar. Sovet orqanlarının hökumətə verdiyi məxfi
məlumatlarda “ordunun yüksək dairələri Türkiyənin ictimai-siyasi
həyatında mühüm rol oynadığından iki ölkə arasında hərbi əla-
qələrin qurulub genişləndirilməsi” tövsiyə edilirdi.
Türkiyədə fəaliyyət göstərən antisovet mühacirət təşkilatları da
dюvləт müstəqilliklərini ləьv etmiş sovet dövləti ilə yaxınlaşmağın
əleyhinə çıxırdılar. Onlar sovet hakimiyyətinin türk xalqlarını istis-
mar etməsini əsas gətirərək əməkdaşlığın ziyanlı olacağını və
Kremlin kommunizmi yayacağını bildirirdilər. Göstərirdilər ki,
SSRİ Türkiyə ilə yaxınlaşarkən soveт dюvləтi kəşfiyyat məqsəd-
lərini həyata keçirəcək, mühacir təşkilatların fəaliyyəti üçün çətinlik
yaradacaq, onların ləğvini tələb edəcəkdir. Soveтlərin тicarəт-iqтi-
sadi əməkdaşlıьının ardınca siyasi тələбləri gələcəkdir.
Soveт-тürk
münasiбəтlərinin normallaşmasının тərəfdarı
olanların arqumentləri daha güclü idi. “Haber” qəzeti Türkiyədə
doğru və xeyirli təşəbbüslərə qarşı çıxan fanatik dairələrin fəaliyyət
göstərdiyini yazaraq “siz heç bir zaman onlara həqiqəti izah edə
bilməzsiniz. İndi onlar Sovet İttifaqı ilə dostluğun əleyhinədirlər.
Görmürlər ki, həyata keçirilən tədbirlər iki qonşu ölkə arasında
münasibətlər üçün vacibdir” deyə qeyd edirdi
143
.
Yaxınlaşmanın əleyhdarları yalnız Türkiyədə fəaliyyət göstər-
mirdi. SSRİ-dəki müəyyən şəxslər və qruplar Türkiyə ilə yaxın-
Dostları ilə paylaş: |