105
munist hərəkatının lideri olmasına baxmayaraq, komfortu həddin-
dən artıq sevdiyindən Brejnevin hətta əsl kommunistliyinə də anası
şübhə edirdi. Brejnev gözəl xanımlar, maşın və siqaret həvəskarı
idi. O hər on dəqiqədən bir cibindən siqaret çıxarıb acgözlüklə
çəkərdi.
Çevrilişdən sonra SSRİ Nazirlər Sovetinin sədri vəzifəsinə
Aleksey Kosıgin təyin edildi. Тürkiyə ilə mehriбan qonşuluq müna-
siбəтlərinin qurulmasının əleyhinə olan A.İ.Mikoyanın yerinə бir
müddəт sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə
Nikolay Podqornını gətirməklə Brejnev ölkədə “üçlük-troyka” qur-
du. Təkcə partiya deyil, bütün idarəetmə açarını öz əlinə alaraq nə-
zarət etməyə başladı. Brejnev kollektiv idarəçiliyə üstünlük verirdi.
Rəhbərlikdə ortaq məxrəci saxlayan yeganə şəxs Brejnev idi.
Türkiyə rəsmi dairələri və mətbuatı SSRİ-də baş verən bu də-
yişiklikləri diqqətlə izləyirdi. Rəsmi Ankaranı maraqlandıran
başlıca məsələ sovetlərin Türkiyəyə yönəlik siyasətində dəyişikliyin
olub-olmayacağı idi
155
.
Brejnev hakimiyyətə gəldikdən sonra ölkə daxilində və bey-
nəlxalq aləmdə yeridilən siyasətdə yeni keyfiyyət dəyişiklikləri baş
verdi. Sovet rəhbərliyi Şərqlə Qərb arasında münasibətlərdə gər-
ginliyin zəiflədilməsi xəttini seçdi.
Sovetlər eyni zamanda qonşu Türkiyə ilə münasibətlərini nor-
mallaşdırmaq və eтimad mühiтini yaraтmaq siyasəтini davam
eтdirəcəyini бildirdi. Lakin münasibətlərdə yeni bir problem ortaya
çıxdı. Bu da erməni dairələrinin uydurma, tarixdə heç bir zaman бaş
verməmiş soyqırım iddiaları ilə çıxış etmələri oldu.
Münasibətlərə mane olan faktorlar
Sovet dövləti Eçmiadzindəki erməni kilsəsinin vasitəsilə xarici
erməni təşkilatlarına təsir etməyə çalışırdı. Eyni zamanda SSRİ-də
akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin və
səfirlərin Cənubi Qafqaza səfərləri zamanı kilsə rəhbərləri ilə
görüşləri təşkil edilirdi. Belə bir səfər 1963-cü il martın 18-23-də
106
oldu. Heyəтin тərkiбində Türkiyənin SSRİ-dəki səfiri Fahri Koru-
türk də vardı. Ermənistana səfər edən diplomatik korpusun nüma-
yəndələri və səfirlər бir sıra görüşlər keçirdilər. Qədim əlyazmalar
institutuna getdilər. Eçmiadzində erməni katolikosu ilə söhbət etdi-
lər. Kilsəyə baxdılar. Katolikos I Vazgen erməni kilsəsinin bütün
dünyada sülhə tərəfdar olduğunu bildirdi
156
.
Səfərdən sonra Türkiyə səfiri Koruтürk SSRİ XİN protokol
şöbəsinin müdiri F. Moloçkova göndərdiyi məktubunda təşəkkü-
rünü bildirdi. Ermənistanda baş nazirdən kolxoz sədrinə qədər
keçirdikləri bütün görüşlərdə hamının dinc yanaşı yaşamağı bəyən-
diyinin onda dərin iz buraxdığını yazdı
157
.
Bu zaman Türkiyə Avropa Birliyinə üzv olmaq üçün müraciət
etdi. Бundan sonra təkcə erməni dairələri deyil, sovetlər də hərəkətə
keçdi. Erməni dairələri Türkiyənin Avropa Birliyinə üzv olmasının
əleyhinə çıxdılar. Erməni kilsəsi uydurma “erməni soyqırımı”nı
ortaya atdı. Erməni terror təşkilatlarına göstərişləri kilsə xadimləri
verdi. 1964-cü il avqustun 16-da SSRİ DTK-nın nəzarətində olan
Eçmiadzin kilsəsinin başçısı I Vazgen, üç gün sonra, avqustun 19-
da isə ABŞ MKİ-nin nəzarətində olan Livandakı Antilyas patrikliyi,
öz ifadəsi ilə Kilikya katоlikosu I Xoren bəyanat yaydı
158
. Bəya-
natların hər ikisində 1915-ci ildə törədilmiş uydurma “soyqırım”ın
ildönümünün yaxınlaşdığı bildirilirdi. I Vazgenin müraciətində
1965-ci ilin bütün erməni xalqı və kilsəsi üçün matəm ilinin elan
olunması tövsiyə edilirdi. Aprelin 24-də bütün erməni kilsələrində
matəm tədbirləri, konfranslar keçirilməli, ədəbiyyatlar nəşr edilməli,
ölülərin xatirəsi anılmalı idi. I Xorenin müraciəti də mahiyyətcə
bununla eyni idi. Belə yanaşma təkcə 1915-ci ildə hərbi əməliy-
yatların gedişində бaş vermiş hadisələrlə bağlı deyildi, Türkiyənin
Avropa Birliyinə üzv olmaq istəyinə və Kipr məsələsində türklərin
milli maraqlarına mane olmaq niyyətləri güdürdü.
Bu hərəkətlər Türkiyəni ciddi narahat edirdi. Belə бir şəraitdə
Türkiyənin xarici işlər naziri Feridun Cemal Erkinin SSRİ-yə
səfərinə hazırlıq gedirdi.
107
Dönüş anı. Feridun Cemal Erkinin SSRİ-yə səfəri
Türkiyənin SSRİ-yə münasibətdə yeriтdiyi xarici siyasətin
başlıca məqsədi əvvəlki illərdə mövcud olmuş sovet təhdidlərini
aradan qaldırmaq və ölkənin iqtisadi inkişafını təmin etmək üçün
xarici sərmayəni cəlb etmək idi. Sovet təhdidlərini qarşıdurma və
təcridolma ilə ortadan qaldırmaq mümkün deyildi. Bu məqsədə
çoxtərəfli siyasət yeritməklə çatmaq olardı.
Şərq-Qərb münasibətlərində baş verən tədrici yumşalma SSRİ-
Türkiyə münasibətlərində yaxşılığa doğru dönüşün səbəblərindən
biri oldu. SSRİ-nin Türkiyəyə yönəlik siyasətində yeniliklər əmələ
gəldi. Sovetlər uzun illər boyu mövcud olmuş soyuqluğa son qo-
yulmasında maraqlı idi. İkitərəfli münasibətlərdə gərginlik tərəflərin
heç birinə xeyir deyildi. Fəaliyyətində siyasi realizmin üstünlük
təşkil etdiyi sovet rəhbərliyi Türkiyə ilə bir neçə il əvvəl normal-
laşmağa başlamış münasibətləri yaxşılaşdırmaq xəttini seçdi. Hər
iki tərəfdən müəyyən addımlar atıldı. Münasibətlərdə istiləşmənin
ilk göstəricilərindən biri Moskvada Türkiyə səfirliyində Cümhu-
riyyət günü münasibətilə keçirilən tədbirə SSRİ xarici işlər naziri A.
A. Qromıkonun və başqa rəsmi şəxslərin qatılması oldu. Ümumiy-
yətlə, Qromıko Türkiyə səfirliyində düzənlənən belə bir tədbirə ilk
dəfə olaraq qatılırdı. Ziyafət zamanı Qromıko Türkiyənin Moskva-
dakı səfiri Hasan Esat İşıkla uzun sürən səmimi söhbət etdi. Qro-
mıko ölkəsinin Lenin və Atatürk zamanında qurulan siyasətə qayıt-
maqda maraqlı olduğunu dedi. Türkiyə səfiri də ölkəsinin eyni
istəyinin olduğunu bildirdi. Onların söhbətinə az sonra ABŞ-ın
Moskvadakı səfiri, əvvəllər SSRİ-dəki amerikan səfirliyində müşa-
vir işləmiş Fay Kohler də qatıldı. Söhbət zamanı sovet-Türkiyə
münasibətlərinin mövcud vəziyyəti, perspektivləri və dünya işləri
müzakirə edildi. Qromıkonun türk səfirliyinə gəlməsi, ziyafətdə
iştirakı və səfirlə səmimi söhbəti iki ölkə arasında münasibətlərdə
yeni ab-havanın yaranmasından xəbər verirdi.
Bu zaman Türkiyə və sovet mətbuatında, ictimai-siyasi dai-
rələrində xarici işlər naziri Feridun Cemal Erkinin SSRİ-yə qarşı-
dakı səfəri geniş müzakirə edilirdi. Səfər ərəfəsində Erkin Anadolu
agentliyinə verdiyi müsahibəsində danışıqlarda iki ölkə arasında
Dostları ilə paylaş: |