80
tumu olan Keban su bəndinin tikintisi üçün Vaşinqtonda danışıq-
ların aparıldığını onun diqqətinə çatdırdı. Gölün sahəsi 680 km
2
,
uzunluğu isə 125 km olmalı idi. Bu, Türkiyədə ən böyük göl
olacaqdı. Bənd Fərat çayının açar layihəsi adlandırılırdı. Nazir
yaponların və ingilislərin İzmirdə iki yük maşını zavodu tikmələrinə
razılıq verildiyini söylədi. Britiş Motors Korporeyşnin vəsaiti 78
mln. lirə, yaponların payı isə 7 mln. lirə idi. Nazir amerikan
firmalarının 87 mln. lirə dəyərində plastik, kimya və neft sənayesi
müəssisələri tikmək istədiklərini, azot sənayesinin inkişafı üçün
lazım olan 349 mln. lirə dəyərində vəsaitin təmin edildiyini söylədi.
Qara və Egey dənizlərin sahillərində dəyəri 750 mln. lirə olan 4
yeni kağız fabrikinin tikintisinin planlaşdırıldığını dedi. Faбriklərə
sərf olunan vəsaiтin 460 mln. lirəsi xarici kapital idi.
Sovet səfiri iki ölkə arasında münasibətlərin inkişafını zəruri
saydı. Türk rəsmi dairələri isə sovetlərin etimad addımlarını atma-
sını тəklif edirdilər. İşsizlərin sayı çox olduğundan sovetlərin
tikəcəyi müəssisələrlə və edəcəyi yardımlarla kommunist təbliğatını
yaymağa çalışacağı əndişəsi Türkiyə tərəfdə vardı. Səfirə “Türkiyə-
də kommunizmi yaymağa çalışsanız, onda dostluq inkişaf etməz”
deyildi. Səfir isə təminat verərək “hətta bu barədə Brejnev və ya
Kosıgin bəyanat da verəcəkdir” dedi
108
.
Rıjov ölkəsinin Türkiyə ilə həmişə yaxşı münasibətlərə can
atdığını söyləyərək əlavə etdi: “Əgər belə olmasaydı, biz Kiprdə
müharibənin başlanması üçün yollar axtarardıq. Lakin biz belə möv-
qedə deyilik”.
Görüşdə SSRİ hökuməti adından Türkiyəyə 100 mln. funt
sterlinq və ya 3 mlrd. dollar həcmində krediт təklif edildi. Sovet
təkliflərinin bəziləri belə idi: gecəqonduları söküb yerinə yeni bina-
lar inşa etməkdən ötrü evtikmə kombinatı tikmək; Kiprdə evləri
yanmış türklər üçün evlər tikmək; Adıyamanda, Karamаndа və
Nevşehirdə toxuculuq fabrikləri üçün avadanlıq vermək; İL tipli
sərnişin təyyarələrini satmaq; Bursada traktor zavodu tikmək
109
.
Gecəqonduların sökülüb yerinə yeni binaların tikintisi və evtik-
mə kombinatının inşası təklifi əbəs deyildi. Bunda məqsədlərdən
biri sovet sisteminə rəğbət oyadılması və kommunist ideologiyasını
təbliğ etmək idi. Amma səfir sovet kreditlərinin verilməsinin heç bir
81
şərtlə bağlı olmadığını bildirdi.
Rıjov Türkiyənin kommunikasiya naziri Ferid Alpiskenderlə də
görüşdü. Səfir Türkiyə ilə aviasiya xətlərini genişləndirmək, əmək-
daşlıq etmək istədiklərini söylədi. Soveт reaktiv təyyarələrini
almağı təklif etdi. Nazir bu təkliflərin Türk Hava Yolları şirkətinə
veriləcəyini, öyrəniləcəyini, qiymətlərin və faiz təkliflərinin araş-
dırılacağını dedi. Səfir bir qədər keçmiş türk rəsmi adamları ilə söh-
bətlərində SSRİ-nin birtərəfli qaydada enosislə heç vaxt razılaş-
mayacağını söylədi.
Sovetlərin Kiprin enosisinə qarşı çıxması əbəs deyildi. Yuna-
nıstanın adaya təktərəfli yiyələnməsi ilə regiona NATO hökmran
olаrdı. Nəinki ada, həmçinin Aralıq dənizi tamamilə Qərb blokunun
nəzarətinə keçə bilərdi. Sovetlər eyni zamanda adanın Türkiyənin
nəzarəti altına keçməsinə də razı deyildi. Çünki yenə də eyni vəziy-
yət yarana bilərdi. Buna görə də sovetlər Kipr problemindən istifadə
edərək türk-yunan ziddiyyətlərini qızışdırıb dərinləşdirərək NATO
blokunu zəiflətmək məqsədi güdürdü.
Rıjovun keçirdiyi görüşlər barədə xəbərlər yayılan kimi dedi-
qodular genişləndi. Jurnalistlərin suallarına cavab verən Türkiyənin
xarici işlər naziri Erkin “SSRİ Makariosa danışıqsız yardım vəd
etməmişdir. Ona görə də sovetlərin Makariosa müəyyən hədlər çərçi-
vəsində yardım etməsi bizimlə dostluq münasibətlərinə mane olmur”
dedi. Türkiyə-NATO münasibətlərindən danışan nazir “fikir
ayrılıqlarına baxmayaraq, türk hökuməti NATO-nun dağılması məsu-
liyyətini öz üzərinə götürə bilməz. Əgər belə dağılmanı istəyirlərsə,
qoy məsuliyyəti başqaları öz üzərinə götürsün” deyə cavab verdi.
“Yeni İstanbul” qəzeti “NATO-nu pisləyənləri Qərb əleyhinə
olan kommunistlərin yeni hiyləgərliyi” adlandırırdı. Türkiyədə bu
istiqaməti iki qəzetin təşkil etdiyini, onları bəzi kommunist təşkilat-
larının qızışdırdıqlarını, NATO-nun bütün elementlərini yunan
dəstələri timsalında biabır etdiklərini yazırdı. Qəzet “Türkiyə Qərb
blokundan ayrıla bilməz. Türkiyə sovet Rusiyasına qarşı yaradılmış
azad dünyanın yanında olmalıdır. Bu məsələni hətta müzakirə
etmək lazım deyildir” deyə vurğulayırdı.
“Son Havadis” qəzeti “SSRİ Kipr məsələsində orta mövqe
tutur. Rusiya Makariosa bütün sahələrdə yardım təklif etməmişdir.
Onun Kiprə təklifi Rusiyanın ümumi siyasətinin təbii nəticəsidir”
82
deyə yazırdı.
“Ulus” qəzeti “Xruşşov” adlı məqaləsində 70 yaşı tamam olan
sovet liderinin Türkiyənin dostu, yoxsa düşməni olduğunu soruşur-
du: “Kim keçmişdə Türkiyədən ərazi istəyirdi? Kim Makariosu
müdafiə edirdi?” Xruşşovun hərəkətlərinin məlum kommunist ənə-
nələrinə uyğun gəlmədiyini, əvvəlki sovet liderlərinə bənzəmədiyini
yazan qəzet sual edirdi: ”Zamanmı dəyişib, yoxsa kommunizmmi
dəyişib, yoxsa ruslar dəyişiblər?” Qəzet Türkiyənin müstəqil xarici
siyasət yeritməsinin zamanı gəldiyini qeyd edirdi.
“Cumhuriyet” qəzeti “Xruşşovun Rusiyanın başında qalması
daha az şərdir. Bəşəriyyət üçün təminatdır. Onun ömrünün bir il
azalması təəssüf yaradır” deyə vurğulayırdı.
“Adalet” qəzeti yazırdı: “Sovetlərlə Türkiyə arasında müəyyən
çərçivədə dostluq mövcuddur. Lakin bu dostluq Kiprdə törədilən
cinayətlərə mane olmadı. Əksinə onlara kömək etdi. Bu isə türk
milləti tərəfindən təəssüflə qarşılandı. Kipr məsələsində Rusiyanın
kimin tərəfində olduğu aydındır. İki həftə əvvəl sovet Rusiyası bunu
gizlətməyi lazım da bilmədi. Xruşşovla Makarios arasında məktub
mübadiləsi oldu. Təkcə Türkiyə deyil, bütün dünya Xruşşovun
Makariosla əməkdaşlığını gördü”
110
.
Тəzadlı münasiбəтlərə baxmayaraq, Türkiyədə belə hesab
edirdilər ki, Qərbdən ayrılmaq olmaz. Rıfkı Atay “Dünya” qəze-
tində “Türkiyə Qərbdən ayrıla bilməz. Çünki SSRİ ikinci dünya
müharibəsindən sonra Türkiyəyə ərazi iddiaları irəli sürdü. Əgər
Türkiyə ikinci dünya müharibəsində iştirak etsəydi, onda Türkiyədə
xalq respublikası yaratmaq planlaşdırılardı. Onu Qızıl ordu xilas
edərdi. SSRİ Çin kimi diktator olmasa da, azad dünyanı məhv
etmək və bütün dünyada öz hökmranlığını qurmaq iddialarından əl
çəkməmişdir. Çindən fərqli olaraq SSRİ öz niyyətlərinə dinc yolla
çatmaq istəyir. Türkiyə Qərb dostları ilə diskussiya edə bilər, fikir
ayrılıqları ola bilər, amma Qərbdən ayrılmamalıdır. Türkiyə Qərb
müttəfiqlərindən ayrılan kimi SSRİ-nin ağuşuna düşəcəkdir. Qon-
şusu ilə münasibətlərini qurarkən SSRİ-nin birinci şərti Kommunist
Partiyasının fəaliyyətinə icazə vermək, ikinci şərti isə imkan düşən
kimi daxili işlər və milli müdafiə nazirləri vəzifələrinə kommu-
nistləri gətirmək olacaqdır” yazırdı
111
.
Dostları ilə paylaş: |