89
amerikan-rus dostluğu və ittifaqı yox idi. Türk xalqının istənilən
hücumu dəf etmək bacarığı və şərəfi Stalini türk millətinin sərhədlərinə
və özünə hörmət etməyə məcbur etdi. Biz NATO-suz yaşaya bilərik.
ABŞ-la ikitərəfli müqavilələr Türkiyəni deyil, Türkiyədə Amerikanı
qorumaq üçün yaradılmışdır” deyirdilər
122
.
Consonun məktubu Türkiyənin ənənəvi Qərbyönümlü siyasə-
tinin yanlış olduğunu göstərdi. Əslində belə mövqe NATO çərçivə-
sində və ikitərəfli münasibətlərdə müəyyənləşdirilmiş prinsiplərin
arxa plana keçirilməsi demək idi. Consonun məktubu türk xarici
siyasətinə yeni çalarlar gətirdi.
Türkiyənin yalnız ABŞ-a güvənmək siyasəti səhv idi. Zaman
Türkiyənin ABŞ-dan istədiyini ala bilmədiyini göstərdiyindən
müstəqil siyasət yeritmək tərəfdarlarının sayı getdikcə çoxalırdı.
Bununla belə, Türkiyənin Qərb blokundan ayrılmasını tələb edənlər
çox da deyildi. Onlar “NATO Türkiyə ilə hansı səviyyədədirsə,
Türkiyənin də münasibətləri həmin səviyyədə olmalıdır” deyirdilər.
Vəziyyətin belə davam etməsi NATO-nun çətin günlərindən xəbər
verirdi. Təşkilatın təkcə şərq qanadı deyil, hamısı dağılmağa doğru
gedirdi. Uzun illər boyu müttəfiqlərini cənubda sovet təhlükəsindən
bacarıqla qoruyan Türkiyə indi məhz onların laqeydliyi ilə üz-üzə
qalmışdı. Bir zamanlar sovetlərin həттa atom silahı təhlükəsi
Ankaranı Qərb blokundan ayıra bilməmişdi. İndi isə Kipr məsələsi
onu Qərb müttəfiqlərindən ayırırdı. “Türklər, bunlar qəhrəman türk-
lərdir, günahsız türklərdir, etibarlı türklərdir” deyən Qərb müttə-
fiqləri Türkiyəni haqlı işində müdafiə etmirdilər
123
.
Ahmeт Şükrü Аsmer “Ulus” qəzetində “NATO mövcuddur-
mu?” adlı məqaləsində “The Times” qəzetinin NATO-nun 15 illiyi
ilə bağlı dərc eтdiyi məqaləsindən bir misal gətirirdi: “Rusiya impe-
ratriçası Yekaterina öz bağında qızılgül kolu əkir və alayın əsgər-
lərinə onu qorumağı əmr edir. Yekatеrinanın ölümündən sonra kol
qurumuşdu. Bu yerdə ot bitmişdi. Lakin hətta yüz il sonra qızılgül
bitən yer əsgərlər tərəfindən qorunurdu”. Müəllif NATO-nu qızıl-
güllə müqayisə edərək gюsтərirdi ki, NATO ölsə də, hələ onun
sərəncamında iri ordular vardır. Müəllif yazırdı: “NATO zəifləyib,
amma ölməyib”
124
.
Bu zaman ABŞ prezidenti Conson İsmet İnönünü və Papan-
90
dreounu ölkəsinə səfərə dəvət etdi. Dəvəтi qəбul edən İnюnü
Vaşinqтona səfər eтdi. Ondan başqa həyat yoldaşı, şəxsi dəftərxa-
nasının müdiri Necdet Calp, şəxsi həkimi professor Zafer Paykoç,
xarici işlər naziri Feridun Cemal Erkin, TBMM xarici işlər
komissiyasının sədri Nihat Erim, Xarici İşlər Nazirliyi baş katibinin
siyasi məsələlər üzrə müavini, səfir Haluk Bayülken, general Turqut
Sunalp və başqaları da AБŞ-a geтdi. Nümayəndə heyəтinin səfər
məsrəflərinin ödənilməsi barədə Nazirlər Şurası 1964-cü il iyun
ayının 20-də qərar qəbul etdi
125
.
İnönü ilə keçirdiyi görüşdə ABŞ dövlət katibi Türkiyənin Kipri
Yunanıstana verib əvəzində başqa bir adanı almasının mümkünlüyü
бarədə soruşdu. Hətta Midilli adasının adını çəkdi. İnönü yunanlara
ada verə bilməyəcəklərini birbaşa söylədi. Danışıqlarda İnönü Kipr
məsələsində ABŞ hökumətinin tutduğu mövqenin türk ictimai
rəyində məyusluq dоğurduğunu bildirdi. Ölkədə kommunist meyl-
lərinin güclənməsinə təsir edə biləcəyini dedi.
Amerikan rəsmiləri problemin dinc yolla həllinin vacibliyini,
enosisin əleyhinə olduqlarını vurğuladılar. Conson müdaxilənin
əleyhinə çıxdı.
Vaşinqtondan sonra Nyu Yorka gələn İnönü bir sıra tədbirlərdə
iştirak etdi. BMT baş katibi U. Tantın verdiyi ziyafətdə SSRİ-nin bu
təşkilatdakı daimi nümayəndəsi İnönüyə xeyli yaxınlıq göstərdi
126
.
Sovet daimi nümayəndəsinin belə hərəkəтi iki ölkə arasında
münasiбəтlərdə isti küləklərin əsdiyini göstərirdi. Türkiyə hökuməti
avqust ayının 17-də bütün dünya ölkələrinin hökumətlərinə Kipr
məsələsi ilə bağlı müraciət etdi. Müraciətdə adada türklərə qarşı
1963-cü il dekabın 21-də başlayan kütləvi qırğınlar, türklərin olma-
zın əzab-əziyyət çəkdikləri, türk kəndlərinin hücumlara məruz
qaldıqları qeyd olunur, problemin həllinə kömək xahiş edilirdi
127
.
Lakin bu müraciət də NATO ölkələri tərəfindən soyuq qarşılandı.
Qərb blokundakı müttəfiqləri Kipr məsələsində Türkiyəni ya başa
düşmür, ya da başa düşmək istəmirdilər. Qərbin bu hərəkətinin
əksinə olaraq SSRİ-nin Türkiyəni başa düşməsi türk ictimaiyyəti
tərəfindən rəğbətlə qarşılanırdı. Münasibətlərin normallaşmasına
mane olan əngəllərin aradan qaldırılmasına ciddi təsir gюsтərirdi.
Sovetlər əvvəlcə əsrin 20-ci illərində istiqlal müharibəsinin çətin
anlarında, sonra isə Kipr məsələsində Türkiyənin haqq işini müdafiə
91
etmişdi. Hər iki məsələdə onların maraqları üst-üstə düşürdü. Rus
və türk xalqları tarixlərində mövcud olmuş bəzi mənfilikləri
unudaraq bir-birinə yaxınlaşırdılar. Türkiyənin iki dəfə ən ağır
vəziyyəтində ruslar bütün hər şeyi unudaraq тürklərin yanında olub
haqq işini müdafiə etdi. Bu, hər iki xalqın-rus və türk xalqlarının
xırda hisslərdən uzaq olduğunu göstərirdi. SSRİ-nin Türkiyəni mü-
dafiə etməsi artıq bütün beynəlxalq sisтemə, Ankaranın müttəfiqləri
ilə münasibətlərinə ciddi təsir edən amillərdən biri oldu.
Beləliklə, Kipr məsələsi ABŞ-la SSRİ arasında münasibətlər
formasını aldı. İki fövqəldövlət Aralıq dənizi regionunda və Türki-
yədə nüfuz qazanmaq uğrunda ağır diplomatik savaş aparırdılar.
Bəziləri Türkiyəni Qərb blokundan ayırmaq istəyirdilər. Kipr Aralıq
dənizinin Kubasına çevrilmişdi. ABŞ üçün Kuba hansı əhəmiyyəti
daşıyırdısa, Türkiyənin cənubunda 40 mil uzaqlıqda yerləşən və 120
min türkün yaşadığı Kipr də Türkiyə üçün o əhəmiyyəti daşıyırdı.
ABŞ-ın Cenevrədəki missiyasının başçısı Tubby dövlət katibinə
teleqramında Türkiyə qəzetlərinə istinadən yazırdı ki, türklər sovet-
Kipr yaxınlaşmasına Aralıq dənizinin Kubasının yaradılması kimi
baxırlar. Ona görə də federasiya təklif edirlər. Makarios isə bununla
razılaşmayacaq və sovet yardımlarını alacaqdır
128
.
Amerikanlar belə hesab edirdilər ki, türklərə ərazi güzəştə
gedilsə, yunanlar sovetlərlə daha çox yaxınlaşa bilər, NATO zəiflə-
yər. Kiprdəki amerikan səfiri Belcher 1964-cü il avqustun 21-də
Dövlət Departamentinə göndərdiyi teleqramında “türklərə ərazi
güzəşti edilsə, adada kommunist təhlükəsi artar, sovet müdaxiləsi
daha aktiv şəkil ala bilər və NATO birliyi əzab çəkər”
129
yazırdı.
Yunanlar adanın Yunanıstana birləşdirilməsindən ötrü ABŞ və
SSRİ-nin razılığını almaq istəyirdi. 1964-cü il sentyabrın 30-da
ABŞ dövlət katibi Dean Rusk ilə Vaşinqtonda danışıqlar aparan
Kiprin xarici işlər naziri Kiprianu Moskvaya getmək istədiyini,
sovetləri incitmək istəmədiyini dedi. Adanın Yunanıstana birləş-
dirilməsinə ABŞ və SSRİ-nin razılığını verəcəkləri təqdirdə Türki-
yənin heç bir hərbi hərəkət etməyəcəyinə zəmanət verib-vermə-
yəcəyini soruşdu
130
. Səfərinin əsas məqsədinin sovet rəhbərlərinə
Kiprin Yunanıstanla birləşdirilməsini izah etmək olduğunu dedi.
ABŞ dövlət katibi bunun onun şəxsi işi olduğunu bildirdi. Amma
Dostları ilə paylaş: |