Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə37/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   33   34   35   36   37   38   39   40   ...   185

 

 

114 



qurulması istəyində olduğunu dedilər. O bu fikrə belə bir münasibət 

bildirdi: “SSRİ-nin belə bir düzən qurulmasına heç bir zaman etirazı 

olmayacaqdır.  Adadakı  iki  icmanın  bu  məsələdə  anlaşması  yetər-

lidir. Kiprlilərə xaricdən edilən hər hansı əmrlərə razı deyilik. Ada-

da xarici ölkələrin və bazaların olmasına razı deyilik”.  

Noyabrın  3-də  Erkin  Moskvada  danışıqları  davam  etdirdi.  O, 

SSRİ  Nazirlər  Sovetinin  sədri  A.Kosıginlə  görüşdü.  Söhbət  75 

dəqiqə çəkdi

168

. Görüşdə SSRİ-nin Türkiyədəki səfiri N. S. Rıjov iş-



tirak  edirdi.  Onlar  sovet-türk  münasibətlərinin  mövcud  vəziyyətini 

və  gələcək  perspektivlərini  müzakirə  etdilər.  Lenin  və  Atatürk  za-

manından iki ölkə arasında əsası qoyulmuş etimad və işgüzar əmək-

daşlığın  real  imkanlarının  olduğunu  vurğulayan  tərəflər  bu  istiqa-

mətdə  bəzi  konkret  addımların  atılmasının  vacibliyini  бildirdilər. 

Kosıgin  ölkələrinin  ayrı-ayrı  düşərgələrdə  olmasının  türk-sovet 

dostluğuna ciddi əngəl тюrəтmədiyini söylədi. Erkin aparılan müza-

kirələri dostluğu  sağlam təməllər üzərinə  yerləşdirmək üçün böyük 

bir fürsət və son şans  hesaб edirdi. Münasibətlərin inkişafından öt-

rü  Kipr  məsələsində  SSRİ-nin  tutduğu  mövqenin  əsas  rol  oyna-

yacağına diqqət çəkdi. Kipr problemini müzakirə etmək istədi. La-

kin  Kosıgin  bu  məsələnin  Qromıko  ilə  müzakirəsinin  kifayət 

etdiyini dedi. Ona görə də бir daha Kipr məsələsinə toxunulmadı. 

Əvvəlcədən  nəzərdə  tutulan  müddəti  ötən  və  səmimi  keçən 

danışıqda  NATO-dakı  vəziyyət  müzakirə  edildi.  Kosıgin  bu  paktı 

müdafiə  deyil,  hücum  paktı  hesab  etdi.  Erkin  isə  həmin  fikirdə 

olmadığını dedi. Tarixə qısa nəzər yetirdi. Qeyd etdi ki, türk-sovet 

münasibətləri  Türkiyənin  NATO-ya  girməsi  ilə  pozulmamışdır. 

İkinci  dünya  müharibəsinin  gedişində  Stalinqrad  döyüşündə  qa-

zanılan  qələbədən  sonra  SSRİ-nin  Türkiyəyə  münasibəti  dəyişdi. 

Sovet  təhdidləri  qarşısında  Türkiyə  NATO-ya  girdi.  Bundan  sonra 

danışan  Kosıgin  olanların  artıq  arxada  qaldığını  deyərək  irəli  bax-

mağın vacibliyini söylədi.  

Sovet  baş  naziri  iki  ölkə  arasında  ticarət  əlaqələrinin  artırıl-

masına böyük əhəmiyyət verdiklərini dedi. Bundan ötrü sovet xarici 

ticarəti  ilə  məşğul  olan  orqanlara  xüsusi  təlimat  verdiyini  söylədi. 

O,  iki  ölkə  arasında  mədəni  əlaqələr  sahəsində  də  sıx  təmasların 

qurulmasını arzuladı.  

Kosıginlə  Erkin  görüşərkən  siyasi  və  iqtisadi  komitələrdə  iş 



 

 

115 



davam  etdirilirdi.  Siyasi  komitənin  işinə  bir  qədər  sonra  Erkin  və 

Qromıko  da  qatıldı.  Ümumi  siyasi  məsələlərə  baxıldıqdan  sonra 

tərksilah, Kipr, Birləşmiş Millətlər Təşkilatı ilə bağlı problemlər və 

Almaniyanın vəziyyəti müzakirə edildi. Türkiyə nümayəndə heyəti 

Kipr  məsələsində  türk  hökumətinin  mövqeyi  barədə  sovet  tərəfinə 

müfəssəl məlumat verdi. Moskva adada problemin xarici müdaxilə 

olmadan  hər  iki  icmanın  hüquqlarının  bərabər  qorunması  və  fede-

rativ formalı idarəçiliklə həllinə dair türk tərəfinin mövqeyini qəbul 

etdi.  Sovetlər  birinin  digərinə  qarşı  hər  hansı  formada  qərarları 

pozması  əleyhinə  idi.  Geniş  müzakirədən  sonra  Kipr  məsələsində 

fikir birliyinə nail olundu. Hər iki tərəf enosisə qarşı çıxdı. Sovet və 

türk  heyətləri  problemin  Kipr  Respublikasının  suverenliyinə  və 

ərazi  bütövlüyünə  hörmət,  hər  iki  icmanın  qanuni  hüquqlarını 

qorumaq,  adada  iki  icmanın  mövcudluğunu  qəbul  etmək  əsasında 

dinc siyasi vasitələrlə həllinə tərəfdar olduqlarını bəyan etdilər.  

Əlbəttə,  yalnız  bir  səfər  nəticəsində  sovetlərin  Türkiyənin  Kipr 

siyasətini tam qəbul edəcəyini gözləmək doğru olmazdı. Amma SSRİ-

nin  enosisə  qarşı  qətiyyətlə  çıxması  türk  xarici  siyasətini  gücləndirən 

bir  mövqe  idi.  Moskvanın  belə  mövqeyi  Türkiyə  tərəfindən  yüksək 

qiymətləndirildi.  Sovetlər  adanın  Yunanıstanla  enosisindən  sonra 

NATO-nun  təsir  dairəsinə  düşməsinə  yol  vermək  istəmirdi.  Eyni  za-

manda  NATO  üzvləri  olan  Türkiyə  ilə  Yunanıstan  arasında  ziddiy-

yətləri dərinləşdirərək təşkilatı zəiflətməkdə maraqlı idi.  

İqtisadi  komissiyanın  iclasında  sovet-türk  qarşılıqlı  ticarət 

məsələləri  geniş  müzakirə  edildi.  İki  ölkə  arasında  ticarət  münasi-

bətlərinin indiyədək yaxşı olmadığı, onun düzəldilməsi üçün lazımi 

tədbirlərin  görülməsi  fikri  qəbul  edildi.  Sovetlərin  Türkiyədə  bəzi 

layihələrin  həyata  keçirilməsində  iştirakı  və  iki  ölkə  arasında  tica-

rətdə  mal  mübadiləsinin  artırılması  təklifləri  barədə  ilkin  razılıq 

əldə olundu. Danışıqların davam etdirilməsi məsləhəт gюrüldü. Nü-

mayəndə heyətləri mümkün olan bütün imkanlardan istifadə etmək-

lə  coğrafi  baxımdan  yaxın  olan  iki  qonşu  ölkə  arasında  ticarətin 

daha  da  inkişafı  arzusunu  ifadə  etdilər.  Razılığa  əsasən  SSRİ  Tür-

kiyədən tütün, qoz və sitrus bitkilərinin, Türkiyə isə SSRİ-dən ma-

şın,  avadanlıq  və  qazma  qurğuları  idxalını  artırmalı  idi. Bu  prinsi-

pial sazişin bütün cəhətlərinin hər iki tərəfin səlahiyyətli orqanları-




 

 

116 



nın nümayəndələri tərəfindən müəyyənləşdirilməsi barədə razılıq əl-

də edildi. Bazarın imkanlarını öyrənmək məqsədi ilə ekspert nüma-

yəndə  heyətlərinin  qarşılıqlı  səfərlərinin  təşkil  edilməsi  qərara 

alındı.  

Sovetlərin  Türkiyəyə  kredit  verməsi  məsələsi  müzakirə  möv-

zusu olmadı. Çünki Türkiyə nümayəndə heyəti sovet paytaxtına bu 

xahişlə  gəlməmişdi.  Sovetlər  Çoruh  gölündəki  adacığın  mülkiyyə-

tini türklərə verdilər

169

.  


Danışıqlarda  iki  ölkə  arasında  mədəni  əlaqələr  sahəsində  Tür-

kiyənin  təklif  eтdiyi  saziş  layihəsi  Moskvada  anlayışla  qarşılandı. 

Sovetlərin  irəli  sürdüyü  bir  sıra  təkliflərin  türklər  tərəfindən  qəbul 

edilməsi sənədin imzalanması imkanlarını artırırdı.  

 Qromıko  türk  nümayəndə  heyətinin  şərəfinə  ziyafət  verdi.  İki 

saat  sürən  ziyafət  zamanı  xarici  işlər  nazirləri  ikitərəfli  və  bey-

nəlxalq problemlərə dair fikir mübadiləsi etdilər.  

Sovet-türk  danışıqlarının  sonuna  yaxın  Erkin  türk  mətbuatına 

verdiyi müsahibədə vəziyyətin təxmin etdiyindən də yaxşı olduğunu 

vurьuladı.  Əldə  olunan  nəticələrin  ümidlərinin  fövqündə  olduğunu 

söyləyərək  “yurda  başarılı  nəticələrlə  dönəcəyik”  dedi.  Erkin  iki 

юlkə  arasında  münasiбəтlərin  yaxşılasmasının  Moskvanın  Kipr 

məsələsində göstərdiyi diqqətdən doğduьu qənaəтində idi.  

Moskvada  danışıqlar  davam  etdiyi  bir  zamanda  Türkiyə  Kipr 

məsələsində  həll  yolu  olaraq  qəbul  etdiyi  “Açeson  planı”nın  əvə-

zində “İcmaların ayrılığına əsaslanan federativ Kipr” tezisini BMT-

də  müdafiə  edəcəyini  bildirdi.  Bu  yeni  siyasət  Moskvadakı  danı-

şıqların  gedişində  türk  nümayəndə  heyəti  tərəfindən  təməl  prinsipi 

olaraq  irəli  sürüldü.  Sovet  rəhbərləri  tərəfindən  anlayışla  qarşı-

landıqdan sonra тürk hökuməti Kipr məsələsində daha qəтiyyəтli və 

cəsarətli oldu.  

Noyabrın  5-də  F.C.Erkin  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin 

sədri  A.İ.Mikoyanla  bir  saat  yarım  davam  edən  danışıqlar  apardı. 

Danışıqlarda  Qromıko  da  iştirak  edirdi.  Bu  görüşdə  iki  ölkə  ara-

sında  əsasən  ticarət-iqtisadi  münasibətlərə  dair  məsələlər  müzakirə 

edildi.  Siyаsi  məsələlərə  toxunulmadı.  Mikoyan  sovet  hökumətinin 

Türkiyə ilə ticarət-iqtisadi əlaqələri inkişaf etdirmək və müəssisələr 

tikmək istəyində olduğunu bildirdi. Erkin Mikoyana Türkiyənin in-

kişaf  planı  barədə  məlumat  verdi.  Vaxtilə  sovetlərin  inşa  etdiyi 



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə