138
“Almaniyanın səsi” radiosu Podqornının səfəri ilə bağlı iki şərh
verdi. Hans Dindemanın verdiyi ilk şərhdə iki ölkə arasında mü-
nasibətlərin yaxşılaşdırılması üçün edilən səylərin, bu səfərin türk
xalqı tərəfindən diqqətlə izlənildiyi qeyd olunurdu. Deyilirdi ki,
əgər Rusiya Türkiyədən NATO ilə münasibətlərinə yenidən bax-
mağı istərsə nə kimi dostluq qurmaq niyyəti bəlli olar. Lakin
Erkinin səfərində Moskva Türkiyənin NATO-da olmasının iki ölkə
arasında münasibətlərin inkişafına əngəl olmadığını dedi. Radionun
şərhində Stalin dövründə edilən xətalar üzündən iki ölkə arasında
münasibətlərin pozulduğu vurğulanırdı.
İkinci şərhdə Türkiyə, İran və Pakistanın yaxınlaşdıqları və bu-
na Qərbin siyasətində бuraxılan diqqətsizliklərin yol açdığı deyilir-
di. SSRİ-nin cənub sərhədlərində yerləşən Türkiyə, İran, Əfqanıstan
və Pakistanla yaxınlaşması ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tə-
rəfindən Çinə qarşı “yumşaq cəhd” kimi qiymətləndirilirdi
204
.
Sovetlərin Çinə qarşı açıq-aşkar təcridçilik siyasətindən imtina
etdiyi qeyd olunurdu.
Podqornının səfərinin mühüm nəticələri oldu. O, Moskvaya
dюndükdən бir gün sonra, yanvarın 14-də Türkiyə hökuməti
bəyanat verərək ABŞ-ın layihələşdirdiyi NATO-nun çoxtərəfli nüvə
qüvvələrində iştirak etməyəcəyini bildirdi. ABŞ Dövlət Departa-
mentinin nümayəndəsi Türkiyənin bu qərarını ABŞ layihəsinə bö-
yük psixoloji zərbə kimi qiyməтləndirdi. Türk ictimaiyyəti qərarı
bəyəndi. Qərar sovetlər tərəfindən də razılıqla qarşılandı.
SSRİ Ali Soveti İttifaq Sovetinin sədri İ.V.Spiridonov yanvarın
15-də Türkiyənin SSRİ-dəki səfiri Hasan İşıkı onun xahişi ilə qəbul
etdi. Daha sonra türk səfiri SSRİ Ali Soveti Millətlər Sovetinin
sədri Y.Peyve ilə gюrüşdü. Səfir ТБMM senatı və milli palatası
sədrlərinin məktubunu təqdim etdi. Məktubda sovet-türk münasibət-
lərinin inkişafının hər iki xalqa xidmət edəcəyi və dünyada sülh
işinə töhfə olacağı vurğulanırdı
205
.
Бelə бir şəraiтdə NAТO ilə SSRİ arasında soyuq mühariбə
meydanı olan Kipr məsələsi kəskinləşir, SSRİ-Тürkiyə münasiбəт-
lərindəki бarrikadalar daьılırdı. Yunanlar isə Moskva ilə yaxınlaşıb
Kiprin enosisinə yюnəlik səylərini davam eтdirirdilər.
Sovetlərin bu məsələdə tutduğu mövqe türklər üçün ciddi əhə-
139
miyyət daşıyırdı. 1965-ci il yanvarın 21-də SSRİ xarici işlər naziri
A. A. Qromıko “İzvestiya” qəzetinə müsahibə verdi. Müsahibə növ-
bəti gün dərc edildi. Qromıko Kipr məsələsi ilə bağlı soveт
dюvləтinin mюvqeyini açıqladı. Бildirdi: “Kipr xalqı milli icmaların
spesifik vəziyyətini nəzərə almağa imkan verən öz dövlət quru-
luşunu müstəqil və suveren olaraq seçə bilər”
206
.
Bu bəyanat soveт-тürk münasibətlərinin inkişafında mühüm
addım oldu. Qromıkonun bəyanatı türk dairələrində hərarətlə qar-
şılandı. Sovetlərə olan rəğbət artdı. “Forum” jurnalı yazırdı: “Qro-
mıkonun bəyanatından sonra ABŞ-ın Rusiyanın enosisi müdafiə
etməsi və Yunanıstanı Türkiyəyə qarşı qızışdırmasını sübut etməsi
boşa çıxdı. Qromıko Qərbin SSRİ ilə Türkiyə arasında qurduğu
barrikadaları dağıtdı”
207
.
Yeni hökumət formalaşır
Bu zaman Türkiyənin daxilində vəziyyət gərginləşirdi. 1965-ci
ilin fevral ayında parlamentdə büdcə məsələləri müzakirə edilərkən
İnönü nitq söylədi. Nitqində sovet-türk münasibətlərinə də toxundu.
Dedi: “Biz qonşu ölkələrlə münasibətləri həqiqətən inkişaf etdirmək
istəyirik. Xüsusən böyük qonşu-Sovet İttifaqı ilə. Бunu bizim bey-
nəlxalq öhdəliklərlə uzlaşdırmaq istəyirik”
208
.
Parlamentdə hökumətə qarşı kəskin hücumların qarşısında siya-
si böhran baş verdi. Büdcə məsələlərinə dair hökumətin təqdim
etdiyi layihə keçmədi. İnönü baş nazir vəzifəsindən istefaya getdi.
Onun hakimiyyətdən getməsinə təsir edən faktorlar iri sənayeçi
dairələrin hakimiyyətdən narazılığı, islahatların ləng aparılması idi.
Bununla belə, ABŞ-ın eтdiyi yüngül təzyiqlər və yeridilən xarici
siyasət kursundan Ədalət Partiyasının narazı olması da təsirsiz
ötüşmədi.
İnönünün istefasından sonra prezident Gürsel müstəqil senator
Suat Hayri Ürgüplünü baş nazir təyin etdi. Yaradılan yeni koa-
lisiyalı hökumət xarici siyasət proqramında NATO-ya və digər Qərb
dövlətləri ilə ittifaqa, həmçinin SENTO-ya sadiq qalacağını bildirdi.
Eyni zamanda Türkiyənın SSRİ ilə mehriban qonşuluq müna-
sibətlərinin inkişafına can atdığını qeyd etdi. Ürgüplü dedi: “ SSRİ
ilə münasibətlərimiz ona uyğun qurulacaqdır ki, Sovet İttifaqı
140
Türkiyənin milli maraqlarını necə başa düşəcək və hər şeydən
əvvəl, onun mövqeyindən asılı olacaqdır”. Бu fikirləri sюylərkən
Ürgüplü ilk nюvбədə Kipr proбleminə yanaşmanı nəzərdə тuтurdu.
Belə bir yanaşma həm daxili ictimai rəydə olan müəyyən fikir-
lərdən, həm də Qərb müttəfiqlərinin mövqeyindən qaynaqlanırdı.
Limitli münasibətlərin qurulduğunu göstərirdi. Ölkə daxilində ame-
rikan siyasətindən müəyyən narazılıqların olmasına baxmayaraq,
hökumətin xarici siyasətində üstün yeri NATO, SENTO və Ümumi
bazar ölkələri ilə münasibətlər tuturdu. Bununla belə, hökumət ABŞ
və SSRİ ilə tarazlaşdırılmış siyasət yeritməyə üstünlük verirdi.
Martın 9-da keçirdiyi mətbuat konfransında xarici işlər naziri
Hasan İşık bildirdi: “ Türk-sovet münasibətlərinin müsbət inkişafı
Türkiyə və sovet hökumətlərinin ümumi arzusudur”.
Prezident Gürsel də SSRİ ilə münasibətlərin mehriban qonşuluq
siyasəti əsasında inkişaf etdiyini, lakin Türkiyənin ABŞ-la etibarlı
dost olduğunu vurğuladı. SSRİ-Türkiyə yaxınlaşması Ankaranın
Qərb ölkələri ilə olan ənənəvi əlaqələrinin qırılması demək deyildi.
Martın 19-da Jernegan бaş nazir Ürgüplü ilə Ankarada görüşdü.
Söhbətində bildirdi ki, Türkiyənin Kipr məsələsində Sovet İttifaqı
tərəfindən dəstəklənməsi inandırıcı görünmür, yalnız sözlərdir. O,
sovetlərin bu məsələnin həllini istəmədiyini, yalnız oyun oynadığını
dedi. Əlavə etdi ki, amerikanlar da belə edə bilər. Amma bu,
köməkdən çox ziyan vurar. Ürgüplü Türkiyə haqqında deyilən xoş
sözlərə görə təşəkkür etdi. Bildirdi ki, Türkiyənin dostları bu qədər
uzağa getməyə hazır deyillər. Daha çox inanılan rusların türkləri
yaxşı başa düşmələridir
209
.
Aprelin 9-da Yunanıstandakı amerikan səfiri Norbert Anschuetz
Dövlət Departamentinə göndərdiyi teleqramda yazırdı ki, yunanlar
Kiprin gələcəyini iki yolla görürlər. Biri tamamilə müstəqil Kipr.
Digəri isə Yunanıstanın bir hissəsi kimi enosis. Bu, NATO-nun bir
hissəsi deməkdir
210
.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “Sovet İttifaqı Xruşşovdan
sonra” adlı xüsusi məruzəsində sovetlərin orduları Kiprdən geri
çəkmək, xarici orduları adadan çıxarmaq mövqeyində olması “Tür-
kiyəyə qarşı tarazlaşdırılmış bir siyasət” kimi qiymətləndirilirdi
211
.
Bu zaman Ermənistanda qızışdırılan qatı antitürk əhval-ruhiyyə
Türkiyəni dərindən narahat edirdi.
Dostları ilə paylaş: |