Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə47/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   43   44   45   46   47   48   49   50   ...   185

 

 

144 



nazirin  müşaviri  Falin,  biri  fransızca,  digəri  türkcə  olan  iki 

tərcüməçi  də nümayəndə  heyətinin  tərkibinə  daxil  idi. Səfər mayın 

22-dək davam etdi. Qromıkonun Ankaraya gəlişi Türkiyənin xarici 

işlər  naziri  Hasan  İşıkın  Londonda  keçirilən  NATO  toplantısından 

dönməsi ilə eyni vaxta düşdü. Esenboğa hava limanında Hasan İşık 

Qromıkonu gətirən təyyarəni gözlədi. Sovet təyyarəsi yerə endi. İşık 

Qromıkonu  “xoş  gəldin”  deyərək  qarşıladı.  Qısa  cavab  nitqində 

qonaq xarici işlər naziri Ankaraya gəldiyindən məmnunluğunu ifadə 

etdi.  Fəxri  qarovulun  önündən  keçdikdən  sonra  nazirlər  şərəf  sa-

lonuna  girdilər.  Qısa  istirahətdən  sonra  Qromıko  mətbuat  nü-

mayəndələrinə  bunları  dedi:  “Sovet  hökumətinin  qərarına  uyğun 

olaraq  Türkiyə  Cümhuriyyətinə  səfərə  gəldim.  Biz  bu  səfəri  türk 

dövlət  adamları ilə bir müddətdən bəri başlanan faydalı təmasların 

davamı  kimi  qəbul  edirik.  Bu  təmaslar  son  zamanlar  ölkələrimiz 

arasında  yaxşı  münasibətlərin  qurulmasına  yol  açmışdır.  Sovet 

İttifaqı hökuməti bu yolda çalışmaya hazırdır və Türkiyənin də eyni 

istəyi  olduğuna  ümid  edirəm.  Müzakirə  ediləsi  beynəlxalq  məsə-

lələr,  diqqətimizi  çəkən  bir  çox  problemlər  vardır.  Bu  sahədə  iki 

qonşu  ölkənin,  Türkiyənin  və  sovet  hökumətlərinin  müzakirə 

edəcəkləri  bir  sıra  məsələlər  mövcuddur.  Burada  olmağım  münasi-

bətilə  ən  dostanə  salamlarımı  və  ən  yaxşı  arzularımı  türk  xalqına 

çatdırmaq  istəyirəm.  Ölkənizə  səfər  etmək  fürsətini  verən  türk 

hökumətinin dəvətinə görə bir daha təşəkkür edirəm. Məni səmimi 

qarşıladığınıza görə minnətdarlığımı bildirirəm”

218

.  


Qromıkonun  səfər  proqramına  prezident  Cemal  Gürsel,  baş 

nazir  Suat  Hayri  Ürgüplü,  xarici  işlər  naziri  Hasan  İşık  ilə  danı-

şıqlar, İstanbula səfər daxil idi. Danışıqlarda ikitərəfli münasibətlər, 

Kipr,  dünya  işləri  və  Misir  yolu  ilə  Kiprə  silah  göndərilməsi 

məsələlərinin müzakirəsi nəzərdə tutulmuşdu.  

Bu  səfər  xarici  işlər  naziri  Erkinin  sovetlərə  səfərinin  davamı 

olmaqla  bərabər  Türkiyənin  yeritdiyi  çoxtərəfli  xarici  siyasət  kur-

sunun  nəтicəsi  idi.  Qərb  mətbuatı  səfərə  xüsusi  maraq  göstərərək 

müxtəlif mövqedən şərh edirdi. Bəzi şərhlərdə Türkiyənin Qərbdən 

və ABŞ-dan ayrılıb SSRİ-yə yaxınlaşması kimi mülahizələrə də rast 

gəlinirdi.  

Mayın  17-də  Qromıko  və  sovet  nümayəndə  heyəti  Atatürkün 

məzarına  çələng  qoydu.  Atatürk  muzeyinə,  soveт  dюvləт  və  hərб 



 

 

145 



xadimləri  olan  M.  Kalinin,  K.  Voroşilov  və  S.Budyonnının  burada 

saxlanılan  fotoşəkillərinə  baxdı.  Qromıko  fəxri  qonaqlar  kitabına 

aşağıdakı  sözləri  yazdı:  "Sovet  adamları  böyük  Leninlə  birlikdə 

sovet-Türkiyə dostluğunun əsasını qoymuş türk xalqının böyük oğlu 

Kamal Atatürkün xatirəsini yad edir”.  

Sonralar  Qromıko  xatirələrində  bu  hadisəni  belə  qələmə  al-

mışdı: “Atatürkün xatirəsinə lazımi ehtiramı bildirdim. Onun məq-

bərəsinə getdim və məzarı üzərinə əklil qoydum. Türklər Atatürkün 

xatirəsini  müqəddəs  sayırlar.  Bu  ölkədə  onun  haqqında  xoş 

danışmayan adama rast gəlmədim”

219

 .  


Bundan  sonra  qonaq  Türkiyə  Xarici  İşlər  Nazirliyinə  getdi. 

Бurada Qromıko ilə xarici işlər naziri Hasan İşık arasında ikitərəfli 

və  qarşılıqlı  maraq  doğuran  beynəlxalq  məsələlərə  dair  danışıqlar 

oldu.  Dostluq  və  qarşılıqlı  anlaşma  ruhunda  keçən  danışıqlarda  ilk 

nюvбədə  ikitərəfli  sovet-türk  münasibətləri  müzakirə  edildi.  SSRİ 

tərəfdən  danışıqlarda  nazir  müavini  Makaşev,  XİN-in  şöbə  müdir-

ləri  L.  M.  Zamyatin,  S.  P.  Kiktev,  Türkiyədəki  səfir  N.  S.  Rıjov, 

Türkiyə tərəfdən isə XİN-in baş katibi H. Bayülken, SSRİ-dəki səfir 

V.  Halefoğlu  və  Xarici  İşlər  Nazirliyinin  digər  əməkdaşları  iştirak 

edirdilər.  

Danışıqlarda  iki  ölkə  arasında  ən  vacib  məsələlər  müzakirə 

olundu. Qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi və bunun üçün 

imkanların  mövcudluğu  vurğulandı.  İqtisadi  sahədə  əməkdaşlığın 

qurulub dərinləşdirilməsi zəruri sayıldı. Ayrı-ayrı bloklarda olmağın 

münasibətlərin inkişafına əngəl törətmədiyi bildirildi.  

Hasan  İşık  Qafqazda  SSRİ-ni  dost  ölkə  kimi  görmək  istədik-

lərini  söylədi.  Тürk  hюküməтinin  Ermənistanda  antitürk  meyllərin 

güclənməsindən  narahaтlıq  keçirdiyini  qonaьın  diqqəтinə  çaтdırdı. 

Cavaбında Qromıko bütün bunların sovet-türk dostluq münasibətlə-

rinin inkişafına əngəl ola bilməyəcəyini dedi.  

 Danışıqlarda Kipr məsələsi müzakirə olundu

220


. Qromıko Kipr-

dəki  son  vəziyyəт    barədə  soruşdu.  Cavabında  İşık  “bəzi  kimsələr 

tərəfindən kölgələr salındı” deyərək SSRİ-nin  Misir kanalı  yolu  ilə 

adaya silah göndərdiyini dolayı yolla ifadə etdi. Qromıko юlkəsinin 

türklərə  qarşı  Kiprə  silah  vermədiyini  dedi.  Sovet  silahının  başqa 

ölkələr tərəfindən istehsal olunduğunu bildirdi. Kipr məsələsinə dair 

fikir  mübadiləsinin  davam  etdirilməsi  бarədə  razılıq  əldə  olundu. 



 

 

146 



Nazirlər  beynəlxalq  məsələlərə  münasibətdə  iki  ölkə  arasında  fikir 

ümumiliyinin mövcudluğundan məmnunluq ifadə etdilər.  

Həmin  gün  axşam  İşık  və  həyat  yoldaşı  Qromıkonun  və 

xanımının şərəfinə Xarici İşlər Nazirliyinin binasında ziyafət verdi. 

Çoxlu  rəsmi  şəxslərin  qatıldığı  ziyafətə  Milliyyətçi  Hərəkat  Parti-

yasının  sədri  Osman  Bölükbaşı  etiraz  əlaməti  olaraq  gəlməmişdi. 

Nazirlər  qısa  niтq  sюyləyərək  iki  юlkənin  əməkdaşlıьını  genişlən-

dirməyə çalışacaqlarını vurьuladılar.  

Qromıko  Türkiyə  prezidenti  Cemal  Gürsel  tərəfindən  qəbul 

edildi. İki ölkə arasında münasibətləri inkişaf etdirməyin əsas istiqa-

mətləri  müzakirə  olundu.  Görüşdən  sonra  Qromıko  yenidən  xarici 

işlər naziri ilə danışıqlar apardı

221

.  


Mayın  18-də  Qromıkonu  Türkiyənin  baş  naziri  Suat  Hayri 

Ürgüplü qəbul etdi. Görüşdə бaş nazir müavini Dəmirəl, xarici işlər 

naziri  İşık,  Türkiyənin  milli  maarif  naziri  Cihad  Bilgehan,  xarici 

ticarət  naziri  Mecid  Zeren,  XİN-in  baş  katibi  Bayülken,  Mosk-

vadakı  səfir  Halefoğlu,  sovet  səfiri  Rıjov  və  başqa  rəsmi  şəxslər 

iştirak  edirdilər.  Ürgüplü  Qromıkonu  salamladıqdan  sonra  “qonaq 

öncə  danışır”  deyərək  sözü  ona  verdi.  Qromıko  sovet-türk  mü-

nasibətləri  barədə  hökumətinin  mövqeyini  açıqladı.  İki  ölkə  ara-

sında  siyasi  və  iqtisadi  əlaqələrin  gözdən  keçirilməsi  vacibliyini 

vurğuladı.  Sovet  xarici  işlər  naziri  Türkiyə  baş  nazirini  SSRİ-yə 

səfərə dəvət etdi. 

Ürgüplü  юlkəsinin  münasiбəтlərin  inkişafında  maraqlı 

olduьunu  dedi.  Daxili  işlərə  qarışmaьın  əleyhinə,  бəraбərhüquqlu 

münasiбəтlərə тərəfdar çıxdıqlarını vurьuladı  

Görüşdən  sonra  Qromıko  və  sovet  nümayəndə  heyəti  Meyvə-

çilik  İnstituтunda  moda  nümayişinə  baxdı.  Qromıkonun  xanımının 

çoxlu  fotoşəklini  çəkən  jurnalistlər  Türkiyənin  turizm  və  tanıtma 

naziri  Zekai  Dormanın  manken  qızını  görən  kimi  şəklini  çəkməyə 

başladılar. Qromıkonun xanımı dedi: “Məndən gözəl bir qız tapınca 

məni  necə  unutdular”.  Türkiyəyə  gəlməmişdən  əvvəl  Türkiyə  və 

türk  xalqı  haqqında  az məlumatı  olan  Qromıkonun  xanımı  bir  çox 

şeyləri gördükdə heyrətlənirdi.  

Danışıqlardan  sonra  XİN  mətbuat  nümayəndəsi  İsmail  Soysal 



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə