Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə46/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   42   43   44   45   46   47   48   49   ...   185

 

 

141 



Ermənistanda Türkiyə əleyhinə hərəkətlər 

 

 Xarici  ölkələrdəki  erməni  təşkilatları  sovet-türk  yaxınlaşma-



sının  açıq  şəkildə  əleyhinə  çıxırdılar.  İdeoloji  müxtəlifliyə  baxma-

yaraq,  Ermənistandakı  kommunistlərin  onlardan  fərqi  o  qədər  də 

çox deyildi. Kommunistlər mövcud sovet sisteminin şərtləri altında 

hərəkət  etməyə  məcbur  idilər.  1965-ci  ildə  Ermənistanda  uydurma 

“erməni  soyqırımı”nın  ildönümünün  geniş  keçirilməsi  sovet-türk 

münasibətlərində  yenidən  narahatlıq  yaratdı.  Çünki  mərkəzin  ica-

zəsi  olmadan  SSRİ-ni  тəşkil  edən  respuбlikalardan  бirində  бelə 

тədбirlərin  keçirilməsi  yolverilməz  idi.  Aprelin  20-də  Yerevan 

Dövlət  Universitetinin  yeni  binasında  Ermənistan  Elmlər  Aka-

demiyasının  və  Universitetin  ermənilərin  uydurma  “soyqırımı”nın 

50 illiyinə həsr edilmiş birgə elmi sessiyası keçirildi. Sessiyanı giriş 

sözü  ilə  EA-nın  prezidenti  V.  Ambartsumyan  açdı.  Hüquq  elmləri 

doktoru,  professor  A.Yesayan  “Osmanlı  imperiyasında  erməni 

xalqının soyqırımı və beynəlxalq imperializm” adlı məruzə ilə çıxış 

etdi.  Digər  natiqlər  də  тarixdə  heç  бir  zaman  olmayan  “soyqı-

rım”dan geniş söz açdılar. Onu əsaslandırmağa çalışdılar

212

.  


Aprelin  21-də  Yerevanda  incəsənət  işçiləri  evində  Ermənistan 

ali  məktəblərində  təhsil  alan  xarici  ölkələrdən  olan  erməni  tələbə-

lərin işтirakı ilə uydurma “soyqırım”a həsr edilmiş gecə keçirildi

213


Gecəni  giriş  sözü  ilə  xaricdə  yaşayan  ermənilərlə  mədəni  əlaqələr 

komitəsinin  sədri  V.Amazaspyan  açdı.  Sonra  şair  Gevorq  Emin 

çıxış  etdi.  O  dedi:  “Sultan  Türkiyəsinin  hakimləri  Qərbi  Ermənis-

tanın şəhər və kəndlərinin dinc əhalisini məhv etdilər, günahsız in-

sanların qanını tökdülər”. Akademik A.Şaginyan, tələbələr A. Arab-

yan,  M.  Adamyan,  T.  Torosyan,  şair  Silva  Kaputikyan  nitq  söy-

lədilər.  Kaputikyan  nitqində  “bu  günləri  biz  özünəməxsus  qeyd 

edirik. Matenadaranda abidə tikirik” dedi.  

Aprelin  24-də  A.  Spandaryan  adına  Yerevan  dövlət  akademik 

opera  və  balet  teatrının  binasında  şəhər  ictimaiyyəti  nümayəndə-

lərinin  uydurma  “soyqırım”la  bağlı  tədbiri  keçirildi.  Toplantının 

Rəyasət Heyətində Ermənistan rəhbərləri Q. Arutunyan, H. Arutun-

yan,  E.Asatryan,  O.Baqdasaryan,  D.Draqunskiy,  Ya.Zarobyan, 

A.Koçinyan,  M.  Melkonyan,  Q.Ter-Qazaryan,  B.  Muradyan,  S. 

Arakelyan,  S.Poqosyan,  nazirlər,  yazıçı,  şair  və  alimlər  əyləşmiş-




 

 

142 



dilər. Bütün ermənilərin katolikosu I Vazgen d burada idi. Tədbirdə 

həmçinin  Suriya,  Fransa,  Livan,  İran  və  başqa  ölkələrdən  gəlmiş 

200-ə yaxın erməni iştirak edirdi.  

Ermənistan  SSR Ali  Soveti Rəyasət  Heyətinin  sədri H.Arutun-

yan toplantını açaraq bu günü bir daha təkrarlanmayacağı inamı ilə 

xatırladı,  genosid  siyasətini  ittiham  etdi.  Məruzə  edən  Ermənistan 

EA-nın  prezidenti  V.A.Ambartsumyan  “Sultan  Türkiyəsinin  müs-

təmləkəçiləri  əvvəlcədən  hazırladıqları  planı  həyata  keçirdilər, 

Qərbi  Ermənistanda  erməni  əhalisini  kütləvi  şəkildə  məhv  etdilər” 

dedi


214

. Bundan sonra iclas bağlı elan edildi. Ermənisтan rəhбərliyi 

юzünü  mərkəzin  тənqidlərindən  qorumaq  üçün  xarici  qonaqların 

Yerevandakı Lenin abidəsinə çələng qoymalarını тəşkil eтdi. Həmin 

gün  sahəsi  200  hektardan  çox  olan  Çiçernakaberd  parkında  uy-

durma “soyqırım” qurbanlarının xaтirəsinə ucaldılmış abidənin açı-

lışı oldu. Bu zaman Yerevan küçələrinə çıxan minlərlə adam əbədi 

məşəl önünə gedərkən qaтı antitürk şüarları və Türkiyəyə qarşı ərazi 

iddiaları  ilə  qışqırdılar.  Erməni  qəzetləri  sonradan  bu  hadisəni 

yalnız  matəm  kimi  deyil,  “milli  tarixin  yaddaş  səhifəsi”  kimi  qiy-

mətləndirirdi

215


.  Ermənistan  mətbuatında  Q.Qaloyan,  Dj.  Kiro-

kosyan,  M.  Nersisyan  və  başqalarının  uydurma  “soyqırım”a  həsr 

olunmuş məqalələri çap edildi

216


.  

Belə  hərəkətlər  Türkiyə  tərəfdən  narahatlıqla  izlənilirdi.  SSRİ 

Cənubi  Qafqazda  Türkiyəyə  dost  olmayan  dövlət  kimi  qalırdı. 

Бüтün  бunlar  münasibətlərin  inkişafına  kömək  etmirdi.  Tərəflərə 

xeyir  deyildi.  Onların  aradan  qaldırılması,  ən  azı  zəiflə-dilməsi 

zəruri idi.  




 

 

143 



SSRİ XARİCİ İŞLƏR NAZİRİ   

A.A.QROMIKONUN VƏ  

TÜRKİYƏNİN BAŞ NAZİRİ 

SUAT HAYRİ ÜRGÜPLÜNÜN 

SƏFƏRLƏRİ. БARRİKADALAR 

DAЬILIR 

 

 



Sovet xarici işlər naziri 34 illik fasilədən  

sonra Türkiyədə 

 

Bütün  əngəllərə  baxmayaraq,  sovet-Türkiyə  yaxınlaşması  pro-



sesi  dayanmırdı.  SSRİ-ABŞ  münasibətlərində  tədricən  yaranan 

istiləşmə  də  buna  öz  təsirini  edirdi.  Qeyd  etmək  lazımdır  ki,  Kuba 

raket  böhranından  sonra  dünyanın  nüfuz  dairələrinə  gюrə  bölün-

məsinə  dair  iki  fövqəlgüc  arasında  ümumi  razılıq  əldə  olunmuşdu. 

1965-ci  ilin  yazında  ABŞ  dövlət  katibi  Moskvaya  səfəri  zamanı 

sovetlərin  Cənubi  Amerikanı  ABŞ-ın,  amerikanların  isə  Yaxın  və 

Orta Şərqi SSRİ-nin nüfuz dairəsinə verməsini təklif etdi

217


.  Sovet 

dövlətinin belə bir təkliflə razılaşması  Yaxın  və Orta Şərq ölkələri 

ilə  münasibətlərində  yeni  inkişaf  mərhələsi  açırdı.  Amma  bütün 

bunlar  sovetlərin  Cənubi  Amerikadakı,  amerikanların  isə  Yaxın  və 

Orta  Şərqdəki  maraqlarından  imtina  etmələri  demək  deyildi.  Yeni 

şəraiтdə  maraqları  digər  vasitələrlə  gerçəkləşdirmək  xətti  üstünlük 

təşkil  edirdi.  Belə  anlaşma  beynəlxalq  münasibətlərdə  gərginliyin 

zəiflədilməsinə doğru aтılan ilk addımlardan biri idi.  

 İki ölkə arasında münasibətlərin inkişafında mühüm yeri SSRİ 

xarici işlər naziri, Qərb mətbuatının “gülməyən adam” adlandırdığı 

A. A. Qromıkonun 1965-ci il may ayının 17-də Türkiyəyə rəsmi sə-

fəri  tutdu.  Bu,  1931-ci  ildə  M.M  Litvinovun  Türkiyəyə  gəlişindən 

keçən  müddəт  ərzində  SSRİ  xarici  işlər  nazirinin  ilk  səfəri  idi. 

Qromıko ilə birlikdə həyat yoldaşı və altı nəfərlik nümayəndə heyəti 

İL-18  tipli  xüsusi  təyyarə  ilə  Ankaraya  gəldi.  SSRİ  xarici  işlər 

nazirinin birinci müavini Makaşev, XİN mətbuat şюбəsinin müdiri 

L.M.Zamyatin,  XİN-nin  Orta  Şərq  şöbəsinin  müdiri  S.P.Kiktev, 



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə