135
bağışladı. Podqornı İzmir iş adamlarının ehtiyac duyduğu ən yaxşı
məmulatların SSRİ-də olduğunu dedi.
Qonaqlar qədim Perqam şəhərinin abidələrinə baxdılar. Axşam
qubernator Namık Şentürk qonaqların şərəfinə ziyafət verdi. Onları
salamlayan Şentürk yüksək səviyyəli sovet parlament nümayəndə
heyətinin səfərinin Türkiyə ilə SSRİ arasında dostluq və mehriban
qonşuluq münasibətlərinin konkret təzahürü olduğunu dedi. Cavab
nitqində Podqornı dostluq və xeyirxah missiya ilə gəldiklərini, vəzi-
fələrinin Türkiyə ilə SSRİ arasında dostluq, mehriban qonşuluq müna-
sibətlərini möhkəmləndirmək və inkişaf etdirmək olduğunu söylədi.
Türk dövlət və parlament xadimləri, sadə adamlarla görüşlərindən bəhs
edən Podqornı hərarətli qəbula görə təşəkkür edərək sovet nümayəndə
heyətinin Türkiyədə keçirdiyi günlərin əbəs yerə getmədiyini vur-
ğuladı: “Biz sovet və türk dövlətlərinin yaxınlaşmasında birlikdə bir
neçə addım atdıq, lakin bu, hələ başlanğıcdır. Bizim vəzifəmiz,
düşünürəm ki, bu, sizin də vəzifənizdir-ölkələrimiz arasında qarşılıqlı
anlaşmanı bərqərar etməkdən ibarətdir”. Eyni zamanda SSRİ-yə səfər
edən türk iş adamlarının Sovet İttifaqının ticarət sahəsində imkanlarını
əyani gördüklərini qeyd etdi. Podqornı dedi: “Ölkələrimiz arasında
ticarət münasibətlərinin inkişafı ümumi maraqlarımıza cavab verərdi.
Obrazlı desək, ticarət dostluğa, sülhə və mehriban qonşuluğa kör-
püdür”. Sonda Podqornı SSRİ ilə Türkiyə arasında münasibətlərdə
yeni səhifə açmağın lazımlığını vurğuladı: “Aramızda həqiqi dostluq
münasibətlərini qurmağa mane olan heç bir şey yoxdur”
195
.
İzmirdən sonra sovet nümayəndə heyəti İstanbula gəldi.
196
İs-
tanbulda sovet nümayəndə heyətini şəhərin qubernatoru Niyazi Akı
qarşıladı. Şəhərlə tanış olan qonaqların şərəfinə günün ikinci ya-
rısında İstanbul bələdiyyəsinin sədri Haşım İşcanın adından ziyafət
verildi.
Nümayəndə heyətinin səfər proqramı yalnız iki dəfə pozuldu.
Бirinci dəfə əlverişsiz hava şəraiti ucbatından nümayəndə heyəti
yüksək dağlıq ərazidə yerləşən sənaye şəhəri Bursaya gedə bilmədi.
İkinci dəfə isə nümayəndə heyətinin bəzi üzvləri istirahətdən imtina
edərək İstanbul limanındakı “Latviya” sovet teploxoduna getdilər.
Yanvarın 11-də günün ikinci yarısı Podqornı Ankaraya gəldi.
Burada danışıqlar davam etdirildi. Axşam sovet səfirliyi nümayəndə
136
heyətinin şərəfinə ziyafət verdi. Ziyafətdə TBMM rəhbərliyi, baş
nazir İsmеt İnönü, baş nazirin müavini Satır, xarici işlər naziri
Erkin, deputatlar, senatorlar və siyasi partiyaların rəhbərləri iştirak
edirdilər.
Podqornı hələ Türkiyədə səfərdə ikən Türkiyə Cümhuriyyəti
Nazirlər Şurasının 12 yanvar tarixli 6-4202 №-li qərarı ilə Türkiyə
Ticarət Nazirliyinin nümayəndə heyətinin SSRİ-yə göndərilməsi
barədə qərar qəbul edildi
197
.
Yanvarın 13-də Podqornı başda olmaqla sovet nümayəndə
heyəti vətənə qayıtdı
198
.
Podqornının səfəri böyük siyasi əhəmiyyət daşıyırdı. İki ölkə
arasında münasibətlərin yaxşılaşdırılmasında mühüm addım olan bu
səfər qarşılıqlı əlaqələrin təmkinli bir şəkildə davam etdirildiyini
göstərdi. Bir zamanlar Erkinin Moskvaya səfəri zamanı bəzi tərəd-
düdlər vardı. Tərəflərdən səmimiyyət gözlənilirdi. Podqornının
səfəri buzların əridilməsi, əməkdaşlığa keçid istiqamətində ciddi bir
addım oldu.
Türkiyə mətbuatı sovet parlamentarilərinin səfərini geniş işıq-
landırdı. Qəzetlərin çoxu Lenin və Atatürk zamanında olduğu kimi
sovet-türk dostluğunu yüksəklərə qaldırmaq anının yetişdiyini ya-
zırdı. “Ulus” qəzetinin beynəlxalq məsələlər üzrə icmalçısı Ahmet
Şükrü Аsmer “sovet və türk xalqlarının yaxınlaşmasını alqışlamaq
lazımdır” deyə qeyd edirdi. “Forum” jurnalı yazırdı:“... bu daha ye-
ni bir sübutdur ki, sovet-türk münasibətləri ölü nöqtədən tərpəndi...
Tərəflərin baxışlarına aydınlıq gətirən qarşılıqlı səfərlər müna-
sibətlərimizin yaxşılaşması işi üçün möhkəm əsas yaratdı”
199
.
“Milliyet” qəzetinə müsahibə verən İsmet İnönü iki müxtəlif
bloka daxil olan ölkələrin yaxınlaşmaqdan, aralarında yaxşı müna-
sibətlər qurmaqdan ötrü yollar axtardıqlarını, Türkiyənin özünün ən
böyük qonşusundan təcrid halda qalmasının mümkün və doğru
olmadığını söylədi. İnönü dedi: “Ona görə də biz SSRİ və Türkiyə
xalqları arasında mehriban münasibətlərin qurulmasında, yaxşı
mühitin formalaşmasında maraqlıyıq”. SSRİ-nin həqiqətən Türkiyə
ilə münasibətlərini yaxşılaşdırmaq istədiyini qeyd edən İnönü
vurğuladı: “Mən şübhə etmirəm ki, bizim xalqımız belə siyasətin
qətiyyətsiz həyata keçirilməsi üçün heç bir səbəb olmadığını başa
düşəcəkdir”
200
.
137
“Cumhuriyet” qəzeti yazırdı: “Biz münasibətlərimizin inkişafı
dövrünü yaşayırıq. Biz istəyirik ki, iki ölkə arasında münasibətlər
siyasi, mədəni və iqtisadi sahələrdə dostluq və bərabərhüquqluluq
əsasında inkişaf etsin”
201
.
Bununla belə, bəzi mətbuat orqanlarında münasibətlərin yax-
şılaşmasından narazı fikirlərə də rasт gəlinirdi. Lakin belə müla-
hizələr səfərin ümumi əhəmiyyəti fonunda itib-batırdı.
Dünyanın bir sıra ölkələrində səfərə xüsusi diqqət verilirdi.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 1965-ci il 9 aprel тarixli “Sovet
İttifaqı Xruşşovdan sonra” adlı xusüsi məruzəsində “Podqornı Xruş-
şovun prinsipial rəqibi hesab edilirdi. Podqornıdan xarici əlaqələrdə
istifadə olunurdu. O, Türkiyəyə getmiş nümayəndə heyətinə baş-
çılıq etdi. Podqornının Türkiyədəki fəaliyyəti ilə bağlı sovet
mətbuatının hərtərəfli məlumat verməsi rəhbərlikdə onun əhəmiy-
yətinin güclü göstəricisi kimi görünür” deyə vurğulanırdı
202
.
Bəzi ölkələrin mətbuatında bu səfər və Podqornının parla-
mentdəki nitqi geniş şərh edilirdi. Fransız qəzeti “Oror” səfərin iki
ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına xidmət etdiyini
yazırdı.
İngilis qəzetləri Podqornının türk dövlət başçılarını SSRİ-yə
dəvət etməsini qabardırdı. Londonda nəşr edilən “The Times” “gə-
rək rəğbətləri və gərəksə mənfəətləri baxımından türklərin Qərb
aləminə qarşı götürdükləri təəhhüdləri və bağlılıqları qalmaqdadır.
Heç kimsə ittifaqları dramatik bir şəkildə başı aşağı çevirib dəyiş-
dirməyi və ya bitərəfliyə yönəlməyi düşünmür. Türklərin ruslarla
ticarəti inkişaf etdirmək, Kipr məsələsində daha anlayışlı olmalarını
görmək istəkləri təbiidir. Fəqət, hər iki məsələdə edilənlər yalnız
başlanğıcdır. Kipr məsələsində Qərbin laqeyd davranmasının yarat-
dığı acı vəziyyət Podqornının Ankaraya girməsinə imkan verdi. İki
ölkə arasında münasibətlər isinib gedəcəkdi. Lakin münasibətlərin
soyumasına bir zamanlar Moskva səbəb olmuşdu. Yolların soyu-
ğunun Moskvaya gedib çıxdığı bir zamanda türklər müttəfiqləri ilə
tarazlaşdırılmış şəkildə hərəkət edəcəklər və indiyədək təqib edilən
hərəkətlərdən ayrılmayacaqlar. Yeni sovet liderlərinin fikirlərinə
türk hökuməti də başqa hər hansı hökumət kimi maraq edirdi” deyə
vurğulayırdı
203
.
Dostları ilə paylaş: |