129
İnönü soveтlərin Qafqazda silahlarının və silahlı qüvvələrinin
artırılmasının xoş münasibətlərə fayda vermədiyini dedi. Sovet
hərbi hissələrinin sərhəddən geri çəkilməsini isтədi. Ermənistanda
Türkiyə əleyhinə qızışdırılan əhval-ruhiyyəni qonağın nəzərinə
çatdırdı. Cavaбında Podqornı ölkəsinin Türkiyəyə qarşı ərazi iddiası
olmadığını бir daha söylədi.
N.V.Podqornı və İsmeт İnюnü
Podqorni SSRİ Nazirlər Sovetinin sədri A. Kosıginin məktu-
bunu Türkiyənin baş nazirinə təqdim etdi. Məkтuбda Тürkiyə ilə
mehriбan münasiбəтlərin, dosтluq əlaqələrinin бərpa edilməsi niy-
yəтi vurьulanırdı.
İlk danışıqlardan sonra səfir Rıjovun tövsiyəsi ilə Podqornı jur-
nalistlərə müsahibə verdi. Ondan görüşdə nələrdən danışıldığı
soruşuldu? Cavabında Podqornı: “İki ölkəni maraqlandıran bütün
məsələləri müzakirə etdik. Dünya məsələlərini və öz daxili işlə-
rimizi müzakirə etdik. Hər şeyi danışdıq. Danışıqlar dostca və sə-
mimi keçdi”. Jurnalistlər belə bir sual da verdilər: “Türk-rus dost-
luğunun Rusiyanın Kiprə yardımı davam etdikcə irəliləyəcəyinə
130
inanırsınızmı?” Cavabında Podqornı dedi: “Türkiyə ilə Sovet İttifa-
qı aralarındakı dostluq münasibətlərini inkişaf etdirməyə məc-
burdurlar və inkişaf etdirəcəklər. Bu dostluğa mane olacaq heç bir
əngəl yoxdur”. SSRİ-nin Türkiyəyə iqtisadi yardım etməsi barədə
suala cavab verən Podqornı Türkiyənin istəyəcəyi təqdirdə bunu
etməyə hazır olduqlarını söylədi.
Podqornıdan fərqli olaraq İnönü mətbuat nümayəndələrinə heç
bir müsahibə vermədən ayrıldı. Çankaya köşkünə gedərək danışıq-
lar barədə prezident Gürselə müfəssəl məlumat verdi.
Sovet parlament nümayənda heyəti TBMM-də Podqornının nitq
söyləməsini xahiş etmişdi. Məclisin Yüksək Heyətində bu barədə
qərar qəbul olunmuşdu. Amma Ədalət Partiyasından olan deputatlar
Tahsin Demiray, Kadri Eroğan, Nazmi Özoğlu, 15-ə qədər digər
deputat və senator Podqornının nitqinin kommunist təbliğatı məq-
sədi güdəcəyini güman edərək radio və mətbuatın yayımlamaması
üçün TBMM rəhbərliyinə təklif verdilər. Onlar bunun açıq şəkildə
səsə qoyulmasını təklif etdilər. Təkilf qəbul olundu.
Yanvarın 5-də günün ikinci yarısı nümayəndə heyəti TBMM-ə
gəldi. Görüşlərdən sonra Podqornı ayrıca bir otaqda gözlədi.
TBMM iclasında onun nitqi ilə bağlı məsələ müzakirə edildi. Depu-
tatların bəziləri etiraz edərək “bu kürsü türk millətinindir” dedilər.
Mübahisələr qızışdı. İclasa sədrlik edən Osman Köksal Podqornının
nitq etməsinin əleyhinə çıxanların yanıldığını, bundan əvvəl Alma-
niya Federativ Respublikası parlamentinin sədri Gerstenmaierin nitq
söylədiyini xatırlaтdı. Hələ 1964-cü il yanvarın 1-də AFR parla-
mentinin sədri dr. Gerstenmaier TBMM-də nitq söyləmişdi
190
. Pod-
qornının nitqi barədə Məclisin Yüksək Heyəti tərəfindən qərar
qəbul edilmişdi. Bundan sonra məsələ səsə qoyuldu. Podqornının
nitq söyləməsi barədə səs çoxluğu ilə qərar qəbul olundu. Sədr
Podqornını dəvət etdi. O, alqış sədaları altında salona daxil oldu.
Kürsüyə qalxdı. Beləliklə, Podqornı TBMM-də nitq söyləyən ikinci
xarici dövlət adamı oldu.
TBMM-in hər iki palatasının iclasında Podqornı nitq söylədi
191
.
Onun nitqi 35 dəqiqə çəkdi. Podqornı ilk öncə yüksək kürsüdən
danışmaq imkanı yaratdıqları üçün TBMM rəhbərliyinə təşəkkür
etdi. Millət vəkillərini və türk millətini səmimi qəlbdən salamladı.
131
Səfərinin məqsədinin türk xalqının həyatını, ümidlərini və planlarını
yaxşı və yaxından bilmək olduğunu söylədi. O dedi: “Ölkələrimizin
yaxınlaşması və aralarındakı münasibətlərin sağlamlaşdırılması yo-
lunda irəliləmək üçün cənub qonşumuzu daha yaxşı tanımalıyıq”.
O, türk xalqına və parlamentinə yaradıcı uğurlar arzuladı.
Daha sonra Podqornı 47 il əvvəl Rusiyada baş verən inqilabdan,
Atatürkün sovet hökumətinə məktubundan söhbət açdı. Türk millə-
tinin imperialist istilaçılara qarşı ayağa qalxdığını və bunun siyasi
zəfərlə nəticələndiyini söylədi. Türk xalqının bu zəfərinə Leninin
verdiyi qiyməti də diqqətə çaтdırdı. İlk sоvet-türk əlaqələrindən söz
açdı. 1921-ci il müqaviləsinin əhəmiyyətini vurğuladı. 20-30-cu
illərin iki ölkə arasında iqtisadiyyat, mədəniyyət və siyasi əmək-
daşlığın möhkəmləndirilməsi altında keçdiyini söylədi. Bu zaman
deputatlardan biri “bəs Stalin nə dedi?” deyə yerindən bağırdı. Nit-
qinə davam edən Podqornı “lakin təəssüf olsun, sonrakı illərdə
sovet-Türkiyə münasibətləri pisləşdi” dedi. Bildirdi: “Bunu açıq
söyləmək və bildirmək istəyirəm ki, SSRİ-də sюylənən bəzi yersiz
və yanlış bəyanatlar mənfi bir rol oynadı, qarşı tərəfin də bütün
davranışları ideal bir şəkildə deyildi. Bütün bunlar keçmişdə
qalmalı və yaxşı qonşuluq münasibətlərinə mane olmamalıdır”. Bu
sözlərdən sonra salon Podqornını alqışladı.
Podqornı son zamanlarda sovet-Türkiyə əlaqələrinin mehriban
qonşuluq münasibətlərinin dirçəldilməsi, iqtisadi və mədəni əlaqələrin
qaydaya salınması, dövlətlərin nümayəndələrinin şəxsi əlaqələri ilə
xarakterizə edildiyini dedi. İki ölkə arasında münasibətlərdə dönüşün
həyata keçirilməsi üçün bütün ilkin şərtlərin olduğunu vurğuladı. Pod-
qornı bu baxımdan 1963-cü ildə Ürgüplünün və 1964-cü ildə Erkinin
səfərlərini xatırladaraq münasibətlərdə əldə edilən uğurlardan məmnun-
luq hissi keçirdiklərini бildirdi.
Podqornı sovet dövlətinin Yaxın və Orta Şərq ölkələri ilə mü-
nasibətlərinin inkişaf etdirilməsi sahəsində təcrübəsinin olduğunu
söylədi. Buna nümunə kimi Əfqanıstanla münasibətlərin 45 ildən
bəri dostluq içində davam etdiyini, İranla SSRİ arasında mü-
nasibətləri gюsтərdi.
Podqornı bildirdi: “Sosialist bir dövlət olan Sovet İttifaqı ilə
Türkiyə Cümhuriyyəti eyni zamanda yaranmışlar, ümumi düşmənə
qarşı uzun müddət içində bərabər savaşmışlar”. O, iki ölkə arasında