Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə40/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   36   37   38   39   40   41   42   43   ...   185

 

 

123 



siyasətində  sağlam  meyllər  Sovet  İttifaqında  daim  başa  düşüləcək-

dir, çünki cənub qonşusu ilə sülh və dostluğa can atdığını dəfələrlə 

təsdiq etmişdir...”.  

Sov.  İKP  MK-nın  baş  katibi  L.İ.Brejnev  “Böyük  Oktyabr 

Sosialist  İnqilabının  47-cı  ildönümü”  adlı  məruzəsində  Türkiyə  və 

digər dövlətlərlə mehriban qonşuluq və dostluq xəttinin ənənəvi və 

dəyişməz olduğunu bir daha vurğuladı

180


 .  

Erkinin  Moskvaya  səfəri  və  apardığı  danışıqlar  dünya  dövlət-

lərinin  də  diqqətindən  yayınmadı.  AБŞ  rəsmi  sənədərində  deyilirdi 

ki,  İnönünün  Vaşinqtona  səfəri  zamanı  bizim  birgə  kommunikeni 

başa  çatdırmağımıza  nisbətən  sovetlərin  belə  bir  kommunikeni  tez 

imzalaması SSRİ-nin türk mövqeyini dəstəkəməsi baxımından daha 

uzağa  getmək  istəyini  göstərir

181


.  ABŞ-ın  Türkiyədəki  səfiri  Hare 

1964-cü  il  noyabrın  30-da  Dövlət  Departamentinə  yazırdı  ki,  həm 

türklər, həm də Kipr yunanları Moskvada olmuşlar. Ruslar Moskva 

danışıqlarında  türklərin  ABŞ  və  digərləri  ilə  sonrakı  münasi-

bətlərinin  necə  olmasına  müdaxiləyə  cəsarət  edə  bilməzdilər.  So-

vetlərin indiki mövqeyi həm yunan, həm də türk Kiprində ona nüfuz 

qazandıracaqdır.

182


 

Səfərin  nəticələri  ilə  Ankarada  akkreditə  olunmuş  xarici  ölkə-

lərin  nümayəndələri  də  maraqlanırdılar.  Səfər  barədə  məlumat  al-

maq üçün Ankaradakı AFR, Səudiyyə Ərəbistanı, Kanada və Liviya 

səfirləri Türkiyənin xarici işlər naziri ilə görüşmək istədilər. Onları 

qəbul edən Erkin səfər barədə müfəssəl məlumat verdi

183

.  


Londonda nəşr edilən “The Guardian” qəzeti “Qafqaz sərhədində 

buzlar  əriyir”  adlı  məqaləsində  yazırdı:  “Erkinin  Moskvaya  səfəri 

Türkiyənin  xarici  siyasətində  bir  inqilab  olub-olmadığı  yolunda 

heyrətləndirici  mülahizələrə  yol  açmışdır.  Soyuq  müharibə  ilə  buzlar 

əriyərkən  çoxlu  Qərb  və  bitərəf  ölkələrdən  hansı  Moskvaya  nazir 

göndərmədi ki? Lakin Türkiyəninki xüsusi bir vəziyyətdir. “Türkiyə və 

Rusiya  milli  düşmənlərdir”  deyirlər.  Fəqət,  milli  düşmənlər  küsülü 

qalmazlar.  Türkiyə  hökuməti  indi  özünü  NATO  və  SENTO  ittifaq-

larına qatıldığı zamandakı qədər böyük müttəfiqi üçün zəruri bir ölkə 

kimi  görməyə  bilər.  Yeni  silahların  inkişafı  ilə  Amerika  Birləşmiş 

Ştatlarının türk torpaqlarındakı bazalara ehtiyacı yoxdur və Kuba böh-

ranı  zamanı  çox  eşitdiyimiz  Yupiter  raketləri  də  Türkiyə  ərazisindən 

çıxarılmışdır.  Fəqət,  bu,  bütün  dünyanı  düşündürən  həll  problem-



 

 

124 



lərindən  biridir.  Türkiyənin  də  bu  problemə  laqeyd  qalacağını 

gözləmək doğru olmazdı”. “The Guardian” “həm Türkiyə NATO-dan 

çıxmır,  biz  və  Türkiyənin  digər  müttəfiqləri  Ankara  hökumətinin 

sovetlərlə  münasibətlərini  yaxşılaşdırmasından  məmnunluq  duyuruq. 

Gərək ingilis, gərəksə də ABŞ hökumətləri öyrənmiş olmalıdır ki, bir 

ölkə  keçmiş  düşməni  ilə  münasibətlərini  yaxşılaşdırmağa  qalxdığı 

zamanda  müttəfiqinin  qəzəblənməsi  qədər  münasibətsiz  bir  hərəkət 

olmaz” deyə qeyd edirdi

184

.  


 Erkinin  səfəri  sona  çatarkən  NATO-nun  baş  katibi  Manlio 

Brasio Ankaraya üç günlük səfərə gəldi. Baş katib Moskvadan yeni-

cə  dönən  Erkinlə  görüşərək  sovetlərə  səfər,  NATO-nu  maraqlan-

dıran məsələlər və Kipr problemi ilə bağlı müzakirələr apardı. Erkin 

Moskvada  keçirdiyi  danışıqlar  barədə  məlumat  verdi.  Brasio  Tür-

kiyə prezidenti və baş naziri ilə də görüşdü. Yola düşməzdən əvvəl 

mətbuat konfransı keçirdi. NATO-Türkiyə əməkdaşlığının səviyyə-

sindən  razılığını  ifadə  etdi.  Türkiyənin  SSRİ  ilə  münasibətlərinin 

inkişafının NATO ilə əməkdaşlığa mane olmayacağını bildirdi.  

Erkinin  səfəri  iki  ölkə  arasında  münasibətlərdə  yeni  səhifə 

açırdı.  Bundan  sonra  münasibətlər  yaxşılığa,  əməkdaşlıьa  dоğru 

inkişaf etdi. Bir müddət əvvəl ticarəti qaydaya salmaq üçün SSRİ-

yə  səfər  edən  nümayəndə  heyəti  Ankaraya  döndü.  Nümayəndə 

heyəti  iki  ölkə  arasında  ticarət-iqtisadi  əlaqələri  genişləndirmək 

üçün yaxşı imkanların olduğu qənaətinə gəldi. Əlaqələrin inkişafın-

dan ötrü geniş işlərə başlandı.  

Beləliklə,  iki  ölkə  arasında  münasibətlər  normallaşdırıldı.  Qar-

şılıqlı faydalı əməkdaşlıq dövrünə тədrici keçid baş verdi. 

Bu zaman Türkiyə SSRİ Ali  Sovetinin  sədri  N.  V. Podqornını 

qarşılamağa hazırlaşırdı.  




 

 

125 



                                

N. V. PODQORNI TÜRKİYƏDƏ. 

DOSTLUĞA MANE OLACAQ 

HEÇ BİR ƏNGƏL YOXDUR 

 

 



 

Podqornının Тürkiyəyə səfəri 

 

N.V.Podqornının  səfəri  iki  ölkə  arasında  münasibətlərdə  yeni 



bir  addım  oldu.  Sovet  parlament  nümayəndə  heyətinin  səfərinə  üç 

həftə  qalmış  Türkiyə  tərəfi  ABŞ-a  və  NATO  qərargahına  NATO-

nun  çoxtərəfli  nüvə  qüvvələrinin  yaradılmasında  iştirak  etməmək 

niyyəti  barədə  məlumaт  verdi.  Türkiyənin  bu  hərəkəti  müstəqil 

xarici  siyasət  yeritməsi,  eyni  zamanda  sovetlərə  güzəştə  getməsi 

demək  idi.  Sovet-türk  münasibətlərində  yeni  dövrün  başlandığını 

göstərirdi. Bununla belə, türk hökumətinin müvafiq addımı NATO-

dan ayrılmaq və Qərb bloku ilə müttəfiqlikdən imtina etmək deyildi. 

Türkiyə tərəfi NATO daxilində ixtilaflara son qoyulacağı, Fransanın 

bu  təşkilata  münasibəti  qətiləşəcəyi  təqdirdə  çoxtərəfli  nüvə 

qüvvələrinin  yaradılmasında iştirak edəcəyini bildirdi. Podqornının 

səfəri  ərəfəsində  belə  bir  mövqe  ilə  Türkiyə  sovetlərlə  isti  mü-

nasibətlər qurmaq istəyini ortaya qoyurdu.  

Podqornı başda olmaqla 10 nəfərlik sovet parlament nümayəndə 

heyəti 1965-ci il yanvarın 4-da Türkiyəyə səfər etdi

185


. Nümayəndə 

heyətinin  tərkibinə  SSRİ  Ali  Sovetinin  deputatları  T.Axunova,  V. 

Qaqanova, M. Hüseynov, A. Dançenko, Q. Cavaaşvili, İ. Kratenko, 

V. Ruben, T. Usubəliyev, P. Fedoseyev daxil idilər. Bundan başqa 

nümayəndə heyətini 8 diplomat, jurnalistlər və Türkiyə səfirliyinin 

əməkdaşları  müşayiət  edirdi.  Nümayəndə  heyəti  ilə  birlikdə 

Türkiyənin SSRİ-dəki səfiri Hasan Esat İşık da Ankaraya gəldi.  

Esenboğa  hava  limanında  nümayəndə  heyətini  TBMM  sena-

tının sədri Enver Aka, milli palatanın sədri Fuad Sirmen, Rusiyada 

olmuş  türk  parlamentariləri,  XİN  baş  katibi  Bayülken,  SSRİ-nin 

Ankaradakı  səfiri  Rıjov,  səfirliyin  əməkdaşları,  Polşa  səfiri  qarşı-

ladılar.  Qarşılanma  mərasimində  Aka  dedi:  “Yüksək  sovet  şurası 




Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə