126
təmsilçilərini Türkiyədə qarşılamaqdan çox şadam”. Hava limanının
rəsmi qonaqlar salonunda Aka ilə Podqornı arasında qısa bir söhbət
oldu. Hərarətli qarşılanmasına işarə edərək Podqornı dedi: “Bizdə
çox qar vardı. Burada heç qar yoxdur”. Aka bunun bir istisna oldu-
ğunu, yanvar ayında həmişə qar yağdığını dedi. Podqornı “bizdə
yanvar ayında çox şiddətli bir qış olurdu. Çox qar olurdu. İndi də
çox qar var, amma bu qışın olması gerçəkdən bir istisna təşkil etdi”
söylədi. Bununla onlar iki ölkə arasında buzların əridilməsində
israrlı olduqlarına işarə edirdilər.
Aka uçuşun necə keçdiyini soruşdu. Podqornı dedi: “Yolçulu-
ğumuz çox gözəl keçdi. Moskvadan buraya üç saat on beş dəqiqəyə
gəldim. Rusiyanın Türkiyəyə bu qədər yaxın olduğunu bilmirdim.
Bu o deməkdir ki, bundan sonra bazar tətillərimi keçirmək üçün
Türkiyəyə gələcəyəm. Türkiyəyə ilk dəfə gəlirəm. Amma türklərin
qonaqpərvərliyini çox yaxşı bilirəm. Kecən il (1963-cü il nəzərdə
тuтulur – M.Q.) parlament nümayəndə heyətini qarşılamaqdan
məmnun qalmışdıq. Amma bu dəfə yeni bir parlament nümayəndə
heyətini dəvət edəcəyəm. İkinci parlament nümayəndə heyətinizi
daha isti və candan qarşılayacağıq. Keçən səfərki bir başlanğıc idi”.
Akanın göstərişi ilə qonaqlara portаğal suyu verildi. Podqornı
“qəzetlər rəngli şəkillər çəkmədiyi üçün hər kəs burada sanki vodka
içdiyimizi başa düşəcək” dedi. İki ölkənin nümayəndə heyətlərinin
şərəfinə portаğal suyu doldurulmuş qədəhlər qaldırıldı. Bu zaman
qəzetçilərdən biri Podqornıdan Xruşşovun vəzifəsindən uzaqlaşdı-
rılmasının əsl səbəbini soruşduqda Aka etiraz etdi. Lakin Podqornı
rəsmi məlumatın verildiyini, Xruşşovun yaşlı olduğu və səhhətinin
pozulması səbəbi ilə vəzifəsindən ayrıldığını dedi.
Aka qısa bir nitq söylədi. Türkiyədə qonaqları salamlamaqdan
məmnun qaldıqlarını dedi. “Xoş gəldiniz” deyərək onların səfərinə
uğurlar arzuladı. İki qonşu ölkə arasında münasibətlərin yaxşılaşdı-
rılmasında parlamentlərin rolunu yüksək qiymətləndirdi. Podqornı
səmimi qarşılandıqları üçün təşəkkür etdi. Sovet vətəndaşlarının
dost salamını gətirdiyini, səfərinin dostluq niyyəti daşıdığını, ölkə-
ləri qonşu olduğundan sərhədlərin də dostluq sərhədinə çevrilməsi-
nin, SSRİ ilə Türkiyə arasında Lenin və Atatürk zamanında olduğu
127
kimi dostluq münasibətlərinin qurulması zəruriliyini söylədi.
Həmin gün axşam nümayəndə heyətinin şərəfinə xarici işlər
naziri F. C. Erkinin adından ziyafət verildi
186
.
Yanvarın 5-də sovet nümayəndə heyəti Atatürkün mavzoleyinə
əklil qoydu
187
. Daha sonra nümayəndə heyətini TBMM senatının
sədri Enver Aka və milli palatanın sədri Fuad Sirmen qəbul etdi.
Sovet parlament nümayəndə heyəti ilə söhbət zamanı Fuad
Sirmen səfərin iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin
inkişafına kömək edəcəyini söylədi. Podqornı SSRİ Ali Soveti
İttifaq Soveti və Millətlər Soveti sədrlərinin məktubunu senatın və
milli palatanın sədrlərinə təqdim etdi.
Bundan sonra Podqornı Çankaya köşkündə prezident Cemal
Gürsel тərəfindən qəbul olundu.
C.Gürsel və N.V.Podqornı
Podqornı SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mikoyanın
məktubunu Gürselə təqdim etdi. Məktublarda SSRİ ilə Türkiyə
arasında mehriban qonşuluq münasibətlərinin qurulmasının təkcə
128
iki ölkənin deyil, eyni zamanda bütün dünyada sülh işinə тюhfə
verəcəyi qeyd edilirdi
188
. Sovet nümayəndə heyətinin başçısı
Mikoyanın adından Gürseli SSRİ-yə səfərə dəvət etdi. Diaбeт
xəsтəliyindən əziyyəт çəkən Gürselin müalicəsinin Moskvada edilə
biləcəyini də söylədi. Dəvəti məmnuniyyətlə qəbul edən prezident
təşəkkürünü bildirdi. Səhhəti imkan verən kimi səfərə gələcəyini
dedi.
Nümayəndə heyəti Çankayada Atatürkün evini gəzdi.
Söhbətlərdən sonra Podqornının rəsmi danışıqları başlandı.
Həmin gün qonaqları Türkiyənin baş naziri İsmet İnönü qəbul etdi.
İki saat davam edən danışıqlarda sovet heyətinin tam tərkibi ilə
yanaşı SSRİ xarici işlər nazirinin müavini Sergey Lapin, səfir Rıjov,
nazirliyin müşaviri Şevçenko və Moskva radiosunun türkcə spikeri,
tərcüməçi, azərбaycanlı Ehsan Mustafayev, Türkiyə tərəfdən isə baş
nazirin müavini Satır, xarici işlər naziri Erkin, Xarici İşlər
Nazirliyinin baş katibi Bayülken və səfir İşık iştirak edirdilər.
Danışıqlarda əvvəlcədən heç bir gündəlik müəyyənləşdirilmədiyi
üçün Podqornı və İnönü ilk olaraq türk-sovet əlaqələrinə dair məsələni
müzakirə etdilər. İki ölkə arasında münasibətlərin bir zamanlar pis
olmasında tərəflərin xətalarından danışan İnönü bu işdə ağırlığın SSRİ-
də olduğunu söylədi. Cavabında Podqornı buzların əriməyə başla-
dığını, keçmişi xaтırlamaqda lüzum görmədiyini, yaxşı qonşuluq
münasibətlərinin inkişafında əngəllərin olmadığını vurьuladı. SSRİ-nin
Türkiyəyə qarşı heç bir torpaq iddiası və təcavüz əməli istəyi
olmadığını qeyd eтdi
189
. Keçmiş siyasətdən imtina edildiyini dedi. Bil-
dirdi ki, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi vacibdir.
Podqornı SSRİ-nin Türkiyənin NATO-dan çıxmasını istəmədiyini,
mətbuatda gedən yazıların yanlış şərh edildiyini söylədi.
İnönü Moskvanın Kiprə silah verməsi məsələsini qaldırdı. Podqor-
nı cavabında bu silahların türklərə qarşı istifadə edilməməsi şərtilə
verildiyini dedi. Enosisə qarşı çıxdı, problemin kənar müdaxilə
olmadan hər iki icma arasında danışıqlar yolu ilə həllinə tərəfdar oldu.
İki ölkə arasında iqtisadi əlaqələrə dair məsələ müzakirə edildi.
İnönü və Podqornı bu əlaqələrin inkişafından ötrü səylərin sürət-
ləndirilməsini zəruri saydılar.