Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə39/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   35   36   37   38   39   40   41   42   ...   185

 

 

120 



daşlığı  inkişaf  etdirmək  üçün  beynəlxalq  hüquq  normalarından 

doğan  prinsiplərə  hörmət,  böyük-kiçikliyindən  asılı  olmayaraq 

bütün  xalqların  bərabərliyinin  qəbul,  əsas  insan  hüquqlarına  əməl 

edilməsinin böyük əhəmiyyəti olduğunu bəyan etdilər. Tərəflər Kipr 

məsələsinin  Kipr  Respublikasının  suverenliyinə  və  ərazi  bütöv-

lüyünə  hörmət,  hər  iki  icmanın  qanuni  hüquqlarının  qorunması, 

onların  dinc  həyatının  təmini  və  adada  iki  milli  icmanın  mövcud-

luğunun qəbulu əsasında həllinə tərəfdar çıxdılar

176

.  


 

Vətənə  yola  düşməzdən  əvvəl  Erkin  yenidən  Qromıko  ilə 

görüşdü.  Sovet  xarici  işlər  nazirini  Türkiyəyə  rəsmi  səfərə  dəvət 

etdi. Dəvəti qəbul edən Qromıko imkan olan kimi gələcəyini dedi.  

Noyaбrın  6-da  Türkiyə  nümayəndə  heyətini  Şeremetyova  hava 

limanından  SSRİ  xarici  işlər  naziri  A.A.Qromıko  və  digər  rəsmi 

şəxslər  yola  saldılar.  Erkin  Vyana  üzərindən  Türkiyəyə  döndü. 

Ankarada  Esenboğa  hava  limanında  Erkini  baş  nazirin  müavini 

Kamal  Satır,  dövlət  naziri  Yetkin,  Xarici  İşlər  Nazirliyinin  əmək-

daşları və sovet səfirliyinin nümayəndələri qarşıladılar. Jurnalistlərə 

verdiyi  müsahibəsində  səfərdən  çox  məmnun  qaldığını  söyləyən 

Erkin  vurğuladı:  “Kipr  məsələsində  baxış  və  mövqeyimizi  sovet 

liderlərinə  qəti  və  açıq  bir  ifadə  ilə  çatdırdım.  Türkiyənin  enosisi 

qəbul  etməyəcəyi  və  belə  bir  təşəbbüsün  silahlı  çatışma  ilə  nəti-

cələnəcəyini anlatdım. Türk icmasına qarşı bir qətliam hərəkətinə də 

icazə  verilməyəcəyini  və  buna  qüvvə  ilə  mane  olacağımızı  əlavə 

etdim. Türkiyənin haqlı baxış və mövqeyi danışdığım şəxslər tərə-

findən  böyük  bir  anlayış  və  ilgi  ilə  qarşılanmışdır”.  Erkin  eyni 

zamanda iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsində 

də razılığa gəldiklərini bildirdi.  

Erkinin  SSRİ-yə  səfərinin  və  qəbul  edilən  kommunikenin  bö-

yük tarixi əhəmiyyəti vardı. Burada bir sıra beynəlxalq və ikitərəfli 

məsələlərdə  dövlətlərin  fikir  ümumiliyi,  qarşılıqlı  münasibətlərin 

inkişaf  etdirilməsi  istəyi  ifadə  olunur,  əməkdaşlığın  yeni  istiqa-

mətləri müəyyənləşdirilirdi. Ən başlıcası, kommunikedə Kipr məsə-

ləsində Türkiyəni qane edən mövqe əks olunmuşdu. Adadakı hər iki 

xalqın haqqı  sovetlər tərəfindən tanınırdı. Türkiyə Xarici  İşlər  Na-

zirliyinin  sözcüsü  İsmail  Soysal  “gərək  türk-sovet  qarşılıqlı  mü-

nasibətlərinin  qarşılıqlı  etimad  havası  içində  sağlam  bir  təməl 



 

 

121 



üzərində  oturdulması,  gərəksə  Kipr  məsələsində  Türkiyənin  möv-

qeyinə  dair  prinsiplərin  sovetlərdən  bir  dəstək  alması  baxımından 

başarılı bir kommunikedir”, “ABŞ kimi SSRİ-nin də Kiprdə iki ayrı 

millətdən olan icmanın mövcudluğunu qəbul etməsi uğurdur” dedi.  

Səfər  ikitərəfli  əlaqələrdə  keyfiyyətcə  yeni  mərhələnin  baş-

lanğıcını  qoyurdu.  Qarşılıqlı  münasibətlərdə  dönüş  nöqtəsi  idi.  Er-

kinin SSRİ-yə səfəri uğurlu keçmişdi. Hər şeydən əvvəl, dərc edilən 

kommunikedə  ilk  dəfə  olaraq  müxtəlif  sosial  sistemli  dövlətlərin 

dinc  yanaşı  yaşaması  siyasəti  xatırlanırdı.  Sovetlər  Türkiyəyə  xoş 

münasibətlərini  бildirirdi.  Səfər  iki  ölkə  arasında  münasibətlərin 

daha da inkişafına kömək edirdi.  

Erkinin  səfərinin  nəтicələri  TBMM-də  müzakirə  edildi. 

Noyabrın  12-də  TBMM  senatında  ölkənin  xarici  siyasət  məsələləri 

ilə  bağlı nitq söyləyən Erkin Moskvaya səfərinin Türkiyə  ətrafında 

dostluq  həlqəsi  yaratmağı  qarşısına  məqsəd  qoyan  xarici  siyasətin 

ümumi prinsiplərinə tam uyğun gəldiyini vurğuladı. Lakin iki ölkə 

arasında  münasibətlərin  daha  da  genişləndirilməsinə  dоğru  ciddi 

dönüşün baş vermədiyini qeyd etdi.  

Müzakirə zamanı müxalifətdəki Ədalət Partiyasından olan bəzi 

deputatlar  Erkinin  səfəri  zamanı  mədəni  əməkdaşlığa  dair  sazişin 

imzalanmasını kəskin  tənqid aтəşinə тuтdular. Bildirdilər ki,  SSRİ 

ilə  mehriban  qonşuluq  münasibətlərinin  saxlanılması  və  ticarət 

əlaqələrinin  qurulması  vacibdir.  Amma  kommunizm  mədəniyyə-

tindən  başqa  bir  mədəniyyəti  qəbul  etməyən  sovetlərlə  belə  bir 

sazişin imzalanması ilə nə kimi mədəni əlaqədə ola bilərik? Belə bir 

saziş ölkəyə qatı komandaların gəlməsi ilə nəticələnəcəkdir. Partiya 

sədrliyinə  namizəd  Тekin  Arıburun  çıxışında  SSRİ  ilə  təmasları 

tənqid edərək “Cümhuriyyət Xalq Partiyası məmləkəti hansı aqibətə 

sürüklədiyini bilirmi?” deyə soruşdu. Ədalət Partiyası sazişin məc-

lisdə  müzakirəsini  keçirməyi  tələb  etdi.  Lakin  bu  tələb  yerinə 

yetirilmədi.  Bundan  sonra  Ədalət  Partiyası  noyabrın  8-də  bir 

toplantı  keçirərək  türk-sovet  mədəni  əməkdaşlıq  sazişini  “xəyanət 

vəsiqəsi” kimi qiymətləndirdi. Ədalət Partiyasının bəyanatına cavab 

olaraq  Erkin  verdiyi  müsahibəsində  “biz  məmləkətimizə  xəyanət 

edən  adamlar  deyilik.  Ölkə  mənfəəti  üçün  Rusiyaya  getdik. 

Ölkəmizə  böyük  fayda  gətirdiyimiz  qənaətindəyik”  dedi.  Erkin 




 

 

122 



kommunikeni oxuyan hər bir insaf sahibinin bunun yanlış olacağına 

inanırdı.  

Mədəni  əməkdaşlığa  dair  sazişə  türk  ictimaiyyəti  arasında  bir-

mənalı  münasibət  mövcud  deyildi.  Bəziləri  sazişdən  narazılıq  edə-

rək  deyirdilər:  “Bu  saziş  Türkiyəyə  nə  verir?  Türk  mədəniyyəti 

Daşkənddəki milyonlarla həmvətənimizə çatırmı? Türk xalqının ya-

radıcılığını Rusiyanın  harasındasa  göstərirmi?  Türkiyədən  SSRİ-yə 

türk folklor qrupu gedə bilirmi?

177

 Müəyyən dairələr sovetlərin mə-



dəni əməkdaşlıq adı altında kommunist təbliğatı məqsədi güdən ki-

tabları  Türkiyəyə  göndərəcəyindən,  tələbə  mübadiləsi  adı  altında 

kommunistləri hazırlayacağından narahatlıq keçirirdilər.  

Belə  fikirlər  genişləndikdən  sonra  mədəni  əməkdaşlığa  dair 

sazişə  ehtiyatla  yanaşılmağa  başlandı.  Hətta  bəzi  qəzetlər  mədəni 

əməkdaşlığın “hidrogen bombasından da təhlükəli” olduğunu yazır-

dılar. Doğrudan da iki sistem dövlətləri qarşılıqlı münasibətlərində 

gərginliyin zəiflədilməsinə, dinc yanaşı  yaşamağa keçərkən mədəni 

əlaqələrlə bir-birinə təsir etmək və cəmiyyəтi daxildən yumşaltmaq 

niyyətini güdürdülər.  

Amma  ictimai  rəyin  heç  də  hamısı  mədəni  əməkdaşlığın  əleyhinə 

deyildi.  Müəyyən  dairələr  SSRİ-nin  Türkiyəyə  münasibətdə  əvvəlki 

siyasətdən  imtina  etdiyini 

əsas  gətirərək  mədəni  əlaqələrin 

genişləndirilməsindən  qorxmağın  lazım  olmadığını  deyirdilər.  Мü-

bahisələrin nəticəsində saziş Türkiyə tərəfindən ratifikasiya edilmədi.  

Bu zaman rəsmilər sovetlərin Türkiyədən tütün və fındıq almaq, 

Nazıllı  faбrikini  modernləşdirmək  istəklərindən  məmnun  qaldılar. 

Türk  siyasətinin  açıq  siyasət  olduğunu  dünyanın  anlayacağını  de-

dilər 


178

.  


Ölkədə  SSRİ  ilə  münasibətlərə  dair  mübahisələr  qızışırdı. 

Türkiyə  prezidenti  Cemal  Gürsel  mətbuat  nümayəndələrinin  sual-

larına cavab verərkən “Rusiya ilə çatışmada fayda yoxdur. NATO-

da qalmaq şərtilə Türkiyənin bütün qonşuları ilə yaxşı münasibətlər 

saxlaması  vacibdir.  Bu  dostluq  bizə  zərər  gətirəcək,  yanlış  yola 

çəkəcək kimi düşüncələr yersizdir. Biz yolumuzu bilirik” dedi

179

.  


Erkinin  səfərinin  nəticələri  Sovet  İttifaqında  müsbət  qiymət-

ləndirildi.  “İzvestiya”  qəzeti  yazırdi:  “Son  zamanlarda  sovet-turk 

münasibətləri nəzərə çarpacaq dərəcədə canlanmışdır”, “türk xarici 



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə