Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə38/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   34   35   36   37   38   39   40   41   ...   185

 

 

117 



Nazıllı  faбrikinin  modernləşdirmə üçün başqa şirkətlərə verildiyini 

dedi.  Sovetlərin  bir  zamanlar  Kayseridə  tikdiyi  faбrikin  də  ya-

xınlarda  modernləşdirilməyə  veriləcəyini  söylədi.  Bu  layihədə 

SSRİ-nin  iştirakının  mümkün  olduğunu  bildirdi.  Mikoyan  layihə-

lərin  kreditlə  həyata  keçirilicəyini,  əvəzinin  malla  ödəniləcəyini 

dedi.  Lakin  bu  məsələlər  əvvəlcə  iqtisadi  komissiyada  müzakirə 

edilməli, səfər zamanı isə prinsip razılaşması əldə olunmalı idi. Mi-

koyan  layihələrə  qarışmamaq  prinsipinin  yaratdığı  çətinlikləri  dilə 

gətirərək vəziyyətin ən qısa zamanda dəyişdirilməsi üçün təşəbbüsə 

keçəcəyini  söylədi.  Mikoyan  və  Erkin  ticarətin  inkişafından  ötrü 

mübadilə ediləcək mallar haqqında lazımi məlumatlara sahib olma-

dıqlarından  vəziyyətin  öyrənilməsinin,  fürsət  düşən  kimi  ticarət 

nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin edilməsinin zəruriliyi 

fikrinə gəldilər.  

Erkin  SSRİ  xarici  ticarət  naziri  N.S.Potoliçevlə  də  danışıqlar 

apardı.  Sovet-Türkiyə  münasibətlərinə  dair  məsələlər  geniş  mü-

zakirə  edildi.  İqtisadi  sahədə  əməkdaşlıq  məsələlərinin  müzakirəsi 

siyasi problemlərin müzakirəsi qədər əhəmiyyətli idi. Sovetlərin bu 

məsələdə  hansı  təkliflər  söyləyəcəyi  məlum  deyildi.  Türk  heyəti 

ticarət  münasibətlərinin  klirinq  sistemindən  çıxarılıb  sərbəst  əsasa 

görə  qurulmasını  təklif  edirdi.  Türkiyə  tərəfi  fikrini  belə  əsaslan-

dırırdı:  Türkiyə  ixracatını  valyuta  gətirəcək  imkanlara  ayırmağa 

məcburdur. Xarici borcların ödənilməsi üçün bu yol zəruridir. Sovet 

idarəçilərinə  Türkiyənin  valyuta  gətirəcək  ixrac  mallarının  bir  qis-

minin SSRİ-yə klirinq əsasında ayrılmasının çətinlikləri izah edildi. 

Sovet-türk  ticarət  münasibətlərində  sərbəst  valyuta  yolunun  seçil-

məsi zəruri idi. Bundan fərqli olaraq SSRİ ticarətdə klirinq sistemini 

əsas götürürdü. Ona görə də türk təkliflərinin qəbul edilməsi şans-

ları  aşaьı  idi.  SSRİ-nin  klirinq  sistemindən  ayrılması  mümkün 

olmadıьından  ticarəti  inkişaf  etdirmək  üçün  türk  malları  ilə  əvvəl-

cədən tanış olmaq tövsiyə edildi.  

Kredit  məsələsinin  həllindən  ötrü  SSRİ-nin  Türkiyənin  əsas 

problemlərini başa düşməsi tələb olunurdu. Türkiyənin iqtisadi inki-

şafına sovetlərin həqiqətən  yardımçı olması uzunmüddətli və aşağı 

faizli  kreditlərin  verilməsindən  keçirdi.  Lakin  sovetlərin  bu  məsə-

lədə  də  mövqeyi  hələ  tam  aydın  deyildi.  Kredit  verildikdən  sonra 




 

 

118 



onun istifadəsi məsələsi ilə mütəxəssislərdən iбarəт heyətlər məşğul 

olmalı idi.  

Noyabrın  5-də  Qromıko  və  Erkin  iki  ölkə  arasında  mədəni  və 

elmi  əlaqələrə  dair  saziş  imzaladılar

170

.  Sazişin  preambulasında 



deyilirdi ki, tərəflər ölkələr arasında daha sıx  əməkdaşlıq etmək və 

mədəniyyət  sahəsində  mübadiləni  həyata  keçirmək  məqsədi  ilə  bu 

sənədi  imzalayırlar.  Sazişdə  mədəni  əlaqələrin  müxtəlif  formaları-

nın tətbiq edilməsi, artist kollektivlərinin qarşılıqlı səfərləri, idman 

yarışları,  iki  ölkənin  elmi  idarələri  arasında  əlaqələrin  qurulması, 

sərgi və yarmarkaların təşkili, bədii və elmi filmlərin mübadiləsi, ali 

məktəblərdə  rus  və  türk  dili  kafedralarının  təşkili  nəzərdə  tutu-

lurdu


171

.  


Bu,  sovet-Türkiyə  münasibətləri  tarixində  mədəni  əməkdaşlığa 

dair  ilk  saziş  idi.  Sazişin  əhəmiyyəti  onun  bu  səviyyədə  imzalan-

ması,  indiyədək  mövcud  olan  əlaqələri  əks  etdirməsi  və  perspek-

tivləri müəyyənləşdirməsi ilə ölçülürdü. SSRİ Ali Soveti bir müddət 

sonra  bu  müqaviləni  ratifikasiya  etdi

172


.  Türkiyədə  isə  o,  çoxlu 

mübahisələr yaratdı.  

 Səfər  müddəтində  Erkin  Moskvada  Leninin  Qızıl  meydanda 

mavzoleyini  ziyarət  edərək  çələng  qoydu.  Kremldəki  iş  otağına 

baxdı.  

Danışıqlar başa çatdıqdan sonra Erkin axşam Moskvadakı türk 

səfirliyində rəsmi ziyafəт verdi. Əvvəlcədən noyabrın 5-də Türkiyə-

yə  dönməsi  planlaşdırılan  Erkinin  vəтənə  qayıтması  yuбandı. 

Yubanmanın əsas səbəbi birgə kommunikenin eyni vaxtda açıqlan-

ması  ilə  bağlı  idi.  Kommunikenin  əsas  xətləri  müəyyənləşdirildi. 

Burada siyasi, iqtisadi və mədəni sahələrdə əldə edilən razılaşmalar 

və  Kipr  məsələsi  barədə  baxış  veriləcəkdi.  Türkiyə  nümayəndə 

heyəti  kommunikedə  Kiprin  federativ  quruluşu  məsələsinin  yer 

almasını  istəsə  də,  hələ  ki,  bu  aydın  deyildi.  Bununla  belə,  kom-

munikedə  adadakı  hər  iki  xalqın  hüquqlarının  bərabərliyinin  tanın-

ması  fikri  əks  olunmalı  idi.  Verilən  fikirlər  türklər  tərəfindən  diq-

qətlə izlənilirdi.  

Türk-sovet  danışıqları  başa  çatdıqdan  və  mədəni  əməkdaşlıq 

sazişi  imzalandıqdan  sonra  türk  jurnalistlərinə  verdiyi  müsahibə-

sində  Qromıko  imzalanacaq  kommunikenin  hökumətinə  təqdim  et-




 

 

119 



diyini,  hər  iki  tərəfin  razılaşdığı  mətndə  hər  hansı  dəyişiklik  olma-

yacağını  bildirdi.  Qromıko  dedi  ki,  ölkələrimiz  arasında  müna-

sibətlərin  inkişafı  üçün  qarşılıqlı  etimada  dayanaraq  görüləsi  işlər 

çoxdur. Bu müzakirələr faydalı olmaqla bərabər, şübhəsiz, hər şeyi 

həll etmiş deyildir. Fəqət, bunu söyləyə bilərəm ki, iki ölkə arasında 

indi  daha  isti  bir  rüzgar  əsməyə  başlamışdır.  Biz  bu  inkişafı 

alqışlayırıq. Hər iki tərəfin ayırıcı deyil, birləşdirici nöqtələrə diqqət 

etmələri və səyləri bu nöqtələrdə toplamaları daha xeyirli olacaqdır. 

Bizim  siyasətimiz  sosial  quruluşlar  nə  olursa-olsun  başqa  ölkələrlə 

münasibətlərimizi  birlikdə  barış  içində  yaşama  prinsipinə  görə 

qurulmuşdur. Biz buna sadiq qalacağıq. Sözün qısası, münasibətlə-

rimizi  Atatürklə  Leninin  qurduqları  şəkildə  görmək  istəyirik.  Biz 

bunun hər iki tərəfin mənfəətinə olduğuna inanırıq. Gərək siz, gərək 

də  biz  bu  siyasəti  gerçəkləşdirmək  üçün  çox  çalışmalıyıq.  Bunu 

etsək münasibətlərimizin gələcəyinə yaxşı bir yöndən baxmaq olar.  

Qromıko  bu  müsahibəni  verərkən  Erkin  Moskva  radiosu  müx-

birinin  suallarını  cavablandırırdı.  O,  müsahibəsində  dedi:  “Görəvi-

mizi  yerinə  yetirdik.  Böyük  bir  səmimiyyət  içində  keçən  görüşlər 

müsbət  nəticələndi.  Görüşdüyüm  sovet  liderlərinin  hamısından 

Türkiyəyə qarşı isti bir münasibət gördüm”

173

.  


Noyabrın 6-da Türkiyə nümayəndə heyətinin SSRİ-yə səfərinin 

yekununa  həsr  olunmuş  бirgə  kommunike  qəbul  edildi

174

.  Moskva 



və  Ankarada  eyni  zamanda  dərc  olunan  kommunikedə  yuxarıda 

deyilən məsələlər barədə umumi baxışlar öz əksini tapmışdı. Kom-

munikedə  fikir  mübadiləsinin  bir  sıra  məsələlərdə  hökumətlərin 

baxışlarının  eyniliyini  göstərdiyi  qeyd  olunurdu.  Tərəflər  möhkəm 

sülh  və  beynəlxalq  gərginliyin  zəiflədilməsi  yolunda  səylərini 

əsirgəməyəcəklərini bildirirdilər.

175

 Bu ideyaları rəhbər tutan hər iki 



tərəf  aralarında  müstəqillik,  ərazi  bütövlüyü  və  bərabərhüquqluq 

prinsiplərinə  hörmət  etmək  əsasında  mehriban  qonşuluq  müna-

sibətlərini möhkəmləndirəcəkləri barədə razılığa gəlirdilər. Tərəflər 

bu yüksək məqsədlərə nail omaq üçün müxtəlif sistemli dövlətlərin 

dinc  yanaşı  yaşaması  prinsipinə  əməl  edilməsinin  vacibliyini, 

beynəlxalq  sülh  və  təhlükəsizliyi  qorumaq  üçün  BMT-nin  möh-

kəmləndirilməsinin,  nizamnaməsinə  ciddi  əməl  edilməsinin  zəru-

riliyini  bildirdilər.  Sülhü  qorumaq  və  möhkəmləndirmək,  əmək-




Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə