Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə35/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   31   32   33   34   35   36   37   38   ...   185

 

 

108 



münasibətlərdə  mövcud  olan  prinsip  məsələlərinin,  iqtisadi  və 

mədəni  əlaqələrin,  bəzi  türk  mallarının  alınması  məsələlərinin 

müzakirə ediləcəyini söylədi

159


. Kipr problemi ilə bağlı suala cavab 

verən  Erkin  “Moskvanın  mövqeyini  bilmədiyim  üçün  əvvəlcədən 

bir  şey  söyləyə  bilmərəm.  Səfər  zamanı  bu  məsələ  də  müzakirə 

olunacaqdır” dedi.  

Erkinin səfəri  ərəfəsində  “Milliyet” qəzetinə  müsahibəsində  A. 

A.  Qromıko  qarşıdakı  sovet-türk  danışıqlarına  böyük  əhəmiyyət 

verdi.  

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri A. Mikoyan səfər ərə-

fəsində  Türkiyə  səfiri  ilə  keçirdiyi  görüşdə  “sovet-Türkiyə  müna-

sibətlərinin  birdən-birə  yaxşılaşacağını  gözləməməyi,  əsaslı  dəyi-

şikliyin  baş  verəcəyini  ummadığını,  tədrici  bir  inkişafın  daha 

sağlam olduğunu”sюylədi. 

 SSRİ XİN nümayəndəsi isə danışıqlarda Türkiyənin NATO ilə 

əlaqələrinin  müzakirə  mövzusu  olmayacağını  və  Türkiyənin  digər 

dövlətlərlə  münasibətlərinin  pozulmasının  istənilməyəcəyini  dedi. 

Kipr  məsələsi  ilə  bağlı  suala  cavabında  adanın  taleyini  adada 

yaşayanların  özlərinin  həll  etməli  olduqlarını  bildirdi.  NATO  ba-

zaları  məsələsinə  münasibətində  isə  “sovetlər  bütün  ölkələrdən 

xarici hərbi bazaların çıxarılmasını istəyir. Lakin Türkiyə ilə müna-

sibətlərimizin  inkişafı  üçün  bu  məsələnin  müzakirə  edilməsini, 

qurmaq  istədiyimiz  bir  dostluğun  Türkiyənin  başqa  ölkələrlə  mü-

nasibətlərini pozmasını istəmirik” dedi.  

Türk  mətbuatı  iki  ölkə  arasında  münasibətlərdəki  istiləşmədən 

geniş  bəhs  edirdi.  Ankara  və  İstanbulda  nəşr  olunan  qəzetlər,  o 

cümlədən “Ulus” qəzeti Erkinin səfərini “iki böyük qonşu arasında 

dönüş anı” kimi qiymətləndirirdi.  

Türkiyə  Cümhuriyyəтi  Nazirlər  Şurası  1964-cü  il  28  oktyabr 

tarixli  qərarı  ilə  Feridun  Cemal  Erkinə  iki  ölkə  arasında  mədəni 

əməkdaşlığa dair sazişi imzalamaq səlahiyyəti verdi

160


.  

SSRİ xarici işlər naziri A. A. Qromıkonun dəvəti ilə Türkiyənin 

xarici işlər naziri Feridun Cemal Erkin, Xarici İşlər Nazirliyinin baş 

katibi Haluk Bayülken, baş katibin müavini Kamuran Gürün, Xarici 

İşlər  Nazirliyi  birinci  siyasi  departamentinin  baş  direktoru  Pertev 

Subaşı və nazirin katibliyinin rəisi N. Akıman 1964-cü il oktyabrın 




 

 

109 



30-dan noyabrın 6-dək SSRİ-də səfərdə oldular. Beş nəfərlik nüma-

yəndə  heyətini  üç  türk  jurnalisti  müşayiət  edirdi.  Qahirədən  qalx-

dıqdan  sonra  Dəməşq  və  Nikosiyada  yerə  enən  İL-18  sovet 

təyyarəsi  Ankarada  türk  nümayəndə  heyətini  götürərək  Moskvaya 

istiqamət  aldı.  Qonaqlar  Şeremetyevo  hava  limanında  səmimiliklə 

qarşılandı.  

Bu, son iyirmi beş ildə Türkiyə xarici işlər nazirinin SSRİ-yə ilk 

səfəri  idi.  Məlum  olduğu  kimi,  Stalinin  ölümündən  sonra  sovet 

rəhbərləri  Türkiyə  ilə  münasibətlərdə  iddialarından  imtina  etdik-

lərini  bildirsələr  də,  onu  yaxşılaşdırmaqdan  ötrü  konkret  addımlar 

atmamışdılar.  

Erkinin səfərinə təsir edən iki əsas amil vardı: Kipr məsələsi və 

iqtisadi  münasibətlərin  inkişaf  etdirilməsi

161


.  Erkin  dörd  il  əvvəl 

SSRİ-yə  dəvət  alsa  da,  səfəri  sovetlərin  Kipr  məsələsində  tutduğu 

mövqe ucbatından təxirə salınmışdı.  

Səfərin  başqa  bir  özünəməxsusluğu  da  Kremldə  baş  verən 

dəyişiklikdən  sonra  Qərb  bloku  ölkəsi  dövlət  xadiminin  Moskvaya 

ilk gəlişi olmasında idi. Türkiyə xarici işlər nazirinin səfəri və yeni 

sovet rəhbərləri ilə aparacağı danışıqlar dünyanın digər dövlətlərin-

də  də  maraqla  izlənilirdi.  Səfər  ərəfəsində  Erkin  SİTA  müxbirinin 

suallarına  verdiyi  cavabda  “sadəcə  türk-sovet  münasibətləri  ilə 

kifayətlənməyəcəklərini, dünya məsələlərini də  müzakirə edəcəklə-

rini” deməsi bu marağı daha da artırmışdı. Türkiyə onu narahat edən 

bir sıra məsələləri, xüsusən Kiprə dair Moskvanın mövqeyini sovet 

rəhbərlərinin dilindən eşitmək istəyirdi.  

Əlbəttə, Erkinin Moskvaya səfəri Türkiyənin xarici siyasətində 

fundamental  dəyişikliyin  baş  verməsi,  Ankaranın  Qərb  blokundan 

ayrılması  demək  deyildi.  Səfərdə  əsas  məqsəd  uzun  illər  boyu 

formalaşmış türk xarici siyasətində köklü dəyişiklik etmədən sovet-

Türkiyə  münasibətlərini  daha  yaxşı  şəkildə  düzənləməkdi.  Bu  isə 

həm  mümkün,  həm  də  tərəflər  üçün  faydalı  idi.  Bununla  belə, 

səfərin  iki  ölkə  arasında  münasibətləri  nə  qədər  düzəltsə  də,  köklü 

dəyişiklik yaratmayacağı aydın görünürdü.  

Erkinin  SSRİ  xarici  işlər  naziri  A.A.Qromıko  ilə  danışıqları 

oktyabrın  31-də  səhər  saat  10-da  başlandı.  Məsələləri  iqtisadi  və 

siyasi  problemlərə  bölərək  iki  komitədə  müzakirə  etmək  barədə 




 

 

110 



razılıq  əldə  edildi.  Müzakirələrə  bu  formatda  başlamazdan  əvvəl 

məsələlər prinsipcə, əsas mahiyyəti üzrə müzakirə olundu. 

 

 

 



 A.A.Qromıko və F.C.Erkin danışıqlarda 

 

Qromıko  türk  heyətini  salamladıqdan  sonra  adətlərinin  qonaqları 



dinləmək  olduğunu  bildirərək  sözü  Erkinə  verdi.  Söhbətə  başlayan 

Erkin  Türkiyə  ətrafında  sülh  zolağı  yaratmaq,  bütün  qonşuları  ilə 

dostluq münasibətləri qurmaq istəklərini ifadə etdi. Xarici işlər naziri 

iki ölkə arasında münasibətlərin istiləşdirilməsində maraqlı olduqlarını, 

Türkiyənin milli davasının Kipr problemi olduğunu deyərək məsələyə 

dair  dövlətinin  mövqeyini  izah  etdi.  70  dəqiqə  davam  edən  danışıq-

larda  Erkin  iki  məsələ  barədə  sovetlərin  mövqeyini  öyrənmək  istədi-

yini  dedi.  Birincisi,  nitqlərinin  birində  keçmiş  sovet  lideri  Xruşşov 

adada  iki  icmanın  ayrı-ayrı  diqqətə  alınacağından  bəhs  etmişdi.  Bu 

fikir  adada  federativ  bir  idarəetmənin  sovetlər  tərəfindən  tanınması 

anlamına gəlirmi? İkincisi, sovetlərin ötən müddət ərzində Makariosun 

təmsilçiləri ilə imzaladıqları anlaşmaların mahiyyəti nədir? Erkin Kipr 

adasının Yunanısтan тərəfdən enosisinə imkan verməyəcəklərini, тürk 

icmasına  qarşı  qəтliamın  qarşısını  qüvvə  ilə  alacaqlarını  бirmənalı 

olaraq Qromıkonun diqqəтinə çaтdırdı. Erkin sovet tərəfə “adada sülh 

istəyirsinizsə,  Kiprə  silah  satmayın”  dedikdə  Qromıko  “bir  sıra  ölkə-

lərin  sovet  silahını  istehsal  edib  satdığı”nı  söylədi.  Əlbəttə,  bu  cavab 



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə