Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə31/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   27   28   29   30   31   32   33   34   ...   185

 

 

95 



 


 

 

96 



Münasibətlərdə problemlər 

 

Sovet-türk  münasibətlərinin  normallaşması  heç  də  rəvan 



getmirdi.  Çoxlu  çətinliklər  mövcud  idi.  Türkiyə  ərazisindəki  baza-

lardan  qalxan  təyyarələrin  bəzən  sovet  sərhədini  pozması  iki  ölkə 

arasında  münasibətlərdə  proбlemlər  yaradırdı.  1964-cü  il  yanvarın 

16-da Türkiyə təyyarəsi Qara dənizdə bitərəf sularda SSRİ sərhədini 

pozaraq Poti şəhəri rayonunda ölkə ərazisinə 80 km daxil oldu. 5-7 

min km hündürlükdə saatda 800 km sürətlə uçan təyyarə 15 dəqiqə 

sovet  hava  sahəsində  qaldıqdan  sonra  saat  16

23

-də  Axalçikdən  60 



km  cənub-şərqdə  Türkiyə  ərazisinə  keçdi.  Hadisə  ilə  бaьlı  SSRİ 

XİN fevralın 4-də nota verdi. Notada “SSRİ XİN gözləyir ki, Tür-

kiyə  hökuməti  belə  pozuculuq  hallarının  olmasına  imkan  vermə-

yəcəkdir”  deyilirdi.  Sovet  hökuməti  Türkiyə  tərəfinin  sərhəddə 

normal  sərhəd  rejiminin  qorunması  naminə  belə  pozuntulardan 

qaçacağına ümid edirdi

139

.  


Cavaб  noтasında  тürk  hюkuməтi  бelə  hərəkəтlərin  qəsdən 

edilmədiyini,  тəsadüf  olduьunu  və  münasiбəтləri  pozmayacaьına 

ümidini бildirdi.  

Həmin il iyunun 10-da Moskva vaxtı ilə saat 10

45

-də Türkiyənin 



reaktiv  təyyarəsi  Ərzurum  tərəfdən  SSRİ  sərhədini  pozub  25  km 

içəriyə  girdi.  7500  metr  hündürlükdə  uçan  təyyarə  15  dəqiqədən 

sonra  Axalçikdən  Türkiyə  ərazisinə  geri  döndü.  Bununla  bağlı 

olaraq sovet hökuməti Türkiyə XİN-ə 1964-cü il iyunun 20-də nota 

verdi.  Notada  sərhəd  rejiminin  qorunması  üçün  belə  hallara  yol 

verilməməsi tələb edilirdi

140

.  


Cavab  notasında  türk  hökuməti  bunun  təsadüf  olduğunu,  iki 

ölkə arasında münasibətlərə xələl gətirməyəcəyini bildirdi. 

Bu  zaman  sovet-türk  münasibətlərində  Türkiyənin  NATO-nun 

çoxtərəfli  nüvə  qüvvələrində  iştirakı  məsələsi  gündəliyə  gəldi.  So-

vet hökuməti Türkiyənin belə qüvvələrin tərkibində iştirakını arzu-

lamırdı. Təhlükəsizliyinə təhdid kimi baxırdı. Sovet hökuməti ABŞ-

ın  Bidl  esmines-raket  daşıyıcısında  ABŞ,  AFR,  Böyük  Britaniya, 

İtaliya,  Türkiyə,  Yunanıstan  və  Niderlandın  əsgər  və  zabitlərinin 

birlikdə  fəaliyyəтi  üçün  aparılan  hazırlıqdan  narahatlığını  ifadə 

edərək 1964-cü il 11 iyul tarixli notasında Türkiyəni bundan çəkin-




 

 

97 



məyə  çağırdı

141


.  Notada  belə  hərəkət  digər  nüvə  raket  donanma-

sında qarışıq komanda yaratmaq kimi qiymətləndirilirdi. SSRİ buna 

AFR-in  nüvə  silahına sahib  olmasına aparan maska, nüvə  silahının 

yayılmasına gətirəcək addım kimi baxırdı.  

Sovet  notası  alındıqdan  sonra  Türkiyənin  Moskvadakı  müvəq-

qəti  işlər  vəkili  İ.Müren  oktyabrın  17-də  SSRİ  Xarici  İşlər  Nazir-

liyinə  169  №:li  nota  verdi.  Notada  deyilirdi  ki,  çoxtərəfli  nüvə 

qüvvələrinin  məqsədləri  və  xarakteri  haqqında  düzgün  olmayan 

təsəvvür vardır. Doğru şərh edilmir: 1. Çoxtərəfli nüvə qüvvələrinin 

yaradılması  ideyası  NATO-nu  təşkil  edən  bəzi  üzvlər  tərəfindən 

irəli  sürülmüşdür  və  BMT  nizamnaməsi  əsasında  yaradılmışdır, 

müdafiə məqsədi güdür. Birincisi, bu, NATO-ya daxil olan Avropa 

юlkələrini  hədələyən  dövlətlərin  nüvə  başlıqlarını  yaratmaq  təhlü-

kəsinə  qarşıdır.  İkincisi,  bu,  təhlükəyə  qarşı  müdafiə  məqsədləri 

daşıyır.  Nəhayət,  bu,  tam  müdafiə  təşkilatıdır.  2.  Türkiyə  Cümhu-

riyyəтi hökuməti hesab edir ki, onun yaradılması ümumi sülhün qo-

runmasına,  nüvə  silahı  təhlükəsinin  xəbərdar  edilməsinə  kömək 

göstərəcəkdir.  Bu,  müstəqil  milli  qüvvələrin  yaradılması  demək 

deyildir.  Çoxtərəfli  nüvə  qüvvələrinin  yaradılmasına  dair  təkliflər 

hələ  müzakirə  edilir.  3.  Türkiyə  hökuməti  AFR-in  nüvə  silahına 

yiyələnməsi ilə bağlı deyilən fikirlərlə razılaşmır, bildirir ki, ABŞ-ın 

Bidl  esminesində  manevrlər  təlim  xarakteri  daşıyır  və  həmin  ölkə-

lərin problemlərinə dair məlumatların toplanmasına xidmət edir

142


.  

Problem  ikitərəfli  münasibətlərdə  müzakirə  edildi.  Türk  icti-

maiyyətinin geniş dairələri də belə qüvvələrin tərkibində Тürkiyənin 

iştirakını  milli  maraqlara  cavab  verməyən  addım  kimi  qiy-

mətləndirirdilər.  

 İki  ölkə  arasında  münasibətlərin  normallaşmasına  əngəl  olan 

amillər  yalnız  bunlar  deyildi.  Qarşılıqlı  münasibətlərin  inkişaf  et-

dirilməsində  bir  sıra  бaşqa  problemlər  də  mövcud  idi.  Türkiyədəki 

ifrat  sağ  qüvvələr  SSRİ  ilə  yaxınlaşmanın  əleyhinə  çıxaraq  Mosk-

vanın Stalin metodlarından hələ də istifadə etdiyini vurğulayırdılar. 

Onlar “sovetlərlə münasibətlər yaxşılaşan kimi ölkəyə kommunizm 

gələcəkdir. SSRİ yumşalmadan istifadə edərək öz sistemini tədricən 

yayacaqdır”  deyirdilər.  Sovet  məxfi  məlumatlarında  rəsmi  türk 



 

 

98 



dairələrinin sovetlərin ideoloji təsirindən çəkinərək əhalini kommu-

nist təhlükəsi ilə qorxutduqları qeyd edilirdi. Бuna gюrə də Türkiyə 

SSRİ  ilə  mədəni  əlaqələrə  ideoloji  müdaxilə  vasitəsi  kimi  baxaraq 

onu  genişləndirməyə  həvəs  göstərmirdi.  Bu  məsələdə  Türkiyədə 

fəal antisovet təbliğat aparan ABŞ və AFR mühüm rol oynayırdılar. 

Əslində Türkiyədə SSRİ ilə ABŞ arasında nüfuz qazanmaq uğrunda 

gərgin mübarizə gedirdi. ABŞ Türkiyənin SSRİ ilə бüтün sahələrdə 

yaxınlaşmasının əleyhinə idi. Rəsmi Vaşinqтonun mюvqeyinə gюrə 

бelə münasiбəтlər yalnız NATO ölkələrinin, xüsusən ABŞ-ın SSRİ 

ilə ümumi yaxınlaşması çərçivəsində mümkün ola bilərdi.  

Türk ordusunun yüksək dairələri də SSRİ ilə yaxınlaşmaqda eh-

tiyatlı mövqe tuturdular. Onlar ölkənin birdən-birə Qərb blokundan 

uzaqlaşaraq  SSRİ  ilə  yaxınlaşmasını  ziyanlı  hesab  edirdilər.  Buna 

görə də sovet orqanları türk hərbi dairələri ilə sıx əlaqələrin qurul-

masını zəruri sayırdılar. Sovet orqanlarının hökumətə verdiyi məxfi 

məlumatlarda  “ordunun  yüksək  dairələri  Türkiyənin  ictimai-siyasi 

həyatında  mühüm  rol  oynadığından  iki  ölkə  arasında  hərbi  əla-

qələrin qurulub genişləndirilməsi” tövsiyə edilirdi.  

 Türkiyədə fəaliyyət göstərən antisovet mühacirət təşkilatları da 

dюvləт müstəqilliklərini ləьv etmiş sovet dövləti ilə yaxınlaşmağın 

əleyhinə çıxırdılar. Onlar sovet hakimiyyətinin türk xalqlarını istis-

mar  etməsini  əsas  gətirərək  əməkdaşlığın  ziyanlı  olacağını  və 

Kremlin  kommunizmi  yayacağını  bildirirdilər.  Göstərirdilər  ki, 

SSRİ  Türkiyə  ilə  yaxınlaşarkən  soveт  dюvləтi  kəşfiyyat  məqsəd-

lərini həyata keçirəcək, mühacir təşkilatların fəaliyyəti üçün çətinlik 

yaradacaq, onların ləğvini  tələb edəcəkdir. Soveтlərin тicarəт-iqтi-

sadi əməkdaşlıьının ardınca siyasi тələбləri gələcəkdir. 

Soveт-тürk 

münasiбəтlərinin  normallaşmasının  тərəfdarı 

olanların  arqumentləri  daha  güclü  idi.  “Haber”  qəzeti  Türkiyədə 

doğru və xeyirli təşəbbüslərə qarşı çıxan fanatik dairələrin fəaliyyət 

göstərdiyini  yazaraq  “siz  heç  bir  zaman  onlara  həqiqəti  izah  edə 

bilməzsiniz.  İndi  onlar  Sovet  İttifaqı  ilə  dostluğun  əleyhinədirlər. 

Görmürlər  ki,  həyata  keçirilən  tədbirlər  iki  qonşu  ölkə  arasında 

münasibətlər üçün vacibdir” deyə qeyd edirdi

143


.  

 Yaxınlaşmanın  əleyhdarları  yalnız  Türkiyədə  fəaliyyət  göstər-

mirdi.  SSRİ-dəki  müəyyən  şəxslər  və  qruplar  Türkiyə  ilə  yaxın-



Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə