Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə27/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   23   24   25   26   27   28   29   30   ...   185

 

 

83 



“Milliyet” qəzeti “Kipr məsələsi Sovet  İttifaqı ilə Türkiyə ara-

sında  münasibətlərin  ölçüsü  olacaqdır.  Çünki  1954-cü  ildən  bəri 

Moskvanın  Türkiyə  ilə  münasibətləri  yaxşılaşdırmaq  istiqamətində 

istəkləri rəsmi akt formasını ala bilməmişdir” deyə qeyd edirdi.  

1964-cü il mayın  5-də TBMM-də  çıxış edən  İnönü Moskvanın 

enosisin  əleyhinə  olduğunu,  sülh  və  təhlükəsizlyi  istədiyini  bildir-

di

112


Belə  bir  şəraitdə  SSRİ-nin  Türkiyədəki  səfirliyinin  fəaliyyəti 

daha  da  genişlənirdi.  Səfirlik  əməkdaşları  Türkiyənin  müxtəlif,  o 

cümlədən  dini  dairələri  ilə  əlaqələrin  qurulmasına  xüsusi  diqqəт 

yeтirməyə  və  gюrüşlərə  başladılar.  Gюrüşlərdə  əsas  məqsəd  sovet 

və  Türkiyə  müsəlman  dindarları  ilə  əlaqələr  quraraq  onlara  SSRİ 

müsəlmanlarının  həyatı  barədə  məlumat  vermək,  rəğbət  hissi 

oyatmaq, ABŞ-la əməkdaşlığın ziyanlı olduğunu ehtiyatla başa sal-

maq,  sovetlərin  müsəlman  dünyasında  nüfuzunun  güclənməsinə 

yardım etmək idi. 1964-cü il may ayının 5-də SSRİ-nin Ankaradakı 

konsul şöbəsinin rəisi, səfirliyin üçüncü katibi R. Məmmədov sovet 

səfiri  Rıjovun  adından  Türkiyənin  dini  işlər  idarəsinin  rəisi  Hasan 

Hüsnü  Erdal  ilə  görüşdü.  Üçüncü  katib  ona  “SSRİ-də  islam  tarixi 

abidələri” və “Sovet İttifaqında müsəlmanların həyatı” adlı albomlar 

bağışladı.  Söhbət  zamanı  Erdal  sovet  dövlətinin  müsəlmanlara 

həqiqi  münasibəti  haqqında  onlarda  heç  bir  məlumat  olmadığını 

bildirdi. Cavabında R. Məmmədov sovet müsəlmanlarının Yaxın və 

Orтə Şərq ölkələrinin müsəlmanları ilə geniş əlaqələr saxladıqlarını 

söylədi.  Erdal  sovet  müsəlmanları  ilə  əlaqələrin  yaradılması  istə-

yində  olduğunu  və  SSRİ-yə  səfər  etmək  arzusunu  bildirdi.  Konsul 

onun  bu  istəyinin  həyata  keçirilməsinə  yardımçı  olacaqlarını  dedi. 

Görüşün  sonunda  Erdal  sovet  səfirinə  türk  dilində  çap  olunmuş 

“Quranı Kərimi” hədiyyə olaraq göndərdi.  

May  ayının  6-da  R.Məmmədov  Ankaradakı  Hacı  Bayram 

məscidinin  imamı  Hafiz  Zekai  Sarsılmazla  görüşdü.  1898-ci  ildə 

Konya  şəhərində  doğulmuş  Hafiz  Zekai  20  il  Səudiyyə  Ərəbista-

nında Mədinə şəhərinin ali məktəblərdə dərs vermişdi. Bu şəhərdəki 

məscidlərdən  birinin  imamı  olmuşdu.  Sarsılmaz  1964-cü  ildə  Tür-

kiyə  dini  işlər  idarəsinin  dəvətilə  vətənə  dönmüşdü.  Məscidin 

imamı vəzifəsini tutmuşdu. Sovet konsulu ilə söhbət zamanı Sarsıl-




 

 

84 



maz  Türkiyədəki  din  xadimlərinin  maaşlarının  az  olmasından 

şikayətləndi.  Sovet  müsəlmanlarının  həyatı  tərzi  ilə  maraqlandı. 

SSRİ-yə  səfər  etmək  istəyində  olduğunu  bildirdi.  Səfirliyin  əmək-

daşı  sovet  müsəlmanlarının  başqa  ölkələrdəki  müsəlmanlarla  sıx 

əlaqələr saxladığını, onun  SSRİ-yə  səfər etmək istəyinə isti  yanaş-

dığını və buna kömək edəcəklərini söylədi.  

Türkiyənin  din  xadimləri  ilə  keçirilən  belə  görüşlərin  mühüm 

əhəmiyyəti vardı. Dini dairələr sovet müsəlmanlarının həyatı barədə 

müəyyən  məlumat  alır,  imkan  daxilində  SSRİ-yə  səfərlər  edir,  so-

vetlərin müsəlman dünyasının dostu olması  qənaətinə  gəlir, antiso-

vet təbliğatda az iştirak edirdilər.  

Sovet hakimiyyəti türk cəmiyyətində müxtəlif baxışlı dairələrlə, 

o  cümlədən  millətçilərlə  də  yaxından  əlaqələr  saxlamaqda  maraqlı 

idi. Səfirliyin əməkdaşları Türk ocaqlarının rəhbərləri ilə görüşməyə 

başladılar.  Həmin  görüşlərin  keçirilməsində  məqsəd  türk 

millətçilərinə  Atatürk  və  Lenin  tərəfindən  əsası  qoyulmuş  sovet-

türk  dostluğunu  xatırlamaq,  belə  münasibətlərin  zəruriliyinə  onları 

inandırmaq idi. R. Məmmədov 1964-cü il may ayının 20-də Türki-

yənin  ictimai-siyasi,  ideoloji  həyatında  mühüm  rol  oynayan  və 

ölkənin  müxtəlif  şəhərlərində  təşkilatları  olan  Türk  ocaqları  idarə 

heyətinin  sədri  Lütfi  İkiz  ilə  görüşdü.  Ona  “SSRİ-də  islam  tarixi 

abidələri”  və  “Sovet  İttifaqında  müsəlmanların  həyatı”  albomlarını 

təqdim  etdi.  Hədiyyələri  qəbul  edən  İkiz  təşəkkürünü  bildirdi. 

Ankarada  aylıq  jurnalı,  ayrı-ayrı  kitab  və  broşüraları  nəşr  edilən 

ocağın  əsas  vəzifəsi  kommunizm  ideologiyasına  qarşı  mübarizə 

aparmaq, türklərin yaşadığı ölkələrdə pantürkizmi və panislamizmi 

yaymaq idi. Ocağın nəşr etdirdiyi jurnal və kitablarda əsasən həmin 

sahələrə  geniş  yer  ayrılırdı.  Təşkilatın  rəhbərliyi  SSRİ-də  və 

dünyada gedən prosesləri diqqətlə izləyirdi. Sovet İttifaqı haqqında 

məlumatları əsasən Moskva, Bakı və Daşkənd radiolarının proqram-

larını  dinləməklə  alırdı.  SSRİ-dən  mühacirət  etmiş  və  bu  ölkədə 

səfərdə olmuş şəxslərin məqalələri tərcümə edilərək çap olunurdu .  

İkiz sovet səfirliyində SSRİ-nin dövlət quruluşu, seçkilər, SSRİ 

Ali Sovetinin fəaliyyəti, ölkənin iqtisadi vəziyyəti haqqında kitabla-

rın olub-olmaması ilə maraqlandı. Suallarına müsbət cavab verildi. 

İkiz  həmin  kitabları  onun  ünvanına  göndərməyi  xahiş  etdi.  Lazım 




 

 

85 



gələrsə,  hətta  rəsmi  müraciət  edə  biləcəyini  də  söylədi.  Ona  bu 

istəyinin yerinə yetiriləcəyi cavabı verildi. İkiz daha sonra SSRİ-də 

müsəlmanlara bəslənilən münasibət barədə aşağıdakı sualları verdi: 

“Dövlət  müsəlmanların  işinə  qarışırmı?  Müsəlmanlar  Məkkə  və 

Mədinə  şəhərlərinə  ziyarətə  gedə  bilirlərmi?  SSRİ-də  məscidlər 

varmı?  Müsəlmanlara  dini  ayinlərini  icra  etməyə  icazə  verilirmi?” 

Sovet səfirliyinin əməkdaşı Məkkə və Mədinə şəhərlərinə sovet mü-

səlmanlarının  ziyarətə  getməyə  icazə  verildiyini,  SSRİ-də  dinin 

dövlətdən  ayrı  olduğunu,  məscidlərin  fəaliyyət  göstərdiyini,  dini 

ayinlərin icrasına icazə verildiyini dedi.  

İkiz  Türk  ocaqlarının  sovet  müsəlmanlarının  həyatı  ilə  tanış 

olmaqdan  ötrü  SSRİ-nin  ən  nüfuzlu  müsəlman  dini  təşkilatı  ilə 

yazışmaq  istəyirdi.  Bunun  üçün  bir  sıra  müsəlman  dini  təşkilat-

larının  ünvanının  verilməsini  xahiş  etdi.  Sovet  dövlətinin  müsəl-

manlara Türkiyəyə, türk dini təşkilatları nümayəndələrinin SSRİ-yə 

səfər etmələrinə icazə verməməsinin səbəblərini soruşdu. Cavabında 

İkizə  sovet  müsəlmanlarının  Yaxın  və  Orтa  Şərq  ölkələrinin  din-

darları  ilə  geniş  əlaqələri  olduğu  bildirildi.  Eyni  zamanda  Türkiyə 

müsəlmanları  ilə  SSRİ  müsəlmanları  arasında  əlaqələrin  qurulma-

sının ikitərəfli türk-sovet əməkdaşlığına kömək edəcəyi vurğulandı.  

İkiz  ərəb  dilində  sərbəst  danışan  və  sovet  müsəlmanlarının 

həyatına maraq göstərən bir gənc idi. Kabinetində Orta Asiyada mü-

səlman  tarixi  abidələri  təsvir  olunmuş  xəritə  asılmışdı.  İkiz  sovet 

müsəlmanlarının həyatından bəhs edən əsər yazmışdı. İngilis müəl-

lifi  Peter  Saqerin  antisovet  xarakterli  kitabını  türk  dilinə  tərcümə 

etmişdi.  

İkitərəfli  münasibətlərdə  normallaşma  prosesinin  geтməsi 

SSRİ-Türkiyə çoxtərəfli münasibətlərinə də təsir gюsтərirdi. Bütün 

tərəddüdlərə  baxmayaraq,  iki  ölkə  arasında  münasibətlər  inkişaf 

edirdi.  Etimad  mühiti  tədricən  yaranırdı.  1964-cü  il  mayın  20-də 

Türkiyə  hökumətinin  göstərişinə  uyğun  olaraq  Moskvadakı  türk 

səfirliyi  həmin  ilin  iyul  ayında  keçiriləcək  BMT  İqtisadi  və  Sosial 

Şurasının  37-ci  sessiyasında  mənzil  məsələləri,  tikinti  və  plan 

komitəsinə  Türkiyənin  üzvlüyünün  müdafiəsini  xahiş  etdi.  SSRİ 

XİN  bu  barədə  sovet  nümayəndə  heyətinə  25  iyun  tarixli  mək-

tubunda  məlumat  verdiyini  Türkiyə  tərəfə  bildirdi

113

 .  Бu  isтək  ye-



rinə yeтirildi. 


Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə