Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə30/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   26   27   28   29   30   31   32   33   ...   185

 

 

92 



“özünü  SSRİ  ilə  birlikdə  hərbi  və  siyasi  təhlükəsizlikdə  görmək 

böyük səhv olacaqdır” dedi. Xüsusi vurğuladı ki, Varşava paktı ilə 

NATO, SSRİ ilə ABŞ arasında narahatlıq var. Bu, Kipri məhv edə 

bilər. Kiprianu adaya müdaxilə olacağı təqdirdə SSRİ-nin proseslərə 

birtərəfli  qaydada  qarışacaьını  xatırlatdı.  Rusk  bildirdi  ki,  Sovet 

İttifaqının  əsas  məqsədi  başqa  insanlar  üçün  çətinlik  və  NATO 

ittifaqı daxilində gərginlik yaratmaqdır. Sovetlər belə hallarda ikiqat 

və  üçqat  oyun  oynayır.  O,  SSRİ-nin  Türkiyənin  enosisə  qarşı 

getməsini təşviq etməsi  mümkünlüyünü dedi. Kiprianu Moskvadan 

qayıtdıqdan  sonra  Kiprdəki  amerikan  səfiri  Belcherlə  görüşərək 

səfəri  barədə  məlumat  verəcəyini  bildirdi.  Rusk  “sovetlərin 

müdaxiləsi yalnız Türkiyənin qarşısını almağa xidmət etmir” dedi.  

1964-cü ilin payızında Kiprianu Moskvaya səfər etdi. O, enosis 

məsələsində  Moskvanın  dəstəyinə  ümid  bəsləyirdi.  Lakin  ameri-

kanların  dediyi  kimi,  Kiprianu  sovetlərin  özlərinin  yaratdığı  prob-

lemin  həllində  enosisə  razı  olmayacağını  heç  bir  zaman  başa 

düşmədi.  Moskvadakı  görüşlərində  Kiprianu  adadakı  ermənilərin 

türk zülmündən daha çox əziyyət çəkdiklərini qaбarтdı. Bununla o, 

Mikoyanın  sovet  rəhbərlərindən  biri  olmasından  istifadə  edərək 

erməni  məsələsini  istismar  etmək  istəyirdi.  Lakin  SSRİ  xarici  işlər 

nazirinin müavini V.V. Kuznetsov Kiprianuya birbaşa dedi ki, sovet 

hökuməti  Kiprin  müstəqil  qalmasına  üstünlük  verir.  Enosis  Kipri 

NATO birliyinə üzv edəcəkdir. Бeləliklə, Aralıq dənizi NATO-nun 

nüfuz  dairəsinə  düşəcəkdir.  SSRİ  enosisə  razı  ola  bilməz.  Bununla 

belə, Kuznetsov Kipr əhalisinin enosisi qəbul edəcəyi təqdirdə sovet 

hökumətinin bu seçimə hörmət бəsləyəcəyini də bildirdi. Sovetlərin 

xalqın enosisi qəbul edəcəyi ilə бaьlı düşüncələri türk-yunan ziddiy-

yətlərini qızışdırıb NATO-nu zəiflətmək niyyəti güdürdü.  

Qromıko ilə görüşdə Kiprianu adada sovetlər üçün təhlükə ya-

randığını  dedi.  Cavaбında  Qromıko  amerikan  bazalarını  nəzərdə 

tutaraq açıqca bildirdi ki, Kiprdən daha artıq təhlükə Türkiyədədir. 

Sovet  xarici  işlər  naziri  ona  Türkiyənin  adada  federaтiv  quruluş 

yaraтmaq  istədiklərini  söylədi.  Buna  cavabda  Kiprianu  adanın 

federativ  əsasda  qurulmasına  heç  бir  zaman  razı  olmayacaqlarını 

bildirdi. Onun fikrincə, bu xətt problemin həlli yolu olmayıb, yalnız 

parçalanmaya  dоğru  aparırdı

131

.  Danışıqların  gedişində  Kiprianu 




 

 

93 



adanın  müstəqilliyi  barədə  Moskvadan  söz  aldı.  Lakin  istədiyinin 

hamısına, yəni enosisin dəstəklənməsinə nail ola bilmədi.  

Türkiyənin  sovetlərlə  yaxınlaşması  kiprli  yunanları  hiddət-

ləndirirdi.  George  Balla  söhbətində  Kiprianu  “nə  üçün  Birləşmiş 

Ştatlar  Türkiyənin  Sovet  İttifaqına  yaxınlaşması  məsələsinə  sakit 

yanaşır” deyə soruşdu. Cavabında Ball bildirdi ki, türk-sovet müna-

sibətlərindəki cüzi dəyişiklik Birləşmiş Ştatlarla olan dostluq müna-

sibətlərindən  o  qədər  də  yaxşı  deyildir

132

.  Eyni  zamanda  amerikan 



hökumətinin  Kiprin  SSRİ  ilə  yaxınlaşmasında  maraqlı  olmadığını 

dedi.  


Kiprianu  Moskvada  keçirdiyi  danışıqlar  barədə  BMT  sessiyası 

keçirilən  zaman  amerikan  nümayəndə  heyətinə  ətraflı  məlumat 

verdi. “Kiprin müstəqilliyi, ərazi toxunulmazlığı və suverenliyi kimi 

məsələlərdə  sovetlərin  dəstəyinə  inandığını”  dedi.  Kipruanu  adada 

yaşayan kiçik erməni azlığının türklərin əllərindən əziyyət çəkdiyini 

yenidən  xüsusi  vurğuladı

133

.  Amerikanlar  problemin  sovetlərlə 



yaxınlaşmaqla həll ediləcəyinə inanmadıqlarını bildirdilər.  

Kiprianu  amerikan  səfiri  Belcherlə  də  görüşdü.  Səfirin  Dövlət 

Departamentinə  göndərdiyi  teleqramdan  aydın  olur  ki,  Kiprianu 

Moskvadan öz istəyini ala bilməmişdi. Qromıko Kiprianuya aşıqca 

“Kiprdən  daha  çox  təhlükə  Türkiyədə  vardır”  demişdi.  Bununla 

Qromıko SSRİ ilə qonşu olan Türkiyədə amerikan təsirinin güclən-

məsinə  və  бazalarına  işarə  vurmuşdu.  Kiprianu  amerikan  səfirinə 

Qromıkonun  Türkiyəyə  açıq  şəkildə  və  intensiv  pərəstiş  etdiyinə 

inandığını  dedi.  O,  Qromıkonun  Kiprdə  federasiya  iddialarının  da 

əleyhinə çıxdığını hiss etmişdi. Qromıko enosisin dövlətinin maraq-

larına  zidd  olduğunu  açıq  şəkildə  sюyləmişdi.  Belə  mövqenin  ada 

daxilində daim qarışıqlıq yaradacağını bildirmişdi

134

.  


Vaşinqtonda  dövlət  katibinin  köməkçisi  John  D.  Jernegen 

Kiprianu  ilə  1965-ci  il  fevralın  4-də  keçirdiyi  görüşdə  sovetlərin 

Türkiyə və Kipr arasında rəqabət yarada biləcəyini dedi. Bildirdi ki, 

tərəflər  yardım  üçün  sovetlərə  müraciət  edə  bilər.  Amma  ABŞ  so-

vet-Türkiyə  münasibətlərinin  çox  da  uzağa  gedəcəyinə  inanmır. 

Kiprianu  sovetlərin  enosisdən  başqa  bütün  məsələlərdə  Kipri 

müdafiə etdiyini dedi. Əlavə etdi ki, əgər Kipr hökuməti enosisdən 

imtina  etdiyini  bildirsə,  onda  sovetlər  yüz  faiz  Kipr  hökumətinin 




 

 

94 



tərəfində olacaqdır. Sovetlərlə Türkiyənin mövqeyinin yalnız enosis 

məsələsində üst-üstə düşdüyünü vurğuladı

135

.  


Arтıq qeyd edildiyi kimi, ABŞ prezidenti Conson Yunanıstanın 

бaş naziri George Papandreounu və  İnönünü görüşmək üçün ölkə-

sinə səfərə dəvət eтmişdi.  Lakin Papandreou bu təklifi qəbul etmə-

yərək  Moskvaya  getdi.  ABŞ-ın  Afinadakı  səfiri  Labouisse  1965-ci 

il martın 16-da yazırdı ki, George Papandreou prezident Consonun 

İnönü ilə görüşmək təklifini qəbul etməyib Moskvaya səfər etdi. O, 

sovetlərin  enosisə  yardım  göstərəcəyinə  ümid  бəsləyirdi.  Lakin 

Sovet İttifaqı heç vaxt enosisi qəbul etməyəcəyini bildirdi

136



Bu zaman Türkiyə–NATO münasiбəтləri geniş müzakirə edilir-



di.  Bəziləri  Türkiyənin  NATO  blokundan  ayrılmasının  acı  nəticə-

lərə gətirəcəyini söyləyirdilər. TBMM-də çıxış edən Ədalət Partiya-

sından  deputat  Gökhan  Evlioğlu  “Türkiyənin  NATO-dan  çıxma-

sının ardınca ölkəyə kommunizm gələcəkdir” dedi. İnönü isə “Qərb 

bloku  Türkiyəyə  lazım  olduğu  qədər  Türkiyə  də  Qərb  blokuna 

lazımdır”  söylədi.  Бununla  бelə,  diplomatik  dairələr  Türkiyənin 

Qərb blokundan ayrılacağını düşünmürdülər.  

Yaranmış  aьır  şəraitdə  türk  hökuməti  aşağıdakı  istiqamətlərdə 

müzakirələr açmağı təklif etdi: Birincisi, Kipr problemi Türkiyənin 

milli problemidir. Onun həlli zamanı Türkiyənin  və kiprli türklərin 

əleyhinə qərar qəbul edilə bilməz. İkincisi, Yunanıstan hökumətinin 

mövqeyi  sovet-türk dostluğunu  tamamilə dağıtmışdır. Ona görə də 

Türkiyə  Yunanıstana  qarşı  sərt  siyasət  yeritməlidir.  Üçüncüsü, 

Türkiyənin haqlı olduğu Kipr məsələsində Qərbdəki müttəfiqləri, o 

cümlədən  ABŞ  və  Бюyük  Бriтaniya  Türkiyəni  müdafiə  etmədilər. 

Bu  isə  Qərbə  olan  inamı  azaldır.  Xarici  siyasətə  yenidən  baxmağı 

zəruri  edir.  Lakin  bu,  Qərb  blokundan  ayrılmaq  demək  deyildir. 

Türkiyə Qərb bloku daxilində daha müstəqil siyasət yeritməlidir

137

.  


Kipr  problemi  türk  iqtisadiyyatına  mənfi  təsir  edirdi.  Höku-

mətin  diqqəti  quruculuq  işlərindən  yayınırdı.  Тürk  cəmiyyəтində 

gərginlik  yaranırdı.  Türk  milləтi  Kipr  məsələsində  siyasi  sistemin 

müxtəlifliyindən asılı olmayaraq onu müdafiə edən istənilən ölkəyə 

rəğbətlə yanaşırdı.  

Bütün  səylərinə  baxmayaraq,  ABŞ  və  Qərб  юlkələri  1964-cü 

ildə  Türkiyəyə  Kiprə  müdaxilə  etməyə  imkan  vermədi

138


.  Əslində 

müdaxilə üçün бu dюvrdə münasiб şəraiт yeтişməmişdi. 




Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə