Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə43/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   39   40   41   42   43   44   45   46   ...   185

 

 

132 



sərhədin yaxşı qonşular sərhədi, Qara dənizin isə sülh və beynəlxalq 

dostluq dənizi olacağına inamını ifadə etdi.  

Daha  sonra  Podqornı  sovet  xalqının  həyatı  haqqında  məlumat 

verdi.  Sovet  hakimiyyəti  illərində  iqtisadiyyat  və  mədəniyyət  sa-

həsində  qazanılan  uğurlardan  danışdı.  Bütün  millətlərin  bu  ne-

mətlərdən  faydalandığını,  yarım  əsr  əvvəl  Rusiyanın  səfil  bir  ölkə, 

indi isə dünyanın ikinci sənaye ölkəsi olduğunu dedi.  

 Podqornı sovet xarici siyasətinin geniş perspektivləri olduğunu, 

bunu bir çox dövlətlərlə uğurla davam etdirdiyini söylədi. Sosialist 

ölkələri  ilə  qardaşlıq  münasibətlərindən  danışdı.  Asiya,  Afrika  və 

Latın  Amerikasının  bir  çox  dövlətləri  ilə  dostanə  münasibətlərin 

davam etdiyini, Avropa və Amerikanın inkişaf etmiş kapitalist ölkə-

ləri  ilə  işgüzar  münasibətlərin,  sülh  içində  yaşama  prinsiplərinə 

dayanan  siyasətin  inkişaf  etdirildiyini  dedi.  1965-ci  ildə  SSRİ-də 

hərbi  xərclərin  500  mln.  rubl  ixтisar  edildiyini  vurğuladı.  Nüvə 

silahının  yayılmasının  əleyhinə  olduqlarını,  lakin  NATO-nun  çox-

tərəfli  nüvə  qüvvələrinin  qurulması  planlarının  bu  yolda  əngəl 

olduğunu  qeyd  etdi.  Bu  zaman  Ədalət  Partiyasından  Balıkesirdən 

olan deputat Gökhan Evliyaoğlu yerdən “bir az da Kiprdən bəhs et” 

deyərək  müdaxilə  etdi

192

. Podqornı SSRİ-nin Kipr Respublikasının 



suverenliyi  və  müstəqilliyinə,  problemin  dinc  siyasi  vasitələrlə, 

adanın  hər  iki  icmasının  dinc  həyatını  və  mövcudluğunu  təmin 

edilməsini  gözləməklə  həllinə  tərəfdar  olduğunu  bildirdi.  Belə  bir 

mövqenin  bütün  kiprlilərin  mənfəətinə  uyğun  olduğunu  dedi.  Bu 

zaman  salon  “əhsən,  əhsən”  deyərək  onu  alqışladı.  Podqornı  Kipr 

probleminin kənar müdaxilə olmadan dinc yollarla həll edilməsinin 

vacibliyini,  müdaxilənin  həm  yunanlara,  həm  də  türklərə  fəlakət 

gətirə biləcəyini söylədi.  

Nitqinin  sonunda  Podqornı  Türkiyədən  SSRİ-yə  bir  parlament 

nümayəndə  heyətini  dəvət  etdi.  Türk  millətinə  səadət  və  rifah 

diləyən  sovet  nümayəndə  heyətinin  rəhbəri  nitqini  “Yaşasın  bütün 

xalqlar  arasında  barış  və  dostluq”  sözləri  ilə  bitirdi.  Türkcə  “tе-

şеkkür ederim” deyərək kürsüdən ayrıldı.  

Nitqdən  sonra  sovet  nümayəndə  heyəti  TBMM  senatına  aid 

olan  binanı  və  partiya  qrup  salonlarını  gəzdi.  Bu  zaman  SSRİ-nin 

Ankaradakı  səfiri  Rıjov  dəhlizdə  Ədalət  Partiyasından  olan  bir 




 

 

133 



deputatla rastlaşdı. Salamlaşdıqdan sonra səfir dedi: “Görünür, sizin 

partiya  bizə  qarşıdır”.  Cavabında  həmin  deputat  “hər  halda  səбəб 

heyət başkanızın uzun danışmasındadır” sюylədi. Rıjov isə iki bar-

mağını  bir  yerə  birləşdirərək  “bundan  sonrakı  nitqimiz  bu  qədər 

olacaq” dedi

193


.  

Dəhlizə  çıxan  CXP-dən  olan  bəzi  millət  vəkilləri  nitqin  bey-

nəlxalq qaydalara uymadığını, mətnin daha öncədən məclis sədrinə 

və  hökumətə  verilməsi  gərəkliyini  sюylədilər.  Hökumətə  müxalif 

olan qüvvələr SSRİ-nin Türkiyə ilə münasibətlərini dinc yürüş kimi 

qiymətləndirdilər.  Milliyyətçi  Hərəkat  Partiyasının  baş  katibi 

Bölükbaşı dedi: “Üzülərək ifadə edirəm ki, sovet heyətinin rəhbəri 

ev  sahibinin  nəzakətindən  pis  istifadə  etdi”.  Hətta  bəzi  müxaliflər 

sovet  parlamentarilərinin  qəbulu  zamanı  beynəlxalq  protokolun 

pozulduğunu  və  onlara  həddindən  artıq  diqqət  yetirildiyini,  haki-

miyyətin ABŞ-dan uzaqlaşdığını deyirdilər. Bu hücumların önündə 

Ədalət Partiyası gedirdi.  

Podqornının parlamentdə nitqi barədə məlumat radio ilə verildi. 

Bu  nitq  iki  ölkə  arasında  münasibətlərdə  tarixi  bir  hadisə  idi. 

Türkiyə tarixində  ilk dəfə olaraq sovet parlamentarisi  TBMM  kür-

süsündən  çıxış  edirdi.  Bu  nitqə  türk  qəzetləri  geniş  yer  ayırdılar. 

“Vatan” qəzeti yazırdı: ”Podqornı sovet-türk dostluğu üçün heç bir 

maneə  olmadığını  bəyan  etdi.  Moskva  mehriban  qonşuluğu  möh-

kəmləndirməyi  təklif  edir”.  Baş  nazirin  müavini  K.  Satır  yanvarın 

26-da  TBMM-də  etdiyi  nitqində  bildirdi:  “SSRİ  ilə  münasibətlərin 

inkişafı  onunla  izah  olunur  ki,  Kipr  məsələsi  barədə  təcili  əlaqəyə 

girmək tələb olunurdu”.  

Senatın  sədri  Enver  Aka  sovet  nümayəndə  heyətinin  şərəfinə 

ziyafət verdi. O, təbrik nitqinə rus dilində başladı. Sovet nümayəndə 

heyətinin  türk  dövlət  xadimləri  ilə  söhbətlərinin  açıq  və  səmimi 

olduğunu  söylədi. Aka SSRİ-nin  müxtəlif sistemli  dövlətlərin dinc 

yanaşı yaşamaq siyasətini bəyəndi.  

Sovet  parlament  nümayəndə  heyəti  yanvarın  6-da  Ankaranın 

130  kilometrliyində  yerləşən  Hurfanlı  hidroelektrik  stansiyasına 

getdı.  Yol  boyu  kəndlərin  sakinləri  qonaqları  hərarətlə  salamla-

yırdılar.  Tikintinin  rəhbəri  qonağı  tikilməkdə  və  planda  olan  ob-

yektlərlə tanış etdi. O həmçinin sərhəd çayı olan Arpaçay (Axuryan) 




 

 

134 



üzərində  su  anbarının  tikintisinə  dair  iki  ölkə  arasında  əldə  edilən 

razılaşmanın  əhəmiyyətini  yüksək  qiymətləndirdi.  Sərhəddə  yer-

ləşən  energetiklər  şəhərciyinə  baxan  nümayəndə  heyətinin  üzvləri 

fəhlələrin həyatı ilə tanış oldu.  

Yanvarın 7-də sovet nümayəndə heyəti İzmirə uçdu. İzmir hava 

limanında  jurnalistlərə  verdiyi  müsahibəsində  Podqornı  Türkiyəyə 

səfəri barədə dedi: “Təmaslarımız ətraflı, açıq və səmimi oldu. Zən-

nimcə,  nəticələrdən  həm  biz,  həm  də  Türkiyə  Cumhuriyyəti  höku-

məti  məmnundur.  Amma  bəlkə  məmnun  olmayanlar  da  tapıla 

bilər”


194

.  


Nümayəndə  heyəti  İzmirdəki  “Böyük  Efes”  otelində  yerləşdi. 

Qonaqlar  İzmir  şəhərinin  qubernatoru  Namık  Kemal  Şentürk, 

bələdiyyə  sədri  Osman  Kibar  ilə  görüşdülər.  Podqornı  “bizim  bir 

atalar  məsəlinə  görə  zorla  sevgi  olmaz.  Bizim  Türkiyəyə  qarşı  heç 

bir  iddiamız  yoxdur”  dedi.  Keçmişdə  yeridilən  yanlış  siyasətdən 

imtina edildiyini vurğuladı. Ada kazinosundakı günorta yeməyindən 

əvvəl Podqornı mətbuat nümayəndələri ilə görüşdü. Onlar SSRİ-də 

baş  verən  hakimiyyət  dəyişiklikləri,  Xruşşovun  vəzifəsindən  get-

məsi barədə soruşdular. Podqornı dedi: “Xarici xəbər agentlikləri və 

hər kəs ağlına nə gəldisə o şəkildə xəbər verdi və şərh etdi. Yoldaş 

ərizə  verdi,  səhhətinin  pisləşdiyini  və  yaşının  vəzifəsini  yerinə 

yetirmək  üçün  imkan  vermədiyini  bildirdi.  Ərizə  özünün  baş  nazir 

olduğu Nazirlər Sovetində ən demokratik şəkildə müzakirə edildi və 

qəbul olundu. Yenə yoldaşımızdır, mətbuat və xəbər agentliklərinin 

uydurmadıqları şey qalmamışdır”.  

Qonaqlar  toxuculuq  fabrikinə  baxdılar.  Podqornı  iki  ölkə  ara-

sında fəhlə mübadiləsinin əhəmiyyətli olacağını qeyd eтdi.  

Fəhlə  mübadiləsi  məsələsində  sovetlər  heç  də  tam  səmimi  de-

yildi. Бu тəklifin arxasında müəyyən niyyəтlər dururdu. Əsas məq-

sədlərdən  biri  SSRİ-yə  gələcək  türk  fəhlələrini  sovet  sistemi, 

marksizm-leninizm  ideyaları  ilə  tanış  etmək  və  geri  döndükdən 

sonra Türkiyədə yaymaq idi. Türkiyəyə gondəriləcək sovet fəhlələri 

isə  həm  də  təbliğatla  məşğul  olacaqdılar.  Бuna  görə  də  türk  tərəfi 

belə təklifi soyuq qarşıladı.  

Podqornı  təkcə  texniki  deyil,  eyni  zamanda  sosial  məsələlərlə 

maraqlandı. Fabrik direktoru qonağa səccadə (namaz qılmaq üçün) 




Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə