Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə51/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   47   48   49   50   51   52   53   54   ...   185

 

 

156 



Moskvanın  hətta  Aralıq  dənizinə  enmək  istəkləri  olduğunu  qeyd 

edirdilər.  Onlar  sovetlərin  Aralıq  dənizində  nüfuz  qazanmağa 

çalışdığını,  ölkəyə  sovet  fəhlələrini  gətirməyi  təklif  etməklə 

kommunist təbliğatını yaymaq istədiyini deyirdilər. Ədalət Partiyası 

mayın 24-də SSRİ-yə etimadsızlıqla dolu бir bəyanat yaydı. Təklif 

olunan sovet kreditlərindən imtinanı tələb etdi. Antisovet təşkilatlar 

isə  SSRİ-nin  Türkiyədəki  işsizlərdən  proletariat  sinfi  yaradıb 

mövcud quruluşa qarşı istifadə etməsindən narahatlıq keçirirdilər.  

Qromıkonun  səfəri  Qərb  ölkələrində  birmənalı  qarşılanmadı. 

Bəzi  ölkələrdə  bu,  qısqanclıq  yaratdı.  Almaniya  Federativ  Respub-

likasının  Ankaradakı  səfiri  Qromıkonun  səfəri  zamanı  yayılan 

“sovetlərin  Türkiyəyə  300  mln.  dollar  kredit  verməsi”  xəbərindən 

narahat oldu

232


Bütün  təzadlı  mövqelərə  baxmayaraq,  Qromıkonun  səfərindən 

sonra  münasibətlər  yaxşılaşdı.  Türk  rəsmi  dairələri  münasibətlərin 

inkişafına  tərəfdar  oldular.  TBMM-də  ölkə  büdcəsinin  müzakirəsi 

zamanı  çıxış  edən  xarici  işlər  naziri  Hasan  İşık  sovet-Türkiyə 

münasibətlərinə də toxundu. SSRİ ilə Türkiyə arasında yaxşı müna-

sibətlərin qurulmasının zəruriliyini bildirərək “çünki biz qonşuyuq” 

dedi. İşık hər iki tərəfin qarşılıqlı münasibətlərində bir-birinin daxili 

işlərə  qarışmamaq,  müstəqillik,  bərabərhüquqluluq  prinsiplərinə 

əməl  edəcəklərini  söylədi.  “Hərgah  bu  prinsiplər  münasibətlərin 

əsası kimi qəbul ediləcəksə, onda iki ölkə arasında mədəni, ticarət-

iqtisadi  münasibətlər  də  inkişaf  edəcəkdir”  dedi.  Qromıkonun 

səfərini  qarşılıqlı  münasibətlərdə  yeni  mərhələnin  başlanğıcı  kimi 

qiymətləndirdi

233

.  


 

Səfərin ilk bəhrələri 

 

Səfərdən  sonra  iki  юlkə  arasında  münasibətlərdə  yaxınlaşma 



gücləndi. Türk diplomatiyası бəzi beynəlxalq məsələlərdə SSRİ-nin 

isтəklərini  müdafiə  etməyə  başladı.  İyun  ayında  Türkiyə  hökuməti 

SSRİ-nin Asiya və Afrika юlkələrinin konfransında iştirakı məsələ-

sinə  dair  öz  mövqeyini  açıqladı.  Soveт  İттifaqının  bu  konfransda 

iştirakına  tərəfdar  çıxdı

234


.  Məтбuaтda  soveтləri  müdafiə  edən 


 

 

157 



yazılar  verildi.  Jurnalist  Kayhan  Saklamer  çap  eтdirdiyi  məqalə-

sində  soveт  müsəlmanlarını  nəzərdə  тuтaraq  “SSRİ-nin  bu  kon-

fransın  işində  iştirakdan  kənarda  qalması  Asiyanın  milyonlarla 

nümayəndəsinin təmsil olunmaması deməkdir” deyə vurğulayırdı.  

Qromıkonun  səfərindən  sonra  münasibətlər  daha  dinamik 

xarakter  aldı.  1965-ci  il  iyunun  2-də  Kosıgin  Kremldə  Halil  Sezai 

Erkut  başda  olmaqla  Ankara  bələdiyyəsinin  nümayəndə  heyətini 

qəbul etdi. Dostcasına söhbət oldu. Görüşdə Moskva şəhər icraiyyə 

komitəsinin  sədri  V.  F.  Promıslov  iştirak  edirdi.  Qonaqlar  eyni 

zamanda SSRİ Ali Sovetinin sədri N.Podqornı ilə də görüşdülər.  

İyunun 25-də SSRİ Nazirlər Sovetinin sədri A.N.Kosıgin Sovet 

İttifaqında  səfərdə  olan  türk  jurnalisti,  “Akis”  jurnalının  baş 

redaktoru M. Tokeri qəbul edərək suallarına cavab verdi. Söhbətdə 

SSRİ  XİN  mətbuat  şöbəsinin  müdiri  L.M.Zamyatin  iştirak  etdi

235



Kosıgin  iki  ölkə  arasında  münasibətlərin  yeni  mərhələyə  daxil 



olduğunu, etimadsızlığın arxada qaldığını dedi. 

Öz növbəsində “İzvestiya” qəzetinin  müxbiri N. Paniev Anka-

rada Türkiyə hökumətinin başçısı Suat Hayri Ürgüplü ilə görüşərək 

SSRİ-yə  qarşıdakı  səfəri  ərəfəsində  müsahibə  aldı

236

.  Müxbir  baş 



nazirin ötən qış sovet parlament nümayəndə heyətinin səfəri zamanı 

dediyi  “ölkələrimizi  ayırmış  buzlar  çox  tez  əriyir”  fikrini  xatır-

ladaraq  münasibətlərin  indiki  vəziyyəti  barədə  soruşdu.  Ürgüplü 

“qarşılıqlı  səfərlər  nəticəsində  Qara  dənizdəki  buzlar  əriməyə  baş-

lamışdır,  mənim  qarşıdakı  səfərim  ölkələrimizi  daha  da  yaxınlaş-

dıracaq” deyə cavab verdi. Atatürk və Lenin zamanından fərqli olan 

beynəlxalq  şəraitin  yarandığını  qeyd  etdi.  Bildirdi  ki,  əvvəllər 

ölkələrimiz arasında fikir ayrılıqları olmuşdur.  Lakin  uzun illərdən 

sonra ilk dəfə olaraq 1963-cü ilin may ayından etibarən ölkələrimiz 

arasında ilk əlaqələr qurulmuşdur. Baş nazir ölkəsinin yalnız yenicə 

rus  malları  ilə  tanış  olduğunu  və  iki  olkə  arasında  iqtisadi 

əməkdaşlıq  üçün  geniş  perspektivlərin  mюvcudluьunu,  lakin 

iqtisadi  əməkdaşlığın  səviyyəsinin  imkanlardan  aşağı  olduğunu 

söylədi.  Ürgüplü  iki  il  əvvəl  səfər  etdiyi  Daşkənd,  Səmərqənd, 

Volqoqrad,  Leninqrad  və  Bakıya  yenidən  getmək,  o  vaxtdan  bəri 

olan  dəyişiklikləri,  yenilikləri  öz  gözləri  ilə  gюrmək  istəyirdi. 




 

 

158 



Türkiyənin baş naziri sovet xalqına hüdudsuz səadət arzuladı.  

Türkiyə baş nazirinin 33 ildən sonra 

SSRİ-yə ilk səfəri 

 

1965-ci  ilin  yayında  бaş  nazir  Suaт  Hayri  Ürgüplünün 



Moskvaya  səfəri  türk  ictimai  rəyində  fikir  müxtəlifliyi  şəraitində 

keçdi. Bəzi qəzetlər, xüsusən müxalifət mətbuat orqanları SSRİ ilə 

əməkdaşlıqdan  imtina  olunmasını,  Moskva  ilə  əlaqələrdən  heç  bir 

xeyir  gəlməyəcəyini  yazaraq  səfərin  təxirə  salınmasını  tələb  edir-

dilər.  Onlar  SSRİ-nin  türk  xalqlarının  zülm  altında  yaşadıqlarını 

vurğulayırdılar.  Səfərin  təxirə  salınması  barədə  məsələ  hətta 

TBMM-də də qaldırıldı. Müzakirə zamanı çıxış edən sağ qüvvələrin 

nümayəndələri səfəri təhlükəli hesab edirdilər.  

Türkiyənin xarici siyasətini həyata keçirənlər isə belə mövqedə 

deyildilər.  Onlarda  siyasi  realizm  üstünlük  təşkil  edirdi.  Soveтlərlə 

əməkdaşlıьın тərəfdarları səfərin siyasi və iqtisadi cəhətdən Türkiyə 

üçün  faydalı  olacağını  əsaslandırırdılar.  SSRİ  ilə  münasibətlərin 

inkişafı Türkiyənin müstəqil xarici siyasət yeritməsinin göstəricilə-

rindən  biri  kimi  təqdim  edilirdi.  Bu  zaman  Moskvanın  Kipr 

məsələsində tutduğu obyektiv mövqe münasibətlərin inkişafına təsir 

edən  əsas  arqument  kimi  gюsтərilirdi.  Lakin  səfərin ciddi nəticələr 

gətirəcəyinə  hətta  hakim  dairələr  də  şübhə  edirdilər.  Prezident 

Gürsel  bu  səfəri  “nəzakət  səfəri”  adlandırırdı.  Bəzi  şəxslər  Ürgüp-

lünün səfərini turist səfəri, ekskursiya kimi qiymətləndirirdilər.  

Müxtəlif  yanaşmalara  baxmayaraq,  Ürgüplünün  səfəri  son  30 

ildən çox müddət ərzində sovet-türk münasibətlərində ciddi hadisə-

yə  çevrildi.  SSRİ  hökumətinin  dəvəti  ilə  Ürgüplü  həyat  yoldaşı  ilə 

1965-ci  il  avqust  ayının  9-16-da  Sovet  İttifaqında  rəsmi  səfərdə 

oldu


237

. Səfərdə baş naziri senatın üzvü, “Cumhuriyet” qəzetinin baş 

redaktoru  Nadir  Nadi,  İstanbuldan  deputat,  ”Ulus”  qəzetinin  baş 

redaktoru Cihat Baban,  İzmirdən deputat, “Ege Ekspres” qəzetinin 

sahibi  və  baş  redaktoru  Nihat  Gürşat,  Dövlət  plan  təşkilatının 

müşaviri  Memduh  Aytüp,  Xarici  İşlər  Nazirliyi  baş  katibinin  iqti-

sadi  məsələlər  üzrə  müavini,  diplomatik  nümayəndə  Kamuran 

Gürün, dövlət xəzinədarlığının baş direktoru Kamal Cantürk, Xarici 




Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə