Musa qasimli



Yüklə 4,62 Mb.
Pdf görüntüsü
səhifə54/185
tarix06.05.2018
ölçüsü4,62 Mb.
#42462
1   ...   50   51   52   53   54   55   56   57   ...   185

 

 

165 



himnləri  səsləndirildi.  Bundan  sonra  İL-18  təyyarəsi  ilə  qonaqlar 

Kiyevə uçdular.  

Kiyevə  səfərdə  qonaqları  SSRİ  Xarici  İşlər  Nazirliyinin  şюбə 

müdiri  L.Zamyatin,  səfir  N.  S.  Rıjov,  XİN-in  Orta  Şərq  şöbəsinin 

müdiri  S.  P.  Kiktev  müşayiət  edirdi.  Həmin  gün  qonaqlar  Kiyevə 

gəldilər.  Türkiyə,  SSRİ  və  Ukrayna  bayraqları  ilə  bəzədilmiş 

Borispol  hava  limanında  qonaqları  Ukrayna  SSR  Nazirlər  Soveti 

sədrinin birinci müavini N. T. Kalçenko qarşıladı

244

.  


Ürgüplü Ukrayna SSR Ali Soveti Rəyasət Heyətinin sədri D.S. 

Korotçenko  və  Nazirlər  Soveti  sədrinin  birinci  müavini  N.  T. 

Kalçenko tərəfindən qəbul edildi. Respublika rəhbərləri sovet haki-

miyyəti illərində Ukraynanın keçdiyi inkişaf yolu barədə qonaqlara 

danışdılar. Ürgüplü Moskvada keçirdiyi görüşlər və müzakirə edilən 

məsələlər  barədə  məlumat  verdi.  Bundan  sonra  Türkiyəli  qonaqlar 

Kiyev  şəhəri  ilə  tanış  oldular.  Axşam  qonağın  şərəfinə  ziyafət  ve-

rildi.  Ziyafətdə  N.T.Kalçenko,  Ukrayna  SSR  Nazirlər  Soveti  səd-

rinin  müavinləri  A.D.Koçubey  və  P.T.Pronko,  Ukrayna  nazirləri, 

SSRİ  Xarici  İşlər  Nazirliyinin  şюбə  müdiri  M.V.Zamyatin,  Türki-

yədəki  sovet  səfiri  N.S.Rıjov  iştirak  edirdilər.  Ziyafətdə  Kalçenko 

və Ürgüplü nitq söylədilər

245

.  


Türkiyənin baş naziri və onu müşayiət edən şəxslər Simferepol 

və Soçi şəhərlərinə gedərək sənaye və kənd təsərrüfatı müəssisələri, 

mədəniyyət  ocaqları  ilə  tanış  oldular.  Bundan  sonra  qonaqlar  Tür-

kiyəyə dюndülər.  

Səfərin  yekununda  birgə  sovet-Türkiyə  kommunikesi  qəbul 

edildi.  Kommunikedə  səmimilik  və  qarşılıqlı  anlaşma  ruhunda 

keçən  danışıqlarda  beynəlxalq  problemlərə,  ikitərəfli  sovet-türk 

münasibətlərinin  inkişafına  dair  faydalı  fikir  mübadiləsi  aparıldığı 

qeyd  olunurdu.  Tərəflər  beynəlxalq  gərginliyin  zəiflədilməsi  və 

ümumi  sülhün  möhkəmləndirilməsi  üçün  səylərin  zəruriliyini  və 

gücləndirilməsini,  müxtəlif  sosial  sistemli  dövlətlərin  dinc  yanaşı 

yaşamaq və bir-birinin daxili işlərinə qarışmamaq siyasətinin, bəra-

bərhüquqluluq  əsasında  əməkdaşlığının  həyata  keçirilməsinin  bey-

nəlxalq  gərginliyin  zəiflədilməsinə  və  möhkəm  sülhün  bərqərar 

olmasına kömək etdiyini vurğulayırdılar. Бeynəlxalq sülh və təhlü-

kəsizliyin  möhkəmləndirilməsində  BMT-nin  əhəmiyyətini  qeyd 




 

 

166 



edərək təşkilatın gücləndirilməsinə tərəfdar çıxırdılar. BMT nizam-

naməsinə  və  beynəlxalq  müqavilələrdən,  digər  beynəlxalq  hüquqi 

mənbələrdən  doğan  öhdəliklərə  ciddi  əməl  edilməsinin  beynəlxalq 

sülhün qorunması və əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət 

daşıdığını  vurğulayırdılar.  Səmərəli  beynəlxalq  nəzarət  altında 

ümumi  və  hamılıqla  tərksilah  işini  müdafiə  etməyin  vacibliyini, 

qismən tərksilah üçün dövlətlər arasında müəyyən tədbirlərin həyata 

keçirilməsini müdafiə edəcəklərini bildirirdilər. Xalqların hər hansı 

müstəmləkə  zülmü  olmadan  yaşamaq  hüququnun  möhkəm  sülhün 

əsaslarından biri olduğuna əminlik ifadə edirdilər. Tərəflər qarşılıqlı 

razılaşma  yolu  ilə  Avropa  təhlükəsizliyini  möhkəmləndirmək 

istəklərini bildirirdilər.  

Kommunikedə  BMT  Təhlükəsizlik  Şurasının  Kiprə  dair  1964-

cü  il  4  mart  və  10  avqust  tarixli  qətnamələri  müdafiə  olunurdu. 

Kənar  müdaxilənin  adadakı  vəziyyəti  kəskinləşdirəcəyi  vurьu-

lanırdı. Sovet tərəfi SSRİ xarici işlər nazirinin 1965-ci il 21 yanvar 

və 21 may tarixlərində bu problemə dair verdiyi bəyanatında əksini 

tapmış mövqeyinə sadiq qalırdı. Sovet dövlətinin  21  yanvar tarixli 

bəyanatdakı  mövqeyi  1965-ci  il  mayın  21-də  Ankarada  keçirilən 

mətbuat konfransında da təsdiq edilmişdi

246

.  


SSRİ  BMT  üzvü  olan  Kipr  Respublikasının  müstəqilliyinə, 

suverenliyinə  və  ərazi  bütövlüyünə  qəti  şəkildə  tərəfdar  olur,  bu 

ölkənin daxili işlərinə hər hansı xarici müdaxilənin əleyhinə çıxırdı. 

NATO-nun  bəzi  dairələrinin  Kipri  öz  hərbi  bazasına  çevirmək 

istəyini  qəti  şəkildə  ittiham  və  rədd  edirdi.  Kommunikedə  Sovet 

İttifaqının  Kipr  xalqının  öz  daxili  həyatını  qurması  hüququnu  mü-

dafiə  etdiyi  bəyan  olunurdu.  Sovet  dövləti  Kipr  probleminin  Kipr 

Respublikasının  müstəqilliyi  və  ərazi  bütövlüyü,  adanın  hər  iki  ic-

masının-yunan və türk icmalarının hüquqlarının, onların dinc həya-

tının  təmin  olunması  əsasında  həllinə  tərəfdar  çıxaraq  belə  hesab 

edirdi  ki,  Kipr  Respublikasının  həqiqi  və  tam  müstəqilliyi,  təhlü-

kəsizliyi  təmin  olunmalıdır.  Bundan  ötrü  adadan  xarici  qoşunların 

və  hərbi  bazaların  çıxarılması  tələb  olunurdu.  Ən  vacib  məsələ 

Kiprin  müstəqilliyi  və  ərazi  bütövlüyünü  qorumaqdan  ibarət  idi. 

Yalnız bundan sonra Kipr problemini xarici  müdaxilə olmadan  əsl 

azad  surətdə  həll  etmək  olardı.  SSRİ  hökumətinin  mövqeyinə  görə 




 

 

167 



Kipr  dövlətinin  quruluşunun  müəyyənləşdirilməsi  onun  xalqlarının 

daxili işi idi. Kipr xalqı suveren və müstəqil olaraq adadakı  yunan 

və  türk  icmalarının  istəklərinə  cavab  verən  istədiyi  dövlət  quru-

luşunu, o cümlədən federativ formanı seçə bilərdi

247

.  


Tərəflər  sovet-Türkiyə  münasibətlərinin  müzakirəsi  zamanı 

müstəqillik,  ərazi  bütövlüyü,  bərabərhüquqluluq,  qarşılıqlı  hörmət 

prinsipləri  əsasında  mehriban  qonşuluq  münasibətlərini  səmimi 

qəlbdən  inkişaf  etdirmək  istəklərini  bildirdilər.  Hər  iki  tərəf  həm-

çinin  qarşılıqlı  səfərlərin  dövlətlər  arasında  anlaşmaya  xidmət  et-

diyini və bütün dünyada sülhün xeyrinə olduğunu vurğuladılar.  

Kommunikedə iki ölkə arasında müzakirə edilən ticarət-iqtisadi 

məsələlər də öz əksini tapmışdı. Hökumət başçıları qarşılıqlı ticarət 

dövriyyəsi  məsələsini  müzakirə  edərək  son  ildəki  artım  dinami-

kasından məmnunluq ifadə edirdilər. Bundan başqa ticarətin ümumi 

həcmini  artırmaq  məqsədi  ilə  Türkiyə  SSRİ-dən  maşın  və  sənaye 

müəssisələrinin tikintisi üçün avadanlıq, SSRİ isə Türkiyədən milli 

istehsalın məhsullarını almaq barədə razılığa gəlirdilər.  

Səfər iki ölkə və xalq arasında qarşılıqlı inam və etimada, bütün 

dünyada ümumi sülhə xidmət edirdi.  

Ürgüplünün səfərinin gedişi və nəticələri türk siyasi dairələrin-

də  və  mətbuatında  geniş  işıqlandırıldı.  “Ulus”  qəzetində  məşhur 

türk  jurnalisti  Asmer  “Sovet-türk  danışıqları  dostluq  şəraitində  ke-

çir”  başlıqlı  yazısında  qeyd  edirdi:  “Sovet  İttifaqı  Türkiyə  ilə  ilk 

dostluq  münasibəti  yaratmış  dövlətdir”.  Müəllif  daha  sonra  “sovet 

köməyi  bir  sıra  dövlətləri  Qərbin,  o  cümlədən  Amerika  Birləşmiş 

Ştatlarının istismarından xilas etmişdir” deyə yazırdı.  

Səfərdən  sonra  Ürgüplü  Ankarada  verdiyi  bəyanatda  səfərin 

SSRİ-nin  Kipr  məsələsində  mövqeyini  aydınlaşdırmaq,  sovet  hö-

kumətinin  iqtisadi  əməkdaşlığa  dair  əvvəlki  təkliflərini  müzakirə 

etmək baxımından uğurlu olduğunu  söylədi 

248

.  İqtisadi  münasibət-



lərin inkişafından danışan Ürgüplü SSRİ-nin yardımları ilə tikiləcək 

müəssisələrin  ölkə  iqtisadiyyatının  inkişafında  mühüm  rol  oynaya-

cağını, sovetlərdən alınan istiqrazların  əlverişli  şərtlərlə verildiyini, 

türk mallarının alınması ilə ödəniləcəyini qeyd etdi.  

Hətta  keçmiş  baş  nazir  İnönü  sovetlərlə  mehriban  qonşuluq 

münasibətlərinin inkişafı məqsədilə yeni siyasəti Ürgüplünün uğurla 




Yüklə 4,62 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə