Sükut zonası Şahin Böyükağa oğlu Əlibəyli Zone of silence



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix21.07.2018
ölçüsü3,31 Mb.
#57515
  1   2   3   4   5   6   7   8   9   ...   22


 

Sükut zonası  



Şahin Böyükağa oğlu Əlibəyli 

 

Zone of silence  

Shahin Boyukaga oglu Alibeyli 

 

Зона молчания  



Шахин Боюкага оглы Алибейли 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Giriş 

 

Müxtəlif  elm  sahələrində  müzakirə  edilən,  kifayət  qədər  maraqlı  olan  və 



anlaşılmaz suallar doğuran mövzulardan biri «sükut zonası» adlanır.  

Hər şeydən əvvəl həmin mövzunun əsasən fizikada, xüsusən onun akustika və 

radiofizika  kimi  sahələrində  tədqiq  edildiyi  adamın  ağlına  gəlir.  Amma  elmi-texniki 

məlumatların  geniş  vüsət  tapdığı  müasir  dövrdə  belə  düşünmək  sadəlövlük  olardı. 

Həqiqətən  «sükut  zonası»  termini  tədricən  başqa  elm  sahələrinə  də  keçmişdir.  Artıq 

coğrafiya,  tibb,  biologiya,  psixologiya,  kinoşünaslıq  və  başqa  bilik  sahələrində  «sükut 

zonası» termininin işlənməsi qətiyyən təəccüb doğurmur. 

Coğrafiyada  «sükut  zonası»  termini  iki  halda  işlənir:  1)  istənilən  rabitə 

formasının  qadağan  olunduğu  «sükut  zonası»;  2)  radio  rabitəsinin  mümkün  olmadığı 

«sükut  zonası».  Bunlardan  birincisində  radio  rabitəsi  mümkün  ola  bilər,  sadəcə  texniki 

təhlükəsizlik və effektivlik naminə qadağan edilmişdir, ikincisində isə belə rabitəyə icazə 

verilməsinə baxmayaraq onun alınması, baş tutması mümkün deyildir. 

Qeyd  edək  ki,  tibb  və  biologiyada  «sükut  zonası»  termininə  aşağıdakı 

istiqamətlərdə rast gəlinir: 1) kardiovaskulyar təbabətdə; 2) respirator təbabətdə; 3) seksual 

təbabətdə (mamalıq, ginekologiya və seksologiyada); 4) nevrologiya, neyrofiziologiya və 

elektrofiziologiyada.  

 

Birinci fəsil. Fizikada «sükut zonası» 

 

§ 1.1. Akustikada «sükut zonası» 

 

Fizika elminin iki sahəsində (akustika və radiofizika) «sükut zonası» fenomeni 



tədqiq edilir. 

Akustikada  səs  dalğalarının  qeydə  alınmasının  mümkün  olmadığı  bir  məkan 

«sükut zonası» adlanır. Ona başqa sözlə «eşidilməzlik zonası», «səssizlik zonası», yaxud 

«akustik kölgə zonası» da deyilir [7; 8; 10; 11; 21; 22; 25]. 

Akustikada «sükut zonası» haqqında məlumatlara xeyli vaxtdır ki, rast gəlinir. 

Bir faktı göstərmək kifayətdir ki, səs şüalarının kənara çıxmasını ümumi formada təsvir 

etmək üçün hələ XVII əsrdə müvafiq qanun müəyyənləşdirilmişdir. Qanun ilk dəfə XVII 

əsrin əvvəlində holland riyaziyyatçısı, fizik və astronomu Villebrord Snell (Willebrord Snel 

van  Royen)  tərəfindən  kəşf  edilmiş  və  onun  şərəfinə  olaraq  «Snell  qanunu» 

adlandırılmışdır. Lakin orijinal familiya olan Snell latınlaşdırılaraq Snellius formasını əldə 

etmişdir. Buna müvafiq surətdə qanun eponimik terminlərin elmi dövriyyəsində «Snellius 

qanunu» kimi tanınmışdır. Bir qədər sonra məşhur fransız filosofu, riyaziyyatçı, fizik və 

fizioloqu,  analitik  həndəsənin  və  müasir  cəbri  simvolikanın  yaradıcısı,  fəlsəfədə  radikal 

şübhə metodunun, fizikada mexanisizmin müəllifi, refleksologiya istiqamətinin müjdəçisi 

Rene  Dekart  (Renatus  Cartesius)  qanunun  açıqlanması  barəsində  məlumat  dərc 

etdirmişdir. Belə güman olunur ki, Rene Dekart sözügedən qanunu Villebrord Snelldən 

asılı olmadan, ondan xəbərsiz yenidən kəşf etmişdir. 



 

 



Şəkil 1. Villebrord Snell (Willebrord Snel van Royen; 1580–1626) 

 

Əslində  Snellius  qanunu  iki  şəffaf  mühitin  sərhədində  işığın  sınmasını  təsvir 



edən  qanundur.  Snellius  qanunu  təkcə  işıq  üçün  deyil,  eyni  zamanda  digər  təbiətli, 

məsələn, səs dalğalarının sınmasını təsvir etmək üçün də tətbiq edilir.  

 

 

 



Şəkil 2. Rene Dekart (fransızca Rene Descartes; latınca Renatus Cartesius; 

1596–1650) 

 

Elmi  fəaliyyətinə  görə  lord  Reley,  yaxud  Reyli  (Rayleigh)  titulunu  almış 



görkəmli  ingilis  fiziki,  rəqslər  nəzəriyyəsinin  banilərindən  biri,  Nobel  mükafatı  laureatı 

Con  Uilyam  Strett  (John  William  Strutt;  1842–1919)  [23],  benqal  mənşəli  hind  fiziki, 

professor Sisir Kumar Mitra (Shishir Kumar Mitra; 1890–1963) [14], sovet meteoroloqu, 

bulud  və  yağıntılar  fizikası,  həmçinin  atmosfer  ozonu  fizikası  sahəsində  nüfuzlu 

mütəxəssis,  coğrafiya  elmləri  doktoru,  Moskva  Universitetinin  professoru  Aleksandr 

Xristoforoviç  Xrqian  (1910–1993)  [26],  okean  akustikası  sahəsində  mühüm  xidmətləri 

olmuş amerikan alimləri İvan Tolstoy (Ivan Tolstoy) və Klarens Samuel Kley (Clarence 



 

Samuel Clay; 1923–2011) [24] və başqaları öz əsərlərində «sükut zonası» haqqında ətraflı 



məlumat vermişlər.  

 

 



Şəkil 3. Con Uilyam Strett (John William Strutt; 1842–1919) 

 

 



 

 

Şəkil 4. Sisir Kumar Mitra (Shishir Kumar Mitra; 1890–1963). 1916-cı ilin 



yanvarında «The Hindusthanee Student» buraxılışndan olan foto 

 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə