Sükut zonası Şahin Böyükağa oğlu Əlibəyli Zone of silence



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix21.07.2018
ölçüsü3,31 Mb.
#57515
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

51 

 

əlləşməkdən cana doyan, işlərinin heç bir səmərə vermədiyini görən fermerlər birdəfəlik 



buranı tərk etmişlər. 

XX  əsrin  50-ci  illərinin  axırlarında  Meksikanın  Çiuaua  ştatının  paytaxtı  olan 

eyniadlı baş şəhərin yaxınlığına düşmüş meteorit qeyri-adiliyinə görə seçilmişdir. Kütləvi 

informasiya  vasitələrində  verilən  məlumatlara  görə,  meteoritin  tərkibində  bizim  Günəş 

sistemimizdən daha qədim, çox-çox qoca olan kristallik strukturlar tapılmışdır. Professor 

Luisa Maeda Vilyalobosun fikrincə, yeni düşən meteoritin ibarət olduğu material Kainatın 

özü  qədər  qədim  olub,  yaşca  bizim  Günəş  sistemindən  əhəmiyyətli  dərəcədə  böyükdür. 

«Günəş sisteminin yaşı beş milyard il olduğu halda, bu materialın yaşı düz yeddi milyard 

ildən çoxdur...» 

Araşdırıcıların  fikrincə,  anomal  hadisələrin  müşahidə  edilməsinə  görə  bütün 

günahı ərazidəki dəmir filizinin zəngin ehtiyatında axtarmaq lazımdır. Çünki nəhəng dəmir 

yığını elektromaqnit dalğalarının süstləşməsinə bais olur.  

«Sükut zonası»nı və onun qəribə xassələrini tədqiq etmiş ilk alimlərdən biri Con 

Martinyano (John Martignano) olmuşdur. Onun rəhbərlik etdiyi qrup bədbəxtliklər gətirən 

yerdə portativ radiostansiyanın köməyilə əlaqə yaradılmasının mümkün olmadığını sübut 

etmişdir. Təqdim edilən hesabatda aydın şəkildə təsdiqlənirdi ki, başıbəlalı regionda «radio 

dalğalarını  süstləşdirən  maqnit  qüvvəsi»  mövcuddur.  Bu  naməlum  qüvvənin  təsiri 

nəticəsində texnogen qəzalar olur. 

«Sükut  zonası»nda  maqnit  anomaliyaları  aydın  şəkildə  təzahür  edir.  Doktor 

Santyaqo  Qarsia  belə  hesab  etməyə  aşkar  surətdə  meyl  göstərir  ki,  orada  baş  verən 

müəmmalı  hadisələrdən  heç  birinin  fövqəltəbii  qüvvələrlə  hər  hansı  ümumi  bağlılığı 

yoxdur.  Ola  bilsin  ki,  səhranın  təkində  (dərinliyində)  maqnit  mədəni  yerləşir.  Professor 

Santyaqo Qarsia hesab edir ki, radiostansiya və radioqəbuledicilərin işləməməsinin səbəbi 

ərazidə dəmir filizinin zəngin ehtiyatının olmasıdır.  

 

Şəkil 57. Maqnetit 



 

Şübhəli  rayonda  maqnetitin  zəngin  yığını  (yatağı)  olması  fikri  araşdırıcılar 

tərəfindən  daha  çox  dəstəklənir.  Həqiqətən  müəmmalı  rayonda  maqnetitin  zəngin 

yatağının olduğu artıq sübut edilmişdir. Köhnə ədəbiyyatlarda «maqnitli dəmir filizi» kimi 

tanıdığımız maqnetit (Fe

3

O



4

; FeO·Fe


2

O

3



) oksidlər sinfindən geniş yayılmış qara rəngli bir 

mineral olub, güclü ferrimaqnit xassələrinə malikdir (şəkil 57).  

Aparılan tədqiqatlar göstərir ki, bəzi təbii anomaliyalar yerin təkində maqnetitin 

yüksək miqdarda olması ilə əlaqədardır. Məhz bu dəmir mədəni elektromaqnit dalğalarının 




52 

 

süstləşdirilməsinin, onların yatırılmasının başlıca səbəbidir. Çox nəhəng ölçüdə maqnitin 



olması istər-istəməz texnogen anomaliyalar törədir. Maqnit dağı «topoqrafik diqqətəlayiq 

yer» olaraq təkcə yerüstü qurğuları deyil, eyni zamanda yadplanetlilərə məxsus cihazları və 

meteoritləri  də  özünə  cəlb  edir.  Bundan  başqa,  sübut  olunmuşdur  ki,  «sükut  zonası»nı 

əhatə edən dağ silsiləsi süxurlarında əhəmiyyətli miqdarda uran vardır. 

Bəzi  qeyri-adi  maqnit  xassələrinin  tabaşirli  torpaqdakı  minerallarla  əlaqədar 

olmasına dair fərziyyə irəli sürülmüşdür.  

Tədqiqatçılar külçə halında olan maqnit yatağının təbii olduğunu, yoxsa onların 

min  və  yaxud  ola  bilsin  milyon  il  ərzində  baş  verən  meteorit  bombardmanı  nəticəsində 

meydana çıxdığını müəyyənləşdirməyə cəhd göstərmişlər. Əgər yüksək maqnit xassələri 

təbii  səbəblər  nəticəsində  yaranmışdırsa,  belə  bir  qənaət  dəmirlə  zəngin  obyektlərin 

kosmosdan Yer kürəsinin məhz bu ucqar yerinə doğru öz yolunu tapdığını izah edə bilər.  

Bəzi  tədqiqatçılar  belə  hesab  edirlər  ki,  «sükut  zonası»  Yer  kürəsinin  maqnit 

nöqtəsidir, yaxud planetimizin enerjisinin toplandığı bir portaldır. Həmin enerji tanınmamış 

uçan obyektlərin fəaliyyəti və gəlmələr haqqında köhnə nəzəriyyə ilə əlaqədardır. Gəlmələr 

yüksək  maqnit  sahəsi  olan  bu  yerə  kosmik  gəmilərdə,  yaxud  fəzadakı  yuvalardan 

keçməklə gəlib  çatırlar.  Belə  yuvalara  «köstəbək  yuvaları»,  yaxud  «köstəbəklik» deyilir. 

İngilis dilində olan «wormhole» sözünün hərfən tərcüməsi nəticəsində «qurd dəymiş yer», 

«qurd yemiş yer», «qurdun törətdiyi zədə» kimi terminlər də yaranmışdır. «Köstəbəklik» 

məkan-zamanın  hipotetik  topoloji  xüsusiyyəti  olub,  fəzada  zamanın  hər  anında  yaranan 

«tuneldən» ibarətdir. 

Tanınmamış uçan obyektlər barəsində olan nöqteyi-nəzərin dəstəklənməsi üçün 

etibarlı şəkildə sənədləşdirilmiş elə bir dəlil yoxdur. Hərçənd tanınmamış uçan obyektlərə 

Meksikada  tez-tez  rast  gəlinməsi  xəbərləri  tez-tez  eşidilir.  Əlbəttə,  tanınmamış  uçan 

obyektlər haqqında tez-tez söz salınmasını bəşər övladının dərrakəsi xaricində olan hər növ 

şeyə – paranormal hadisələrə ifrat həvəs göstərməyin lüzumsuz nişanəsi kimi qarşılamaq 

və qiymətləndirmək düzgün olmazdı. Ümumiyyətlə, tanınmamış uçan obyektlər haqqında 

məlumatlar dərc etdirən müəllifləri dərhal qeyri-adi şeylərə meyl göstərməkdə qınamaq və 

insanları  qorxu  altında  saxlamağa  çalışmaqda  günahlandırmaq  qətiyyən  doğru  sayıla 

bilməz. Kiçik bir haşiyə çıxmaqla qeyd etmək lazım gəlir ki, tanınmamış uçan obyektlər 

səmada hərəkət edən, ancaq hələlik tanınması mümkün olmayan istənilən obyektə deyilir. 

Yadplanetlilərə məxsus kosmik gəmi, müasir atmosfer zondu, meteorit qalığı tanınmamış 

uçan  obyekt  ola  bilər,  hətta  qeyri-adi  təsir  bağışlayan  optik  hadisənin  tanınmamış  uçan 

obyekt kimi qəbul edilməsi mümkündür. Buradan belə çıxır ki, «tanınmamış uçan obyekt» 

terminini dilə gətirən kimi dərhal birmənalı surətdə yalnız yadplanetliyə məxsus cihaz başa 

düşülməməlidir. Qarışıqlıq yaranmaması naminə müəlliflərdən bir çoxu «anomal hadisə», 

yaxud «paranomal hadisə» kimi terminlərdən istifadə olunmasını məsləhət görürlər. Lakin 

hal-hazırkı  dövrdə  «tanınmamış  uçan  obyekt»  termininin  özü kifayət  qədər  anlaşılan  bir 

məfhum olaraq rahatlıqla istifadə edilə bilər. 

«Sükut zonası»nda tez-tez yadplanetlilər olması haqqında çox məlumat verilir. 

Təsadüfi deyildir ki, «hər zaman qonaq-qaralı olan zona» mətbuat səhifələrində çox vaxt 

«kosmik gəlmələr zonası», yaxud «kosmik qəriblər zonası» adlandırılır. 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə