Sükut zonası Şahin Böyükağa oğlu Əlibəyli Zone of silence



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix21.07.2018
ölçüsü3,31 Mb.
#57515
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

49 

 

Heç bir selə aid olmayan meteora sporadik meteor deyilir.  



Yer atmosferindən keçərkən meteor cisminin ablyasiyası nəticəsində yaranan və 

ölçüləri bir millimetrdən kiçik olan bərk hissəciklərə meteor tozu deyilir.  

Bütün meteorlar parlaq və qeyri-parlaq olmaqla iki növə ayrılır. Parlaq meteor 

çox vaxt bolid adlanır. Bolidin uçuşu zamanı bəzən top atəşinə, partlayışa və yaxud ildırım 

gurultusuna  bənzəyən  səs  çıxır.  «Bolid»  məfhumu  yunanca  «bolis»,  yaxud  «bolidos» 

sözündən  götürülmüşdür  ki,  hərfi  mənada  «tullayıcı  silah»  deməkdir.  Bolidin  izi  məhz 

meteor  tozundan  ibarətdir.  Bolid  həddən  ziyadə  parlaq  olduqda  gündüz  də  görünür. 

Bolidin  uçuşu  bəzən  Yer  səthinə  meteorit  düşməsilə  nəticələnir.  Çünki  bolid  törədən 

meteor  cisminin  qalığı  Yer  atmosferində  parçalanır  və  planetimizin  səthinə  bir  qalıq 

şəklində düşür.  

Planetlərarası fəzadan Yerə düşən qalıq meteorit, yaxud aerolit adlanır. Meteorit 

özü  meteor  maddəsinin  atmosferdə  hərəkəti  zamanı  tam  dağılmayan  qalığıdır.  Adətən 

meteoritə  düşdüyü  yerə  yaxın  məntəqənin  və  yaxud  coğrafi  obyektin  adı  verilir.  Buna 

misal olaraq Tunqus meteoriti, Yardımlı meteoriti və başqaları göstərilə bilər.  

Demək olar ki, Yer kürəsindəki kimyəvi elementlərin hamısı meteoritdə vardır. 

Tərkibinə  görə  meteoritlər  yekcins  və  qarışıq  olmaqla  iki  növə  ayrılır.  Əgər  meteoritin 

tərkibinə  yalnız  bir  növ  element  daxil  olarsa,  ona  yekcins  meteorit  deyilir.  Yekcins 

meteoritlər  öz  növbəsində  daha  iki  qismə  bölünür:  a)  daş  meteorit;  b)  dəmir  meteorit. 

Əsasən dəmir-maqnezium silikatları  və dəmir-nikel ərintisindən ibarət olan meteoritə daş 

meteorit deyilir. Daş meteoritlərin xondrit və axondrit olmaqla iki növü ayırd edilir. Yalnız 

nikelli dəmirdən ibarət olan meteorit dəmir meteorit, yaxud siderit adlanır. Əsasən müxtəlif 

komponentlərdən ibarət olan meteoritə qarışıq meteorit, yaxud dəmir-daş meteorit deyilir. 

Onların pallasit və mezosiderit olmaqla iki növü fərqləndirilir. Bütün meteoritlərin 92 %-i 

daş, 6 %-i dəmir, qalan 2 %-i isə qarışıq meteoritdir.  

Aşkar olunması metoduna görə bütün meteoritlər iki qrupa bölünür: a) düşən 

meteorit; b) tapdıq meteorit. 

Əgər  meteorit  onun  atmosferdə  enməsi  müşahidə  edildikdən  sonra  aşkar 

edilərsə,  ona  düşən  meteorit  deyilir.  Hərgah  materialın  meteorit  mənşəli  olması  yalnız 

analiz yolu ilə müəyyən edilərsə, ona tapdıq meteorit deyilir. Həqiqətən bir çox meteoritlər 

təsadüfi olaraq aşkar edilir.  

Meteoritlərin  ölçüləri  təqribən  bir  millimetrdən  bir  neçə  metrə,  çəkisi  təqribən 

bir qramdan bir neçə tona qədər olur. Meteoritin Yer səthinə düşməsi işıq, səs və mexaniki 

hadisələrlə  nəticələnir.  Səmada  quyruğu  səpələnən  qığılcımlardan  ibarət  parlaq  bolid 

görünür. Bolid gecə bir neçə yüz kilometr ərazini işıqlandırır.  

Meteor  insan  tarixində  hələ  qədim  əfsanələrdən  və  bir  çox  xalqların 

əsatirlərindən məlumdur. Meteor haqqında ilk yazılı məlumatlara eramızdan əvvəl XX əsrə 

aid  olan  qədim  Misir  papirusunda  rast  gəlinir.  Həmin  papirus  Rusiya  Federasiyasının 

Sankt-Peterburq  şəhərindəki  Ermitajda  saxlanılır.  Həmçinin  qədim  Çin  əlyazmalarında 

(eramızdan əvvəl 1768-ci il), rus mənbələrində (1091-ci il) belə məlumatlar verilmişdir. 

Qədim yunan filosofu Anaksaqor meteoru Günəşin daş kütləsinin parçaları, qədim yunan 

filosofu və  alimi  Stagirit  Aristortel  isə  Yerin odlu göy  sahəsinə  yaxınlaşdıqda  alovlanan 

buxarlanması kimi təsvir etmişdir. 




50 

 

Belə güman olunur ki, Yer səthinə bir ildə 1800–2200 ton, bir gün ərzində 5–6 



ton  meteorit  düşür.  Meteoritlərin  böyük  bir  hissəsi  Yerin  müəyyən  zonalarına  düşür. 

Əlbəttə,  meteoritlərin  Yer  kürəsinin  konkret  olaraq  yalnız  müəyyən  ərazilərinə  düşməsi 

çox  yaxşı  haldır.  Qətiyyətlə  söyləmək  olar  ki,  meteoritlərin  günahsız  adamların  başına, 

yazıq  heyvanların  üstünə  tökülməməsi,  kütləvi  məskunlaşmanın  qeydə  alındığı  bina  və 

obyektlərin  üzərinə,  min  bir  əziyyətlə  başa  gələn  əkin  sahələrinə  deyil,  yalnız  bir  yerə 

düşməsi  böyük  yaradanın  üzərində  yaşadığımız  planetə,  onun  canlılarına  rəhmlə 

yanaşmasının daha bir parlaq nümunəsidir. Bunu neçə-neçə canlının həyatına qıymamağın, 

tikililəri  ciddi  şəkildə  zədələnməkdən  qorumağın,  əkin  sahələrinin  məhvinə  imkan 

verməməyin bariz forması kimi dəyərləndirmək lazımdır. Bununla belə insanların üstünə 

meteorit  düşməsi  halları  artıq  qeydə  alınmışdır.  1825-ci  ildə  bir  insanın  meteorit 

zərbəsindən ölməsinə dair məlumat vardır. Lakin meteoritin insan üzərinə düşməsi hadisəsi 

ilk dəfə 1954-cü ilin 30 noyabrında sənədləşdirilmişdir. Çəkisi dörd kiloqrama yaxın olan 

Sulakoqa meteoriti evin dam örtüyünü dəlib keçmiş və Ann Elizabet Hoces adında qadının 

əl və budlarına rikoşetlə zərbə endirmişdir. Qadın zədələr almış, lakin həyatı üçün təhlükə 

olmamışdır. 1992-ci ildə Mbalsk meteoritinin cəmi üç qram çəkisi olan kiçik bir fraqmenti 

Uqandadan olan oğlana zərbə endirmişdir. Xoşbəxtlikdən ağacın üstünə düşən meteoritin 

hərəkət sürəti əhəmiyyətli dərəcədə yavaşımış, uşağa heç bir xəsarət yetirməmişdir.  2016-

cı ilin 6 fevralında göy cisminin düşməsi zamanı yaranan zərbə dalğasından insan ölməsi 

halı  qeydə  alınmışdır.  Hindistanın  Velluru  şəhərindəki  mühəndislik  kollecinin 

korpuslarından  birinin  yanına  düşən  meteorit  bir  neçə  insana  ciddi  xəsarət  yetirmişdir. 

Meteoritin düşdüyü yerin bilavasitə yanından keçən və milliyyətcə indus olan Kamarac 

adında  bir  avtobus  sürücüsü  elə  oradaca  tələf  olmuşdur.  Ondan  başqa  üç  bağban 

yaralanmış,  zərbə  dalğasının  təsirindən  yaxınlıqdakı  binaların  və  nəqliyyat  vasitələrinin 

şüşələri sınmışdır. Başqa məlumatlara görə, meteoritin Yer səthinə düşməsindən sonra baş 

verən partlayış faciəyə səbəb olmuşdur.  

Alimlər  aşkara  çıxarmışlar  ki,  Meksikadakı  «sükut  zonası»  çoxlu  sayda 

meteoritin düşdüyü yerdir. Şahidlərin danışdıqlarına görə, «sükut zonası»na daim göydən 

meteoritlər düşür. «Dərə» sözün tam mənasında nəhəng maqnit kimi meteoritləri cəlb edir, 

onları özünə çəkir. Bununla  əlaqədar olaraq «vadidə» yaşamaq tövsiyə olunmur. Oraya 

meteoritlərin  düşməsi  təkcə  indi  deyil,  həmişə  müşahidə  edilmişdir.  «Zona»nın  sirli 

olmasına  dair  mövcud  dəlillər  arasında  oraya  meteoritlərin  cəlb  edilməsi  özünəməxsus 

yerlərdən  birini  tutur.  Meteoritlər  bu  yeri  sözün  tam  mənasında  sevib  seçmişdir.  Lakin 

meteoritlərin məhz bu yeri xoşlamaları, oranı bəyənmələri qətiyyən səbəbsiz ola bilməz.  

«Sükut zonası»nın sirli və qəribə xassələri ilk dəfə XIX əsrin axırlarında qeydə 

alınmışdır. Həmin vaxt fermerlər qrupu boş torpaqları əkmək qərarına gəlmişdilər. Onlar 

məhsul  verməyən  torpaqda  dənli  bitkilər,  xüsusilə  qarğıdalı  yetişdirməyə  cəhd 

göstərmişdilər.  Lakin  onların  ümidləri  özünü  doğrultmamış,  sərf  etdikləri  əmək  hədər 

getmiş,  xərcləri  batmış,  işləri  nəticəsiz  qalmışdır.  Əkin  sahəsi  dövri  olaraq  yanar  çınqıl 

(qırma  daş,  kərpic)  selinin  altında  qalmışdır.  Tamamilə  açıq-aydın  səmadan  vaxtaşırı 

olaraq  tökülən  daşlar  hər  şeyi  məhv  etmişdir.  Daim  göydən  daşların  əkin  sahəsinə  və 

evlərin  üstünə  düşməsi  fermerlərin  əziyyətinin  itməsilə  nəticələnmişdir.  Boş-boşuna 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə