Sükut zonası Şahin Böyükağa oğlu Əlibəyli Zone of silence



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix21.07.2018
ölçüsü3,31 Mb.
#57515
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

39 

 

qətiyyən  baş  tutmaması  olduqca  qəribə  hadisədir.  Həmin  ərazi  mütəxəssislər  tərəfindən 



«radiosükut  zonası»,  orada  yaşayan  yerli  sakinlər  tərəfindən  isə  sadəcə  «sükut  zonası» 

adlandırılmışdır. Ona başqa sözlə «sakitlik zonası», yaxud «sükut rayonu» da deyilir. Hələ 

milyon  illər  bundan  qabaq  özünün  bol  suyu  ilə  bu  yerləri  basmış  qədim  okeanın  adına 

uyğun olaraq qeyri-adi ərazini «Tetis dənizi» də adlandırırlar [4; 9; 12; 13; 15; 16; 18]. 

«Tetis» terminini ilk dəfə XIX əsrdə Avstriya geoloqu və ictimai xadimi, Vyana 

Universitetinin  professoru  və  Vyana  Elmlər  Akademiyasının  prezidenti  Eduard  Züss 

(Eduard Suess) 1893-cü ildə «Yerin siması» adlı məşhur əsərində işlətmişdir. «Tetis» sözü 

qədim  yunan  dəniz  ilahəsi  Tefidanın  (Tethys)  adından  götürülmüşdür.  Tetis  Kembridən 

əvvəlki dövrün axırı – Paleozoyun əvvəlində müasir Avrasiya materikinin yerində əmələ 

gəlmiş,  şimal  və  cənubdan  qədim  platforma  sahələrilə  əhatələnmiş,  Atlantik  okeanı  ilə 

Sakit okeanı birləşdirmiş  qədim  okean  hövzəsidir.  Güman  edilir ki,  Aralıq dənizi,  Qara 

dəniz və hətta Xəzər dənizi məhz Tetisin qalıqlarıdır.  

 

Şəkil 51. Eduard Züss (Eduard Suess; 1831–1914) 



 

«Sükut zonası» Meksikanın şimalındakı Mapimi şəhərində, ölkənin üç ştatının 

arasında  –  Duranqo,  Çiuaya  və  Koauila  ştatlarının  sərhədində,  elə  böyük  olmayan 

Sebalyos şəhərinin yanında, ondan cəmi 25 mil (40 kilometr) aralıda, Amerikanın Texas 

ştatına  məxsus  El-Paso  şəhərciyindən  400  mil  (644  kilometr)  cənuba  doğru  yerləşir. 

İnzibati  baxımdan  Duranqo  ştatına  daxil  olan  «sükut  zonası»  səhranın  ən  qəribə  və 

təəccüblü bir yeridir, biyabanın qeyri-adi və anlaşılmaz bir hissəsidir.  



40 

 

 



Şəkil 52. Meksikadakı «sükut zonası»nın xəritədəki yeri 

 

«Sükut zonası» kənarları boyunca dağlar yerləşən, özü isə yastı düzənlik olan bir 



yerdir.  «Zona»  alçaq  dağların  əhatəsində  olduğundan  yuxarıdan  bir  vadi  (dərə)  kimi 

görünür.  

 

   


 

 

   



 

 

Şəkil 53. Meksikadakı «sükut zonası»nın başlamasını göstərən işarə 




41 

 

 



Məlumdur  ki,  «sükut  zonası»  şimal  enliyinin  26–28-ci  və  qərb  uzunluq 

dairəsinin  102–106-cı  dərəcələri  arasında  yerləşir.  Planetimizin  digər  müəmmalı 

nöqtələrinin  (Bermud  üçbucağı,  Misir  piramidaları,  Himalaydakı  budda  monastırları, 

həmçinin  nə  vaxtsa  əfsanəvi  Atlantida  ölkəsinin  mövcud  olduğu  yer)  məhz  bu  coğrafi 

koordinatlarda yerləşməsi elm adamları tərəfindən maraqla qarşılanır və bunun bir təsadüf 

olduğuna  inanmaq  çox  çətindir.  Həqiqətən  «sükut  zonası»  anlaşılmazlığına, 

müəmmalılığına görə yalnız həmin yerlərlə müqayisə edilə bilər və buna layiqdir. Sirr və 

müəmmalarla dolu olan və bütün dünyada tanınan həmin yerlərin hamısının «radiosükut 

zonası»  ilə  eyni  paraleldə  yerləşdiyinə  əmin  olmaq  üçün  xəritə  üzərində  barmaqlarını 

gəzdirmək  kifayətdir.  Əlbəttə,  onların  hamısının  eyni  bir  coğrafi  enlikdə  yerləşməsinin 

səbəbləri  bir  daha  araşdırılmalı  və  tədqiqatçıları  tam  qane  edəcək  hərtərəfli  izahı 

verilməlidir.  Alimlər  inandırmağa  çalışırlar  ki,  Meksikadakı  «sükut  zonası»  qorxunc  adı 

sənədlərlə təsbit olunmuş Bermud üçbucağının sanki quruda olan bir variantıdır.  

«Sükut  zonası»  insanda  dərhal  həzinlik,  qəmginlik,  məyusluq  doğuran  bir 

sahədir.  Buraya  düşən  istənilən  cəsarətli  insan  dərhal  bir  müəmmalı  qorxu,  anlaşılmaz 

vahimə, izahedilməz dəhşət keçirir. Ərazini seyr edən insan özündən asılı olmayaraq qəribə 

qorxu  hissi  yaşayır,  yalnız  kədərlilik  duyur,  çox  qısa  zaman  ərzində  ruhdan  düşür, 

ümidsizliyə  qapılır.  Qum,  kaktus,  zəhərli  ilan,  sayca  çox  az  adam  –  «zonanın»  malik 

olduğu  bütün  zənginlik  məhz  bunlardan  ibarətdir.  Düzəngahlığın  yalnız  hərdənbir  gözə 

dəyən cansız tikanlı kolcuqları, zəif inkişaf edən kaktusları, çoxlu sayda olan sürünənləri, 

xüsusən qəribə tısbağaları və zəhərli ilanları onun qorxunc təsirini bir qədər də gücləndirir.  

 

 



Şəkil  54.  «Radiosükut  zonası»nda  saatın  dayanması,  kompasın  düzgün 

işləməməsi,  orada  qəribə  struktura  malik  daşların  tapılması  tədqiqatçıların  diqqət 

mərkəzində dayanır. 



42 

 

 



Bununla  belə,  insanlar  hələ  tarixə  qədərki  zamanlardan  burada  məskunlaşmış, 

sayca elə çox olmayan bulaqların ətrafında öz məskənlərini qurmuş, kəndlərini salmışlar. 

Ancaq bulaqların çox bir hissəsinin suyu çəkilmiş, yalnız bəziləri qurumamışlar. «Sükut 

zonası» praktik olaraq iri yaşayış qəsəbəsinin olmadığı bir yerdir. Daimi yaşayış yeri kimi 

oranın  seçilməsi  heç  bir  vəchlə  üstün  tutulmur.  Bu  gün  «zonanın»  yalnız  kənarları 

boyunca, dağlara yaxın  ərazilərdə yerli sakinlər yaşayırlar. Son illərin məlumatına görə, 

Mapimi şəhərində yaşayan adamların sayı cəmi 4765 nəfərdir. 

«Sükut  zonası»  sirli  və  sehrli  bir  yerdir,  sanki  xəyal  aləmində  cərəyan  edən 

hadisələrin baş verdiyi ərazidir. Dünyanın bu ucqar hissəsində sanki bəşəriyyətin gözlərinin 

bağlı olması haqqında qeydlərə tam bəraət qazandırmaq lazım gəlir. 

Bütün  bunlara  rəğmən  gözəllik,  axar-baxarlılıq  nöqteyi-nəzərindən  «sükut 

zonası» insana olduqca güclü təsir bağışlayan, onda çox dərin təəssürat yaradan bir yerdir. 

Demək olar ki, həmişə buludsuz, açıq olan mavi səma və qırmızımtraq-sarı rəngdə qumlu 

torpaq  kənardan  kifayət  qədər  qəşəng  və  cəlbedici  görünür.  Ərazinin  bütün  ekzotik 

mənzərəsi elə yüksək olmayan yasəməni-narıncı rəngdə dağlarla haşiyələnmişdir.  

«Sükut zonası»nı təkcə alim və səyyahlar tədqiq etmir, eyni zamanda jurnalistlər 

(müxbirlər, fotoqraflar) onun barəsində materiallar hazırlayırlar.  

Qəribə  yerin  başlıca  «ləzzəti»,  «füsunkarlığı»  heç  bir  texniki  vasitənin  burada 

işləyə  bilməməsidir.  Avtomobilin  mühərriki  qəfildən  dayanır  (səsi  kəsilir),  yaxud 

gözlənilmədən  onun  işində  fasilə  yaranmasından  ibarət  pozğunluq  müşahidə  edilir. 

Araşdırmalar nəticəsində məlum olur ki, «dərədə» radio rabitəsi mütləq mənada, qətiyyən 

mümkün deyildir. Burada görünə biləcək bir əngəl, şübhə doğuracaq bir səbəb olmadan 

hansısa  naməlum  qüvvə  dövri  olaraq  radio  və  televizor  efirində  siqnalları  boğur,  onları 

söndürür,  səsini  batırır.  Çox  vaxt  radio  tam  gücü  ilə  qoşulmasına,  səs  artırıcısının  lap 

axırıncı həddə qədər burulmasına baxmayaraq yenə səsi çıxmır, yaxud güclə eşidilir. Bu 

yaşayış məntəqəsindən təxminən 50 kilometr adamsız səhraya doğru gedilərsə, orada radio 

tam  sönür.  Ancaq  «zonada»  az  sayda  yerlər  var  ki,  orada  antenanı  lazım  olan  səmtə 

yönəltdikdə  hətta  gücü  az  olan  qəbuledici  sanki  cana  gəlir  və  çox  uzaq  məsafələrdəki 

stansiyalardan siqnalları qəbul etməyə başlayır. Məsələn, zəif hesab edilən qəbuledicinin 

antennasını  müvafiq  istiqamətə  tuşlamaqla  Yaponiya  və  yaxud  Çində  yayımlanan 

verilişləri izləmək mümkündür. Lakin çox vaxt radioqəbuledicilər susmağa üstünlük verir, 

yaxud naməlum dillərdə aydın olmayan hansısa bir nitqi translyasiya edir. Hər necə olsa, 

radioqəbuledicilərin  fəaliyyəti  qənaətbəxş  sayılmır.  Radioqəbuledicilərin  burada  əsasən 

susması  heç  cür  izah  edilə  bilmir.  Heç  bir  radio  və  televizorun  veriliş  qəbul  etməməsi 

nəzərləri  daha  çox  cəlb  edən  bir  hadisə  kimi  qarşılanır.  Yerli  sakinlər  tərəfindən  verilən 

«sükut zonası» adı elə buradan götürülmüşdür. «Sükut zonası»nda digər cihazlar dəyişməz 

surətdə sıradan çıxır, məsələn, aydın olmayan səbəbdən həmişə saatlar dayanır, istər qol 

saatları, istərsə də avtomobildə və hər hansı cihazda olan saatlar artıq işləmir, kompasın 

əqrəbi bir yerdə dayanmır, əsir-yesir qalmış kimi çox böyük sürətlə fırlanır, çünki planetin 

hissələrini  səhv  salır,  cəhətləri  müəyyənləşdirə  bilmir,  daim  axtarış  etdiyindən  oynayır, 

müvafiq cəhəti bildirmək əvəzinə eyni vaxtda qarmaqarışıq hərəkətlərlə dünyanın dörd bir 

tərəfini göstərir.  




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə