Sükut zonası Şahin Böyükağa oğlu Əlibəyli Zone of silence



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix21.07.2018
ölçüsü3,31 Mb.
#57515
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

47 

 

böyük  səs-küyə  səbəb  olur.  Kütləvi  informasiya  vasitələrində  verilən  məlumata  görə, 



xoşagəlməz  hadisələrin  təkrarlanmasından  hiddətlənən  amerikanlar  yalnız  sonuncu 

insidentdən sonra Meksika ərazisinin balaca bir parçasının raketləri niyə özünə çəkməsi, 

onları fəlakətə sürükləməsi haqqında ətraflı məlumat əldə etmək qərarına gəlirlər. Paytaxt 

Mexikodan  rəsmi  razılıq  alındıqdan  sonra  Amerika  Birləşmiş  Ştatları  hərbi  idarəsi 

uğursuzluqlar gətirən sahənin müəmmalı xüsusiyyətlərini dərindən və hərtərəfli öyrənmək 

üçün  xüsusi  təyinatlı  texniki  mütəxəssislər  qrupunu  anlaşılmaz  dərəyə  göndərir.  Ancaq 

qrupun üzvləri məsələni cavablandırmaq əvəzinə bir xeyli yeni sualla ölkələrinə qayıdırlar. 

«Sükut zonası»nı öyrənmək üçün yollanmış birinci ekspedisiya özünü öyə biləcək heç bir 

ciddi kəşf etməyi bacarmamış, heç nə ilə yadda qalmamışdır. 

«Sükut  zonası»nın  sirlərini  təkcə  amerikanlar  dərk  etməmişdilər.  Artıq 

meksikalılar da sehrli yeri tədqiq etməyə başlamışdılar. XX əsrin 70-ci illərinin axırlarında 

Meksika hökuməti səhra tədqiqat kompleksinin tikilməsinə qərar vermişdir. Bundan ötrü 

hökumətin  qərarı  ilə  meksikalılar  «zonanın»  mərkəzində  mükəmməl  laboratoriyası  olan 

elmi şəhərcik saldılar və ona kiminsə təklifilə «Biosfer» adını qoydular. «Biosfer» çoxsaylı 

və  hərtərəfli  tədqiqatlar  aparmaq  üçün  yaradılmış  bir  baza  düşərgəsidir.  Elmi-tədqiqat 

mərkəzi kimi fəaliyyətə başlayan şəhərciyin əsas məqsədi, onun qarşısında qoyulan başlıca 

vəzifə  qeyri-adi  ərazinin  özünəməxsus  bitki  və  heyvan  aləmini,  bioloji  həyatın  qəribə 

formalarını yerindəcə dəqiq öyrənməkdən və təəccüb doğuran paranormal hadisələrin baş 

verməsi  mexanizmlərini  hərtərəfli  aydınlaşdırmaqdan  ibarət  olmuşdur.  Məsələn, 

ultrabənövşəyi  şüalanmanın  həddən  ziyadə  yüksək  olması,  bitki  və  heyvanların  belə 

şüalanmaya uyğunlaşması mexanizmləri və digər məsələlər haqqında müfəssəl və dəqiq 

məlumatlar verilməsi lazım gəlirdi. 

Stansiyanın  rəsmi  olaraq  güddüyü  məqsəd  «sükut  zonası»nın    bitki  və 

heyvanlarının  qeyri-adi  formalarının  həyatını  öyrənməkdən  ibarət  olsa  da,  ancaq  orada 

işləyən alimlərin həqiqətdə qarşılarında duran vəzifələrin xeyli geniş olduğu heç kimə sirr 

deyildir. İstənilən halda «sükut zonası»nı öyrənməyə dəyər.  

Lakin səhrada həqiqətdə naməlum şeylər olması haqqında şayələr orada aparılan 

tədqiqatlardan daha tez yayılır. Meksikalı alimlər yerli sakinlərin şəhadət verdikləri halları 

araşdırır, onların söylədikləri xəbərləri toplayır və öyrənir. Alimlərin sözlərinə görə, yerli 

sakinlərin səbrlə dinlənilməsi, onlara diqqətlə qulaq asılması hadisələrin mümkün ola bilən 

tərəfinə baxmağa imkan yaradır, tədqiqatın istiqamətini bildirməklə onlara çox kömək edir. 

Sadə  insanların  danışdıqlarını  qulaqardına  vurmamaqla  bərabər,  hadisələrin  necə  baş 

verdiyini  məntiqi  mülahizəyə  söykənən  tərzdə  izah  etmək  lazım  gəlir.  Astroloq 

(münəccim) və ufoloqlardan (gəlməşünaslardan) fərqli olaraq təbiətşünas alimlər qeyri-adi 

dəyişikliklərin  özlərinə  də  reallıqla  yanaşmağı  üstün  tutur,  birtərəfli  mövqe  tutmağın 

əleyhinə çıxır, bütün anomal hadisələri imkan daxilində maddi səbəblərlə aydınlaşdırmağa 

çalışırılar. Araşdırıcı kimi çalışan insanlar həmişə xalis faktlara söykənməyi üstün tutur, 

reallıqlara arxalanmağı daha doğru yol hesab edir, çılpaq həqiqətləri əlində rəhbər tutur. 

Beləcə  bütün  dünyadan  alimlər,  çox  müxtəlif  ölkələrindən  olan  mütəxəssislər  həqiqəti 

bilmək üçün bir-birinin ardınca «sükut zonası»na gəlməyə başlayır, ilk növbədə «Biosfer»ə 

üz tutur, oraya baş çəkməli olurlar.  



48 

 

«Zonadakı» narahatlığı artıran daha bir şey buraya tez-tez «səmavi qonaqların» 



təşrif  buyurmasıdır.  Qəribə  zonanın  vaxtaşırı  olaraq  aldığı  «səmavi  hədiyyələr»  xüsusən 

maraq  doğurur.  Buraya  «göyün  hədiyyələrinin»  düşməsi  tamamilə  adi  hadisədir.  Bu 

baxımdan «sükut zonası» bir neçə aspektdən qeyri-adi təsir bağışlayır. Odur ki, «səmavi 

qonaqlar»  ətrafında  gəzən  söz-söhbətlər  və  onlarla  əlaqədar  olan  müzakurələr  bir  neçə 

istiqamətdə  özünü  göstərir:  1)  əraziyə  meteoritlərin  çox  düşməsi;  2)  ərazinin  səmasında 

işıqlanan  dairə  və  kürələrin,  həmçinin  digər  tanınmamış  uçan  obyektlərin  tez-tez 

görünməsi;  3)  ərazidə  vaxtaşırı  olaraq  yadplanetlilərin  dolaşması,  qəribə  məxluqlarla, 

insanabənzər varlıqlarla (humanoidlərlə) tez-tez kontaktların baş verməsi, onların adamlara 

rast olması, hətta həyət-bacalara girərək yerli sakinlərlə ünsiyyət yaratması. 

Hər  şeydən  öncə  əraziyə  meteoritlərin  düşməsi  maraq  doğurur.  Baş  verənləri 

yaxşı dərk edə bilməkdən ötrü meteoritlər haqqında qısaca da olsa məlumat vermək lazım 

gəlir. Kosmik fəzada hərəkət edən və nisbətən kiçik ölçüdə olan bərk cisim meteor cismi 

adlanır.  Meteor  cisminə  bəzən  Yerdə  rast  gəlinir.  Günəş  ətrafına  dolanan  meteor  cisim 

çoxluğu bir maddə təşkil edir. Günəş ətrafına dolanan kometlərdən və kiçik planetlərdən 

balaca  olan  həmin  maddəyə  meteor  maddəsi  deyilir.  Meteor  maddəsi  Yer  atmosferi  ilə 

qarşılaşarkən  ciddi  dəyişikliklərə  uğrayır.  Odur  ki,  atmosferlə  qarşılıqlı  təsirdə  olduğu 

andan  etibarən  ona  meteor  deyilir.  Yunanca  meteora  –  atmosfer  və  göy  hadisələri, 

meteoros – göydə uçan, səmada süzən deməkdir.  

Meteor maddəsinin yuxarı atmosferə daxil olması nəticəsində yaranan ionlaşma 

meteor ionlaşması adlanır. Meteor ionlaşması aktiv (fəal) və passiv (qeyri-fəal) olmaqla iki 

növə  ayrılır.  Əsasən  buxar  halında  olan  və  dağınıq  yerləşən  meteor  atomları  hava 

molekulları ilə toqquşduqda yaranan ionlaşma aktiv meteor ionlaşması adlanır. Ona başqa 

sözlə  fəal  meteor  ionlaşması  da  deyilir.  Qalan  hallarda  proses  passiv  meteor  ionlaşması 

adlanır. Ona başqa sözlə qeyri-fəal meteor ionlaşması da deyilir. Meteor uçduqdan sonra 

başlanğıc diametri bir neçə metr, uzunluğu isə bir neçə on kilometr olan iz qalır. Buna 

meteor ionlaşmasının izi deyilir.  

Meteor  cisimləri  olan  bərk  hissəciklər  atmosferə  daxil  olduqda  başlanğıc 

kütləsini itirməyə başlayır. Bu zaman işıqlanma baş verir və onların ionlaşmış izi yaranır. 

Həmin hadisə atmosferin yuxarı qatlarında baş verir. Çox parlaq olmayan meteor qəflətən 

yaranıb, gecə göyündə sürətlə hərəkət edən və sönən ulduz kimi müşahidə olunduğundan 

«uçan ulduz» da adlanır. Komet nüvələrinin parçalanmasından dəstə yaranır ki, ona meteor 

dəstəsi deyilir. Bütün meteorlar iki qrupa bölünür: 1) sel meteoru; 2) sporadik meteor. 

Əksər hallarda meteor cismi qalığının Yer atmosferində parçalanmasından sonra 

seli  xatırladan  bir  hadisə  müşahidə  edilir.  Buna  meteor  seli,  yaxud  meteorlar  çoxluğu 

deyilir.  Bəzən  seli  törədən  meteor  dəstəsinin  özü  də  meteor  seli  adlanır.  Meteor  selinin 

başlıca xüsusiyyəti meteor dəstəsinin Yerlə rastlaşarkən onun atmosferində yaranmasıdır. 

Meteor seli hər il, yaxud bir neçə ildən sonra eyni gündə müşahidə olunur. Davam etməsi 

müddətinə  görə  meteror  seli  iki  növə  ayrılır:  qısamüddətli  və  uzunmüddətli.  Yaranan 

parçaların sayına görə meteorun daha iki növü ayırd edilir: sıx və seyrək. Əgər parçaların 

sayı  dəqiqədə  1000-dən  çox  olarsa,  buna  sıx  meteor  deyilir.  Onların  sayı  1000-dən  az 

olarsa,  seyrək  meteor  adlanır.  Qısamüddətli  və  sıx  meteor  selinə  meteor  yağışı  deyilir. 

Meteor yağışı zamanı ionlaşmanın güclü artması müşahidə edilir. 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə