Sükut zonası Şahin Böyükağa oğlu Əlibəyli Zone of silence



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix21.07.2018
ölçüsü3,31 Mb.
#57515
1   ...   14   15   16   17   18   19   20   21   22

70 

 

hasil olması mümkün deyildir və ürəyin böyük cərəyan enerjisi almaması ilə səciyyələnir. 



Fibrillyasiyadan  sonra  normal  ritmin  bərpası  heç  də  bəzi  müəlliflərin  göstərdikləri  kimi 

asistoliya  vasitəsilə  deyil,  məhz  «sükut  zonası»  hesabına  baş  verir.  Potensialın  «sükut 

zonası»ndan çıxmasından sonra bütün hüceyrələr sükunət halında (sakit vəziyyətdə) olur 

və  avtomatiyanın  xüsusi  düyünündən  gələn  ilk  impuls  ürəyin  koordinasiya  edilmiş 

təqəllüslərini törədir. 

 

§ 3.2. Respirator təbabətdə «sükut zonası» 

 

Respirator təbabətdə və astmatologiyada «sükut zonası» dedikdə özünəməxsus 



bir auskultativ fenomen nəzərdə tutulur. Belə ki, astmatik statusun inkişafında ayırd edilən 

üç mərhələdən (subkompensasiya, dekompensasiya və komatoz) ikincisində auskultasiya 

zamanı ağciyərlərin aşağı şöbələrində «sükut zonaları» aşkar olunur.  

Yeri  gəlmişkən  qeyd  edək  ki,  ağciyərlərin  qalan  səthi  üzərində  əhəmiyyətli 

dərəcədə zəifləmiş tənəffüs və quru xırıltı eşidilir. 

 

§ 3.3. Seksual təbabətdə «sükut zonası» 



 

Seksual  təbabətdə  –  mamalıq,  ginekologiya  və  seksologiyada  «sükut  zonası» 

dedikdə çoxdöllü hamiləliyin diaqnostikası zamanı dölün ürək döyüntülərinin iki və daha 

artıq nöqtəsi arasında səssizliyin müəyyən edilməsi nəzərdə tutulur.  

İlk aylarda çoxdöllü hamiləliyin müəyyənləşdirilməsi kifayət qədər çətin olur. 

Hamiləliyin ikinci yarısında onu artıq rahatlıqla təyin etmək mümkündür. Hər şeydən öncə 

uşaqlığın ölçülərinin hamiləliyin müddətinə uyğun gəlməməsi nəzəri cəlb edir. Palpasiya 

zamanı  iki  və  daha  artıq  baş,  kürək,  çoxlu  sayda  bədən  hissəsi  müəyyən  olunur. 

Auskultasiya zamanı dölün ürək döyüntülərinin iki və daha artıq nöqtəsi və onlar arasında 

«sükut zonası» təyin edilir. 



 

§ 3.4. Nevrologiya, neyrofiziologiya və elektrofiziologiyada «sükut zonası» 

 

Nevrologiya,  neyrofiziologiya  və  elektrofiziologiyada    «sükut  zonası»  termini 

aşağıdakı iki halda işlənir: 1) qıcıqlanmanın olmaması ilə səciyyələnən «sükut zonası»; 2) 

elektromioqrafik indekslərin tezliyində müşahidə olunan «sükut zonası». 

Hər şeydən əvvəl «sükut zonası» termini qıcıqlanma ilə əlaqəli olan bir hadisəni 

bildirir.  Görkəmli  rus alimi,  biologiya  elmləri  doktoru,  professor  Nikolay  Aleksandroviç 

Setkov özünün «Bioloji terminlərin anatomiyası. Bioloq tezaurusu (tələbələr üçün leksik 

maksimum)» adlı məşhur və olduqca dəyərli kitabında yazır ki, «sükut zonaları» dedikdə 

«insanın baş beyin qabığının gicgah nahiyəsində olan, heç bir qıcığa cavab verməyən, yəni 

beyinə heç nəyi buraxmayan sahələr» başa düşülür [20]. 




71 

 

 



 

Şəkil 71. Nikolay Aleksandroviç Setkov 

 

Bəzi hallarda elektromioqrafik indekslərin tezliyində seyrəlmə və bunun ardınca 



«sükut zonası» qeydə alınır. 

 

Dördüncü fəsil. Psixologiya və kinoşünaslıqda «sükut zonası» 

 

§ 4.1. Psixologiyada «sükut zonası» 

 

Psixologiyada  «sükut  zonası»  dedikdə  ünsiyyətdə  yol  verilən  «boşluqlar» 

nəzərdə tutulur. 

Əlbəttə,  tarixin  bütün  dövrlərində  müdriklər  mənasız  söhbətlərlə  başqalarının 

baş-beynini  aparmağın,  heyvərəlik  etməyin  əleyhinə  çıxaraq  boş-boş  danışmaqdansa 

susmağı üstün saymışlar.  

Eramızdan əvvəl VI əsrdə yaşayıb-yaratmış qədim yunan alimi və mütəfəkkiri, 

filosof  və  riyaziyyatçısı,  dini  və  siyasi  xadimi,  pifaqorçuların  dini-fəlsəfi  məktəbinin 

yaradıcısı Samoslu Pifaqor (Pythagoras)  demişdir: «Nə qədər ki, susmaqdan yaxşı heç nə 

deyə bilmirsən, onda sus!»  




72 

 

 



 

Şəkil 72. Romada Kapitol muzeyində saxlanılan Pifaqorun büstü 

 

Eramızdan əvvəl V əsrdə yaşayıb-yaratdığı iddia edilən, Afinanın ən görkəmli 



dramaturqlarından,  təsirli  faciə  müəlliflərindən  biri  kimi  tarixə  düşən  Aqafon  susmağı 

həmişə  mənasız  söhbətdən  və  uzun-uzadı  danışmaqdan  üstün  hesab  etmişdir.  Hətta 

dövrünün filosoflarından bir çoxu onu tez-tez susduğuna görə danışıq qabiliyyəti olmayan, 

nitq söyləməyi bacarmayan bir şəxs sayırdılar. Bir dəfə qədim yunan filosofu Sokrat xeyli 

mütəfəkkirin  toplaşdığı  məclisə  dəvət  olunur.  Mütəfəkkirlər  uzun-uzadı  nitq  söyləyərək 

yaxşı  danışıq  qabiliyyətlərini,  nitq  məharətlərini  nümayiş  etdirirlər.  Bir  qədər  keçəndən 

sonra Sokratın dostları ondan xəbər alırlar:  

– Danışıqlardan daha çox hansı filosofunku xoşuna gəldi? 

– Sizin aranızda Aqafon mənə daha yaxşı təsir bağışladı. 

–  Axı,  bu  necə  ola  bilər,  Aqafon  məşhur  bir  qanmazdır,  başı  heç  nədən 

çıxmayan axmağın biridir, heç ağzını açıb bir kəlmə də danışmamışdır. 

– Bəs bilmirsiniz ki, axmağın sükutuna qulaq asmaqdan yaxşı bir şey yoxdur. 

 



73 

 

 



Şəkil 73. Sokratın portreti (yunan heykəltəraşı Lisippin əsəri olub, hazırda Luvr 

muzeyində saxlanılır) 

 

Alman  maarifçiliyinin  ideya  rəhbərlərindən  olmuş  görkəmli  filosof,  yazıçı  və 



ədəbiyyatşünas,  mədəniyyət  tarixçisi,  incəsənətin  tarixi  dərki  istiqamətinin  yaradıcısı 

İohann Qotfrid Herder (Johann Gottfried Herder) deyirdi: «Ya yaxşı danış, ya da ağıllı ol – 

sus!»  

 

 



 

Şəkil 74. İohann Qotfrid Herder (Johann Gottfried Herder; 1744–1803) 

 



74 

 

Qulaqlarımıza  doldurulan,  yaddaşımıza  yazılan  dərin  mənalı  hikmətli  öyüd-



nəsihətlərdən  birində  məhz  susmağın  qiymətli  olduğuna  işarə  edilir:  «Danışmaq 

gümüşdürsə, susmaq qızıldır!»  Sözünü deməyin  yeri gələndə susmayan  şair və publisist 

İslam Sadıq 1992-ci ildə «Susmaq qızıl deyilmiş» adlı kitabında yazır: «Sən demə, ata-

babalarımız danışığı qızıl olmayanlara deyiblər ki, susmağın qızıl olar». İstedadlı sənətkar 

bir bəndlik şeirində elə həmin fikrə gəlmişdir: 

 

Danış gözün görmüşdüsə,  



Olanı yaz, yazsan əgər. 

Danışdığın gümüşdüsə, 

Qızıl olar sussan əgər. 

 

«Danışdığın qızıl olandan sonra heç özün danışmaq istəməsən də səni susmağa 



qoyarlarmı?! Babalarımız da bülbülün yanında cik-cik vuran sərçələrə deyiblər ki, sussan 

yaxşıdır» [3].  

 

Şəkil 75. İslam Sadıq 



 

Bədii  və  fəlsəfi  təfəkkürümüzün  işıqlı  əbədiyyətini  yaratmış  dahi  şair  və 

mütəfəkkir  Nizami  Gəncəvi  «İqbalnamə»  əsərində  əbəs  yerə  deməmişdir:  «Sükut  çox 

yaxşıdır pis danışmaqdan». 




75 

 

 



 

 

Şəkil  76.  Cəmaləddin  İlyas  ibn  Yusif  Nizami  Gəncəvi  (1141–1209).  Nizami 



Gəncəvinin Azərbaycan rəssamlıq sənətinin ilk peşəkar nümayəndələrindən biri Qəzənfər 

Ələkbər oğlu Xalıqov tərəfindən 1940-cı ildə yaradılan bədii təsviri 



 

Hətta son dövrlərə qədər gəlib çıxan belə bir «qaydaya» görə, qızın ona edilən 

evlilik  təklifinə  cavab  verməməsi  özlüyündə  ənənəvi  olaraq  bir  razılıq  əlaməti  kimi 

yozulur, «etiraz etmirsə, deməli, razıdır» fikri üstün tutulur.  

Ancaq  susma  insana  heç  də  həmişə  başucalığı  gətirmir.    Həqiqətən  bir  çox 

hallarda  lüzumsuz  susma  fəsadlar  verir,  «ağzına  su  alıb  oturma»  özünün  acı  nəticələrini 

ortaya qoyur. Ədalətsizlik qarşısında susma, haqsızlığı görə-görə etiraz səsini ucaltmama 

heç bir vəchlə bəyənilə, təqdir edilə bilməz.  

 

 

 



Şəkil 77. Erik Homburger Erikson (Erik Homburger Erikson; 1902–1994) 


76 

 

 



Alman  və  amerikan  tədqiqatçısı,  inkişaf  psixologiyası  sahəsində  nüfuzlu 

mütəxəssis  və  psixoanalitik, psixososial inkişaf  mərhələləri nəzəriyyəsinin və  «identiklik 

krizisi» termininin müəllifi kimi məşhurlaşan Erik Homburger Erikson (Erik Homburger 

Erikson)  tərəfindən  1950-ci  ildə  yazılmış  «Uşaqlıq  və  cəmiyyət»  («Childhood  and 

society») adlı kitabda «sükut zonası» haqqında məlumat verilmişdir. Həmin əsərin yenidən 

işlənmiş və əlavələr edilmiş ikinci nəşri 1996-cı ildə rus dilinə tərcümə olunmuşdur [28]. 

Müəllif  qeyd  etmişdir  ki,  insan  özünün  nisbətən  daha  informativ  olan  uşaqlıq 

təəssüratlarına  münasibətdə  amneziya  (huşsuzluq)  inkişaf  etdirməyə  meyl  göstərən  bir 

varlıqdır.  Onun  qənaətinə  görə,  tarixin  yaradıcıları  və  interpretatorlarında  da  universal 

«sükut  zonaları»nın  olmasını  etiraf  etməyə  məcburuq.  Çünki  həmin  şəxslər  ictimai 

quruluşda  uşaqlıq  dövrünün  öz  nəticələrinə  görə  olduqca  mühüm  hesab  edilən,  kifayət 

qədər  vacib  olan  funksiyasını  nəzərə  almır,  ona  lazımınca  diqqət  yetirmir,  etinasız 

yanaşırlar [28]. 

Yeri  gəlmişkən  bir  faktı  qeyd  edək  ki,  Erik  Homburger  Erikson  uşaqlıq 

dövrünün  əhəmiyyətinə  təsadüfən  toxunmamışdır.  Bu  tədqiqatçının  özü  nikahdankənar 

əlaqə nəticəsində dünyaya gəlmişdir. Yəhudi mənşəli anası Karla Abrahamsen barəsində 

müfəssəl  məlumat  verilməyən  Danimarka  vətəndaşı  ilə  nikahdankənar  cinsi  yaxınlıqdan 

uşağa qalmış və 1902-ci ilin 15 iyununda Eriki doğmuşdur. E. H. Erikson 1994-cü ilin 12 

mayında 92 yaşında ikən vəfat etmişdir. 

 

 



Şəkil 78. Anna Yakovlevna Varqa 

 

Məşhur  rus  psixoloqu,  psixologiya  elmləri  namizədi,  Praktik  Psixologiya  və 



Psixoanaliz  İnstitutu  sistemli  ailə  psixoterapiyası  kafedrasının  müdiri  Anna  Yakovlevna 

Varqa ünsiyyətdəki «sükut zonaları» haqqında ətraflı məlumat vermişdir. Onun «Sistemli 

ailə  psixoterapiyasına  giriş»  adlı  bestsellerində  haqlı  olaraq  bildirilir  ki,  bir  çox  hallarda 

ünsiyyətdən  imtina  edilməsinin  özü  əlaqə  vasitəsi  olur.  İnsan  ona  ünvanlanan  sualların 

cavabını  vermir,  susur,  üzünü  kənara  çevirir,  əlaqəsini  kəsir  və  bununla  özünün  imtina 

reaksiyasını ortaya qoyduğunu çatdırır, təklifi rədd etdiyini bildirir. Elə hallar olur ki, bir 

insan  heç  kəsin  göndərmədiyi  xəbəri  «alır»,  bir kimsənin  çatdırmadığı  məlumata  «sahib 

olur».  Özünə  inamı  olmayan  yeniyetmələr  kənardakı  insanların  onun  barəsində  pis  fikir 

yürütmələrini güman edir və bundan ciddi narahatlıq keçirir, deyək ki, metro vaqonundakı 

şəxslərin məzəmmət və yaxud hətta rişxəndlə ona baxdıqlarını özündə durmadan götür-




77 

 

qoy  edir.  Qrupdakı  insanların  bağlılığı  sıxlaşdıqca,  onların  mübadilə  etdikləri 



informasiyaların miqdarı müvafiq surətdə artır. Təkcə işlədilən sözlər, səsin tonu, jestlər, 

üzün ifadəli hərəkətləri deyil, eyni zamanda hər hansı dəyişiklik də əhəmiyyət kəsb edir. 

Məsələn,  ər  adətən  işdən  axşam  saat  səkkiz  radələrində  gəlirdi,  ancaq  axır  vaxtlar  xeyli 

yubanmağa başlayıb, yaxud arvad əvvəllər ailənin boş vaxtının necə keçirilməsini təşkil 

edirdisə,  indi  bunu  etmir.  Funksional  ailədə  dəyişikliklər  müzakirə  olunur,  sağlam  fikir 

yürüdülür,  disfunksional  ailələrdə  tərəflər  heç  bir  dəyişikliyin  müzakirəsində  iştirak 

etmirlər.  «Sükut  zonaları»  meydana  gəlir,  adamlar  baş  verənlərə  dair  öz  versiyalarını 

yoxlamamağa, sadəcə olaraq onları həqiqət kimi qəbul etməyə üstünlük verirlər. Məsələn, 

deyək  ki,  bir  disfunksional  cütlük  müəyyən  ləvazimatları  almaq  məqsədilə  mağazaya 

gedir. Həmin gün onlar bir-birindən razı kimi görünür, gücdən düşmüş tərzdə, üzgünlüklə 

və asanca ünsiyyətdə olur, elə vacib olmayan, xüsusi əhəmiyyət kəsb etməyən şeylərdən 

danışırlar.  Alış-verişi  etdikdən  sonra  arvad  avtomobili  özü  idarə  edəcəyini  bildirir.  Əri 

onun bu təklifi ilə razılaşır. Arvad sükan arxasına keçir, onlar yola düşürlər. Ancaq bir az 

keçmiş  sükanın  yüksəkdə  yerləşməsinin  əlverişli  olmadığını  və  narahatlıq  yaratdığını 

görən  arvad  maşını  saxlayır,  «problemi»  aradan  qaldırmağa  başlayır.  Arvad  sükanın 

hündürlüyünü nizamladıqdan sonra yoluna davam edir. Əri sərnişin kreslosunda lap arxaya 

söykənməklə rahatca oturur, səfər davam edir, onların söhbəti tamam kəsilir. Arvada elə 

gəlir ki, əri onun avtomobili sürməsindən razı deyil. Buna görə arvad susur, mısmırığını, 

qaşqabağını sallayır, ancaq ərinin niyə danışmadığını ondan soruşmur. Arvada elə gəlir ki, 

bunu onsuz da bilir, ərindən soruşmasına ehtiyac qalmır. Gərginlik doğurmuş sükut halında 

onlar gəlib evə çatırlar. Əri belə hesab edir ki, hansısa boş şey, mənasız iş üstündə arvadı 

ondan  inciyib.  Ərinin  daha  çox  ağlına  gələn  budur  ki,  yəqin  sükanı  salmaqda  kömək 

etmədiyinə  görə  arvadı  ondan  narazı  qalıb.  Əri  də  öz  növbəsində  könlü  sınmış  kimi 

görünür, ancaq arvadının niyə susduğunu, danışmaq istəmədiyini ondan soruşmur. Beləcə 

daha bir axşam tərəflərin əhvali-ruhiyyəsinin korlanması, yenə konflikt meydana çıxması 

ilə yadda qalır [6]. 

Bir  sözlə,  sükutun  yaratdığı  gərginlik  bəzən  çox  dəhşətli  olur  və  nikah-ailə 

münasibətlərinə ciddi zərbə endirə bilir. 



 

§ 4.2. Kinoşünaslıq və teatrşünaslıqda «sükut zonası» 

 

Kinoşünaslıq və teatrşünaslıqda replikalardan  sonrakı  pauzaya  «sükut  zonası» 

deyirlər. Belə «sükut zonası» haqqında ilk dəfə məşhur sovet aktyoru və pedaqoqu, teatr 

rejissoru və nəzəriyyəçisi Aleksey Dmitriyeviç Popov müfəssəl məlumat vermişdir.  




78 

 

 



 

Şəkil 79. Aleksey Dmitriyeviç Popov (1892–1961) 

 

Əlbəttə,  «sükut  zonası»  qavrama,  emosional  enerjinin  toplanması,  belə  bir 



enerjinin «dağıdılması», «sərf edilməsi» anının başlanması ilə sıx şəkildə və üzvi surətdə 

əlaqədardır. «Sükut zonası»nda olan aktyorun həyatı daxili monoloqlarla, gizli mənalarla, 

«yüklə»  bilavasitə  və  üzvi  surətdə  bağlıdır.  Rus  və  sovet  teatr  rejissoru,  pedaqoq, 

dramaturq, yazıçı, teatr tənqidçisi və xadimi Vladimir İvanoviç Nemiroviç-Dançenko bu 

«yükə» xüsusi diqqət yetirmişdir.  

 

 



Şəkil 80. Vladimir İvanoviç Nemiroviç-Dançenko (1858–1943). 1937-ci ilin 

axırında çəkilmişdir 

 

«Sükut  zonası»nda  aktiv  yaradıcı  həyat  uğrunda  aparılan  mübarizə  obrazdakı 



fasiləsiz  həyat  yolunda,  daxili  monoloqlar  naminə,  temp  və  ritmin  tapılması  uğrunda, 

özünü fiziki olaraq inamlı və dəqiq hiss etməsi yolunda edilən mübarizədir. 



 


79 

 

Biblioqrafiya 

 

1. Azərbaycan Milli Ensiklopediyası [Mətn] / Redaksiya heyətinin sədri: İlham 



Heydər  oğlu  Əliyev.  Bakı,  «Azərbaycan  Milli  Ensiklopediyası»  Elmi  Mərkəzi,  Cild  2, 

2010, 604 səh.  

2.  Azərbaycan  Sovet  Ensiklopediyası  [Mətn].  On  cilddə,  Bakı,  Azərbaycan 

Sovet Ensiklopediyasının baş redaksiyası, IX cild, 1986, 624 səh.  

3.  Sadıq  İslam  (Sadıqlı  İslam  Hüseyn  oğlu).  Susmaq  qızıl  deyilmiş  [Mətn]  / 

Rəyçi: tarix elmləri namizədi Yusif Səfərov; redaktoru: Eldar Məmmədov [Mətn]. Bakı, 

Azərnəşr, 1992, 256 səh.  

4. Буланова Оксана. Нераскрытые тайны «зоны молчания» [Электронный 

ресурс] http:// www.echo.az  

5.  В  США  городок  Грин  Бэнк  стал  меккой  «Wi-Fi-беженцев» 

[Электронный ресурс] http://hitech.newsru.com 

6. Варга Анна Яковлевна. Введение в системную семейную психотерапию 

(серия  «Современная  психотерапия»)  [Текст].  2-е  издание,  стереотипное.  Москва, 

издательство «Когито-Центр», 2011, 184 стр. 

7.  Детский  энциклопедический  словарь  [Текст].  Москва,  издательство 

«Медиа Групп», 2005, 1000 стр.  

8. Зона молчания [Электронный ресурс] https://ru.wikipedia.org 

9.  Иванова  Полина.  Зона  молчания  в  Мексике  [Электронный  ресурс]  // 

Интернет-газета «Континент», 1999, № 44 (460) 

10. 


Иллюстрированный 

энциклопедический 

словарь 

(малый): 

энциклопедия  [Текст]  /  Редактор:  Бородулин  Владимир  Иосифович  и  другие. 

Москва, издательство «Большая Российская энциклопедия», 2000, 1039 стр. 

11. 

Красильников  Владимир  Александрович,  Крылов  Виктор 



Владимирович.  Введение  в  физическую  акустику  [Текст].  Москва,  издательство 

«Наука», 1984, 403 стр. 

12. Кунцева Дина. Гуманоиды в «зоне молчания» // Журнал «Тайны ХХ 

века», март 2013 года 

13. Кунцева Дина. Гуманоиды в «зоне молчания» [Электронный ресурс] 

http:// paranormal-news.ru 

14.  Митра  Сисир  Кумар.  Верхняя  атмосфера  [Текст]  /  Перевод  с 

английского под редакцией Валерьяна Ивановича Красовского и Якова Львовича 

Альперта. Москва, издательство иностранной литературы, 1955, 640 стр.  

15.  «Море  Тетис»  –  загадочная  зона  молчания  [Электронный  ресурс] 

http://www.chronoton.ru 

16.  «Море  Тетис» –  зона  молчания  (непознанное)  [Электронный  ресурс] 

http://www.relax.wild-mistress.ru 

17. Морской энциклопедический справочник [Текст]. В двух томах / Под 

редакцией  академика  Николя  Никитича  Исанина,  Ленинград,  издательство 

«Судостроение», 1987, том I, 512 стр., том II, 524 стр.  




80 

 

18. 



О  чѐм  молчит  Зона  молчания  [Электронный  ресурс] 

http://www.esoreiter.ru 

19. Семѐнов Борис Юрьевич, Шелестов Игорь Петрович. Путеводитель в 

мир  электроники  [Текст].  В  двух  книгах.  Москва,  издательство  «Солон-Пресс», 

2004, книга 1, 400 стр., книга 2, 352 стр.  

20. Сетков Николай Александрович. Анатомия биологических терминов. 

Тезаурус  биолога  (лексический  максимум  для  студентов)  [Текст].  Министерство 

образования и науки Российской Федерации, Сибирский федеральный университет, 

Красноярский  филиал  Сибирского  отделения  Российской  академии  наук, 

Красноярск, издательство Сибирского федерального университета, 2014, 673 стр. 

21.  Скучик  Эуген.  Основы  акустики  (Srudrzyk  Eugen.  The  foundation  of 

acoustics)  [Текст]  /  Перевод  с  английского.  В  двух  томах.  под  редакцией  доктора 

физико-математических  наук,  профессора  Леонида  Михайловича  Лямшева. 

Москва, издательство «Мир», 1976, том 1, 520 стр., том 2, 542 стр. 

22. Скучик Эуген. Основы акустики [Текст] / Перевод с немецкого А. Л. 

Соседовой  и  В.  П.  Глотова;  под  редакцией  Юрия  Михайловича  Сухаревского.  В 

двух томах. Москва, издательство иностранной литературы, том 1, 1958, 617 стр., 

том 2, 1959, 565 стр.  

23. Стретт Джон Уильям (лорд Рэлей). Теория звука (John William Strutt. 

The theory of sound) [Текст]. В двух томах. / Перевод с третьего английского издания 

П.  Н.  Успенского  и  С.  А.  Каменецкого.  Издание  второе  под  редакцией  и  с 

предисловием Сергея Михайловича Рытова. Москва, Гостехиздат, 1955 

24.  Толстой  Иван,  Клей  Кларенс  Самуэль.  Акустика  океана:  теория  и 

эксперимент  в  подводной  акустике  (Tolstoy  Ivan,  Clay  Clarence  Samuel.  Ocean 

acoustics: theory and experiment in underwater sound) [Текст] / Перевод с английского 

Юрия  Павловича  Лысанова  под  редакцией  Леонида  Максимовича  Бреховских. 

Москва, издательство «Мир», 1969, 304 стр. 

25.  Физическая  энциклопедия  [Электронный  ресурс].  В  5-ти  томах  / 

Главный  редактор:  академик  Александр  Михайлович  Прохоров.  Москва, 

издательство «Советская энциклопедия», 1988  

26.  Хргиан  Александр  Христофорович.  Физика  атмосферы  [Текст].  2-е 

издание,  переработанное  и  дополненное.  В  двух  томах.  Ленинград, 

Гидрометеоиздат, 1978, том 1, 246 стр., том 2, 318 стр. 

27.  Энциклопедический  словарь  медицинских  терминов.  50374  термина 

[Текст]  /  Главный  редактор  Валентин  Иванович  Покровский.  Издание  второе  в 

одном томе. 50374 термина. Москва, издательство «Медицина», 2001, 960 стр. 

28.  Эриксон  Эрик  Гомбургер.  Детство  и  общество  (Erik  Homburger 

Erikson.  Childhood  and  society)  [Текст].  Издание  второе,  переработанное  и 

дополненное  /  Перевод  с  английского.  Санкт-Петербург,  издательства  «Ленато», 

«АСТ», Фонд «Университетская книга», 1996, 592 стр.  

29.  Я  приду  плюнуть  на  ваши  мобилы  [Электронный  ресурс] 

https://esquire.ru 

 



81 

 

Mündəricat 

 

Giriş 

Birinci fəsil. Fizikada «sükut zonası» 

§ 1.1. Akustikada «sükut zonası» 

§ 1.2. Radiofizikada «sükut zonası» 

İkinci fəsil. Coğrafiyada «sükut zonası» 

§ 2.1. İstənilən rabitə formasının qadağan olunduğu «sükut zonası» 

§ 2.2. Radio rabitəsinin mümkün olmadığı «sükut zonası» 

Üçüncü fəsil. Tibb və fiziologiyada «sükut zonası» 

§ 3.1. Kardiovaskulyar təbabətdə «sükut zonası» 

§ 3.2. Respirator təbabətdə «sükut zonası» 

§ 3.3. Seksual təbabətdə «sükut zonası» 

§  3.4.  Nevrologiya,  neyrofiziologiya  və  elektrofiziologiyada  «sükut 

zonası» 


Dördüncü fəsil. Psixologiya və kinoşünaslıqda «sükut zonası» 

§ 4.1. Psixologiyada «sükut zonası» 

§ 4.2. Kinoşünaslıq və teatrşünaslıqda «sükut zonası» 

Biblioqrafiya 

 

 



 

 

  



 

Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə