Sükut zonası Şahin Böyükağa oğlu Əlibəyli Zone of silence



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix21.07.2018
ölçüsü3,31 Mb.
#57515
1   ...   14   15   16   17   18   19   20   21   22

68 

 

etmiş  və  vaxtaşırı  ürəyi  bulanmışdır.  Həkimə  müraciət  etdikdə  ona  hamilə  olduğu 



bildirilmişdir. Halbuki qız bakirə olmuş və heç bir oğlanla görüşməmişdir.  

Yeddi ay keçdikdən sonra qadında vaxtından əvvəl doğuş baş vermişdir. Xüsusi 

(özəl)  klinikaların  birində  qadının  doğduğu  uşaq  çox  qəribə  bir  varlıq  kimi  görənləri 

dəhşətə gətirmişdir. Televiziyaya təşrif buyuran jurnalist qadının doğduğu qeyri-adi uşağın 

fotosunu  göstərmişdir.  Uşaq  qurbağaya  oxşamış,  onun  dərisi  reptililərin  xarici  örtüyünü 

xatırlatmışdır.  Körpənin  iri ölçüdə gözləri və  barmaqları  arasında pərdə  (zar) olmuşdur. 

Yeni  doğulmuş  uşağın  qeyri-adi  görünüşündən  dəhşətə  gələn  klinika  personalı  indiyə 

qədər buna bənzər bir məxluq görmədiklərini bildirmişlər.  

Uşağı üç həftə inkubatorda saxlamalı olan həkimlər öz məruzələrində onun bir 

neçə  qeyri-adi  xüsusiyyətə  malik  olduğunu  qeyd  etmişlər.  Uşağın  heç  bir  süd  qarışığını 

yeyə  bilməməsi,  ancaq  bəzi bitkiləri  (otları) sanki  məmnuniyyətlə qəbul etmək istəməsi, 

Günəş  şüalarına  qarşı  tamamən  dözümsüz  olması,  onları  qətiyyən  keçirə  bilməməsi, 

onurğa sütunu boyunca belində və kürəyində balıqlara xas pulların inkişaf etməsi xüsusən 

maraqla qarşılanmışdır. Ufoloqun öz kanalları (əlaqələri) hesabına klinikadan aldığı fotolar 

təhlil  edilərkən  bakirə  qızın  heç  vaxt  cinsi  əlaqədə  olmadan  uşağa  qalmasının  səbəbi 

barəsində  qərara  gəlinir.  Rayes  güman  edir  ki,  dünyaya  gələn  uşaq  insan  və  reptilinin 

hibridindən başqa bir şey deyildir. İrəli sürülən mülahizəyə görə, uşağın anası oğurlanmış 

və  onun  gördüyü  naməlum  uçan  obyektin  bortunda  dölləndirilmişdir.  Mayalanmada 

reptililərin spermasından istifadə edilməsi fikrinin üzərində dayanılmışdır. Rayesin verdiyi 

məlumata  görə,  ana  öz  qəribə  uşağını  təklikdə  böyütməyə  qərar  vermişdir.  Uşağın 

müvəffəqiyyətlə  böyüdüyü,  yaxşıca  inkişaf  etdiyi,  lakin  insan  övladından  çox  reptilini 

xatırlatdığı xəbər verilmişdir.  

 

 

 



Şəkil  70.  Meksikalı  qadının  dünyaya  gətirdiyi  qəribə  uşağın  xarici  görünüşü 

(jurnalist Luis Ramires Rayes tərəfindən təqdim edilən foto)  




69 

 

 



Əlbəttə, televiziyaya çıxarılan qeyri-adi material təqdim olunarkən heç də bütün 

insanları Rayesin nağıl etdiyi hadisəyə dərhal inandırmaq məqsədi güdülməmişdir. Bunun 

sadəcə  bir  jurnalist  uydurması,  adi  hekayə  olduğunu  düşünən,  ona  inanmaq  istəməyən 

insanlar bir neçə arqument ortaya qoyurlar. Əvvəla, qızın bakirə ola-ola uşağa qala bilməsi 

tamamilə  mümkün  olan  bir  haldır  və  həkimlər  üçün  elə  təəccüblü  deyildir.  İkincisi, 

dünyaya  gələn  uşaq  Yer  kürəsi  insanlarına  tamamilə  xas  olmayan  ixtioz  kimi  nadir 

xəstəlikdən  əziyyət  çəkə  bilər.  Üçüncüsü,  xeyli  vaxtın  necə  itirilməsini  yada  sala 

bilməməyə  gəldikdə  belə  bir  hal  cinsi  meyli  yerində  olmayan  hansısa  pozğun  kişi 

tərəfindən zorlandıqdan sonrakı şokdan yalnız psixoloji müdafiə kimi meydana çıxa bilər. 

Amma  uşağın  klinikalardan  birində  doğulması  və  bütün  personal  tərəfindən  müşahidə 

edilməsi,  təqdim  edilən  fotosunun  real  olması,  istər  zahiri  görünüş  etibarilə,  istərsə  də 

instinktiv  aktların  icrası  baxımından  bəşər  övladından  çox  reptilini  xatırlatması,  üstəlik 

qeyri-adi  hadisənin  «radiosükut  zonası»na  yaxın  ərazidə  qeydə  alınması  həmişə  olduğu 

kimi yenə dəqiq cavabını gözləyən suallar olaraq qalır. 



 

Üçüncü fəsil. Tibb və fiziologiyada «sükut zonası» 

 

§ 3.1. Kardiovaskulyar təbabətdə «sükut zonası» 

 

Kardiovaskulyar  təbabətdə  –  angiologiya  və  kardiologiyada  «sükut  zonası» 

dedikdə aşağıdakı iki hal nəzərdə tutulur: 1) arterial təzyiqin ölçülməsi zamanı auskultativ 

hadisələrin  adi  mənzərəsindən  kənarlanma  qeydə  alınması;  2)  defibrillyasiya  zamanı 

impulsların çıxış zamanından artıq olmayan intervalla ötürülməsi. 

Hər şeydən öncə arterial təzyiqin ölçülməsi zamanı auskultativ hadisələrin adi 

mənzərəsindən kənarlanma nəzəri cəlb edir. Buna başqa sözlə «auskultativ iflas», yaxud 

«auskultativ pozğunluq» deyilir. 

Korotkov üsulu üzrə arterial təzyiq ölçülərkən onun düşməsi (enməsi) zamanı 

manjetdə  əvvəlcə  tonlar  meydana  çıxır,  bunun  ardınca  auskultativ  hadisələr  itir,  sonra 

yenidən  tonlar  eşidilməyə  başlayır.  «Sükut  zonası»  kimi  pozğunluğun  olması  arterial 

hipertenziyanın diaqnostikasını çətinləşdirir [27]. 

Birdən dördə qədər olan Korotkov səsləri sistolik və diastolik təzyiqlər arasında 

eşidilən səslərdir, beşincisi isə «sükut zonası» hesab edilir. Qan təzyiqi trenajorunda «sükut 

zonası» seçilərkən Korotkov səsləri avtomatik surətdə eşidilməz olur. 

Bundan başqa, defibrillyasiyanın müvəffəqiyyətli keçməsinin metodik faktorları 

sırasına  boşalmalar  arasındakı  intervalın  minimal  –  yalnız  nəbzə  və  yaxud 

elektrokardioqrammaya nəzarət vaxtı qədər (5–10 saniyə) olması da aid edilir ki, burada 

«sükut  zonası»  nəzərdən  kənarda  qala  bilmir.  Əgər  impulslar  çıxış  zamanından  artıq 

olmayan intervalla ötürülürsə, yalnız belə hallarda onların summasiyası effekti baş verir. 

Təxminən 300–500 millisaniyə çəkən həmin çıxış müddətini «sükut zonası» adlandırırlar. 

«Sükut  zonası»  təqəllüs  edən  ürək  əzələlələri  (yığılan  miokard)  hüceyrələrinin 

transmembran  potensialının  yerdəyişməsindən  başqa  bir  şey  deyildir.  Əgər  impulslar 

arasındakı interval çıxış müddətini ötürsə, onu aşırsa, belə hallarda summasiya effektinin 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə