Sükut zonası Şahin Böyükağa oğlu Əlibəyli Zone of silence



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix21.07.2018
ölçüsü3,31 Mb.
#57515
1   ...   14   15   16   17   18   19   20   21   22

64 

 

çalışırdılar ki, birdən onların maşını duru palçığın nəhəng kütləsi içərisindən çıxaraq bərk 



süxur olan tərəfə atılır, sözün tam mənasında sanki uçur. Özünə gələn Ernesto gözlənilməz 

xilaskarlara təşəkkürünü bildirməkdən ötrü kabinadan çıxır, ancaq oğlanlar heç bir tərəfdə 

görünmürlər,  sanki  onlar  burada  olmamış  və  maşının  böyük  gölməçədən  çıxarılmasına 

kömək  etməmişdilər.  Çox  qısa  vaxt  ərzində  onlar  yoxa  çıxmışdılar.  Ərlə  arvad  kifayət 

qədər  düz  olan,  praktik  olaraq  ağacsız,  çılpaq  hesab  edilən  bir  yerdə  onların  necə  tez 

gözdən  itdiklərini  xeyli  müddət  götür-qoy  etsələr  də,  xəyala  qapılaraq  təsəvvür  etməyə 

çalışsalar  da,  ancaq  heç  bir  nəticəyə  gələ  bilməmiş,  qəti  fikir  söyləməkdə  çətinlik 

çəkmişlər. Belə danışıqlar alimləri əsla təəccübləndirmirdi. Çünki onlar bu cür söhbətləri 

artıq çox eşitmişdilər. Ancaq alimləri düşünməyə vadar edən bir neçə sual vardı: görəsən 

bu iki oğlan kimdir, onlar burada əsasən nə edirlər? Böyük ehtimalla onların yadplanetli 

olduqları  qənaətinə  gəlinir.  Hər  halda  onlar  «çətin  situasiyalarda  ümumkosmik  təcili 

yardım» dəstəsinin işçiləri deyildilər.  

Qeyri-adi  siması,  qəribə  zahiri  görünüşü,  təəccüblü  sifəti  və  heyrət  doğuracaq 

davranışı olan dərrakəli varlıqlarla görüşlərin olması haqqında ən birinci və kifayət qədər 

etibarlı dəlillər XX əsrin əvvəllərinə aiddir. Bizim günlərdə də belə xəbərlərin ardı-arası 

kəsilmir.  

Əvvəllər olduğu kimi, indinin özündə də xeyli sayda gəlmə, yadplanetli olduğu 

iddia edilən neçə-neçə məxluq «sükut zonası»nı ziyarət edir.  

 

 

Şəkil 69. Luis Ramires Rayes (Luis Ramirez Reyes) 



 

Humanoidlər (insana bənzəyən məxluqlar) ilə çoxlu sayda görüşlərin olmasını 

izah etmək çətinlik törədir. Ancaq belə görüşlər haqqında savadlı və dünyagörüşlü insanlar 

xəbər verdikdə məsələyə artıq ciddi yanaşmaq lazım gəlir. Belə ki, 1978-ci ilin noyabrında 

meksikalı jurnalist Luis Ramires Rayes (Luis Ramirez Reyes) öz peşə yoldaşlarının təşkil 

etdiyi qrupun tərkibində «zonaya» yollanır. L. R. Rayes və onun fotoqrafı qrupun qalan 

hissəsini qabaqlamaq və «Biosfer» elmi şəhərciyinə daha tez çatmaq qərarına gəlir, cipə 



65 

 

minib səhranın içərilərinə yollanırlar. Son məntəqəyə hələ xeyli yol qalmış Ramires birdən 



anlayır ki, onlar özlərilə heç bir ehtiyat – nə su, nə də proviziya (azuqə) götürməyiblər. 

Onlar yolu azacaqları təqdirdə çox çətin şəraiti olan ölgün bir yerdə aclıq və susuzluqdan 

asanlıqla məhv ola bilərdilər. Xüsusən avtomobilin mühərrikində heç bir nasazlıq olmadığı 

halda naməlum səbəblərdən onun qəfildən dayanması, yaxud gözlənilmədən qeyri-normal 

dərəcədə güclü  yağıntı  düşməsi nəticəsində maşının təkərlərinin çox qısa  zaman  ərzində 

möhkəm islanmış torpağa batması halları mümkündür və belə şeylər haqqında jurnalistlər 

çox eşidiblər. Bütün bunları yaxşıca dərk edən Ramires narahat olmaya bilməzdi. Onlar 

qum  içərisində  hərəkət  etmiş  avtomobillərin  təkər  izləri  sayəsində  güclə  açılmış  cığırla 

gedərək  bir  yolayrıcına  çatırlar.  Müəyyən  qədər  məsafə  getdikdən  sonra  yolu  azdıqları, 

məntəqəyə aparan cığırla getmədikləri onlara aydın olur. Bir qədər sonra Ramires onlarla 

üzbəüz  üç  fiqurun  gəldiyini  hiss  edir.  Gələnlərin  yerli  sakinlər  olduğunu  fikirləşən  və 

onlardan «Biosfer»ə aparan yolu öyrənə biləcəyinə ümid edən jurnalist sükan arxasındakı 

fotoqrafdan  adamların  yanına  çatanda  maşını  saxlamağı  xahiş  edir.  Lakin  cip  sürətini 

azaltmadan  onların  yanından  keçəndə  Ramires  çox  təəccüblənir.  Jurnalist  yollarının 

üstündə  olan  adamların  yanında avtomobili saxlamamasının səbəbini sürücüdən soruşur. 

Suala cavab olaraq fotoqraf yolda heç kimi görmədiyini bildirir.  

Ramires  qorxmağa,  özünü  qınamağa  başlayır.  Jurnalist  fikirləşə-fikirləşə  belə 

qərara  gəlir  ki,  müdhiş  səhra  artıq  onun  psixikasına  təsir  edib  və  onda  hallüsinasiyalar 

başlayıb. Onun fikirləşdiyi müddətdə cip artıq daha bir mil (təxminən 1,61 kilometr) yol 

getmişdi. Birdən Ramiresi yenə heyrət bürüyür, çünki «yerli sakin» bildiyi həmin üç nəfəri 

yenidən  görür.  Bu  dəfə  yolu  tapmağa  kömək  edə  biləcək  insanlarla  təmas  yaratmaq 

fürsətini  əldən  vermək  istəməyən  jurnalist  onların  yanında  maşını  hökmən  saxlamasını 

xahiş edir. Lakin fotoqraf əvvəlki kimi yolda bir kimsəni görmədiyini bəyan edir. Buna 

baxmayaraq maşın fiqurların düz yanına çatanda Ramires fotoqrafdan dayanmasını təkidlə 

istəyir. Yoldaşının israrlı olduğunu görən sürücünün avtomaşını saxlamaqdan başqa çarəsi 

qalmır.  Ramires  rastlaşdığı  adamlardan  «Biosfer»ə  aparan  yolu  soruşur.  «Aborigenlər» 

haraya dönməyi və necə getməyi çox aydın şəkildə, təfsilatı ilə izah edirlər. Sonra Ramires 

gecənin ortasında adamların burada nə etdiklərini soruşduqda onlar öz cavablarında yerli 

sakin olduqlarını,  ərazini  yaxşı  tanıdıqlarını deyir  və özlərinin itmiş  qoyun və keçilərini 

axtardıqlarını bildirirlər. Lakin Ramires buradakı çətin şəraitdə yolçuların üstündə mehtərə 

(çiyindən asılan və yaxud qurşağa bərkidilən, su və başqa mayeləri daşımaq üçün nəzərdə 

tutulan bir qab) və xüsusi zəruri ləvazimatların olmamasına çox təəccüblənir, buna məəttəl 

qalır.  Ramires  və  onun  boşluqla  danışmasından  hədsiz  heyrətə  gələn  fotoqraf  «izah 

edilmiş» yolla «Biosfer»ə qədər sağ-salamat və çox rahat gəlib çıxırlar.  

Ramires və onun fotoqrafı qrupun qalan üzvləri ilə rastlaşarkən jurnalist qəribə 

və  müəmmalı  görüşləri  haqqında  həmkarlarına  ətraflı  danışır.  Onun  söhbətinə  diqqətlə 

qulaq  asan  laboratoriya  rəhbəri  Harri  de  la  Penya  nağıl  edilənlərin  həqiqəti  əks 

etdirmədiyini  bildirir.  Həmin  vaxt  «Biosfer»də  işləyən  və  «zonanı»  fəal  surətdə 

öyrənməklə  məşğul  olan  Harri  de  la  Penya  jurnalistin  yanıldığını  izah  edir.  Tədqiqatçı 

narazı bir halda qeyd edir ki, səhrada nə kəndli, nə də başqa bir adam ola bilməz. Burada 

ancaq elmi şəhərciyin daimi kontingentini təşkil edən alimlərlə və təzəcə gəlmiş qrupdakı 

jurnalist,  müxbir  və  fotoqraflarla  rastlaşmaq  olardı.  Üç  nəfərin  heç  bir  ehtiyat  tədbiri 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə