Sükut zonası Şahin Böyükağa oğlu Əlibəyli Zone of silence



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix21.07.2018
ölçüsü3,31 Mb.
#57515
1   ...   14   15   16   17   18   19   20   21   22

59 

 

 



Şəkil  63.  Meksikanın  Yukatan  yarımadasının  şimalında  yerləşən,  mayya 

tayfalarının  siyasi  və  mədəni  mərkəzi  hesab  edilən  Çiçen-İtsa  adlı  müqəddəs  şəhərdə 

Kukulkanın ağzı açıq halda olan təsviri  

 

 



Şəkil 64. Kukulkan piramidası 

 

Ancaq burası da var ki, arxeoloq və  tarixçilərə belə tapmacaları təkcə  «sükut 



zonası»  vermir.  İri  daşlardan  qayrılmış  qədim  tikinti  Meksika  torpağının  bu  günkü 

insanlarına edilən bəxşişlərdən yalnız biridir. Qeyd edək ki, Şimali Amerikanın cənub-qərb 

hissəsində  yerləşən  dövlətdə  «sükut  zonası»  kimi  səmaya  daha  çox  bağlı  «hədiyyələr» 

xeyli saydadır. Məsələn, Palenke (Palenque) şəhərinin yaxınlığında yerləşən baş piramida 

qədim  dövrdən  müasir  insanlara  qalan  qeyr-adi  abidələrdən  biridir.  Palenke  Meksikanın 

Çyapas ştatının şimal-şərqində mayyaların böyük şəhərinin xarabalığının şərti adıdır, III–

VIII əsrlərdə mayyaların siyasi və mədəni mərkəzi, Baakul çarlığının paytaxtı olmuşdur. 

Mayyaların Baakul çarlığının 615-ci ilin iyulundan 683-cü ilin avqustuna kimi hökmdarı 

olmuş və çox vaxt Böyük Pakal kimi tanınmış Birinci Kiniç Xanaab Pakalın (K’ihnich 

Janaahb Pakal) məqbərəsi üzərində onun oğlu və davamçısı İkinci Kan Balam tərəfindən 

qurulan abidə «Kitabə məbədi» adlandırılmışdır. Mayya sivilizasiyasının klassik dövründə 

qəbirüstü  abidə  qismində  salınmış  arxitektur  tikilinin  divarlarındakı  yazılar  ona  belə  bir 

adın  verilməsinə  gətirib  çıxarmışdır.  Bildiyimiz  kimi,  kitabə  hər  hansı  bir  materialın, 

xüsusən daşın, metalın, ağacın, həmçinin binanın qapısının, abidənin və sairənin üzərində 

yazılmış  (həkk  olunmuş)  və  yaxud  qazılmış  qədim  yazıya,  məbəd  isə  hər  hansı  dində 

ibadətxanaya  (ibadətgaha)  deyirlər.  Cəmi  üç  daş  plitka  üzərində  617  ieroqlif  vardır  ki, 




60 

 

onların böyük hissəsi bu gün artıq oxunmuşdur. «Kitabə məbədi» 24 metr hündürlüyündə 



doqquz  səviyyədən  ibarət  olan  bir  piramidadır.  Piramidanın  nərdivanı  dörd  platformaya 

bölünür ki, onlarda 5 pilləkən seksiyası yerləşir. Birinci seksiyada 9, ikinci və üçüncüdə 19, 

dördüncüdə  13  və  beşincidə  9  pilləkən  vardır.  Pilləkənlərin  summar  miqdarı  69-a 

bərabərdir.  Piramidanın  səkkizinci  pilləkəninin  səthində  beş  girişi  və  üç  otağı  olan  tikili 

vardır. Otaqlardan birində daş plitənin altında gizli tunel aşkar olunmuşdur. Tunel Kiniç 

Xanaab  Pakalın  məzarına  aparır.  Hökmdarın  qəbri  tağlı  tavanı,  təxminən  yeddi  metr 

hündürlüyündə, doqquz metr uzunluğunda və dörd metr enində olan bir zaldan ibarətdir. 

Divarlarını gipsdən düzəldilmiş doqquz heykəl bəzəyir.  

Mayya tayfasının bacarıqlı və məharətli ustaları tərəfindən bizim eranın VI–VIII 

əsrlərində  inşa  edilmiş  piramidada  aparılan  qazıntılar  zamanı  1952-ci  ildə  sarkofaqlı 

sərdaba  aşkara  çıxarılmışdır.  Sarkofaqın  daş  qapağı  Pakalın  dirilməsi  və  onun  yeraltı 

dünyadan  azad  olunması  səhnələri  ilə  bəzədilmişdir.  Qapaqda  mayyaların  baş  allahı 

Kukulkan təsvir edilmişdir. Tarixi nöqteyi-nəzərdən hər şeyin yaxşı təsir bağışladığı etiraf 

edilməlidir,  lakin  Kukulkanın  kosmik  gəminin  idarəetmə  pultunun  arxasında  əyləşməsi 

istər-istəməz  yeni  suallar  doğurur.  Çoxlu  sayda  meksikalı  tarixçi  alim  qeyri-adi  təsviri 

məhz  belə  identifikasiya  etmişdir.  Təkcə  təsvirin  özü  deyil,  eyni  zamanda  müasir 

meksikalıların  əcdadlarının,  ulu  babalarının  miras  qoyduğu  çoxsaylı  mif  və  əfsanələrin 

hərtərəfli araşdırılması tədqiqatçıları belə fikrə gəlməyə təhrik etmişdir. Bütün bunlar baş 

allah  Ketsalkoatlın  göydən  gəlişi  haqqında  formalaşmım  rəvayətlərə  tamamilə  fərqli 

aspektdən bir daha yenidən baxılmasını tələb edir. 

 

 

Şəkil  65.  XVI  əsrdə  Amerikanın  ispanlar  tərəfindən  kolonizasiyasının 



(konkistin)  başlanğıc  dövründə  Meksikada  yaradılmış  astek  kodeksləri  qrupundan  olan 

«Malyabekiano kodeksi» («Codex Magliabechiano») adlı kitabda Ketsalkoatlın təsviri 

 

Ketsalkoatl qədim Amerika allahının nauatl dilində adıdır, astek panteonunun və 



Mərkəzi  Amerikanın  digər  sivilizasiyaları  panteonlarının  baş  allahlarından  biridir.  Astek 

dilində  «Quetzalcoatl»  sözü  hərfi  tərcümədə  «qanadlı  ilan»  deməkdir.  İnanca  görə, 

asimandan,  göyün  əlçatmaz  yerlərindən  enmiş  Ketsalkoatl  asteklərə  öz  dövlətlərinin 

paytaxtını Teskoko gölündəki adalardan birində salmaları üçün göstəriş vermişdir. Orada 

kaktus üzərində oturan qartal (qaraquş) caynaqlarında bir ilan tutmuşdur.  



61 

 

Paytaxt  Mexikonun  yaxınlığında  Tula  şəhərindəki  piramidanın  zirvəsində 



dayanan  giqant  heykəllər  (nəhəng  abidələr)  də  müasir  kosmonavtlar  tərəfindən  aydın 

görünür. Bizim eranın IX əsrində toltek tayfaları tərəfindən bu şəhərin əsası qoyulmuşdur.  

Bizim  eradan  əvvəl  XIII–XIV  əsrlərdə  ölkənin  cənubunda  yaşayan  və 

meksikalıların  daha  qədim  əcdadlarından  sayılan  olmeklərin  də  böyük  ehtimalla  başqa 

aləm  və  planetlərdən  gəlmələrlə  əlaqədə  olduğu  iddia  edilir.  Həmin  yerlərdə  qəribə 

məxluqların  daşdan  düzəldilmiş  və  bir  neçə  ton  çəkisi  olan  başlarının  tapılması,  onların 

skafandrdakı  insan  sifətini  xatırlaması  bu  barədə  ancaq  birmənalı  danışmağa,  tamamilə 

aydın  şəkildə  fikir  yürütməyə  imkan  verir.  Bizim  eranın  ilk  minilliyində  asteklərin  ata-

babaları tərəfindən salınmış Teotiuakan kimi nəhəng şəhərdə ölülərin giqant küçəsi elə bu 

barədə olan söhbəti davam etdirməyə çağırır.  

 

 

Şəkil 66. Ay piramidası 



 

 

Şəkil 67. «Ölülər küçəsi» və Günəş piramidasına aparan yolun Ay piramidası 



tərəfdən görünüşü 

 

«Ölülər  küçəsi»  cənubdan  şimala  doğru  Ay  piramidasına  tərəf  ideal  şəkildə 



uzanmışdır.  Ay  piramidası  Teotiuakan  şəhərində  ölçüsünə  görə  Günəş  piramidasından 

sonra ikinci yerdə dayanan bir tikilidir.  

Bizim eranın 100-cü və 500-cü illəri arasında qədim hindilər müasir Mexiko-

Sitidən təxminən 40 kilometr aralıda Teotiuakan şəhərini saldılar. Həmin vaxt Teotiuakan 

özünün  15  monumental  piramidası  və  nəhəng  ticarət  meydanı  ilə  Avropanın  istənilən 

şəhərindən böyük olmuşdur. 200 000 nəfər əhalinin məskunlaşdığı şəhərin sahəsi təxminən 

13  kvadrat  kilometr  təşkil  etmişdir.  Asteklər  öz  paytaxtları  Tenoçtitlanın  əsasını 

qoymazdan 700 il qabaq Teotiuakan şəhəri salınmışdılar. 

Ay piramidası Teotiuakan şəhərinin şimal hissəsində yerləşir və öz konturlarına 

görə  Serro-Qordonu  təkrarlayır.  Piramidanın  adı  bəzi  hindi  ləhcələrinə  «müdafiə  daşı»,  

«qoruyucu daş» və yaxud «ana» kimi tərcümə olunmuşdur. Ay piramidasının altında daha 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə