Sükut zonası Şahin Böyükağa oğlu Əlibəyli Zone of silence



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix21.07.2018
ölçüsü3,31 Mb.
#57515
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 



 

Şəkil 5. Aleksandr Xristoforoviç Xrqian (1910–1993) 

 

Akustikada «sükut zonası» dedikdə güclü mənbədən yayılan səsin eşidilmədiyi 



sahə nəzərdə tutulur. Mənbədən çıxan səs ona nəzərən «sükut zonası» kimi qəbul edilən 

sahədən yaxında və uzaqda eşidilir. Silahdan atəş açıldığı, xüsusən topa tutmanın olduğu, 

habelə güclü partlayışın baş verdiyi, vulkan püskürməsinin qeydə alındılğı ərazi və sairə 

güclü səs mənbəyi kimi çıxış edə bilər (şəkil 6).  

 

 

 



Şəkil 6. Güclü partlayış baş verərkən «sükut zonası»nın meydana çıxmasının 

sxematik təsviri 

 

1920-ci  ilin  9  mayında  Moskva  şəhərində  baş  vermiş  güclü  partlayış  zamanı 



«eşidilmə zonası» ilə «sükut zonası» sxematik olaraq 7-ci şəkildə təsvir edilmişdir. 


 

 



 

Şəkil 7. 1920-ci ilin 9 mayında Moskva şəhərində baş vermiş güclü partlayış 

zamanı  «eşidilmə  zonası»  və  «sükut  zonası»nın  sxematik  təsviri  (ştrixlənmiş  sahələr 

«eşidilmə zonası», ştrixsiz sahələr isə «sükut zonası»dır). 

 

«Sükut  zonası»  adətən  Yer  səthində  səs  mənbəyini  əhatə  edən  qeyri-düzgün 



halqa formasında olur. 8-ci şəkildən göründüyü kimi, mənbədən müəyyən qədər aralıda 

yerləşən elə bir sahə mövcuddur ki, buraya səs şüaları ümumiyyətlə, daxil olmur. Həmin 

sahənin «sükut zonası» adlandırılmasının səbəbi məhz bununla izah olunur.  

 

 



Şəkil 8. «Sükut zonası»nın yaranması mexanizminin sxematik təsviri 

 

«Sükut  zonası»nın  əmələ  gəlməsinin  səbəbi  atmosferdə  səsin  refraksiyaya 



uğramasıdır. Mühitin müxtəliftərkibliliyinin təsiri altında elektromaqnit dalğasının əyilmə 


 

xassəsi refraksiya adlanır. Refraksiya dalğanın atmosferdən keçərkən sınmasıdır. Latınca 



refractio – sınma, refractus – sınmış deməkdir. Səsin bircinsli olmayan mühitdə sınmasına 

səsin  refraksiyası  deyilir.  Səs  şüaları  həmişə  kiçik  sürətlə  yayıldığı  laylara  tərəf  dönür. 

Əlbəttə, səsin sürət qradiyenti nə qədər böyük olarsa, onun refraksiyası da bir o qədər güclü 

alınır.  Atmosferdə  səsin  refraksiyası  havanın  temperaturundan,  küləyin  sürət  və 

istiqamətindən  asılıdır.  Səsin  refraksiyası  atmosferin  yuxarı  qatlarında  təkcə  anomal 

eşidilmə zonası deyil, eyni zamanda «sükut zonası» da yarada bilir.   

Eyni vaxtda müşahidə edilən «sükut zona»larının sayına görə onların iki növü 

ayırd edilir: solitar və multilokal. 

Əksər hallarda yalnız bir «sükut zonası» olur. Belə hallarda müşahidə olunan 

səssizlik zonasına solitar «sükut zonası» deyilir. Latınca solitarius – bir, tək, vahid, yeganə 

deməkdir. 

Bəzi  hallarda  iki  və  daha  çox  «sükut  zonası»  olur.  Əgər  eyni  vaxtda  bir  neçə 

«sükut zonası» müşahidə edilərsə, buna moltilokal «sükut zonası» deyilir. Latınca multi – 

çox, xeyli və locus – ərazi, sahə, yer, localis – məkani deməkdir. Uzağı üç sükut zonası 

eyni  vaxtda  müşahidə  edilə  bilər.  Bunlar  ardıcıllıqla  müvafiq  olaraq  adlandırılır. 

Eşidilməzlik  zonası  çoxsaylı  olduqda  mənbəyə  ən  yaxın  olanı  birinci  «sükut  zonası» 

adlanır.  Birinci  «sükut  zonası»nın  daxili  radiusu  əksər  hallarda  20–80  kilometr,  bəzi 

hallarda  140–150 kilometr  olur.  Halbuki onun  xarici  radiusu 150–400 kilometr  arasında 

dəyişir.  Bundan  sonrakı  zonaya  ikinci  «sükut  zonası»  deyilir.  Daha  sonra  gələn  zona 

üçüncü  «sükut  zonası»  adlanır.  Həmin  sahələr  bir-birindən  anomal  eşidilmə  zonaları 

vasitəsilə ayrılır.  

«Sükut  zonası»  atmosferdə  səsin  refraksiyası  nəticəsində  yaranır.  Hündürlük 

artdıqca havanın temperaturu azalır ki, belə hallarda «sükut zonası» meydana gələ bilər. 

Atmosferin aşağı qatlarında hündürlükdən asılı olaraq havanın temperaturu dəyişir. Yerə 

yaxınlaşdıqca  (hündürlük  azaldıqca)  temperatur  artır,  ondan  uzaqlaşdıqca  (hündürlük 

artıqca)  onun  azalması  müşahidə  edilir.  Belə  ki,  artıq  15–20  kilometr  hündürlükdə 

temperatur –50–75 °C-yə qədər enir. Buna görə səs dalğaları Yer səthindən uzaqlaşaraq 

yuxarıya  meyl  edir.  Temperaturun  endiyi  qatlarda  səs  şüaları  yuxarıya  doğru  əyilməklə 

Yer  səthində  onların  eşidilməsinin  kəsilməsinə  gətirib  çıxarır.  Ancaq  40–60  kilometr 

hündürlükdə temperatur yenidən artır. Havanın temperaturunun 0–30 °C-yə qədər artması 

müşahidə olunur və səs şüalarının istiqamətinin dəyişilməsinə gətirib çıxarır. Belə ki, 40–

60 kilometr hündürlükdə yerləşən qatlarda temperatur yüksələrək 50–70 °C-yə çatdığından 

səs  şüaları  aşağıya  tərəf  əyilir  və  «sükut  zonası»nın  ətrafından  keçməklə  Yer  səthinə 

qayıdır.  Deməli,  həmin  hündürlükdə  səs  şüalarının  aşağıya  doğru  əyilməsi  və  «sükut 

zonası»nı  daraltması  müşahidə  edilir.  Odur  ki,  buna  «sükut  zonası»nın  qurşaqlanması, 

şüaların özlərinə isə «sükut zonası»nın qurşayanı deyilir.  

Yer  səthi  yaxınlığındakı  mənbədən  buraxılan  səs  şüaları  yuxarıya  əyilir  və 

müəyyən məsafədən sonra eşidilmir. Yuxarıya qalxdıqca temperatur artırsa, şüalar aşağıya 

doğru əyilir və səs böyük məsafədə eşidilir.  

Qeyd edək ki, səs mənbəyindən gələn dalğalar refraksiya nəticəsində əyilməyə 

(düz xəttdən kənara çıxmağa) başlayır. Sınmış (istiqamətini dəyişmiş) səs şüaları altında 

səs «sükut zonası»na keçə bilmir. Səs şüalarının kənara çıxması ümumi formada Snellius 




 

qanunu üzrə təsvir edilir. Snellius qanununa görə, əgər şüa onun sürətinin azaldığı sahəyə 



keçirsə,  onda  bucaq  da  müvafiq  surətdə  azalmalıdır.  Buna  görə  də  səs  şüaları  səsin 

sürətinin azaldığı istiqamətdə həmişə kənara çıxır (sapır). 

 

 

 



 

Şəkil 9. Səth dalğaları zonası, fəza dalğaları zonası və «sükut zonası» 

 

Tamamilə  mümkündür  ki,  lap  hündürlükdə  temperatur  qradiyenti  ucbatından 



yüksəklik artdıqca səsin sürəti çoxalır.  Belə hallarda əvvəlcə  yuxarıya doğru  əyilmiş səs 

dalğası burada Yer səthinə tərəf əyilir. Aşağıya doğru əyilən səs şüaları Yer səthinə çatır və 

burada eşidilir. Onların planetə qayıtması nəticəsində bir zona yaranır. Əmələ gələn həmin 

zonaya  anomal  eşidilmə  zonası  deyilir.  Səs  şüalarının  Yer  səthindən  bir  neçə  dəfə 

qayıtması  zamanı,  onların  əks  etdirilməsi nəticəsində  ikinci  və  üçüncü  anomal  eşidilmə 

zonaları meydana çıxır, buna müvafiq surətdə iki və hətta daha çox (multilokal) «sükut 

zonası» olur.  

Anomal eşidilmə zonası üçün Yer səthi boyunca səsin normal yayılması halı ilə 

müqayisədə səsin gəlib çatmasının zaman baxımından orta hesabla 10–30 % yubanması 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə